ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
AZƏRBAYCAN PETRİOTLARI
11/12/2010 - 16:57
aqilmehdi@gmail.com

Aqil Mehdi

Yazının adını oxuyub yəqin ki əksəriyyətiniz Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ABŞ-ın "Petriot" raketlərinə oxşar silah istehsal edəcəyini düşündünüz. Amma gərək bağışlayasınız, bu belə deyil. Yazının adını bu cür seçməyimə səbəb, artıq neçə gündür ölkədə hökm sürən hicab tüğyanına dəstək verən həmkarlarımın özlərini patriot kimi qələmə verərək, doğal haqlarını qorumaq üçün ayaqlanan insanları aşağılamasıdır. Əslində onlar PATRİOT deyil, elə "PETRİOT"dur və üzərilərində MADE İN AZERBAİJAN yazılmasına baxmayaraq, işğalçı qaniçən bir rejimin - Amerikanın illərdir üzərlərində sərf etdikləri gərgin əmək sayəsində hər yerdə onların maraqlarını qoruyan MADE İN USA holoqramlı "PETRİOT" bombalarıdır ki var.

Şəxsi tanışlığım olmasa da, aradabir tədbirlərdə gördüyüm "voanews" əməkdaşı Fərhad Tapdıqoğlunu yaxşı tanıyıram. Onun sadəcə bir xəbərçi olduğunu düşünürdüm. Amma bir neçə gün əvvəl saytların birində yayımlanmış yazısını gördükdə, fikirləri ilə tanış olmaq qərarına gəldim. Düzü yazını oxumağıma səbəblərdən biri kimi "İmam üçün ağlayanda, bir az da Yezid üçün də ağlamaq lazımdır" başlığı oldu. Təəccüblənmədim. Çünki, müsəlman ola-ola Kərbəla səhrasında qətlə yetirilən 9 aylıq körpəyə deyil, İslam üçün ailəsini qurban verməyə hazır olan, İslam yolunda şəhidlik mərtəbəsinə yüksələn İmam Hüseynə deyil, Qarabağda, Fələstində, İraqda, Əfqanıstanda qətliam edilənlərə deyil, Yezidə ağlamaq üçün gərək Yezid xislətli olasan. Zatən bu xislətin formalaşması üçün elə Amerikanın çörəyini yeyib də, onun ağzı ilə qətliamı ört-basdır etmək yetərlidir.   

Yaxşı, gəlin görək, nədən yazıb bu Tapdıq bəy, nədən narahat olub(lar)? Sən demə, Azərbaycanda dövlət məktəbləri dünyəvidir. Bəh-bəh-bəh. Nə gözəl, nə pakizə. Hələ bir də din də dövlətdən ayrıymış. Tapdıq bəy, (xahiş edirəm, sənin kimi düşünən insanlara, o cümlədən komsomol Misirə də bu sözləri yetirəsən. Onların məndə əlaqə vasitələri yoxdur, yoxsa özüm şəxsən deyərdim. Sizin sıx əlaqənizin olmasına isə ona görə əminəm ki, sözləriniz bir mərkəzdə hazırlanıb ötürülür və başlayırsınız tutuquşu kimi hər gün ardıcıllıqla ötməyə - A.M ) görəsən sən, dövlət başçısı İlham Əliyev dövlət hesabına məscidləri təmir etdirəndə niyə dinin dövlətdən ayrı olduğunu söyləmirdin? Yaxşı, bu dövlətdən ayrı olan dinin başqa bir nümayəndələrinin - yəhudilərin başlarında kipa ilə məktəbə daxil olmasını niyə görmürsən? Yox, məncə görürsən, sadəcə dilin möhürlənib. Tapdıq bəy, yəqin sənə də maraqlı olar, görəsən din dövlətdən ayrıdırsa, komsomol Misir dövlət idarəsində stolunun üstündə Qurani-Kərim kitabını hansı əsasla saxlayır? Bəs buna nə ad verək? Məncə din dövlətdən ayrı deyil. Çünki dinin dövlətdən ayrı olduğunu sübut etməyə çalışmaq, dindən başqa da bir dinin olduğunu isbat etməyə cəhd deməkdir. İslamda isə özündən din icad edənlər kafir hesab olunur. Çətin ki Azərbaycanda belə bir adı üstünə götürən ola.

Sonra bizim həmkar, yazır ki, Azərbaycan qanunvericiliyinə və dini fəlsəfəyə görə, insanlar yalnız həddi-buluğa çatdıqdan və ictimai münasibətləri dərk etdikdən sonra baxışlarını müəyyən edə bilər. Burada da Tapdıq bəyin şaltay-baltay vurduğu açıq nəzərə çarpır. Tapdıq bəy, yaşınız çox olmasaydı, deyərdim ki, Misir müəllimin nazir olduğu vaxtda orta məktəbi bitirmisiniz. Maraqlıdır, siz həddi-buluğ vaxtı deyəndə nəyi nəzərdə tutursunuz? Sizin yaşda olan insanı, yoxsa orta məktəbdə sizin oxumadığınız "Anatomiya" dərsində insanların yetkinlik yaşına nə vaxt çatmasıyla bağlı deyilənləri?   

Bütün bunlardan sonra Tapdıq bəyin, əslində bu yazını ona sifariş edənlərin, qarın ağrılarının səbəbi bəlli olur. Sən demə, Tapdıq bəy narahat imiş ki, dindarlar öz hüquqlarını qorumaq üçün onun ağalarının daim toplantı keçirdiyi ən bahalı oteldə toplanıb, bu sifarişin sionizmdən, qaniçən, işğalçı rejimlərdən gəldiyini bəyanlayıblar. Və bu toplantı siyasi xarakterlidir. Bah-bah. Nə gözəl tapıntı, adə tez bunun adını Nobelçilərin siyahısına saldırın. Tapdıq bəy, bəyəm siyasətlə məşğul olmaq qranta Qarabağı satanlara aiddir ancaq? Bax, yazının bu yerində bir şeyi düz yazmısan - "aparıcı siyasi partiyalar belə, yuxarıların tapşırığı olmadan bir neçə yüz adamı bir yerə toplamaq bacarığı nümayiş etdirə bilmir." Bax buna əhsən. Özündə qeyd etdiyin kimi, onlar ancaq tapşırıqla oturub-durular. İstər müxalifət, istərsə də iqtidar partiyaları. Amma bir şeyi yadından çıxarırsan, dindarlar siyasət üçün deyil, namus-qeyrətlərinə edilən hücumlar üçün ayağa qalxıblar. İnsanın namus-qeyrətini qoruması üçün tapşırıq almağa ehtiyac yoxdur. Qarabağ kimi namusumuzu 2003-cü ildə ABŞ səfirliyində kimlərin satdığını sən məndən yaxşı tanıyırsan. Amma dindarların bir nümayəndəsi kimi Seyid Mübariz İmam Hüseyn məktəbindən dərs aldığını, namusunu qorumaq üçün tapşırıq gözləməyə ehtiyac olmadığını göstərdi.  

Tapdıq bəy, işlədiyin media orqanının yardımı ilə dünyanın əksər Avropa ölkələrində olmusan. Maraqlıdır, "dünyəvi məktəb siyasəti" dedikdə sən nəyi nəzərdə tutursan? Saytımızın dünənki yayımında bəzi Qərb dövlətlərinin təhsil nazirlərinin hicabla bağlı fikirlərini oxucuların ixtiyarına vermişdik. Onlar yekdilliklə hicabın təhsil sisteminə heç bir ziyanı olmadığını bəyanlayırdılar. Əksər Avropa ölkələrində nəinki hicabla təhsil ocağına daxil olmaq, hətta pasporta belə şəkil çəkdirmək olar. Bundan əlavə, təhsil ocaqlarının dini mübahisə mərkəzinə çevrilə biləcəyi narahatçılığını yazmısan. Nədən qorxursan belə? İslamın bütün dinlərdən üstün olduğunu bilib, daim mübahisələrdən qalib çıxdığından, beləliklə də İslama üz çevirənlərin sayının artmasından, yoxsa təhsil alanların mübahisə və müzakirələr nəticəsində daha da savadlanacağından?
Sonra dindarların "məktəblərdə hicab" şüarını israrla müdafiə etdiyi halda, bunun əksinə olaraq, vətəndaş cəmiyyətinin liderlərinin, hüquq müdafiəçilərinin, ziyalıların, hətta hökumətin susduğunu yazırsan. Sənə and verirəm, ağladığın o Yezidin goruna, vətəndaş cəmiyyətinin liderləri, hüquq müdafiəçiləri, ziyalılar deyəndə kimləri nəzərdə tutursan. Bu məsələ qalxandan FaktXeber.com və Deyerler.org saytı kifayət qədər vətəndaş cəmiyyətinin liderlərinin, hüquq müdafiəçilərinin, ziyalıların problemi pisləyən münasibətlərini dərc edib. Ki, onları sən də yaxşı tanıyırsan. Bu şəxslər sırasına Rauf Arifoğlu, Qənimət Zahid, Asim Mollazadə, Pənah Hüseyn, Fazil Qəzənfəroğlu, Ərəstun Oruclu, Hikmət Hacızadə, Leyla Yunus, İqbal Ağazadə, İsa Qəmbər, Əli Kərimli və onlarla sair və ilaxırlar var. Hökumətin nümayəndələri isə "Fatı qalx, Fatı otur" üslubu ilə iş görürlər. Kimin nə həddi var deyə ki, Azərbaycan Respublikasının filan maddəsində hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət də onu təmin etməyə borcludur.

Sonra bir gün Azərbaycanda da İrandakı, İraqdakı, Əfqanıstandakı, Pakistandakı kimi "fanat bombaları"nın partlayacağına işarə edirsən. Tapdıq bəy, İslamın əlifbasının "əlif"indən xəbəriniz olmadı üçün deyim ki, İslamda, onun müqəddəs kitabı Qurani-Kərimində "bir insanı öldürən, bütün insanlığı öldürmüş kimidir" deyə yazılıb. İslama üz tutanlar, namaz qılan, oruc tutan insan, intiharın, adam öldürməyin cəhənnəm əzabına düçar olacağını çox gözəl anlayır. Sən özün də gözəl bilirsən ki, sadaladığın ölkələrdə özlərini partladanlar vəhhabi əqidəsinin nümayəndələridir və onun da başında zəmanənin Yezidi - Barak Obamanın prezidenti olduğu Amerika və onun kəşfiyyat orqanı olan CİA durub. Yalan deyirəmsə, Allah mənə lənət etsin.        
İslamın heç bir kitabında yazılmayıb ki, özünü partladan cənnətə düşəcək. Bəli, düşmənlə mübarizəyə çağırış edilib, amma üzbəüz vuruşmağa. Daha məscid, metro, avtobus, təyyarə, bina partladıb günahsız insan öldürməyə yox. Yazılmayıb ki, amerikalıların içində olduğu avtobusu partlat, cənnətə düşəcəksən. Yazılmayıb ki, bir ABŞ əsgəri öləcək deyə, təyyarəni partlat, cənnətə düşəcəksən. Bunun belə olacağını düşünmək belə ağılsızlıqdır. Amma sənə bu yazını sifariş edənlərin ortaya çıxan kəşfiyyat sənədlərində şiə məscidi partladıb günahı sünnünün, sünnü məscidi partladıb günahı şiənin, təyyarə, bina, kilsə partladıb günahı müsəlmanın üstünə yıxmaq var. Yalan deyirəmsə, Allah mənə lənət etsin.

Tapdıq bəy yazının sonunu bu cür bitirir: "Hər halda dindarların öz dediyi kimi, imam üçün ağlayanda, bir az da yezid üçün ağlamaq lazımdır. Şeyx Nəsrullahlara ziyalılar cavab verməyəndə, kefli İsgəndərlər cavab verir. Amma, deyəsən, bizim cəmiyyətin kefli İsgəndərləri də yoxdur..."

Görəsən Tapdıq bəy "Yezidə ağlayan dindar" deyəndə kimi nəzərdə tutur? Yəqin ki, ona elmi ateizmdən dərs keçib, bu cür səviyyəsiz atalar sözü qondaranları. Çünki ağlı başında olan, namaz qılıb, oruc tutan dindar heç vaxt Yezidə ağlamaz. Yezidə ağlayanı da Yezid qismində görər. O ki qaldı Şeyx Nəsrullah məsələsinə. Çox fikirləşdim, bu qisimdə sən sənin kimilərdən başqasını görmədim, İslamı aşağıladığınız, gözdən salmaq istədiyiniz, özünüzün İslam adına qondardığınızı bizə yedirtməyə çalışdığınız üçün. Cəmiyyətimizin kefli isgəndərləri də var. İnanmırsan? İstəyirsən yazının əvvəlinə qayıt, yaxşı-yaxşı bax.

Görmürsən, "Kefli İsgəndəri"?!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
ramin bayramov 12-12-2010, 11:37:16
Əhsən mənin Aqil qardaşım. Bütün haqq yazarlarına salam olsun. Allah qələmlərinizi iti eləsin. Vallah bir yuxu gordüm, görürəm ki, çox eybəcər zahirləri böyük amma yuxuda mənə uşaq kimi göstərilirlər, məni və siz dostları söyürlər bunlar. Əsəbiləşdim. Sonra ayıldım və lentaz və digər saytları görəndən sonra yuxumu belə yozdum. Bəli bu zahiri böyük, amma əslində böyüməyən uşaqlar(Quranda dünyaya uyanlara Allah uşaq kimi qələmə verir)lentaz başda olmaqla digər muzdlu yazarlardır. Və söyüşlər də bunların yazılarıdır. Amma söyüşlərə bizim İslamı sevən qardaşlarımız gözəl cavabları ilə məni sevindirir. Aqil sən və faktxeber.com-un bütün yazarlarına təşəkkür edirəm. Allah sizi və bütün haqsöz yazarlarını qorusun!
 
Ayaz Qasimbeyli 14-12-2010, 13:59:53
Salamun aleykum qardash teshekkur edirem yaziniza gore.Mende onlarin sozu ile desek Patriotam Milletsiyem yeni siz onlardan sorusa bilersinizmi milletcilik nedir.
Milletciliyi en gozel Eli bey Huzeynzade terif edib Turkluk suuru altinda
islamiyeti yasamaq budur milletcilik.Bizim bayram buna tam subutdur.
eger biri islamiyeti yasamirsa o milletci deyil.o fasitdir irgcidir.Allaha amant olun .
 
Savalan 15-12-2010, 17:12:23
Tapdıq bəy görəsən nə vaxtdan İslam qayda-qanunlarının araşdırıcısı olub. Ondansa getsin Obamanın şalvarın altan tuman geyinib-geyinməməyini araşdırsın. Bu oxucular üçün də maraqlı olardı.
 
 

YAZARIN DİGƏR YAZILARI

n

15/05/2012 "EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ

n

17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL

n

17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...

n

16/08/2011 TUĞRA NƏDİR?

n

02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

14/06/2011 AZADLIQ, BAKIDA SOYUNAN BİR QADIN HEYKƏLİDİR

n

01/06/2011 İBNİ FAZİL KİMDİR?

n

21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ

n

26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM

n

15/12/2010 VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ

n

11/12/2010 AZƏRBAYCAN PETRİOTLARI

n

06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"

n

25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ

n

13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ

n

04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.