"Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki,
onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)." ("Tövbə",
119)
"Şübhəsiz Allah yaratdığı bütün şeyləri - dağdan, dərədən, meşədən,
dənizdən tutmuş, insanlara, heyvanlara qədər - hamısını nemət qərar
vermişdir. İrfan əhlinin təbirilə desək, bu aləm həmahəng, harmonik bir
sistemə malikdir ki, onun bütün hissələri bir-birilə sıx əlaqə təşkil
edir. Bu qanunauyğunluq sırasında insanlar kamala yetmək üçün
bir-birilərinə faydalı olub, müsbət bəhrələnməlidirlər. Başqa bir
tərəfdən, insan faili-muxtarlığına görə Allahın nemətlərini bədbəxtliyə
və zərərə də çevirə bilər. Belə əlaqələr sırasında dostluq mövzusu
xüsusi yer tutur.
Dədə-babalardan öyrənmişik ki,dost öz həmdəmini yaxşılığa, doğruluğa
tərəf çəkər, pis yoldan uzaqlaşdırar. Təəssüf ki, indi vəziyyət tam
tərsinə dönməyə başlayıb. Belə ki, "Mənim xətrimə",- deyilərək ilk
siqaretə başlanılır, "məni yarı yoldamı buraxacaqsan", "sən kişi
deyilsən" kimi çox pis sözlərlə zinaya təhrik edilir, "bir dəfəylə heç
nə olmaz" kimi sözlərlə spirtli içkilərə və bundan da dəhşətlisi heroin,
narkotik kimi vasitələrlə maddə asılılığına başlanğıc qoyulur. Əziz
Peyəmbərimiz bu məsələni Qiyamətin əlamətlərindən biri kimi qeyd edib:
"Axirəzzamanda ən az tapılan şey etibarlı dost və ya halal bir dirhəm
olacaq".
Biz indi həmin dövrü yaşayırıq. Uşaqlarımızın hansı vəziyyətdə
olduqlarını öyrənmək istəyən ana-atalar onların yoldaşlarına baxmalıdır.
Nə qədər gözəl ailədən çıxsa da, əxlaqsız yoldaşların əhatəsində olan
uşaqlarımız pisliyə doğru axıb gedəcəklər. Necə ki, İmam Sadiq
buyurmuşdur: "Atam mənə buyurdu: Oğul! Kim pis dostla yoldaşlıq etsə,
salamat qalmaz". Aləmlərə rəhmət olaraq göndərilən Həzrət
Peyğəmbərimizin bir bənzətməsi də yerinə düşər: "Yaxşı və pis yoldaşın
halı, gözəl qoxu satanla körük çəkənin halına bənzər: Müşk satan sənə
gözəl qoxusundan bir miqdar verər, ya satın alarsan, ya da (birlikdə
olduğun müddətdə) gözəl qoxu iyləmiş olarsan. Körük çəkən isə ya
paltarı yandırar, ya da ən azından pis qoxusundan narahat olarsan".
Bu qəbildən olan ayə və hədislər ona dəlalət edir ki, yararsız və
namünasib dostlar insanın azmasına səbəb olan amillərdən biridir. Bizim
ana-ata olaraq üzərimizə düşən məsuliyyət övladlarımıza başa salmaqdır
ki, cəhənnəm yolunda yoldaşlıq olmur.
Kimlərlə dostluq edək?
Həzrət İsanın (ə) səhabələri ondan soruşanda ki, kiminlə oturub-duraq,
cavabında deyir: "O kəslə oturub-durun ki, onu görməyiniz Allahı sizin
yadınıza salsın, əməli sizi axirətə müştaq etsin və elmi sizin əqlinizi,
məntiqinizi artırsın". Həmçinin onlara buyurur: "Günah əhlindən
uzaqlaşmaqla Allaha yaxınlaşın, günahkarlarla düşmən olmaqla Allahla
dost olun və onları qəzəbləndirməklə Allahın rizayətini qazanın."
Deyilənləri nəzərə alsaq görərik ki, insanlar başqalarının onlardan
bəhrələnə bilmələri üçün, həm özlərini başqaları üçün nemətdə qərar verə
bilərlər, həm də onların bədbəxtliyə düçarlıqlarına səbəb ola bilərlər.
Qısaca,) kiminlə birlikdə olmağa qərar
vermək, dünya və axirətimizə təsir edir. Belə ki, ya Allahın razı olduğu
insanlarla dostluq edib xoşbəxtlər içərisində olacağıq, yaxud da səhv
yollara sapıb dünya və axirətimizi çətinliyə uğradacağıq.
Dünyada dost, Cəhənnəm yolunda küsülü ziyankarlar
İnsanı ən çox aldatmağa aparan və bu xüsuslarda davamlı vəsvəsə verən
Şeytan belə, Cəhənnəm yolunda heç kimi tanımır. İnsanlar, - "Ey
Rəbbimiz! Bizi bu aldatdı, biz də aldandıq" desə də bu, nəticə
verməyəcək. Necə ki, Qurani-Kərimdə buyurulub: "(Qiyamət günü) iş tamam
olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan
(və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: "Həqiqətən,
Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd
verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim
(dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir
hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki,
məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza
yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq
mənə itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün
ağrılı bir əzab vardır" ("İbrahim", 22).
Qurani-Kərim Haqqın və İlahi peyğəmbərlərin yolundan çıxmaqla özünə və
başqalarına sitəm edərək Allahın qəzəbinə gəlmiş ziyankarın dilindən
belə buyurur: "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra
məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan
çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay
edər)". Göründüyü kimi, Qiyamət günü bizə heç bir bəhanə yardımçı
olmayacaq. Yoldaşımıza "Sən necə dostmuşsan, niyə məni bədbəxt etdin"
desək də təsiri olmayacaq. Çünki əvəzində o da bizə "Sən məni niyə
qınayırsan, belə yaxşı idin, məni bu əzabla bağlı xəbərdar edəydin"
deyəcək.
Bu nə pis vəziyyət, nə ürəksıxan bir haldır. Axı, böyük Yaradan Quran
ayələrində dəfələrlə bu barədə bizi xəbərdarlıq edib: "Və (yada sal) o
gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: "Kaş
peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım. Vay
olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost
tutmayaydım. Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya
Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni
ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) yayındırdı." Şeytan insanı
həmişə xar edib və (indi də) edir".
Yazımın sonunda qeyd etmək istəyirəm ki, əmr be məruf və nəhy əz münkər
bizim İlahi vəzifəmizdir. Unutmayaq ki, imansız ailədən çıxıb,
uşaqlığından bəri düzgün yol göstərilməyən, pis yoldaşların təsirinə
düşən nə qədər gənclərimiz var. Gəlin onları laqeyd yanaşmayaq,
cəmiyyətimizi bu bəlalardan xəbərdar edək.
bəs onda niyə Cəhənnəmə gednlər özlərinə yoldaş axtarırlar?
Salman Ibadullayev
27-01-2011, 10:03:58
Ehsen!
perviz
05-03-2011, 21:19:01
salam olsun yalniz hidayete tabe olanlara.cehennem yolunda dosluq olur ama o dosluq sheytanin raziligini qazanmaq ucundur.Allah yolunda dosluq ise Allahin teriflediyi dosluqdur.ne gozel dost secenlerdir o kesler ki .dostlari onlari cennete surukleyir.salam olsun yalniz hidayete tabe olanlara.
Mumin
21-03-2011, 11:27:31
Vacibatda da var..Allahin dostu ile dots ol.duwmani ile duwman..Allah ozune gozel dost secir her zaman.buna hec kesin wubhesi olmasin..Allah,sensen Allah. senedir qulluqum,sendedir carem,seninledir varliqim,seni anar ruhum,seni anar qelbim.bawqasina deyil,sene mohtacam.bawqasin deyil seni cagiriram.bawqasi yaradilmiwdir,sen yaradansan,bawqasi davamsizdir.sen daimsen,bawqalari mohtacdir.sen ehtiyacsizsan.ehtiyaclari gorensen.
Ekberov Vasif
09-04-2011, 07:43:05
ASSALAMUN ALEYKUM VE RAHMATULLAHI VE BEREKATUH.
Bizim cemiyetde ushaqlarin duzgun terbiye almayib ve duz yoldan bir-iki soz ile azmalarinin esas sebeblerinden biride tehsilin islami terbiyeden uzaq olmasidir.Burada boyuk deyishikler olmasa tek valideyinlerin gucu yeterince olmayacaq,ki siz deyen fesadlardan balalarimizi vaxtinda qoruya bilek.
Xeqani Abdullayev
12-04-2011, 13:29:33
ALLAH RAZI OLSUN. ALLAH SIZLERE XANIM ZEHRA ANAMIZIN SEFAETINI NESIB ETSIN.
"IMAM ZAMANA qul ola bilsem ne derdim"
miryunis
13-04-2011, 12:39:17
afarin qızım bu yazına göra!
nadir aliyev
15-04-2011, 20:13:15
cox ela davam ele momine
nadir
10-05-2011, 02:00:36
xanim gozel yazmisiz ancaq efsuslar olsun ki coxlari cehenneme gedir
ozu ilede yoldas aparir meselen israil amerika ingilis sinistleri
ve onlara qulluq etmekde ozune fexr sayan basibos muselman rehberler
cani dille onlara dostluq ve yaxud nokerlik edib cehenneme yoldas olurlar
allah tala buyurur ki onlar seytanin dostlaridir saq ol sisi cox yor
muyum
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.