ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ
15/12/2010 - 11:18
aqilmehdi@gmail.com

Aqil Mehdi

Xəbər portallarının birində İlham Tumasın bir yazısını oxudum. Vallahi, bəzi həmkarlarımın son günlər yazdıqlarına baxdıqda, onların havalandığını düşünürəm. Adamlar açıq-açığına bas-bas dindarların əzilməsini, əzilənlərin haqq səslərinin boğulmasını dəstəkləyirlər. Özlərindən, Allahın Qurani-Kərimdə xanımlar üçün örtünməyi əmr etdiyi üçün hicab geyinən xanımların haqq səsinin ucalmasını nə dinin, nə Allahın, nə də dövlətin bağışlamayacağı qənaətini formalaşdırırlar. Görəsən uzun müddət qəzet redaktoru və baş redaktoru olmuş İlham Tumas nə əcəb xanımların hicab üçün davasını dinin, Allahın bağışlamayacağını düşünür? Məgər onun ailəsində hicaba riayət edən, namaz qılan kimsə yoxdur? Nə əcəb bilmir ki, Allahın buyurduqlarının müdafiəsinə qalxanları deyil, Allahın buyurduqlarına qarşı gedənləri Allah bağışlamaz? Dövlət isə onsuz da onları bağışlamır. Gah azanlarının səsini qısdırır, gah məscidlərini uçurtdurur, gah da savadlanmasını istəmirlər.

İlham Tumas yazır ki, Türkiyədə İslamın klassik qaydasına uyğun şəkildə çadralanmış bir xanım, hamiləlik zamanı bədəninin gün işığı görməməsi səbəbindən uşağı raxit dünyaya gəlib. Həkim isə qadına dənizə gedib bədənini gün işığına verməyi məsləhət bilib, qadın isə bu təklifə görə həkimi məhkəməyə vermək istəyir. İlham bəy qadının təfəkküründən çox təəccüblənibmiş.

Maraqlıdır, əvvəla İlham bəy "İslamın klassik qaydasına uyğun şəkildə çadralanmış" deyəndə nəyi nəzərdə tutur? Bəlkə İslamın modern çadra və hicab forması da var. Ki, bizim xəbərimiz yoxdur? Əslində modern hicab və çadra var, amma onun da İslama dəxli yoxdur. İslamın hicab forması Qurani-Kərimdə tam aydınlığı ilə yazılıb. Və onu başa düşmək üçün alim olmağa, savada gərək yoxdur. İlham bəy savadsız həkimin fikirlərini yayınlamaqla, həm də onun fikri ilə həmrəy olduğuna da sətiraltı işarə vurur. Ona görə savadsız deyirəm ki, bədənin gün işığı görməməsi uşağın raxit doğulmasına səbəb olursa, onda Azərbaycandakı dindarların uşaqlarının hamısı raxit olar ki? Şəxsən mən çevrəmdə belə bir şəxs tanımıram. İranda, Əfqanıstanda, Ərəbistanda, Pakistanda da bu cür problemlərin olduğunu eşitməmişəm.
Ardıyca İlham Tumas
bəy yazır ki, Azərbaycan Təhsil Nazirliyinin qarşısında hicab mitinqinə çıxmış insanlarla bağlı xəbəri oxuyanda da təəccüblənib. Təəccüblənməyinə səbəb o olub ki, "Azərbaycan Respublikasının qanuni dövlət qurumu dövlətin təməl prinsiplərinə və Konstitusiyasına uyğun olaraq bir qərar qəbul edir, bu qərarın yerinə yetirilməsi üçün addımlar atır, respublikada yaşayan bir para Azərbaycan vətəndaşları isə "vicdan və əqidə azadlığı" görüntüsüylə İslam prinsiplərinə, İslam mənəviyyatına, İslam dəyərlərinə hücumlardan şikayətlənirlər". İlham bəyin dediyi kimi, doğrudan da, təəccüblənməli işdir. Necə ola bilər ki, əli qələm tutan bir şəxs Azərbaycan Respublikasının ən ali qanunu olan Konstitusiyanın hər bir vətəndaş üçün olduğunu, hansısa harınlamış məmurun maraqları üçün yazılmadığını bilməyə. Məgər İlham bəy bilmir ki, həmin Konstitusiyada hər bir vətəndaşın təhsil almaq hüququ və vicdan azadlığı var, dövlət isə bu hüququ təmin etməyə borcludur? Bundan əlavə, İlham bəy, hicabın vicdan azadlığı olduğunu oxuya bilməyən korlara səsləri ilə bunu çatdırmaq istəyən insanları "bir para" Azərbaycan vətəndaşı adlandırır. İlham bəy, bu yazının sifarişini kimdən almısınız? Düzünü deyin. Olmaya yeni iş yerinizdən? "Bir para" yazmaqla nə demək istəyirsiniz? İstəyirsiniz bütün dindarlar çıxsın Təhsil Nazirliyinin qabağına və sənə bu yazını sifariş verənlər dindarların sayını görsün? Məgər bilmirlər? Bilmirlər ki, sənin "bir para" adlandırdığın insanlar hər şeydən keçərlər, amma namussuzluğu ünvanlarına yazdırmazlar. Bilmirlər ki, Azərbaycan  polisi belə dindarlarla aksiyalara çıxmaq istəmirlər. Çünki səndən fərqli olaraq, polislər, dindarların namus üçün hər bir qəddarlığa duruş gətirəcəklərini və bu namus mübarizəsinin dolayısıyla onun ailəsinin də namusunun mübarizəsi olduğunu başa düşür və qəbul edirlər. "Axırıncı aşırım" filmindəki Kərbalayinin məşhur deyimi yəqin ki yadındadır: "İndi də bu kolxoz oyununu atıblar ortaya. Əvvəl gəlib dedilər öküzünü ver. Sonra dedilər kotanını ver. Sonra gəlib dedilər atını da ver. Sabah gəlib deyəcəklər ki, papağını da ver, namusunu da."

Necə də günümüzlə səsləşir deyilmi, İlham bəy. Abbasqulu bəy demiş, papağı qoy qabağına yaxşı-yaxşı fikirləş. Nəyimiz qalıb namusdan və təmiz addan başqa. Bu gün iffət, namus nişanəsi olan hicaba təhsildə qadağa qoyanlar, sabah hicablıların küçəyə çıxışına da qadağa qoyacaqlar.

Yazını oxuyanda həm də mənə aydın oldu ki, sən demə İlham bəy Azərbaycan məktəblərinin qeydinə qalır. O narahat olur ki, hicablılara məktəbə girişə icazə verilsə, onda orta məktəb dönüb olacaq "dindarlarla", "qeyri-dindarlar"ın geyim salonun. İlham bəy, sizin narahatçılığınızı başa düşə bilmirəm. Niyə siz və çalışdığınız kollektivin üzvləri orta məktəblərdə tüğyan edən rüşvətxorluqdan, küçə qadınları kimi geyinənlərdən, 2-ci sinif  uşaqlarına satılan "Azərbaycan", "Xalq Qəzet"lərindən, fond pulundan, mənasız yazılan kitablardan, səviyyəsiz keçirilən dərslərdən, zərgərlik salonuna oxşayan müəllimlərdən, bayramlarda uşaqlardan alınan zərflərdən, soyuqdan tir-tir əsən uşaqlardan, siçovulların futbol meydançasına çevrilmiş məktəblərdən bir kəlmə də olsun yazmırsız? Eyni gündə bütün kollektivinizin yadına düşdü ki, sən demə ölkədəki məktəblərdə hicab çox yersiz bir şeydir. Təhsilə də zərər verirmiş.

Sonra İlham bəy yazır: "Yaxşı, qızların arasında dindarı var, oğlanların arasında yoxdur? Əlbəttə, var. Onda oğlanlar neyləsin ki, qıraqdan baxanlar onların dindar olduqlarını bilsinlər? Gərəkdir ki, onlar da saqqal saxlasınlar, başlarını qırxsınlar, kəkilləri-filan da olmasın."

İ.Tumasın mənasız ifadələri bəlkə də deyərdim burada kuliminasiya nöqtəsinə çatır. Adam hələ indiyə kimi başa düşməyib ki, hicabı taxanlar "kənardan onların dindar olmalarını bilsinlər" deyə bunu etmirlər, Allahın əmrini icra etmək üçün edirlər. Oğlanların geyim forması barədə isə heç bir məhdudiyyət yoxdur. İnanmırsansa, sənin də mənim də yaxşı tanıdığım İslam Universitetinin məzunu C.U-dan bu barədə bilgi al.
Mənasız arqumentdən daha bir nümunə: "Mən çox təəccüblənirəm. Özü də "qızım məktəbə hicabla getməlidir" deyən bəzi dindar ataların və anaların təfəkkürünə. Görün dindar qardaşlardan biri n
ə deyir: "Mənim qızım 4-cü (!) sinifdə oxuyur, özü də dindardır (?), hicab taxıb məktəbə getmək istəyir, qoymurlar". Təəccüblü deyilmi? Axı, 9 yaşı olar-olmaz bu balaca qızcığaz əsl dinin nə olduğunu haradan anlayır ki, hələ hicab da taxmaq istəsin? Bu hörmətli yoldaş görəsən, bilirmi İslam hicabı niyə tələb edib və bunun körpə qızcığaza nə aidiyyatı var? Əslində, vallahi ki, davanın hicab davası olmadığı gün kimi aydındır."

Hə Tumas bəy. Bil ki, dindarın uşağı nəyin nə olduğunu ana bətnindəykən öyrənir. Çünki o uşağın təməli qoyulanda, atası arağın təsirindən başı dumanlı olmur ki, uşaq da doğulanda 20 yaşına kimi məsti-xumar olub yaxşını pisdən ayırmağa qüvvəsi olmasın. Dindarın 3 yaşlı uşağı evə qonaq gələndə əzbərlədiyi Qurani-Kərim ayələrini söylədiyi halda, qeyri-dindarın uşağı söyüş söymək bacarığını, atasının içəndən sonra necə səndələdiyini və siqareti necə çəkməyi nümayiş etdirir. Bəlkə elə deyil? 3 yaşında Quran ayəsi söyləyən uşağın İslamın vaciblərini bilməsi üçün 10 yaş kifayət etmirmi? Axı o bunun tətbiqini hər gün ailəsində görür? Necə olur ki, onu döydüyünə görə atasını məhkəməyə verməyi 10 yaşlı uşaq bilir, amma hicab barəsində düşüncəsi olmur? Yəqin sən də bilməmiş deyilsən ki, uşağın tərbiyəsi ana bətnindən başlayır. Bunu sübutunu isə istəsən sünni, istəsən şiə mənbələrindən, istəsən də ailə mütəxəssislərindən  öyrənə bilərsən.

Türkiyə başbakanının bu günlərdə "Örtüsüz kadın perdesiz eve benzer, perdesiz ev; ya kiralık olur, ya satılık" söylədiyi "şah" kəlamına da dəstək oluram. Əhsən ona. Uzun illərdir bu cür dərin mənalı söz eşitməmişdim. Necə olur ki, ölünüzü İslam qayda-qanunu ilə qüsul-kəfən, dəfn edirsiz, 3, 7, 40 verib Quran oxutdurursuz, ancaq Allahın digər əməllərinə - konkret olaraq hicaba ağız büzürsüz?

Sonra İlham bəy ilahiyyatçı Hacı Mirfəyyaz Fəttayevin, "Qapanmanın elmdə təsdiq etdiyi faydaları vardır ki, onun da ən başlıcası xəstə təfəkkürün yaranmasının qarşısını almaqdır. Təcrübə göstərir ki, ən çox psixi-ruhi gərginliklər cinsi azadlığın, ən sağlam ruhi dəyərlər isə qadınların qapalı olduğu cəmiyyətdə yetişir. Qadın qapalıdırsa, ictimaiyyətin fəsadı, gənclərin şəhvətə meyllənməsinin qarşısını alır", - fikrinə məntiqsiz bir irad tutur. Özü də görün necə: "Onun sözünə inansaq, belə çıxır ki, bütün hüquqi dövlətlərdə, hicab olmayan ölkələrdə insanlar bir-birinin belinə minir. Ya onun məntiqiylə, ərəb ölkələrində zina-zad olmur, hamı bir-birinə qardaş-bacı kimi baxır və gündə hansısa rəqqasənin göbəyinə milyonları atan da ləlöyün ərəb şeyxləri, qadın alverinin tüğyan elədiyi yer də ərəb ölkələri deyil..."

Tumas bəy, yəqin sən də təsdiq edərsən ki, hüquqi dövlət dediyin qərbdə elə həqiqətən insanlar bir-birinin belinə minir. Kimin, kimin arvadı və ya əri olduğu az fərq edir. Çünki onlar bunu mədəniyyətin göstəricisi kimi qəbul edirlər. İslam qanunlarının hökm sürdüyü ölkələrdə zinanın cəzasını sən də gözəl bilirsən. Elə götürək qonşu İranı. Ərini oynaşına görə öldürən zinakar Səkinə Aştiyanini sənin hüquqi dövlət adlandırdığın Qərb dövlətləri və onların əlaltıları yaman dəstəkləyirlər. Bilirsən də zinakar, İslamda fahişələrə deyilir. Fahişələri isə ancaq kimlər dəstəkləyir..? Ehtiyac yoxdur cavab verməyə. Cavabın aydındır. O ki qaldı ləlöyün ərəb şeyxlərinə, sən mənim canım onları İslam adına İslama calaq eləmə. Özün də bilirsən ki, ərəb şeyxlərinin İslama heç bir aidiyyatı yoxdur. Onların pulu elə İslamın gözdən salınmasına xərclənir.

İlham bəy daha sonra ilahiyyatçı alimin digər məntiqli düşüncələrinə öz məntiqsiz baxışları ilə cavab verməyə çalışır. Onlara toxunmaq istəmirəm. Çünki hələ sırada bir nəfər də var.

Yazının sonunda Tumas bəy yazır: "Necədir, heç nədən xəbərsiz, bəlkə də xəbərdar hörmətli "hicab mitinqi" eləyənlər? Sizlərin dini etiqadınızı ora-bura yönəldənlərin fikirlərindən xoşhal oldunuzmu? Hə, xoruzun quyruğu bax, burda görünür, hörmətli hicab müdafiəçiləri. Gedin evinizə, dininizi qoruyun, mənəviyyatınızı kamilləşdirin, etiqadınızda həmişə möhkəm olun, ancaq balaca balalarınızı siyasi oyunların, ordan-burdan dərs alanların mənafelərinə qurban verməyin. Bunu nə din, nə Allah, nə də Dövlət bağışlamaz..."

Görüz də, xoruzun quyruğu doğrudan da göründü: "Gedin evinizə, dininizi qoruyun, mənəviyyatınızı kamilləşdirin..." Yəni susun, evdən bayıra çıxmayın, bu ölkə bizim və başçılarımızındır, təhsil də almayın, heç bir dövlət idarəsində də işləməyin. Çünki siz bizlərdən fərqli olaraq haqsızlıqla barışmırsınız, rüşvəti verməyin və almağın haram olduğunu bilirsiz, təhsil ocaqlarına ancaq təhsil almaq üçün gedirsiniz, maariflənirsiniz, savadlanırsınız, bu isə harınlamışlara sərf etmir, çünki savadlı adam haqq, hüquq tələb edir. Deyilmi Tumsa bəy, yəqin sən də belə düşünürsən əslində, ancaq yaza bilmirsən, çünki yazın sifarişlidir, öz düşüncənin məhsulu deyil.

***

APA-nın baş redaktoru Vüsalə Mahirqızı da estafetdən geri qalmaq istəməyib. Yazısında çox şeyə toxunub. Amma bilmirəm özü hiss edibmi ki, onun da məqaləsi, yazı xatirinə yazılıb. Vüsalə xanım haqlı olaraq yazır ki, dindarlar hicab barədə danışanlara, "Azərbaycanda təhsilin başqa problemi yoxdurmu?", - deyə sual edirlər. Bəlkə səhv deyirlər Vüsalə xanım? Mən də hicabın təhsildə problem olmadığını bildiyim halda, bir agentlik rəhbəri kimi sizdən soruşuram: "Yoxdurmu Azərbaycan təhsilinin başqa problemi?"
Tapdıq Fərhadoğluna da sual etmişdim, dünyəvi dövlətin təməl prinsipi, dünya təhsil sistemi deyəndə sizin bildiyiniz, başqa heç kəsə bəlli olmayan kriyetiyalar nədən ibarətdir? Dövlətin məhək daşına zərbəni təhsili girdaba sürükləyənlər, tut ağacını "derji derevo" kimi tərcümə edənlər, təhsil səviyyəsinə görə 65 ölkə arasında 64-cü yer tutmağımıza şərait yaradanlar, ölkənin ən ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının 2000 universitet arasında 1951-ci sırada qərarlaşmasına baiskar olanlar vurmurmu? Məhək daşına zərbəni gömrükxanalarda monopoliya yaradaraq, bahalaşmaya vüsət verib ictimaiyyətdə dövlətə qarşı nifrət toxumu səpmirlərmi? Məhək daşına zərbəni, əliyalın insanları etiraz aksiyalarında döyərək adımızı avtoritar rejimlər siyahısına saldıranlar vurmurlarmı? Məhək daşına zərbəni, azad mətbuatı əzmək üçün həftə 8 mən 9 qəzetləri məhkəməyə çəkənlər vurmurlarmı? Məhək daşına zərbəni, 14 km yolu 300 milyon manata çəkənlər vurmurlarmı? Məhək daşına zərbəni, insan haqlarından, obyektivlikdən, demokratiyadan danışaraq, insanların qarışqa kimi tapdalanmasına göz yumanlar vurmurlarmı?

Vüsalə xanım dövlətlə vətəndaş münasibətləri olduğunu, dövlət-dindar, dövlət-ateist, dövlət-sağçı, dövlət-mühafizəkar deyə münasibətlər sisteminin olmadığını iddia edir. Amma deyəsən unudur ki, bu dövlətdə dövlət-dindar, dövlət-sağçı münasibətləri var. Çünki indiyə kimi bu ölkədə sağçıları, dindarları söyənlər heç vaxt təzyiqə məruz qalmayıblar. Sənin dediyin Konstitusiyaya isə kimin səsə verdiyini sən məndən daha yaxşı müşahidə etmisən. Ona görə də, "səs verib qəbul etdiyi Konstitusiyada təsbit olunmuş dövlət quruluşunun tələblərinə əməl etmək vətəndaşın boyun borcudur", - deyə iddia irəli sürmə.
Özəl müəssisələrdə hicablıların işləməsiylə bağlı dediklərinlə razıyam, amma onu iddia edə bilməzsən ki, dövlət idarələrində hicablı xanımlar işləyir. Ola bilsin ki, təhsildəki müəllimləri misal çəkəsən, amma bu da keçməz. Təhsil ocaqlarındakı hicab qadağası çox keçməz onlara da şamil olar.
Vüsalə xanım həm də iddia edir ki, "Azərbaycanın "Təhsil haqqında qanun"u var və o qanunun 14.10-cu maddəsində açıq-aydın yazılıb: "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir". Vəssalam! Əslində bu qanunla istər orta, istərsə də ali məktəbin müəyyənləşdirdiyi geyim formasında hicab yoxdursa, ora belə geyimdə daxil olmaq olmaz. Azərbaycan dünyəvi dövlət qanunları ilə idarə olunur, şəriət qaydaları ilə yox!" Başa düşülməyən odur ki, Vüsalə xanım və həmkarları hansı əsasla, qanunla qadağan olunmayan şeyin qadağan olunmasını tələb edirlər? Ola bilməz ki, bu qədər insan hicab geyim forması olmadığını başa düşməmiş olsun.

Vüsalə xanım yazır ki, "heç kim, amma heç kim onu inandıra bilməz ki, 2-3-cü sinif şagirdi, lap elə 9-10-cu sinifdə təhsil alan qızcığaz öz arzusu ilə başını bağlayır. Mümkün deyil, çünki o yaşdakı uşaq hicabın fəlsəfəsini, mahiyyətini belə anlamır." Amma deyəsən həmkarım valideynlik hüququnu unudur. Onun məntiqi ilə yanaşsaq 2-3-cü sinif şagirdinin oxumağın yaxşı şey olmasını anlaması da mümkün deyil. Amma bizim borcumuzdur ki, o bunu anlayana kimi onu başa salaq. Yaxşı, o uşaq böyüyəndə məndən sotruşsa ki, niyə vaxtında mənə hicaba riayət etməyi öyrətməmisən. Onda mən deməliyəm ki, Misir qoymadı? Vüsalələr, ilhamlar, tapdıqlar, anarlar da ona dəstək verdi? Onda o uşaq deməz ki, bəs sən valideyn kimi mənim hüququmu niyə qorumadın?

Sonra bildirirsən ki, əgər kimsə illah da övladının dini təhsil almasını, başıörtülü böyüməsini istəyirsə, onda mədrəsələrə müraciət eləməyinə heç bir qadağa yoxdur. Mədrəsələr azlıq təşkil edirsə, qoy, bu cür təhsil müəssisələrinin sayını artırmaqla bağlı təkliflər versinlər, sağlam bir İslam Araşdırma Mərkəzi yaratsınlar. Əvvəla dindarlar istəsələr qanuni mədrəsələrdə, istəsələr də evdə övladlarının dini təhsilini təmin edirlər. Sən və bəzi yazarlar təklif edirlər ki, dindarlar övladlarını mədrəsələrə qoysunlar. Bəs sonra. Mədrəsəni qurtarandan sonra bu Azərbaycan vətəndaşı hansı əsasla ali məktəbdə oxuyacaq? Təhsilini necə davam etdirəcək? Təbii ki, heç cür. Demək sizlər savadsız küt bir cəmiyyət arzusundasınız. Siz bunun arzusundasınız, niyəsini isə yuxarıda yazmışam.
Sonda isə yazırsan ki, məsələnin ən acınacaqlı yanı dünyəvi dövlət tərəfdarlarının susmasıdır. Qanunu qəbul edən deputat da, Azərbaycanın qərbə inteqrasiyasının tərəfdarı olan müxalifət də, bu ölkənin sağlam imici üçün mücadilə etdiyini deyən yazar da, ziyalı da susur. Səhv düşünürsünüz Vüsalə xanım, susmur. Səslərini ucaldırlar. Sadəcə sizin agentliyin qapı və pəncərələri çox möhkəmdir, onların səsi sizin redaksiyaya ancaq email vasitəsiylə daxil olur ki, onu da silib zibil qutusuna atırsınız. Sizin dünyəvi dövlət dediyiniz adamların da, qanun qəbul edən deputatların da, qərbə inteqrasiya tərəfdarı olan müxalifətin də, sağlam imic üçün mücadilə edən yazarların da, ziyalıların da bu məsələdə hicab tərəfdarı olduğunu adınız kimi əzbər bilirsiniz. Çünki dünyəvi dövlətin modeli budur. Budur ki, hər bir şəxsin vicdan azadlığı var və bu da demokratiyanın göstəricisidir.
Bəli sizin dediyiniz kimi, "...Bu dəfə lütfən susmayaq! Biz susanların aqibətini gördük!" Ölkədə demokratiyanı bərpa edəcəyini söyləyən və sizin hicab məsələsində dəstək umduğunuz kəsim, 2003 və 2005-ci il seçkilərində susdu və 2010-cu il seçkilərində aqibətini gördü.

Sizin çağırışınız, əsl vətəndaş müharibəsi təbili vurur. Sanki kimlərisə dindarları yerində oturtmağa, səslərini boğmağa çağırırsınız. Problemin həlli yolunu deyil, qanla boğulmasını istəyirsiniz. Bu problem 5-10 ailənin zorla evindən çıxarılıb yerində park salınması deyil, bu 10 minlərin, 100 minlərin səsidir. Və bu səsin haqlı olduğunu sadaladığınız kəsim də bilir.

Son olaraq, Vüsalə xanıma tövsiyəm budur ki, hicab məsələsini ciddi araşdırsın. Hicab bütün dinlərin müştərək rəmzidir. Bu rəmz qalstuk deyil, mini yubka deyil, İlahi bir rəmzdir. Ki, onunla mübarizə aparan elə Allahla mübarizə aparır.


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Savalan 15-12-2010, 17:20:26
Yəqin ki Vüsalə xanımın yaxşı yadında olar. O 13 fevral aksiyası zamanı bir qrup dindarın Şəhidlər Xiyabanını ziyarət edərkən şərlənərək polis tərəfindən tutulmasına da başında durduğu Lent.az saytı ilə eyni münasibəti sərgiləmişdilər. Polisin qəddarlığının haqlı olduğunu dindarların öyrədildiyini yazmışdı. Çox qəribədir ki, bu ölkədə din adı ilə, haqq səsinin ucaldılması adı ilə hansı aksiya və ya tədbir olursa Vüsalə xanım və onun bəzi həmkarları onu İrana bağlayırlar. Buna görə onlara bir faktı da xatırladım onu da yazsınlar. İran Çilinin, Polşanın, İtaliyanın, İspaniyanın, Portuqaliyanın, İsveçrənin təhsil nazirlərinə hicabı müdafiə etmək göstərişi verib. Hətta Rusiya prezidenti Medvedyevə də deyib ki, orta məktəbə gedəndə bir dənə hicablı xanımmın yanında dur şəkil çəkdir. Hə biri qaldı, Türkiyənin Millətçi Hətəkat Partiyasının fəalı olan Atilla Kayaya da 1 milyon dollar verib ki, Aşura məsələsini Məclisin gündəliyinə çıxarsın ki, Türkiyədə Aşura mərasimləri daha geniş keçirilsin.
Utanın eeee, bir şey bilmirsinizsə heç olmasa susun. Yalandan danışıb özünüzü xalqın gözündə bir az da aşağılamayın. Aqil bəy, əhsən sənə. Allah səni var eləsin.
 
Arzu Eyvazov 16-12-2010, 16:07:29
Olsun ki Aqil ele hemishe bele fedakarliq ve bacariqla vurushub. Amma men onun son yazilarini izleye bildiyimden kimliyini gec anlamisham.
Ugur olsun,Aqil. Bu iNSANlarla vurushdan yorulmaq terki-dunyaliqdir. Inaniram ki, her yazida ezmin artacaq, qelemin itileshecek!
 
XAN 08-01-2011, 16:42:16
Vüsalə Mahirqızının həyat yoldaşı türkdür. İnanclı türk. Hər gün namaz qılır. Onun belə danışması adamı mat qoyur. Adama deyərlər ki...
 
Yeganə Əmiraslanova 16-01-2011, 22:29:34
Millət çaşıb. Hə, Vallah millət çaşıb. Hər şey bir tərəfə. Hicaba eyni zamanda bir geyim tərzi kimi yanaşmaq lazımdır. Belə olan surətdə adama, lap elə İlham Tumasa və başqa "anti-hicabistlərə" sual edərlər ki, ay çörəyi yazı-pozudan çıxan vətəndaş, qardaş, yoldaş, sən kimsən axı mənim geyim tərzimi müzakirə edirsən? Mənim baş örtməyim, gen-bol ətək geyməyim səni niyə cırnadır axı? Yazmağa yazın, pozmağa sözün qurtarıbsa get özünə başqa peşə tap. Məmləkət demokratiyanın "kulminasiya " nöqtəsinə çat-ha-çatda... mənəviyyatımız sat-ha-satda...di gəl baş aç... P.S. BAŞINI AÇ YOX HA...

































 
Safail 27-01-2011, 02:04:41
Məşədi İbadın sözü olmasın o qədər qəliz danışırsan ki.....O qədər bu məsələni qəlizləsdirirsiz ki,adam lap qalıb məəttəl.Allaha qarşi açıq üsyan etməkdir.Uşağa uşaq ikən anlatmasan indiki atv kanalında fasiləsiz əxlaqı pozan verlişlərə baxan uşaqlar 10 yaşa çatanacan bacıyla qardaşın ər arvad olmaq eytimalı çox böyükdür.Baş örtüyü millətin fikrincə əvvəllər könüllü hal kimi sayılırdısa məncə indiki zamanda daha vacib sayılmalıdır.Hər kəs namusunu bacardıqları qədər qoruya bilsin.Mən uşağın təhlükəsizliyini indi uşaq ikən təmin eləməsəm indiki zamanda 10 yaşina çatanadək o uşağın aqibəti məgər bilinmir ki, necə olacaq?Mən necə uşağımı bilərək oda atım.Məncə savadlanmaq üçün başı bağlılar deyə bilərəm ki,müəllimlər üçün daha məqsədə uyğun sayıla bilər.Oların fikirləri məktəbə gəlməkləriylə ancaq savad əldə eləməkdən başqa bir şey ola bilməz.Əlbətdə evində qalsa məktəbə buraxılmasa onu savadsız qalmaq eytimalı ola bilər.Çox kəndlər tanıyıram ki,ildə 1-2 ya da heç kəs məktəbə daxil ola bilmir,bəs qalanların axırı nə olur, daha həyat davam eləmir? Belə savad almaqdansa evdə otursa Allahın quranını oxusa valideynlərin nəsiyyəti də olsa indiki müəllimlərin dərs verməklərindən yaxşıdır.Allahın quranına hörmətlə yanaşıb və onu oxuyub əməl edənlərin Allahda yardımçısı olar.Hamıya artıq bəllidir ki,buda bir siyasətdir.Bizlar məktəbdə oxuyarkən azmı müəllimlər tərəfindən döyülmüşük?Əlbətdə valideyn uşaq dərk eləmədiyi bir vaxtda baş örtük məsələsində ona istiqamət verməlidir ki,oda sonradan Allahın Qurani kərimdə əmr etdiyini biləndə peşimançılıq çəkməsin.Bəzi Allahı inkar edənlər qurana adi kitab hesab edənlər anlamırlar ki,bir heyvanin balası olan kimi anasını əmə bilir,bəs ağızda insan deyilən 3-4-5 yaşlı uşaq görmür ki anası hicab geyir?Belə olan halda hətda deməsən belə o uşaq anasindan bu hicab vərdişini mütləq götürəcək.Buda valideyn üçun xoşa gələn bir haldır.Kimsə bunu bəyənmir bəynməsin.Əsil ağıllı insanlar bu qadağaların sifarişlə yerinə yetirilməsini gözəl anlayırlar.Eh,məncə uzatmağımın bəlkədə mənası yoxdur.Su quyunun dibində olmalıdır,quyuya su tökməklə quyu dolmaz.Allah özü tifillərimizə rəhm etsin,Allah Azərbaycanımızı pisliklərdən qorusun.(Adi vətəndaş olaraq kasıbyana fikrimi bildirdim)
 
1970 27-01-2011, 11:54:01

Safail
Məşədi İbadın sözü olmasın o qədər qəliz danışırsan ki.....O qədər bu məsələni qəlizləsdirirsiz ki,adam lap qalıb məəttəl.Allaha qarşi açıq üsyan etməkdir.Uşağa uşaq ikən anlatmasan indiki atv kanalında fasiləsiz əxlaqı pozan verlişlərə baxan uşaqlar 10 yaşa çatanacan bacıyla qardaşın ər arvad olmaq eytimalı çox böyükdür.Baş örtüyü millətin fikrincə əvvəllər könüllü hal kimi sayılırdısa məncə indiki zamanda daha vacib sayılmalıdır.Hər kəs namusunu bacardıqları qədər qoruya bilsin.Mən uşağın təhlükəsizliyini indi uşaq ikən təmin eləməsəm indiki zamanda 10 yaşina çatanadək o uşağın aqibəti məgər bilinmir ki, necə olacaq?Mən necə uşağımı bilərək oda atım.Məncə savadlanmaq üçün başı bağlılar deyə bilərəm ki,müəllimlər üçün daha məqsədə uyğun sayıla bilər.Oların fikirləri məktəbə gəlməkləriylə ancaq savad əldə eləməkdən başqa bir şey ola bilməz.Əlbətdə evində qalsa məktəbə buraxılmasa onu savadsız qalmaq eytimalı ola bilər.Çox kəndlər tanıyıram ki,ildə 1-2 ya da heç kəs məktəbə daxil ola bilmir,bəs qalanların axırı nə olur, daha həyat davam eləmir? Belə savad almaqdansa evdə otursa Allahın quranını oxusa valideynlərin nəsiyyəti də olsa indiki müəllimlərin dərs verməklərindən yaxşıdır.Allahın quranına hörmətlə yanaşıb və onu oxuyub əməl edənlərin Allahda yardımçısı olar.Hamıya artıq bəllidir ki,buda bir siyasətdir.Bizlar məktəbdə oxuyarkən azmı müəllimlər tərəfindən döyülmüşük?Əlbətdə valideyn uşaq dərk eləmədiyi bir vaxtda baş örtük məsələsində ona istiqamət verməlidir ki,oda sonradan Allahın Qurani kərimdə əmr etdiyini biləndə peşimançılıq çəkməsin.Bəzi Allahı inkar edənlər qurana adi kitab hesab edənlər anlamırlar ki,bir heyvanin balası olan kimi anasını əmə bilir,bəs ağızda insan deyilən 3-4-5 yaşlı uşaq görmür ki anası hicab geyir?Belə olan halda hətda deməsən belə o uşaq anasindan bu hicab vərdişini mütləq götürəcək.Buda valideyn üçun xoşa gələn bir haldır.Kimsə bunu bəyənmir bəynməsin.Əsil ağıllı insanlar bu qadağaların sifarişlə yerinə yetirilməsini gözəl anlayırlar.Eh,məncə uzatmağımın bəlkədə mənası yoxdur.Su quyunun dibində olmalıdır,quyuya su tökməklə quyu dolmaz.Allah özü tifillərimizə rəhm etsin,Allah Azərbaycanımızı pisliklərdən qorusun.(Adi vətəndaş olaraq kasıbyana fikrimi bildirdim)
 
Vugar Er-Can 02-02-2011, 15:07:45
Aqil qardaşım gəlbi mühürlənmişlərin cəfəng fikirlərini dağıtmaqdan yorulmadığınıza görə sənə və bütün haqq aşiqlərinə Salamlar və Ehtiramlar!

Görün bu bədbəxtlərin yaşadığı amal nədir - dövlətini razılığı, ötrəi dünya malı..

Amma biz ən gözəl amallarla yaşayırıq- Allah rizası, ədalət, mərhəmət..

Allah Mövsüm Səmədovun da qapısını açsın! Amin!
Əgər biz Allahla olsaz bizə kim qalib gələ bilər?
 
İlham 26-02-2011, 01:47:02
İlham Tumasın savadına, biliyinə şübhəm yoxdur. Onun bu mövzuda sifarişlə yazdığına inanmıram. Hörmətli Aqil, İlham Tumasın fikirlərinə təmkinlə yanaşmaq lazımdır. Ola bilsin ki, dediklərində səhv məqamlar var. Ancaq kim deyə bilər ki, başdan ayağa idealdır? Bir-birimizin fikrinə təmkinlə yanaşmasaq, həmişə acıqla tənqib edib səhv tapmaq istəyimiz onu göstərir ki, normal cəmiyyətə doğru hələ çox addımlamaq lazım gələcək.

Mən isə başqa məqama toxunmaq istərdim. Söhbət dindarlardan, hicablı qadınlardan getmir. Mənə o maraqlıdır ki, əgər hüquqi dediyimiz Qərb dövlətləri pisdirsə, nəyə görə ən qatı dindar müsəlmanlar belə ora can atır? Londonun neçə faizinin müsəlman ölkələrdən gəlmiş insanlar tərəfindən alındığı sirr deyil. Niyə heç kim Səudiyyə Ərəbistanına, İrana və s. ölkələrə can atmır? Nədənsə imkan düşən kimi hamı Avropa dövlətlərinə can atır. Bu ölkələrdə olduqca çox problemlər var, məsələn fahişəlik, cinsi azlıqlar və s. Hamı ona görə ora can atır ki, orada sərbəstlik, fundamental insan hüquqlarına hörmət var. Heç kim heç kimə öyrətmir ki, sən belə geyin, belə dur, belə yat, belə gəz...
 
 

YAZARIN DİGƏR YAZILARI

n

15/05/2012 "EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ

n

17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL

n

17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...

n

16/08/2011 TUĞRA NƏDİR?

n

02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

14/06/2011 AZADLIQ, BAKIDA SOYUNAN BİR QADIN HEYKƏLİDİR

n

01/06/2011 İBNİ FAZİL KİMDİR?

n

21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ

n

26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM

n

15/12/2010 VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ

n

11/12/2010 AZƏRBAYCAN PETRİOTLARI

n

06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"

n

25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ

n

13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ

n

04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.