ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
"ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR | TANER YILDIZ: TÜRKİYƏ İLƏ İRAN MÜNASİBƏTLƏRİ SON DƏRƏCƏ SƏMİMİDİR | İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ | İCTİMAİ PALATA 2012-ci İL PLANLARINI ƏKS ETDİRƏN SƏNƏD QƏBUL ETDİ | ABŞ-IN XƏZƏR MARAQLARI REALDIRMI? | DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video) | FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR | ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN" | MİSİRDƏ GİROV GÖTÜRÜLƏN AMERİKALILAR SƏRBƏST BURAXILIB | "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ" |

Bizimlə Əlaqə
Foto Xəbər
ENRİKE QOMEZ DE MOLİNANIN HEYRƏTAMİZ TAKSİDERMİYASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

MİLYONDA BİR RAST GƏLİNƏN XƏSTƏLİKLƏR: ONLAR ARASINDA 4 AYAQLI QADIN DA VAR

Gördükləriniz fotoşop deyil, həqiqətdir

EŞQİN TƏRİFİ

Bu yazını təkcə atam Nemət Pənahlıya deyil, zindandakı bütün haqq mücahidlərinə ithaf edirəm

"ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

Zərdüşt Əlizadə: "Ermənilər ürəklərini sakit saxlasınlar. Nə qədər ki, Azərbaycanı bu hakimiyyət idarə edir, Q

AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

İkram İsrafil: "Fransa parlamentinin məlum qərarının verilməsinə adekvat olaraq, Azərbaycan hakimiyyəti Xocalı soyqırımı ilə

SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

Asim Mollazadə: "Prokurorluqdan verilən məlumatda bildirilir ki, həmin şəxslərin cinayətləri sübut olunmayıb və hazırda araşdı

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ
n İRANDAN TÜRKİYƏNİ NARAHAT EDƏN QƏRAR
n MOSKVADA MİTİNQ İŞTİRAKÇILARININ SAYI 160 MİN OLUB
n BU GECƏ BAKIDA 5-8 DƏRƏCƏ ŞAXTA GÖZLƏNİLİR
n FRANSA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK
n SUMQAYITDA MƏMUR İŞ OTAĞINDA ÖLDÜ
n ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN"
n "ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR
n OHAYO ŞTATINDA EVDƏ VƏHŞİ HEYVANLARIN SAXLANILMASI QADAĞAN EDİLİB (video)

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Şərab və içkidən tövbə
29/05/2009 - 16:17

Faiq Vəlioğlu
Hər bir insan öz həyatında müxtəlif günahlara və ən azı, kiçik xətalara yol verir. Elə buna görə də, Allah-təala həmişə tövbə qapısını bəndələrinin üzünə açıq qoyub. Allah tövbə edən bəndələrini çox sevir. Necə ki, Qurani-Kərimdə buyurur:
"Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur."
 "Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur."

"Tövbə", yəni, peşmançılıq, günahın ziddi, qayıtmaq, düz yola dönmək. Onu da qeyd edək ki, Qurani-Kərimin dediyinə görə günahlardan tövbə etmək vacibdir. Allah-təala buyurur:

.

"Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!"

Tövbə edən şəxs üç şeyi özündə yaratmalıdır:

Birinci: İmanını qüvvətləndirib, Allaha yəqinliyini artırmalıdır.

İkinci: Etdiyi işdən həqiqətdən peşiman olmalıdır.

Üçüncü: Etdiyi işi birdəfəlik tərk etməlidir.

İnsan ölüm məqamına çatanda, bəzən tövbə etməyə macal tapmır. Nəql edirlər ki, insanın ölüm vaxtı çatanda, Cənabi Əzrail (ələyhis-salam) onun başının üstünü alar və elan edər ki, sənin ölümündən bir saatdan da az vaxt qalıb. O vaxt o şəxsə elə təəssüf və hüzn üz verər ki, hətta məğribdən məşriqə kimi dünyanın hamısını Cənabi Əzrail (ələyhissalam)-a verməyə hazır olar, təki ona yalnız, bir neçə saat möhlət versin, amma mümkün olmaz.

Başqa rəvayətdə nəql olunur. Bəndənin dünyadan köçmək vaxtı çatanda, gözləri önündən dünyanın pərdəsi götürülər, öz ölümünə yəqinlik tapar. Cənabi Əzrail (ələyhissəlam)-ın yanında zar-zar ağlayar ki, heç olmasa mənə bir gün möhlət ver. Peşiman əllərimi Allah dərgahına qaldırım, bəlkə günahlarımdan keçə, tövbəmi qəbul edə! Cənabi Əzrail buyurar: "Heç vaxt! Heç vaxt! Sənin ömrünün vaxtı qurtarıb, vaxtın qalmayıb getməlisən! Bir saat da olsa, vaxtın yoxdur". Bu vaxt insanın tövbə qapısı bağlanır, ruhu bədənində titrəyir və qüssə boğazını tutur. Ömrünü zay etməsinin acı həsrətini çəkir.

Gəlin, tövbə edək! Gəlin, nə qədər ki, gec deyil, Allahın haram və murdar buyurduğu şeylərdən çəkinək! İnsan, ömrünün axırına qədər şeytanın əlindən tövbə etməyə macal tapmır, gəlin, tövbəni ölüm ayağına saxlamayaq.

Allah-təala Quranda buyurur ki, Mən "şirk"dən başqa bütün günahları bağışlayacağam. Bəs, belə isə onda şərab içənlər düşünməsinlər ki, mən tövbə etsəm, qəbul olunmaz. Əgər xalis niyyətlə tövbə edilsə, qəbul olunar.

Tarixdən Hürr ibni Riyahinin əhvalatı məlumdur. Onun əhvalatından məlum olur ki, günah nə qədər böyük olsa belə, Allahın rəhməti ondan daha böyükdür. Hürr ibni Riyahi özü deyir:

"Hüseyn can! Mən birinci şəxsəm ki, Həzrəti Zeynəb (salamullahi ələyhan)-ı narahat etdim. Sənin yolunu kəsdim".

Hürr o şəxs idi ki, həzrəti imam Hüseyn (ələyhisəlam)-ın Mədinəyə qayıtmasının qarşısını alaraq o Həzrəti mühasirədə saxladı. Bu müddətdə qoşunlar gəlib çatdı və İmam Hüseyn (əleyhissalam)-ı şəhadətə yetirdilər. Bu günah çox böyükdür, amma onun tövbəsi ondan da böyükdür. Bu günahdan tövbə etməyə gərək fürsət tapasan. Allah bu fürsəti Hürrə qismət etdi. Allahın rəhməti hər şeydən böyükdür.

Ravi nəql edir: Aşura günü gördüm ki, Hürrün vəziyyəti dəyişərək bədəni titrəməyə başladı. Dedim: "Nəyə görə titrəyirsən? Hələ ki, döyüş başlamayıb, nə xəbərdir?" Cavab verdi: "Xeyr! And ola Allaha, özümü Behiştlə Cəhənnəm arasında görürəm! Nə pis iş gördüm? İndi nə edim?" O, Həzrəti imam Hüseyn (ələyhis-səlam)-ın xidmətinə gəlir. İmam onun günahından keçərək ona ehtiramla salam verir.

Sözsüz ki, İmam bağışladığı şəxsi Allah da bağışlayar.

ŞƏRABXORUN TÖVBƏSİ

Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardan əl çəkir. Allah yolunda hərəkətə gəlir.

Bir şəxs ondan soruşur: "Sən ki, dinsiz, əxlaqsız şərabxor və əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin və Allah yoluna gədin?" Abdullah cavabında deyir: Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrin birində özüm kimi dostlarımla birlikdə istirahət bağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu:

"Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?"Hədid surəsi 16)

Bu ayə mənə elə təsir etdi ki, o gündən belə qərara aldım ki, Allahın dəvətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
ZƏRDÜŞT ƏLİZADƏ
"Hakimiyyətin nəyinə lazımdır ki, müharibə etsin. Qarabağla bağlı boğazdan yuxarı istənilən qədər vətənpərvər şüarlar səsləndirə bilərlər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net