Bu gün Lent.az
saytından "Məktəbli və hicab: Ziyalı qadınlar nə düşünür?" başlıqlı yazını
oxudum. Heç zaman ölkədə gedən ciddi problemləri işıqlandırmayan bu sayt
birtərəfli məlumatları, özü də qərəzli şəkildə yaymaqda maraqlıdır. Seçki
saxtakarlığını, rüşvətxorluq, monopoliya və Azərbaycan xalqının sadalamaqla
qurtarmayan dərdlərini işıqlandırmağı özünə vəzifə bilməyən bu sayt, APA-nın
qanadı altına sığınaraq, sözügedən agentliyin yayımladığı münasibəti, "obyektiv"
olaraq canla-başla öz səhifəsində işıqlandırıb.
Diqqət edin, bu cür saytlar heç zaman seçki
saxtakarlığı ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğludan münasibət
öyrənməzlər. Çünki Novella xanımın seçki saxtakarlığı ilə bağlı verəcəyi
münasibət bu saytın "obyektivliyi" ilə uzlaşmaz. Qaldı ki, dərc olunan yazıda
adını çəkmək istəmədiyim ikinci xanımın münasibətinə, onun kimliyi və İslam
haqda olan fikirləri cəmiyyətə çoxdan məlumdur. Saytın qərəzli məlumat
yaymasının digər tərəfi bundan ibarətdir ki, bu sayt heç zaman hicab haqda öz
müsbət fikirlərini söyləmək istəyən kəslərin, bir dəfə də olsun münasibətini
öyrənib dərc etməyib. Bu sahədə münasibəti isə ancaq konkret şəxslərdən, konkret
göstəriş əsasında öyrənirlər.
Münasibətdə dərc edilən
fikirlərə gəldikdə isə deməliyəm ki, hər iki xanımın gətirdiyi absurd dəlillərin
süstlüyü məlumatlı insanlara bəllidir. Tənzilə xanım aksiyanın sifarişli
olduğunu, hicabın inkişafın qarşısını aldığnı deyir. Görəsən heç bir sübut
olmadan belə qərəzli fikirlər səsləndirmək, demokratik düşüncə tərzi ilə nə
dərəcədə uzlaşır?! Görəsən fikir səsləndirdikdə fakta əsaslanmağı, sübut
gətirməyi nə vaxtdan yaddan çıxarmışıq? Görəsən Tənzilə xanım nəyə görə hicaba
qoyulan qadağanın sifarişli olmasını söyləmir? Əgər araşdırmadan boş ittiham
atmaq belə asandırsa, o zaman biz Tənzilə xanımın da sifarişli olaraq belə
fikrilər səsləndirdiyini rahatlıqla söyləyə bilərik. Özünü insan haqlarının
müdafiəçisi kimi tanıtmaq istəyənlər, nəyə görə bu millətin özünə qayıdış rəmzi
olan hicabı inkişafa zidd adlandırır? Axı inkişaf deyəndə belə insanlar nəyi
nəzərdə tutur? Bu gün Azərbaycan təhsildə, elmi inkişafda, insan haqları
sahəsində, korrupsiyada və digər başqa sahələrdə nəyə nail olub? Geriyə
addımların səbəbi də hicabdırmı?! Hicab əqidədir. Kimisə əqidəsinə görə
təhsildən məhrum etmək, həm vicdan haqlarına, həm də ibtidai insan haqlarına
ziddir. Demokratik düşüncəyə malik olan, eyni zamanda beynəlxalq və ölkə
qanunvericiliyindən xəbərdar olan məntiqli insan bunu asanlıqla çözə
bilər.
Novella xanıma gəldikdə isə,
onun bu kimi fikrilərinin "Deyerler.org" saytına söylədikləri fikirləri ilə üst-üstə
düşmədiyi maraq doğurur. Bura Azərbaycandır Novella xanım. İnsanlar
artıq tükü-tükdən ayırmağı yaxşı bacarır. Hazırda inanclı insanların təhsil
alması ilə bağlı problem yaşanır. Və siz də bir hüquq müdafiəçisi kimi bunu
gözəl bilirsiniz. Zatən "Deyerler" saytında da bunu söyləmisiniz. Hicab
inancdır. İnancı isə kiminsə əlindən zorən almaq demokratiyaya həqarət və
qanunazidd bir addımdır. Hüquq müdafiəçisi kimi Novella Cəfəroğlu olaraq sizin
borcunuz tapdalanmış insanların haqlarını qorumaqdır məncə.
- Bir gece kuchede hay-kuy qaxir, Molla ne bash verdiyini oyrenmek yerinden qalxib kucheye chixir. O chixan kimi hami dagilishir, sakitliik yaranir. Eve qayidib yerine girmek isteyende gorur yorgani yoxdur, oz-ozune deyir ki "Dava yorgan davasi imish".
Molla Nəsrəddindən fəqli olarq Novellalar və Tenzilleler çox gözəl bilirlər ki, Misir Mərdanovun apardıgı bu dava ` yorgan davası ` ( Hicab) deyil!!!!! Bu birbaşa islam davasıdır.
Topa güllə qoymaga ehtiyac yoxdur `Novella` xanım. Əgər siz ve sizin kimlər insan hüquqlarını qorumagı öhdənizə götürmüsünzsə....onda didaralrın hüquqlarını qorumaq sizlərin bilavasitə borcunu və vəzifənizdir.
şahid
13-12-2010, 18:01:39
Müqəddəs məhərrəmlik ayıdır. İslamın qeyrət simvolu Hüseynin şəhid olduğu ay. Bu islamda olan bütün təriqətlərə qulluq edənlərin qan yaddaşıdır. çünki imam Hüseyn bir təriqəti yox, İslamı qorumaq üçün bu yolu seçdi. Onun mübarizəsi modern, demokratik və bütün əxlaq kodekslərini, mədəniyyətləri özündə ehtiva edən islamı qorumaq idi. Qanı ilə qorudu onu. İslam yaşadı... Bəs, İmam Hüseynin başını kəsənlər kimlər idi? özünüz nəticə çıxarın...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.