İslam aləmində çox gözəl və önəmli günlərdən biri Peyğəmbər (s) bağçasının gülü Həzrət Xanım Fatimeyi Zəhranın (s.ə) doğum günüdür. Bu əziz gün müsəlmanlar arasında böyük şövqlə qeyd olunur. Gənc öz sevgilsini, evli öz xanımını, anasını, bacısını, qohumlarını bu əziz gündə təbrik edir. 24 may tarixi də belə bir günə təsadüf edirdi. İnanclı insanlar öz sevinc duyğularını bölüşmək üçün dənizkənarı parka istirahət etməyə və bu əziz günü qeyd etməyə çıxmışdı. Amma maləsəf, bu dəfə də onların hüquqları pozuldu.
Parkda xoş duyğularla gəzintiyə çıxan inanclı insanlar birdən polislə üzləşiblər. Odur ki, insanlar çaş-baş qalıb özlərini itiriblər. Ay balam bu nə məsələdir? Günün günorta çağı adama hücum çəkərlər? Özü də dənizkənarı parkda. Sonradan yayılan bu xəbər öz təsdiqini tapmadı. Dedilər ki, insanlara hücum edən polislər olub. Öz-özümə dedim ki, əşi mən deyirdim də Azərbaycanda adama hücumu ancaq polislər çəkə bilər.
Yevrovijını lüt-üryan şəkildə küçələrədə qeyd edən üzdəniraqlara şərait yaradan Azərbaycan polisi isə, nədənsə müsəlman görəndə alergiya keçirir.
Rejimlər öz mənafelərini qorumaq üçün kimliyindən asılı olmayaraq hamıya hücum edirlər. Bu cür rejimlərdə vətəndaş, vətən, xalq, qeyrət anlayışı nəinki ikinci-üçüncü planda olur, demək olar ki, bu cür anlayışları proqramlarına daxil etmirlər. Biz dünən bunun bir daha şahidi olduq. Azərbaycan qadını təhqir olundu. Polis qəddarlığı ilə üzləşdi. Ailəsi ilə istirahətə gələnlərin həyat yoldaşları həbs edildi. Xanımların əllərində gül dəstələri alınıb yerə atıldı. Hətta bəzi öz kimliyini unudan polislər Azərbaycan qadınını küçənin ortasında təhqir etməkdən belə çəkinmədi. Öz xalqına qarşı bu cür davranan adam gərək insafsız ola... İndi siz özünüz dəyərləndirin bu baş verənləri.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.