ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
VƏTƏN-KƏRBƏLA MEYDANI!
28/01/2011 - 16:07

Faiq Vəlioğlu
Bir aya yaxındır ki, ölkəmizdə dinə, din alimlərinə və dindarlara qarşı represiyalar davam edir. İlk günlərdə hamı təccüblənir ki, "belə olmaz, dövlət və dövlət məmurları öz müsəlman xalıqna qarşı bu cür hərəkətlərə yol verməz!" Amma, bu xam xəyallar və ehtimallar hamısı boşa çıxdı. Dövlət məmurları vətənin doqquz şəhərini işğal etmiş düşmənlərini sevindirəcək bir addım və planla başladı, nəinki dini, din alimlərini və dindarları həbs etsin, incitsin və olmazın əziyyətlərə məruz qoysun, bəlkə də hazırdılar ki, kimliyindən asılı olamayaraq, bu haqsızlıqlara və məmur özbaşnalığı və sifarişlərə qarşı ağzını açan hər bir müsəlman vətəndaşın da başına olmazın oyunlar açsınlar. Demək, artıq Vətən bizim üçün KƏRBƏLA MEYDANINA çevrilib. Daha doğrusu, dövlət və dövlət məmurları qəsdən bu səhnələri hazırlayıblar ki, Vətən, müsəlman xalq üçün belə bir meydana çevrilsin.

Bu vəziyyətdə İmam Hüseyn (əleyhissalam) və Onun pak Əhli-Beyti (ə), Kərbala karvanı yada düşür. İndi tam qətiyyətlə demək olar ki, tarix təkrarlanır və biz müsəlmanlar yenə də Allah-təalanın dərgahında imtahandan keçirik. Tarixdə var ki, İmam Hüsyen (ə) yol boyu çoxlarını sınaqdan çıxartdı. Hətta, bəzən ona qarşı düşmən kimi tanınanları da sınaqdan çıxardı. Tarix göstərir ki, çox az müsəlmanlar bu sınaqdan alnı açıq, üzü ağ çıxdılar. Bəzən ilk günlərdə düşmən kimi görünənlər (Hürr ibni Riyah) aqibəti xeyirlə qurtarır və Kərbla şəhidlərindən olur. Əbədi və xoşbəx bir həyata qovuşur. Ən başlacası isə, həm dünyada və həm də axirətdə İslam Peyğəmbərinin (s) və Əhli-Beytinin (ə) yanında üzü az alnı açıq olurlar. Tarixdə var ki, bir nəfar İmam Hüseynə (əleyhissalam) öz atı ilə köməklik etmək istədi, amma özü qorxdu. İmam (ə) onun atını özünə qaytarıb, bu səhradan imkan olduqca uzaqlaşmasını istədi və buyurdu: "Cəddimdən eşitmişəm ki, hər kəs biz Əhli-Beytin (ə) köməyə çağırış səsini eşitsə və köməyə gəlməsə, ümmətindən deyil!" Çoxlarımız Aşura günü mənbərlərədə bu şüarı tez-tez eşidirik:

"KAŞ BU GÜN BU DƏMDƏ, OLAYDIM KƏRBƏLADƏ!  
ALAYDIM HÜSEYN QANIN, ÖLƏYDİM KƏRBƏLADƏ!"

 
Nə gözəl şüar! Nə gözəl arzu! Nə gözəl aqibət! Bir aya yaxındır ki, vətənimizin ən pak və təmiz qəbli insanların müxtəlif təhqir, böhtan, həbslər və işkəncələrlə zindanlarda və evlərində incidirlər. Ailələrinin və balalarının gözlərini ağlar qoyublar. Çoxlarınmıza bu hadisələr bəlkə də yuxu kimi görünür. Bəzilərimiz hadislər acı nəticə ilə qurtardıqdan sonra ayılacaq və bəlkədə peşiman olacaq. Minbərlərdə danışanda minbəri sirkələyən və az qala durub Kərbəlaya getməyə hazır olmaq istəyənlər üçün ən yaxşı firsət ələ düşüb. İmam Hüsyen (ə) aşiqlərini hicabı, haqqı və dini müdafiə etdiklərinə görə bu gün vətənimizdə olmazın bəlalara və əziyyətlərə düçar ediblər. Bütün bu haqsızlıqlara qarşı səs qaldırmaq, qışqırmaq, fərayd etmək və haqsızlığa son qoymağı tələb etmək lazımdır. Gözləmə və intizar çəkməklə, həm fürsət və həm də imanımızı əldən verə bilərik. Tarixdə təvvabininləri (tövbə edənləri) göz önünə gətirmək yaxşı olardı. Zülm olunmuş müsəlman xalqın fəryad çəkməyə Allah-taala tərəfindən icazəsi və haqqı var. Quran bunu əmr edir, zülm olunmuş fəryad çəkə bilər. Quranda oxuyuruq: "Allah (başqalarının) pis hərəkətlərinin açıq (ucadan) deyilməsini (fəryad çəkməsini) sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!" (Nisa surəsi 148)

Vətəndə bu zülmə məruz qalmış Vətənin hacı Mövsüm, hacı Zülfüqar, hacı Azər və hacı Fəxri kimi digər alim, mömin, qeyrətli və imanlı oğlanlarının haqlarını var qüvvəmizlə müdafiə etməli və onların azadlığa çıxmasını tələb etməliyik. Onalara atılan bütün bu quru böhtanların ləğv olunmasını isətəməliyik.
Allah-taala Quranda hər bir iman əhlinin müxtəlif sınaq və imtahandan çıxacağına çoxlu ayələrdə işarə edib. İlk əvvələdə Quran buyrur ki, heç vaxt nə ölümdən qorxun və nə də müxtəlif bəhanələrlə ölümdən qaçmağa çalışın. Quranda bu haqda oxuyuruq: (Ya Peyğəmbər) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Əhzab surəsi 16)

Deməli, insan harda və hansı vəziyyətədə olmasından aslı olmayaraq haçansa ölümlə üzləşməlidir. Haqq yolunda, Vətən yolunda, zülmlə mübarizədə ölmək və şəhid olmaq, Quran və Əhli-Beyt (əleyhimussalam) məktəbində ən böyük feyz və iftixardır. Hətta, düşmənə qarşı ən ağır döyüşlərdə belə Allah-taala iman əhlini sınaqdan çıxarır və onlara məhkəm olmağı və Allaha təvəkkül etməyi əmr edir. Qurana bu haqda oxuyuruq: "Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar." (Əhzab surəsi 11) Sonra Allah-taala buyurur ki, belə imtahanlarda münafiqlər və imanı zəif olanlar  daha çox özlərini büruz etdirir. Quranda oxuyruq: O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər." (Əhzab surəsi)

Yenə də Allah-taala başqa bir surədə imanlı şəxslərin imtahandan çıxmadan hansısa bir məqama çata bilməyəcəklərinə işarə edərək buyurur: "(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!" (Bəqərə surəsi 214)

Bəs, sən demə bu gün bizim hamımız Vətəndə imtahan meydanındayıq. Din, iman və vətən qorunmalıdır, vətənin alim və pak insanları qorunmalıdır. Hər kimin öz səviyyəində sözü və əməli olmalıdır. Susmaq və evdə oturmaqla imtanhan vermək olmaz. Deməli hər birimiz bütün bu hadisələrə münasibətdə Allah-taala dərgahında möhkəm əsaslarla sorğu-sual olunacayıq. Allah-taala o gündə bizim üzümüzü bu günkü mövqeyimizə və əməllərimizə görə qara etməsin inşallah! O kəslərdən olmaq lazımdır ki, dinin, imanın və vətənin qorumağa hər zaman hazır olanlar haqqında Quranda Allah-taalanın buyurduğu  bu ayə bizlərə də aid olsun: "Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!"  (Əhzab surəsi 23,24) 

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.