"Mənim bacımın eşitmə məhdudiyyəti var, ancaq o şəhərin ən tanınmış psixoloqlarındandır". Eşitmə məhdudiyyəti olan insanın psixoloq olduğunu heç vaxt təsəvvür belə etməzdim, hələ üstəlik də tanınmış bir mütəxəssis. Ancaq bu kimi hallar İsveçdə insanlar tərəfdən adi qəbul olunur. Çünki bu ölkədə müxtəliflik tanınır, insanlar arasında fərq qoyulmur. Fizik məhdudiyyətli şagird, tələbə, müəllim tipik insanlardan geri qalmır. Görmə, eşitmə, nitq məhdudiyyəti olan insanlar üçün xüsusi tədris ocaqları fəaliyyət göstərir. Təbii ki, belə olan halda, bu insanlar heç bir məhdudiyyət hissi keçirmədən gələcəkdə gözəl mütəxəssis, hətta psixoloq belə ola bilirlər. İsveçlilərlə ünsiyyətdən az sonra başa düşürsən ki, gəldiyin ölkədə qanunlar insanlar üçün elə tənzimlənib ki, hər kəsin haqqı orada nəzərə alınsın. Heç kəs haqdan kənar qalmayıb. Şəhəri gəzə-gəzə, şəhərsalma və nəqliyyat infrastruktrunun fiziki məhdudiyyəti olan insanların sərbəst hərəkəti üçün necə tənzimləndiyindən heyrətimi gizlədə bilmirdim. Səfər təəssürratlarımı dostlarla bölüşəndə bəzən zarafatla (həqiqətdir) deyirəm ki, bu ölkədə nəinki insanlar, hətta yoldan keçən heyvanların (həşaratların) da hərəkəti nəzərə alınıb. "t is a shame for Azerbaijan". (Bu Azərbaycan üçün rüsvayçılıqdır) Azərbaycanda hicablı şagirdlərin təhsil almaq hüququndan məhrum olması xəbərinə isveçli tələbə belə reaksiya verdi. Həqiqətən, təhsilin keyfiyyətinə görə bütün Avropada öncül yerlərdən tutmuş İsveç təhsil sistemində insanların dini inanclarına və mədəniyyət fərqliliyinə hörmət olunur. Ümumiyyətlə, təhsil almaq üçün bu ölkədə xüsusi geyim forması nəzərdə tutulmayıb. Sərbəstlikdir. Ancaq, əsas odur ki, ilin sonunda lazımı krediti toplayıb imtahanlardan keçəsən. İsveç auditoryalarının birində hicablı tələbə ilə qeyri-ənənəvi cinsi orientasiyaya malik bir tələbəni bir qrup işində görəndə artıq bu ölkənin sərbəst insanlar ölkəsi olmasına şübhəm qalmamışdı. Maraqlısı budur ki, İsveç hökümətinin ən əsas siyasətlərindən biri din siyasətidir. Hökümət kilsədəki dua məclislərinə insanların, xüsusi ilə də gənclərin gəlməsində maraqlıdır. Ancaq, Avropada baş alıb gedən dinsizlik bu ölkədən də yan keçməyib. İnsanların inanacaqları heç bir dəyər yoxdur. Bu isə mənəvi böhranı dərinləşdirir. İsveç insan intiharlarının sayına görə dünyada birinci yeri tutur. Beləcə, getdikcə daha da əmin oluram ki, insanlara sərbəst yaşamağı qanunlar öyrətməlidir. Qanun hərəkətləri tənzimləməlidir. Bundan ötrü qanunlar işləməli və hər kəs ona tabe olmalıdır. İsveçdə Azərbaycanlı tələbələr ilə görüşdən sonra anladım ki, bu ölkədə hər kəsin sərbəst olması, ancaq bir o qədər də qanuna riayət etməsinin əsas səbəbi qanunsuzluğa görə verilən cəzadır. İsveçdə heç bir yerdə kamera görmədim, amma azərbaycanlı tələbələrin də dediyinə görə, qayda-qanunu pozduğum anda cərimələnəcəkdim. Beləcə, hər kəs qanuna riayət etmək məcburiyyətində qalır. İsveçdə qanun həqiqətən şahdır. İsveçdə şahlar qanuna ağalıq edə bilmir. Əgər belə olmasaydı, orada da kimlərsə qanunsuz olaraq məktəblərdə hicab qadağası qoyardı, qanunsuz olaraq dövlət idarə və xidmət sahələrində çalışan məmur və qulluqçular tərəfindən rüşvət alınardı, qanunsuz olaraq öz haqqını tələb edən insanlar həbsə salınardı və s və ilaxır. P.S İsveçdə olanda qeyri-ənənəvi cinsi orientasiyaya malik tələbələrdən biri ilə "Eurovision" mahnı müsabiqəsi barədə söhbətim oldu. Tələbələrdən biri mənə yaxınlaşdı və "Azərbaycanda cinsi orientasiyası hetero olmayan insanlar üçün xidmətlərin olub-olmaması barədə soruşdu. Mən isə təbii ki, cavabında "yoxdur" dedim. Həmən tələbə isə dedi ki, "növbəti il "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək və siz bilirsiz ki, bu mahnı müsabiqəsi ilə əsasən qeyri ənənəvi cinsi orientasiyası olan gənclər maraqlıdır və bizim müsabiqə keçirilən ölkədə paradımız olur. Bəs necə olacaq?!". Bax, bu sual mənə də maraqlıdır və inanıram ki, sizi də maraqlandırır. Elə isə gəlin sualı aidiyyatı qurumlara ünvanlayaq. Bəs necə olacaq?!
SALAM ALEYKUM QAQAS.biz bir seyi nezere almaliyiq ki Isvec qedim olkedi AZerbaycan 20 ildi musteqillik elde edib ferq bundadiki ele bir gun gelecek ki Azerbaycanda Isvec ve ya basqa olkeler kimi olacaq.her halda herenin oz fikri var belke duz demirem CAVID BEY?.tesekkurler
Xanim
07-07-2011, 19:42:47
SALAM.lap siz bu yazinizla fille qarisqani muqayise elediz ama bunu unutmaq olmaz ki qarisqa ozunden agir yuku dasiya bilir.bagislayin ama mentiqsiz bir azda yersiz meqaledi.SAGOLUN
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.