11 sentyabr bir miladdır... İmperializmin start verdiyi yeni dünyanın miladı... Bin Laden isə burada bir fiqurdur. Piyada... İdarə edilə bilməyən bir piyada...
İmperializmin taktikasıdır... Əvvəl istifadə et... Sonra bir kənara at... Əgər idarə edə bilməsən... Yox et...
11 sentyabrdan sonra Amerikanın önü açılmışdı bir anda... Əfqanıstanı işğal etmişdi... İraq üçün bəhanə hazır idi: "Kütləvi qırğın silahları..." Baxdılar ki silah-milah yox, amma bu yoldan dönmək də yox idi... İraq da işğal edildi, bölündü... Səddam yox edildi... Ya da hələ yaşayır...
Sonra sırada Tunis var idi, Misir, Liviya... Ən sonda da Suriya... İran da var, amma o növbəti müddətdə...
Qədimdən istifadə etdiyi, dəstəklədiyi, qətliamlarına və zülmlərinə icazə verdiyi hər piyadasını ya təsirsiz hala gətirir... Ya da yox edir indi imperializm...
İdarə edə bilmədikləri bir güc vardı illərdən bəri... "Öldürdük" dedikləri, amma kasetlərlə ortaya çıxıb "Mən yaşayıram " deyən... Amerikanı təhdid edən... Bin Laden... Onu da sıradan çıxardılar... Ya da elə olduğuna inandırmağa çalışırlar bizləri...
11 sentyabrla başlayan zamanda... Görünən şeylərə inanmağa çətinlik çəkirik Biz inanırıq hər şeyə, sorğusuz, sualsız beyət edirik... Sonra etiraf edirlər əslində heç bir şeyin göründüyü kimi olmadığına... Olan sizin bizim kimi insanlara olur... Olan kiçik uşaqlara... Yaşlılara... Təcavüzə uğrayan gənc qızlara olur... Olan insanlığa olur...
İmperializm bölür, parçalayır... İstifadə edib bir kənara atır... İdarə edə bilmədiyini yox edir... Biz isə... Dolların və indeksin yüksəldiyinə sevinirik... Nə qəribə...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.