ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
AZƏRBAYCAN XANIMI
02/12/2010 - 13:06

İlqar Kamil
Hicab nədir?!
Hicab sözünün lüğəti mənası "örtük" deməkdir.
Əslinə baxanda dünyada yaşayan bütün xanımlar bir növ hicablı sayılırlar. Çünki onlar da hər hansı bir formada qismən də olsa örtülürlər.  Özünə qiymət verən heç bir xanım razı olmaz ki, lüt-üryan formada, heç bir örtüyü olmadan gəzib dolansın. Demək hər bir xanım qismən də olsa hicablı sayılır. Bu da hicabın və örtüyün ümumbəşər fitri istək olması anlamına gəlir.
Hər bir xanımın öz örtüyünü qoruyub saxlamaq haqqı var. Heç bir qüdrət xanımın  bu təbii və fitri istəyini ondan almağa cürət etməməlidir. Bunu sadəcə dindarlar deyil, insan olan hər bir kəs anlayır.
Misal üçün hər hansı bir yubka-köynək geyinən xanıma kim deyə bilər ki, sən onları çıxarmalısan?! Bu istəyə hər hansı ad qoyursansa qoy, çox iyrənc bir istəkdir. Özünə qiymət qoyan heç bir xanım bu tələblə razılaşmaz təbii ki. Çünki hicab xanıma fitrəti, dini və mentaliteti tərəfindən verilən bir dəyər, eyni zamanda onun namus, şərəf və ləyaqətidir.
Qadın örtüyünün müxtəlif olması mentalitetlərin müxtəlifliyinin təzahürüdür.
Avropada bir xanımın mini yubkasını əynindən çıxarmaq istəyi cinayət sayılırsa, başqa  mentalitetləri olan ölkələrdə onun misal üçün, uzun yubkasını qısa yubka ilə əvəz etmə cəhdi də eyni cinayətdir.
İslam dinimizin qadına təyin etdiyi hicab isə tam örtükdən ibarətdir. Hicablı olmaq üz və əllərdən başqa bütün üzvləri görməsi gərəkməyən şəxslərdən gizləmək, qorumaq deməkdir.
Demək islamın təyin etdiyi örtük də hicabın bir forması, onun daha mükəmməl surətidir.
Gəlin qarışmayaq! Bu gün müsəlman bir xanıma "başını aç!" tələbi qeyri müsəlman bir xanıma "köynəyini çıxart!" tələbi ilə eyni bərabərdir. Çünki bu tələblərin hər ikisində namusu, iffəti, həya və abırı ayaqlar altına atmaq cəhdi var. Hər iki tələb azadlığın pozulması, şəxsiyyətin təhqir olunması anlamındadır.
Demək istəyirəm ki, bu gün Azərbaycanda başlayan bu müharibə sadəcə bir tikə parça uğrunda getmir. Vurulan, döyülən, ayaqlar altına atılan bir tikə parça deyil. Tapdalanan Azərbaycan qadınının iffət və arı, şərəf və ləyaqətidir.
Zaman-zaman nakişi ərləri tərəfindən qəddarcasına döyülən, söyülən, təcavüzlərə məruz qalan Azərbaycan xanımı indi də yeni bir təcavüzün qurbanına çevrilməkdədir.
Haradadırlar Azərbaycanın öndə gedən birinci xanımları?! Haradadırlar son zamanlar gündə on beş dəfə qadın - kişi hüquqlarının bərabərləşməsinin lazımlığından söz edənlər?! Çıxın meydana, bu gün Azərbaycan xanımının ən doğal haqqına əl atıblar. Onun müdafiəyə ehtiyacı var.

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
fena 04-12-2010, 13:41:33
kamil qardashim meni bir sual dushundurur. Hicab vacibdir,yoxsa Elm ?
 
naqis insan 04-12-2010, 19:06:30
salam Fena.
Əlbətdə ki hər ikisi vacibdir amma, bir şeyi unutmayaq ki,
elmsiz insan uçurumun kənarındadırsa
iffət və hicabsız insan uçurumun dibindədir.
 
fena 06-12-2010, 18:55:29
Möhtərəm Naqis
Sizin nəzərinizə görə Hicab Elm`dən daha vacibdir?
 
naqis insan 06-12-2010, 19:41:51
fani dünyanın fani insanı, mən elə demədim.
sizin də bizim də uzun illər boyu savadsız, təhsilsiz, diplomsuz ata-babalarımız, ana-bacılarımız olub vaxtı ilə. bu onlara nöqsan olub amma onları insaniyyətdən çıxarmayıb.
iffətsizlik, abır - həyasızlıq isə insanı heyvaniyyətə yuvarlayar.
elm, təhsil insana kənardan əlavə olunursa iffət, abır və həya içdən gəlir.
insan savadsız olduğuna görə qınanar, iffətsiz birinə isə qınaq da yetməz!
sizin kimi arif insana bu qədər yetər məncə, yetər ki, qərəzsiz olasınız.
 
fani 07-12-2010, 15:27:47
tsk edirem mesleye aydinliq getiriyinize gore
demek, qadin elmsiz olsa da olar, yeter ki, başı baglı olsun.

men hardasa da oxumuşdum ki, çəkidə Alimin mürəkkəbinin agırlıgı şəhidin qanından daha agırdır. indi gördüm ki, Hicabın agırlıgı hetta alimin mürəkkəbinden de daha agir imiş.
 
Beqa 07-12-2010, 15:55:37
Salam sizin şərhlərinizi oxudum hər ikiniz şərhlərində təzadlar çoxdur. Ayrı ayrılıqda hicabin öz dəyəri var , elmin öz dəyəri. Hicab vacib buyuran mutləq alim olan Allahdir. Deməli hicab özüdə bir elmdir. İslamda eləm böyük dəyər verilib amma əməllə bir yerdə. Əməlsiz elimin heç bir faydası yoxdur. Amma əgər hicablı xanim secim qarsisinda qalsa ki derse getsin basi aciq şəkildə yoxsa başı bağlı ev şəraitində elm oxusun təbbiii ki İslam qaydalarına görə, hicabını qoruyub elm öyrənmək üçün başqa vasitələrə əl atmalıdır. Hicab Allahın vacib buyuruduğu əmrdir. Ona görə də gəlin msələri qarışdırmayaqın. Elmə öyrənmək istəyən isə hər bir şəraitdə öyrənə bilər. Amma əməlsiz. Kitab yuklu essek məsələsi..........
 
fena 07-12-2010, 18:08:03
Beqa
Siz meseleye tamamile ferqli bir prizmadan yanaşdınız.
cəmiyyətdə ferdlər arasında evlenməyi də Allah-teala buyurub. Onda Evlənməyi hansı Elmi kateqoriyaya aid etmek olar?
 
Beqa 07-12-2010, 18:27:03
Daha senin ucun aciqladiqda indi orasini ozun dusun cenab puch
 
ANAR MAMMADOV 07-12-2010, 23:34:39
ensentum necede gözel analiz etmisiniz
 
Araz-Resul 06-02-2011, 14:30:31
Salam butun sherh yazanlara ve muellif qardasha. Sherhleri oxudum amma sakit qala bilmedim cunki fena qardashimiz yaxudda bacimiz (cunki bilmirem xanimdir ya agadir) bir yerde yanilir amma ozude bilmir sehvi hardadir. Eziz fena. Qoy sene deyim ki elm o vaxt elm olar ki, insanlara xeyir versin. meselen men elm oyrenim sonra ondan istifade ederek insanlari mehv etmek ucun muxtelif tipli silahlar hazirlayim ve adimi da qoyum ki men elm oyrenib alim oldum. Peygemberimiz de buyurub alimin qeleminin murekkebi shehidin qanindan daha agir olar qiyametde. sence bu saglam agilla tarazlashirmi????
ikinci bir mesele. Eger muselmansinizsa bunu qebul etmelisiniz ki, hicab meselesi Allahin vacib buyurdugu emrlerden biridir. eger bir xanim mektebe hicabina gore getmese ona evde yaxud ferdi mesgul olaraq ders kecib elm ve savad oyretmek olar. Amma hicabini acaraq iffetini aradan aparsa hec Allahin ozu de onun iffetini geri qaytarmaz. Cunki o elme xatir Allahin emrinden boyun qacirib, Amma Allaha xatir elmden boyun qacirsa idi Allah ona elm verecekdir. Bunu ozumden demirem bunu Allah quranda buyurur: Siz Allaha qarshi teqvali olun Allah size elm verecek. Beli hec shekk eleme "fena" qardash yaxud baci. Insan Allaha qarshi teqvali olsa oxumamish Alim olar sadece bu iman ve eqide isteyir yeni sen tam yeqinlikle qebul ede bilsen ki men Allahdan qorxub onun emrlerine itaet etsem niyyetim de sirf Allah rizasi ucun onda goreceksen ki oxumamish alimsen. Hedisde var ki, her kes 40 gun sidq urekle gunahdan cekinib Allaha ixlasla ibadet ederse Allah onun qelbinden diline hikmet ceshmesi cari edecek. Seni qinamiram "Fena" ola bilsin Islamin gozelliyinden yaxud Qurandan xeberin yoxdur ona gore bele yanashirsan hicab meselesine. Guman edirem ki sozlerimi semimi qebul ederek sehv etdiyini anlayasan. Eger Allaha xatir tekebburden uzaq olsaq Allah bize felsefesini bilmediyimiz gunahlarin sebebini oyreder. Sag ol seni Uca ALlaha tapshiriram
 
 

YAZARIN DİGƏR YAZILARI

n

07/04/2011 NAQİSƏ KAMİL DEDİLƏR!

n

24/02/2011 ARVADLAŞDIRILMIŞ KİŞİLƏR

n

29/01/2011 ZİNDAN...

n

12/01/2011 HƏLƏ BU HARASIDIR?

n

02/12/2010 AZƏRBAYCAN XANIMI

n

09/06/2010 Dahi istək

n

10/05/2010 Onu tanıyıncaya qədər

n

07/05/2010 Çoxdandı

n

11/03/2010 Unuda bilməyəcəyəm!

n

06/03/2010 Hara gedirsən?!

n

27/02/2010 Çingiz Mustafayevin göz yaşları

n

26/02/2010 O olmasın, bu olsun!

n

24/02/2010 Pul "köpəyoğlu" şeydi!

n

22/02/2010 Bakı səmasında "uçan boşqab" görünüb

n

20/02/2010 "Cənnət-məkan" kəndi

n

10/02/2010 QƏZƏNFƏR KİŞİ

n

03/02/2010 Bizim qız Yevrovijında

n

22/01/2010 Günə baxan oğlan

n

04/01/2010 YENİ İL GƏLSƏ ƏGƏR

n

08/12/2009 HAMI YATIB CIRTDAN OYAQ!

n

24/11/2009 AZAN SƏSİ
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.