ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
BƏSDİR DƏ, QARI NƏNƏ
13/12/2010 - 09:22

Orxan Ələmdar
Azərbaycan Təhsil Nazirliyinin qarşısında "Hicab bizim namusumuz, təhsil bizim haqqımız" şüarını səsləndirən inanclı insanların səsini eşidərkən, həm sevindim, həm də narahat oldum. Sevinməyimin və narahat olmağımın bir neçə səbəbi var ki, bu barədə sizləri də bilgiləndirmək niyyətindəyəm.

Təxminən 1000 nəfərin iştirakı ilə mitinqdə iştirak edən bir jurnalist kimi, özümü çox xoşbəxt hiss edirəm. Çünki nazirlik qarşısına toplaşan insanlar öz haqlarını sivil formada tələb edir qanunsuzluğa son qoyulmasını istəyirdilər. Məni bir anlıq Təhsil Nazirliyinin qarşısında xoşbəxt edən, zülmə məruz qalmış haqları pozulan insanların səsini işıqlandırmağa dəstək olmağım idi. İnsan haqları kobud formada pozulan vətəndaşlarımıza dəstək göstərmək dinindən, irqindən, milliyyətindən peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının borcudur.  Amma əfsuslar olsun ki, Azərbaycanda özlərini jurnalist, şair ya publisist hesab edən xanımlar bəylər, qanuni yolla öz haqlarını tələb edən sivil formada etiraz səsini qaldıran Azərbaycan Respublikasının vətəndaşlarına nəinki dəstək durdular, əksinə onları top atəşinə tutmağa başladılar.

Əvvəldə qeyd etdiyim kimi, etiraz aksiyasında narahat olduğum məqamlar da vardı ki, onlar özünü qabarıq formada göstərdi. Bəziləri inanclı şəxslərin sivil formada etirazını, nazir və prezidentə bir vətəndaş olaraq səslənmə haqqını həzm edə bilməyərək, narahat olmağa başlayıblar. Əslində inanclı kütləyə qarşı olan bu təzyiqlər başa düşüləndir. Çünki Təhsil Nazirliyinin qarşısında keçirilən nümayişdə inanclılara təkcə yoldan keçən insanlar deyil, elə polislərin özü dəstək verirdilər. Onlar vəzifə borcunu yetirmək məcburiyyətdən dindarların qarşısına çıxdıqlarını bildirirdilər.

Göründüyü kimi, Təhsil Nazirliyinin orta məktəblərdə hicablı şagirdlərin buraxılmaması ilə bağlı verdiyi "fətvalar", təkcə inanclı kütlə tərəfindən deyil, taksi sürücüsündən tutmuş Post Patrul Xidmətinin əməkdaşına kimi hamını narahat edir. Azərbaycan əhalisinin əksəriyyəti bir ağızdan "bu qanundur, bu haqsızlıqdır", - deyə təhsildə aparılan kommunistsayağı islahatlara öz etirazını bildirir.

Ola bilər ki, bəzi kəslər sözümlə razılaşmasınlar. Amma onların nəzərinə çatdırmaq istəyirəm ki, dünyanın bir çox inkişaf etmiş orta məktəb və universitetlərində hicablı formada təhsil ocağına daxil olmaq və təhsil almaq qadağan olunmayıb. Məşhur "Oxford" Universitetinin 38 kollec və məktəbinin heç birində hicab məhdudiyyəti yoxdur. Bundan əlavə, dünyəvi, tolerant müsəlman ölkəsi olan Azərbaycanda məktəblilərə qarşı hicab qadağası olduğu halda, müsəlman olmayan bir çox dövlətlərdə hicab nəinki məktəbli forması kimi, həmçinin polis, səhiyyə, ordu və s. sahələrdə də vahid geyim formasının tərkib hissəsi kimi qəbul edilir.

Sonda qeyd etmək istərdim ki, adını "dindar" və ya "seyyid" qoyub Azərbaycanda at oynadan bəzi fırıldaqçı və falçıların etdiyi cinayətləri inanclı insanların adına yazmaq istəyənlər, gözlərini yaxşı açıb kimin-kim olduğunu ayırd etsinlər. Ölkəmizdə "moşennik" peşəsi kifayət qədər inkişaf etdiyi üçün, bütün sahələrdə bu peşənin təmsilçiləri var. Əgər hər hansı bir məkanda cinayət baş veribsə, onda məsələni polis araşdırmalı və həll etməlidir. Daha bu məsələdə inanclı kütləni ittiham edib, onlara ləkə yaxmaq, boş-boş sözlər yazmaqla qarı nənəlik etmək lazım deyil. Əslində qadın tayfasının çox danışmağa meylli olduğunu bilərək, bəzilərinin inanclı qadınlara qarşı mənasız sözlər işlətməsini başa düşmək o qədər də çətin deyil. Kimisə təhqir edərək haqqına girmək fikrində deyiləm. Sadəcə olaraq, Təhsil Nazirliyinin qarşısında keçirilən mitinqdəki dindar xanımlara bəzi adın qoyulmasını tənqid edir, bu ifadəni işlədənlərə zəif, çarəsiz və qorxaq kimi baxıram. Amma onlara məsləhətim budur ki, qanuni yolla öz haqlarını tələb edən və sivil formada etiraz edən Azərbaycan Respublikasının vətəndaşlarına ad qoymaqdansa, onlara dəstək olsunlar. Çünki bu onların biz azərbaycanlı kimi mənəvi və qadınlıq borcudur.



Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
ramin bayramov 13-12-2010, 12:51:15
Salam. Allah köməyin olsun! İslamsevər yazarlar qələminizi iti edin. Bunla indi keçiblər psixoloji müharibəyə, amma onların arxasında puç ideologiya, bizdə isə Allah və onun dinidir. Allahın qələbəsi möminlər üçün olacaq. İnşəallah, ya Hicab ya şəhadət. Möminlər bu seçimi ediblər.
 
Behram Yeqini 06-01-2011, 23:58:38
Bismillah.Halal olsun Orxan qardash opurem ellerinden.Hemishe bucur haqqin ELEMDARI ol!Ehsen cox beyendim!
 
haci 08-06-2011, 20:48:14
orxan bəy yazıların maraqlı olur.bir az da diqqətli olub ayətlərə istinad etsən sən yaxşı yazar ola bilərsən.şalış xalqa xidmət elə,kimlərəsə yox.xalqa xidmətin əziyyətinə dözmək hər oğulun işi deyil.ALLAH köməyin olsun.
 
 

YAZARIN DİGƏR YAZILARI

n

21/05/2011 BİRDƏN ERMƏNİLƏR QALİB GƏLSƏ?

n

09/05/2011 HİCAB, AKSİYA VƏ HƏBSXANA

n

03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...

n

13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ

n

06/11/2010 SABAH KİMƏ SƏS VERİM?

n

30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM

n

02/10/2010 SİZCƏ ELGİZ ƏKBƏR NİYƏ SUBAYDIR?

n

04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)

n

24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası

n

28/04/2010 Unutqan yəhudilər BİLSİN!

n

18/03/2010 ERGENEKONÇUYA CAVAB

n

26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...

n

09/01/2010 10 milyon dollarlıq cinayət

n

26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"

n

14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?

n

05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR

n

26/09/2009 Azərbaycan təhsili bu gün

n

25/08/2009 Efirsiz Ramazan

n

22/07/2009 Sionistlərin Azərbaycanda yeni planı
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.