Ötən əsrin əvvəllərində Azərbaycan qadınına çarşab və hicablı səsvermə hüququ verən Azərbaycan kişisi, əsrimizin əvvəlində onu ən vacib hüquqlarının birindən, təhsil almaq hüququndan məhrum etmək istəyir. Bir əsrdə nə oldu ki, biz kişilərə? Hanı "Qadın bir millətin nisbi-mühümmünü təşkil edir. O aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur" deyən M.Ə. Rəsulzadələr? Hanı Azərbaycan qadınının təhsilinə şərait yaradıb onlar üçün məktəb açdıran Hacı Zeynəlabidinlər? Hardadır milli-maarifpərvər ziyalılar? Düz bir əsrdən çox Azərbaycanın maarifpərvər ziyalıları qadın problemləri, qadınların hər cür diskriminasiyadan, bilavasitə zordan xilası, onun təhsili, ictimai həyata qatılması uğrunda ideoloji mübarizə aparmışlar. Azərbaycan romantikləri M. Hadi, A.Şaiq və H.Cavid öz əsərlərində qadınların hüquqlarını müdafiə edirdilər. Maarifçi, demokrat ziyalı və siyastçilər - M.F.Axundov, M.Ş.Vazeh, H.Zərdabi, C.Məmmədquluzadə, F.Köçərli, Ə. Ağa oğlu, N. Nərimanov Y. Çəmənzəminli, C. Cabbarlı və digər mütəfəkkirlər öz çıxış və əsərlərində qadının hüquqlarını siyasətdə, təhsildə, ailədə müdafiə edir və bu hüquqlar uğrunda fəal mübarizə aparırdılar. C. Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı qadın hüqusuzluğunu, qadının kişilər tərəfindən müxtəlif növ təzyiqlərə məruz qalmasını, onun təhsildən təcrid olunmasını aşkara çıxararaq tənqid edirdi. Azərbaycan qadını məhz Azərbaycan kişisi tərəfindən təzyiq və təqibə məruz qalmışdır. Son dörd ilin rəsmi hesabatlarında ölkədə hər səkkiz qadından birinin zorakılığın qurbanı oduğu bildirilir. Məhz qadın olduqlarına görə onlara qarşı kişilər tərəfindən göstərilən zorakılıq (fiziki, cinsi, psixoloji, iqtisadi) dünya səviyyəsində gender əsaslı zorakılıq adlanır. Gender əsaslı zorakılıq hər hansı şəxsin istəyinə zidd olaraq, ona yetirilmiş xətaya; onun fiziki və ya psixoloji durumuna, inkişafına və ləyaqətinə mənfi təsir göstərən əmələ deyiləcək qədər geniş anlayışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı hazırda insan hüquqlarının ən dolğun toplularından birini təşkil edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edərək "bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar... Hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır..." cümlələrini ora daxil etdikdə illər sonra ayrıca olaraq məhz qadınların hüquqlarını müdafiə edəcək, eyni zamanda, onların zorakılıqsız həyatlarını təmin edəcək yeni bir sənədə ehtiyac yaranacağını bəlkə də heç ehtimal belə etmirdi. Bu gün qadınlara qarşı zorakılıq və ayrıseçkiliyə dair bir çox beynəlxalq sənədlər var. Azərbaycan Respublikası da qadını hər cür ayrıseçkilikdən qoruyan bütün beynəlxalq sənədləri və qanunları dəstəkləyir. Amma, görünür qanunlara nəzarət edən Azərbaycan kişilərinin daxilində qadınlara qarşı hələ də yuxarıdan aşağı baxmaq məfkurəsi qalıb. Biz heç bir haqla kişilərin qadınlardan üstün olduğunu iddia edə bilmərik. Biz məktəbdə qadının hicabını qadağan etməklə, onu təhsil almaq hüququndan məhrum etməklə, bərabər imkanlar, şəriait yaratmamaqla bərabərlikdən danışa bilmərik. Azərbaycan kişisi Azərbaycan xanımının təhsilində maraqlı olmalıdır. İstər ailə-məişət səviyyəsində, istərsə də cəmiyyət-dövlət səviyyəsində hər kəs qadınımızın təhsil almasından ötrü əlindən gələn dəstəyi göstərməlidir. Təhsil qanununda da kimliyindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmalısından və ayrı-seçkiliyə yol verilməməli olmasından söz açılır və bildirilir ki, təhsil alanların ləyaqətini və şərəfini alçaldan və hüquqlarına zidd olan hərəkətlərdən müdafiə olunmaq hüququ vardır. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Bəs Təhsil Naziri? Ona nə mane olur? Qadınımıza qarşı, məhz qadın olduğuna görə (cins), məhz Hicab örtdüyünə görə (din) bu cür diskriminasyon rəftar yuxarıda sadaladığımız hüquq va haqların üzərindən xətt çəkir. Ölkə təhsilində kifayət qədər ciddi problemləri qoyub süni yaradılmış bu problem haqda yazmaq istəməzdim. Çünki, indiki situasiyada dövlətin iradəsi yox, konkret fərdlərin iradəsi hökm edir. Amma, nə yazıq ki, hər gün səhər işə gedəndə məktəb qapısında saatlarla gözləyən hicablı şagirdləri görəndə, bir vətəndaş olaraq bunları yazmaya bilmirəm. Mən sosial məsuliyyətimi dərk edirəm və bilirəm ki, biz yaşından aslı olmayaraq hər bir insanımızı şərəfləndirməli və dəstək olmalıyıq. Məktəb qapısında qalan şagir də olsa belə, insandır! Sonda dostlardan birinin "Həyatda din də, dövlət də, insan üçün yaradılıb və mövcuddur. Din də, dövlət də insanın rifah halını və onun şəxsiyyətini inkişaf etdirməlidir" fikri ilə hamınıza insanımıza, xüsusi ilə də qadınımıza qarşı ayrıseçki davranışdan çəkinməyi səsləyirəm.
P.S Bu köşəni Beynəlxalq İnsan Haqları Günündə yazdım.
Cadrasini atan qadina heykel qoyulan yegane olke var- o da bizim vetenimizdir. Bakidaki heykel leqv edilsin.Sonra belke qanunlara da yeniden baxa bildiler.Islam Allahin dinidir,emr de Allahindir,insanlar ozleri kesf etdiklerine qadaqa qoysunlar. Allahin emrine qadaqa qoymaq insanlarin ixtiyarinda deyil.Zuhur her addimda yaxindir.Hesab gununu unutmaq olmaz.Esselamu
Umid
04-01-2011, 15:29:52
yaxsi meqaledi.size sual verim cavablandirin.sen hec hesreti daddinmi severken,hec agladinmi gulerken,sen hec sevdinmi sevilmezken ve hec ayrilmaq istedinmi caninindan cox severken.bir qiz sevdim ama o meni aldatdi hicab bagla dedim o zaman terk etdi indi ne edim unuda bilmirem nede bagislaya.sevirsense meni anlayarsan.cavab gozleyecem
GULSEN
06-01-2011, 20:25:58
Salam aleykum,necesiz prezidentin hicabla bagli probleminin hell edilmesini oxudum duzdumu? birde bele xeber olsa xeber kimi qoyun xeberimiz olsun.inallah hell olar canimiz bu ezabdan qurtarar.bu xeber lap yerine dusdu.meqaleye soz ola bilmez.
Tural
15-01-2011, 19:49:34
kime serf edir goren bu savadsizliq?
ve ya kimlere?
Safail
22-01-2011, 00:56:27
Salam millat!Unutmayin ki,cadralilari maktaba qoymayandan sonra ela bilmayiniz ko onlar dərsə buraxılmadı demək ki,savadsız olacaqlar,xeyir bu belə deyildir,əksinə evdə otursa belə Allahın quranını oxusa demək əsil Allah bəyənən savadı əldə edə bilər.Mənən sağlam və vətəni ücun çox dəyərli bir insan ola blər buna əmin olun.Əgər bu gün: Qızlar hamı müharibəyə!!-Əminəm ki çadralılar gedər vuruşa amma inanmıram ki çadrasızlar bu riskə getsinlər.Şəxsən məktəb tanıyıram ildə bir nəfərdə olsun ali məktəblərə daxil ola bilmir.Əgər o məktəbdə 5-6 oxuyan, savadı olan varsa biridə mənim qızımdır.Nümunəvidir,müəllimlərin sevimlisidir amma rayona hansısa yarışmalara uşaqları aparanda bu uşaqları aparmırlar ki,baş örtüyünəndirlər.Bəziləri savadı baş örtüyü ilə əlaqələndirir,qətiyyən belə deyil.Bu gun mənim uşağımın savadıda var quranıda bilirsə, ermənilərin törətdikləri cinayətlərdən müəllimlər sual verəndə uşağım hamısını cavablandıranda o biri şagirdlər(təriflənən saçı açıqlar)müəllimləri dərs danışarkən oların fikirləri harada olub görəsən?Men heç oxumadım, bilmədim məqalədə nə yazılıb.Sadəcə Hicab adını görən kimi hicabin şagirdlərə nə qədər müsbət təsiri oduğunu qeyd etdim.Bu gördüklərim bildiklərim bunlardır.Təşəkkür edirəm,Allah hamınızdan razı olsun.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.