Ölkədəki gedişatdan xəbərsiz deyilsiz. İnsanlar ölkədə nələr baş verdiyini özünə uyğun tərzdə izləməkdədirlər. Lakin bəzən ölkədəki tolerantlıqdan danışanlar nədənsə bu son vaxtlar İslamı hədəfə alıblar. İslamı hədəfə almaqla tolerantlıqdan və demokratiyadan çox uzaqda olduqlarını sübut edirlər. Yəni dünyəviliklə allahsızlıq qarışdırılıb. Dünyəvi bəhanəsilə allahsızlıqlarını elə bil kiməsə göstərmək istəyirlər. Deputatın biri çıxır deyir ki, "Köləliyin insanların geninə keçməsində İslamın çox böyük rolu olub" və ya "İslam köləlik yaradır". Digərləri "hicabı bizim ana-bacılarımız taxmayıb" deyirlər. Hər halda ikincilərin ana və bacılarının hansı millətdən və hansı dinə mənsub olmasını bilməsək də, bizim ana və bacılarımızın azərbaycanlı müsəlman olmasını yaxşı bilirik. Nənələrimizin kəlağayıları bunların ağzını bağlamağa bəs edər.
Lakin İslamı hədəfə alanlar hər halda bilməlidirlər: 1. Azərbaycan dünyəvi dövlət olsada, əhalisinin əksəriyyəti müsəlmandır. Müsəlman isə o deməkdir ki, onlar İslam dinindədirlər. Bu isə o deməkdir ki, İslamı hədəfə alanlar Məhəmməd Füzulini, Nizami Gəncəvini, Şah İsmayıl Xətaini, Mirzə Ələkbər Sabiri, Məmmədəmin Rəsulzadəni, öz atalarını və analarını hədəfə alırlar. Əlbəttə ki, ata və anaları müsəlman olublarsa.
2. Bayrağımızdakı yaşıl rəng, məhz İslamı tərənnüm edir. Və İslamı hədəfə almaqla dövlət atributu və qarşısında baş əydiyimiz bayrağımızı hədəfə alırsız. Yəni əgər İslam köləlik yaradırsa bu deputatın sözlərini təfsir etsək gərək belə deyək: "Üç rəngli bayrağımızın yaşıl rəngini tərənnüm edən İslam köləlik yaradır".
3. İslamçılar, dindarlar demək, ölkənin müharibə şəraitində olduğu bir vaxtda ölkədə ayrı-seçkilik yaratmaqdır. Xalqın İslam dininə daha çox önəm verdiyi bir kəsimi dövlətdən küsdürməkdir. Bir halda ki, bu dindarların qohumları və dostları da məhz bu xalqın nümayəndəsidir və onlara da mənfi təsir qaçılmazdır.
4. Prezidentin "Milli Qəhrəman" adı ilə təltifləndirdiyi Seyyid Mübariz İbrahimov özü və valideynləri dindardırlar. İslamı və dindarları hədəfə almaqla ermənilərin ürəyinə qorxu salan Seyyid Mübariz də avtomatik olaraq hədəfə alınır. Əgər Seyyid Mübarizin son məktubu, İslamı hədəfə alanların yadından çıxıbsa, onda bir daha oxusunlar. Seyyid Mübarizin dindar olmasına onun son məktubundakı "İnşəallah Cənnətdə görüşərik . Allaha ibadətlərinizi dəqiq yerinə yetirin" cümlələri məncə kifayət edər. Bu cümlələrdə Seyyid Mübariz dindar olmasını Məada (ölümdən sonrakı həyat) inamı və Firiuddinə (dinin budaqları) əməl etməsilə sübut edir.
İndi isə, köləlik nədir bir az izah verək. Kölə o deməkdir ki, bir insan öz azadlığını başqa bir insanın əlinə versin. Kölə şəxs o kəsə deyilir ki, vəzifəsinə, maşınına, dükanına və ya villalarına görə, özündən daha böyük vəzifə sahibinin qarşısında dinini, qeyrətini, namusunu və şərəfini ayaq altına atsın. Bu isə İslamda qəti qadağan olunub. Hər halda ölkəmizdə kimin necə və hansı şəraitdə gəlib oturduqları kresloya yiyələnməsini məndən çox elə onlar özləri daha yaxşı bilir. Məncə bu cümlə yerinə düşər: "İnsanların geninə köləlik salan əsas səbəb vəzifəyə məhəbbətdir". O vəzifəki, rüşvət almaqla dünyasını öz ağlıyla abad edəcək. O vəzifəki, xalqın boğazından kəsib öz rifahını düzəldəcək. O vəzifəki, haqqın səsini kəsəcək və batili haqq kimi göstərəcək.
Ancaq indi əsil azadlıq barədə qısa bir məlumat verim: İmam Huseyn (ə) Aşura günü İslamın atributlarını tapdaq altına alan dəstəyə üzünü çevirərək deyir, "Mənim kimilər yezid kimilərə heç vaxt beyət etməz (boyun əyməz)". Yəni İmam Huseyn (ə) əsil azadlığı köləlik ortaya çıxan zaman ölməkdə görür. Yəni İmam Huseyn (ə) ölümü kölə həyatından üstün bilir. Bax budur əsil azadlıq. Bunun əksi isə, əsil köləlikdir.
Qüdrət Həsənquluyev nə bilir axı İslam nədir? İndi də düşüb deyir İslam köləlik yaradır. Sənin kimilər bu iqtidara köləlik etməyə razılıq vermisiniz, yoxsa sizi deputat qoyardılar. İsa Qəmbər, Pənah Huseynovdan hörmətlisiz? Onlar deputat seçilmədi, siz seçilirsiz? Yazıda adını da yaza bilərdiniz(qüdsərtin).Amma elə ümumi də yaxşıdı. Hərə öz payını götürür Təşəkkür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.