Azərbaycanın milli-mənəvi dəyərləri ilə heç bir əlaqəsi olamayan "Yeni İl"i yenə yatmaqla qarşılamağı düşünürdüm. Lakin gecə 12 olmağına 3-4 dəqiqə qalmış partlayış səsləri bütün Bakını, hətta xəstələri yuxudan ayıltdı. Ancaq bu yuxu qəflətdən oyanma deyil, yorğun və acların yuxudan ayılması idi.
Məni elə gecə saatlarında bəzi məsələlər düşündürməyə başladı.
Birinci düşündürən məsələ, əlbəttə ki, Qarabağ problemi oldu. Görəsən, artıq 20 ilə yaxınlaşan işğalla barışma xalqı niyə narahat etmir?
Lakin buna yavaş-yavaş cavab tapa bildim və fikirlərimi qələmə almağı düşündüm.
Bunun bir neçə səbəbləri var. Birinci səbəb ölkə səviyyəsində vətənpərvərlik ruhiyyəsinin olmamasıdır. Yəni iqtidar öz işini (bu işin reallığa uyğun olub-olmaması haqda danışmaq istəmirəm) reklam etdiyi kimi Qarabağ problemini lazımi dərəcədə təbliğ etmir. Dövlət məmurlarının əzbərlədikləri "Biz Qarabağı azad edəcəyik!" şablonları xalqı bezdirib. Bəzilərinə elə bu da lazımdır.
Lakin bu bəzilərinin düşündüklərinin əksinə olaraq, xalqımız Şəhid Mübarizləri çoxdan gözlədiyini bir daha sübut etdi. Bizim ölkəmizdəki ruhanilərin dedikləri "xalqımız şəhadətsevərdi" fikirləri "şablon" şüarlar kimi olmadı. Bəli, müsəlmançılığını üstün tutanlar şəhidlərinə yiyə çıxdılar. Çoxlarının istəməməsinə rəğmən, şəhidlərimiz ABŞ əsgərinin basdırılması kimi deyil, məhz müsəlman Şəhidin dəfn edilməsi kimi torpağa tapşırıldı. "Allahu Əkbər!" sədaları hətta Qarabağı hələ işğaldan azad etmək iqtidarında olmayan güllə səslərini də üstələdi. Bəziləri iqtidarın bu işdən maraqlı olmasını deyirdi. Lakin biz belə düşünmürük. Çünki şəhidlərin cəsədləri ekspertizaya gətirələndə polislərin dindarları kütləvi həbs etməsi heç də iqtidarın dindarların bu cənfəşanlıq etməsinə sevinmədiyini göstərdi. Hər halda biz o vaxt bu faktları mətbuata çıxarmamağı məsləhət görmüşdük.
İkinci məsələ xalqın həmrəy olmamasıdır. Bəli, 31 dekabr həmrəylik günü kimi qeyd edilsə də, bu əslində belə deyil. Xalq əgər "zona-zona", "dindar - qeyr-dindar" təbəqələrə bölünürsə, həmrəylik hardadır? Həmrəylik yekəqarın məmurların 364 gün biri-birinə rəqib gözlə baxaraq, yalnız bir gün bir süfrə arxasında oturmasıdırmı? Bir generalın qardaşı oğlu digərinin kürəkənini güllələyirsə, "həmrəylik bu çevrələrdə də yoxdur" deyə bilərik, belə deyilmi? Bəli, əgər mənim övladım təhsil hüququndan hicaba görə məhrum edilirsə, mən niyə milyonluq villalara sahib məmurlarla və ya adları "ayı yeyən" kimi mətbuatda tanınan nazir balaları ilə həmrəy olmalıyam? Məni bunlarla həmrəy olmadığıma görə xarici təsirləri bəhanə edib ittiham edə bilərsiniz. Amma tələsməyin, bəylər. Mənim xalqdan gizlətdiyim və ya aşkara çıxanda narahat olmağa səbəb olacaq çox sayda milyonluq malikanələrim, milyonluq villalarım, hər ay dəyişdiyim yüz minlik maşınlarım yoxdur. Mən dostuma, nə də ki, onun övladına 130 minlik avtomobil bağışlamaq iqtidarında da deyiləm. Hələ zibillik axtaranları demirəm! Görəsən bu zibillik axtaranları xalqın nümayəndələri saymırlarmı? Bunlarla həmrəylik nəyə lazımdır? Əgər həmrəy olsaq, gərək var-dövlətimizdən bunlara da ayıraq. Məmurlar belə düşünmürlərmi? Belə deyilsə, niyə kasıblara əl tutulmur, aclar zibillik axtarırlar?
Gəncədə 49 metrlik tortun qırıntılarına əl uzadan qoca nənənin qolundan polisin necə tutmasını gördünüzmü? İnternetdə var. Biz sizə əlavə yersiz əziyyət verməmək üçün bu şəkili diqqətinizə çatdırırıq. Özünüz baxın. Polisimizə bu şey yaraşırmı? Bu polis qoca nənənin qolundan tutduğu kimi, rüşvət alan və verənləri tutsa nə yaxşı olardı. Və ya gecələr barlarda əxlaqsızlıq edənləri, yol, abadlıq işləri üçün ayrılan dövlət vəsaitlərini mənimsəyənlərə qoca nənəyə göstərdikləri aqressiv və ya adekvat addımları göstərsələr, dünya dağılar? Ehh...
Bəli məmurların biri öz dostunun oğluna 130 minlik "Porşe" alırsa, bu məsələdə nəsə qaranlıq məqam var. Əgər dediyim bu bir fakt olsa, heç deməzdim. Ancaq məmurların villalarının fotolarını çəkən döyülən jurnalistlər, Dubay xəbərləri, nazirlərin milyarderlərlə bir süfrədə oturması və s...
İndi gəlin deyin görüm, bu ölkədə kiminlə kim həmrəydir? YAP-çı YAP-çı iləmi?
Nə isə.
Məni bir sual maraqlandırır: "Görəsən köhnə məmurlar yeni problemlər yaradacaqlarmı?" Hələ demirəm "köhnə məmurlar, köhnə problemləri həll edəcəklərmi?" Problemlərin yaranacağını arzulamasaq da, bu problemlər yeni-yeni formatlarda gələcək. Həm də köhnə problemləri kim yaradıb, o da həll etməlidir.
Çox təəssüflər olsun ki, xalqın bu güzaranı rüşvət və korrupsiyadan daşa dönən qəlbləri narahat etməyib və etməyəcək də.
Ancaq mən Quranın, İslam Peyğəmbəri Həzrəti Muhəmməd (s) və İmam Əlinin (ə) dediklərinə inamım var. Son olaraq bu hədisi deyərək mənim kimi düşünənlərə təskinlik verirəm: "Hakimiyyət küfrlə davam edə bilər, zülmlə davam etməz".
Mənə maraqlı gələn odur ki,bu qədər haqsıslıgın qabagında görəsən bu millət necə tab gətiribçaxı mən tanıdıgım millət hələ 80-cı illərin sonlarında SSSR-i hakimiyyetinə butun olkəlerdən qabaq etiraz mitinqlərinə qalxmışdı,məger onda döymurdülər?məgər onda həbsə salmırdılar?məger onda oıdürmürdülər?Aöı bu milləti kimlər bu günə saldı?Mən çox fikirləşdim u mozuda belə qerara gəldim ki,BİZ HAQQA KƏM BAXDIQCA HAQQ BİZDƏN ALLAHA ŞİKAYƏTÇİ OLDU.Çünki her gün bir zavallının haqqı tapdalanırçamma biz neyləyirik haqqi bərqarar ede bilirikmi?Əlbətdəki xeyr.İndi düşünək görək bir adamı gün ərzində saysız dərəcədə alçatsalar kimə şikayet eder???Əlbət ki Allaha çünki Allahdan başqa ədalətli bir kimsə yoxdur.Bərkə daha bəsdir haqqa bu qəder divan tutdugumuz hə???Burda bir hedis yada düşür İGİD BİR DƏFƏ ÖLER QORXAQ HER GÜN !
salam
04-01-2011, 15:06:58
Bəzən insanlar günah etdikdən sonra haqqı deyə bilmir. Bir zamanalar İmam Əlinin tərəfdarları sonra İmam Huseynin düşmənləri oldu. Yəni qibət şərtdir. Allah aqibətimizi xeyir eləsin
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.