ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ
08/08/2011 - 13:20

Əziz Sahiboğlu
Norveçdəki terror, bundan sonra baş verəcək hadisələrin xəbərçisi, Avropa daxilindəki mübahisələrin göstəricisi, üzərində çoxlu müzakirə aparılmalı və bütün tərəfləriylə araşdırılması lazım olan dəhşətdir. Yalnız terror və adadakı gənclərin öldürülməsi deyil, Norveç, hökumət və ölkə olaraq böyük bir hücuma məruz qaldı. Mesaj, çox acı şəkildə terror vasitəsiylə verildi. İraq işğalı əsnasında İspaniyanı qana boyayan "əl-Qaidə" hücumu kimi, bu ölkə də bir şokla xəbərdar edildi.
İyirmi ildir, yer üzünün hər küncünü qana bulayan, Əl-Qaidəyə qarşı müharibə, ya da terrorla mübarizə adı altında dərhal hər ölkədə terror hücumları təşkil edən, terrorla ölkələri məşğul etməyə məcbur edən ifrat millətçi İsrail həmrəyliyinin yeni bir nümunəsi ilə qarşı-qarşıyayıq.

ABŞ-dakı xristian sionistlərlə İsrail arasındakı ittifaq, ağ anqlo-saks irqçiliyi ilə İsrail irqçiliyi arasındakı koalisiya bu günə qədər ölkələri işğal edir, vətəndaş müharibələri törədir, müəyyən bölünmələrə imza atır, terror vasitəsiylə ölkələri şantaj edirdi. "Düşmənimiz ortaqdır" siyasəti ilə Yer üzündə yenidən hakimiyyət qurmağa çalışırdı. Əbu-Qureybdəki işgəncələr ibadət niyyətiylə edilir, insanlar bu ruhla öldürülür, ABŞ daxilində getdikcə güc qazanan mühafizəkar sağ, bütün müsəlmanlara qarşı hər yolu sınayaraq, bir növ "Xaçlı hücumu" icra edirdi.

Aydın olan isə odur ki, bu ittifaqa indi Avropa millətçiləri də qoşulub. Millətçi dedikdə, Almaniyada nümunələrini gördüyümüz faşist qruplardan deyil, iqtidarda olan və vəzifələrindən istifadə edən güclərdən danışırıq. Qərb mədəniyyətinin görünən üzünün arxasına gizlənən bu mərkəzi güclər, həm Qərb ictimaiyyətini idarə etməyə, idarə olunmayanları isə cəzalandırmağa, həm də dünyanı yenidən formalaşdırmağa çalışır.

Norveç hadisəsini bir nəfər üzərinə istiqamətləndirmək hədəf çaşdırmaqdır. Breyvik bəzi hadisələrin işıqlandırılması üçün açar ola bilər. Bəzi mənbələr atəş açan daha iki nəfərin də olduğunu xəbər verirlər. Bu qədər hazırlıq və təşkilatın bir adamla məhdud olması çox da inandırıcı görünmür. İndi isə bəzi qeydləri xatırladaq:

Norveç, sentyabr ayında Fələstin Dövlətini tanıyacaq ilk Avropa ölkəsi olacaqdı. Ölkə olaraq bunu açıqlamışdı. İsrail şirkətlərinə embarqo qoydu, Fələstinə köməkləri kəsmədi, İsrailin sərt tənqidlərinə məruz qaldı. Qətliam törədilən adadakı afişa da diqqət çəkici idi. "İsrailin boykot edilməsi"nə dair afişadan başqa, gənclərin "Dövlət Fələstinin haqqı, İsraili boykot edin" şəklində köynəklər geyindiyi və çıxışlar etdiyi bildirilir. Qatilin qeydlərində, İslam əleyhdarlığı ilə birlikdə, sionizmə qarşı olanlara və çoxmədəniyyətliliyi dəstəkləyənlərə müharibə elan etməsi və "sionist qardaşlarımız" ifadəsini işlətməsi də, xristian fundamentalist-İsrail əlaqələrinin göstəricisidir.

- Bir xarici işlər naziri; "Fələstin bir dövlətə sahib olmalı, işğal dayandırılmalı, divar yıxılmalıdır" deyirsə;
- Adadakı gənclik düşərgəsi, İsrail əleyhdarı və Fələstini dəstəkləyən bir təşkilata çevrilirsə;
- İsrail qəzetləri, düşərgə təşkilatını yıxıb sürüyürsə;
- Norveç, dövlət olaraq İsraili boykota və Fələstin dövlətini tanımağa hazırlaşırsa;
- Qatil Anders Behring Breyvik, "Sionist qardaşlarım" dediyi ifrat İsrail irqçiləri ilə birgə müharibə çağırışları edirsə;
- Karikatura böhranının memarları və İsrail irqçilərinin əlaqələrinə dair yaddaşlarımız hələ canlıdırsa;
Norveç İşçi Partiyası Gənclik Təşkilatının lideri Eskil Pedersen qırğından iki gün əvvəl Norveçdə nəşr olunan "Dagbladet" qəzetinə, "İsrailə qarşı mübarizə aparmağın zamanı çatıb. Xarici işlər naziri bu ölkəyə boykot elan etməlidir. Sülh müddəti İsrailin maneələri üzündən sıfır nöqtəsində qalıb. Biz gənclər, birtərəfli olaraq İsrailə iqtisadi boykot başladacağıq" deyirsə;
- Təhlükəsizlik mütəxəssisləri, "bu hücum bir kəşfiyyat işidir" deyirsə;
- Breyvik, İsrail irqçilərinin internet saytlarında məqalələr yazırsa, onlarla güclü əlaqələri ortaya çıxıbsa, eyni saytlarda, eyni şəxslərlə birlikdə "İslamla qarşı müharibə" çağırışları edirsə;
- Şəxsiyyət etibarilə qatı mühafizəkarlarla eynidirsə, İsrail millətçiləri ilə eyni hədəfə istiqamətli bir növ xristian sionist baxışlıdırsa;

Bütün bu cür göstəricilər xristian millətçilərinin müsəlman və immiqrantlardan xilas olmaq üçün müsəlmanlarla mübarizəni Avropaya yaymaq, bu müqəddəs ittifaqa qatılmayanları cəzalandırmaq mövzusunda, fərdi terrorun sərhədlərindən kənarda dayanan təşkilat olduğuna işarədir.

Qısası, bir terror koalisiyasıyla qarşı-qarşıyayıq. Dərin və Avropada dəstəyi olan bir fəlsəfi hücumla üz-üzəyik. İsrail irqçiliyi ilə Avropa qatı mühafizəkarlarının ittifaq elanının acı nümunəsinə şahid oluruq. Norveçi niyə cəzalandırdıqlarını bir daha düşünək. O zaman qətliamı kimlərin planlaşdırdığını və həyata keçirdiyini dəqiq başa düşəcəyik...

Norveç, terror koalisiyasının, güclər hesablaşmasının, dövlət terrorunun, kəşfiyyat təşkilatlarının ofisində hazırlanan bir hücumun qurbanı oldu.
"Tanrını qiyamətə məcbur etmə"yə istiqamətlənmiş qiyamət əsgərləri bunlardır!.. Amma böyük bir dünyəvi hesab hayata keçirilir...

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

31/10/2011 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

08/08/2011 ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ

n

03/05/2011 HƏQİQƏT ƏSLİNDƏ GÖRÜNDÜYÜ KİMİ DEYİL

n

13/12/2010 LENT.AZ-ı NARAHAT EDƏN NƏDİR?!

n

27/10/2010 BİZ NƏLƏRİ BİLMİRİK?

n

12/08/2010 MTV, YOXSA MURDAR TV?

n

17/05/2010 16 İLLİK ATƏŞKƏS

n

03/04/2010 ALINDA DÖYÜŞ, KÖYNƏKDƏ SÖYÜŞ...

n

06/03/2010 NƏHƏNG BEYNƏLXALQ TƏŞKİLAT

n

04/01/2010 BİLET FIRILDAĞI

n

12/09/2009 Yol əhvalatı

n

14/08/2009 Bir neçə sual

n

03/07/2009 İslam azadlıq və ədalət dinidir

n

08/06/2009 Malcolm X: "İsrail Fələstində nə qələt edir"
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.