İslam düşmənlərinin tarix boyu İslam əleyhinə apardıqları siyasətin bu gün yeni mərhələsi gözə dəyməkdədir. Artıq Qurana qarşı bütün şeytani qüvvələr səfərbər edilib, hansı yolla olursa-olsun insanların dinə və İslama qarşı nəzərlərini zəiflətmək istəyirlər. Bu yolda masonlar və onların vətənimizdəki nökərləri özlərini daha qabarıq göstərirlər. Onlar bir tərəfdən artıq tərəfdarı qalmayan "ateizim" viruslarını digər tərəfdən isə, İslamın və Quranın aliliyini zəiflətməyə qarşı kampaniyaya başlayıblar. Əslində bu mövzu heç də təzə sözlər deyildir. Tarix boyu belə imansızlar və mütrədlər tərfindən həmişə məntiqsiz sözlər olub. Ən azı ona görə ki hələlik şeytan var və şeytani fikirlər və əməllər davam etməkdədir. Bu anda müsəlmanlar ayıq olmalı və İslam dininə qarşı infomasiya müharibəsinə başlayan belə mövcudların vəsvəsələrinə uymamalıdırlar. Əslində, şeytanlar belə insanların dili ilə danışır. Necə ki, Quranda oxuyuruq: "(O şeytan ki) cinlərdən də olur, insanlardan da!" (Nas surəsi 6). Doğrusu, belələri əsl şeytanlardan da təhlükəli olurlar. Onlar müxtəlif şəkil, cild və pərdə altında o cümlədən, vətənpərvər, azadlıq, qanunçuluq, hüquq müdafiəçiləri, elm tərfdarları və sair kimi şüarlarla özlərinin iç üzlərini gizlədirlər. Nəhayət, Qurana qarşı fitnələr davam edir. Fitnəçilər isə hər vasitədən istifadə edirlər...
Quranın yer kürəsi haqqında açıqladığı elmi məslələr o zaman təqdim olunur ki, bütün yer kürəsinin insanları yığılsalar, o haqda dəqiq məlumat verə bilməzlər. Alimlər Quranın yer haqqındakı elmi məsələlərini bu gün də tam açıqlaya bilməmişlər. Qısa da olsa onlardan bir neçəsinə işarə edirik:
Birinci, Quranda yerin hərəkəti; Yerin Günəş ətrafında və öz oxu ətrafında hərəkəti , yaxud Ayın Yer ətrafında dönməsi və s. Bununla əlaqədar olaraq Qurani-kərimin Əl-İsra surəsinin 12-ci ayəsində deyilir: "Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edə) iki əlamət müəyyən etdik. Gecə əlamətini (sizin rahatlığınız üçün) qaranlıq, gündüz əlamətini isə işıqlı etdik ki, Rəbbinizdən bir lütf (ruzi) diləyəsiniz, illərin sayını və vaxtı biləsiniz. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik". Bəs, sən demə imansızların iddiası kimi deyilmiş, bütün varlıqlar Allah-təalanın Quranda buyurduğu bu elmi mətləbdən bəhrələnib, gecə və gündüz kimi ən mühüm bir ruzidən istifadə edirlərmiş. İnsan qüdrətindən tam şəkildə xaricdə olan belə bir qüdrət və nəzm-intizam sahibinin müqabilində Ona səcdədən başqa bir yol qalmır. Əgər iddia olunsa ki, bütün bunlar təsadüf nəticəsində yaranıb və milyonlarla planetlarin içindən təsadüfən yalnız bizə, insana belə nemət bəxş olunub, onda məsləhətdir ki, onlar özlərini psixoloq həkimə göstərsinlər.
İkinci, su və bitkilər yerin təkindən çıxır. Allah-təala Quranda yerin yaradılışından sonra onda su və bitkilərin necə meydana gəlməsinə işarə edərək buyurur: "Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyunu və otlağını çıxartdı." (Naziat surəsi 30-31) Bu gün alimlər illərlə elmin inkişafı və təcrübələrdən sonra belə bir nəticəyə gəlmişlər ki yer üzərindəki su əvvəlcə qaz və buxar şəkilinə yerin altında qərar tutmuş, sonradan isə yer üzündə baş vermiş ilk vulkanlar nəticəsində havaya qalxmış və nəhayət buludlardan yağış şəkilində yer üzünə qayıtmışdır. Bitkilər əslində su və torpaqdan olmaqla, vulkanlardan sonra yer üzündə yaranmışdır. Suyun qazdan əmələ gəlməsi haqqında Rusiyada son zamanlar alimlər maraqlı bir elmi tapıntıya rast gəliblər. "Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi insanları tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı. İlk dəfə 1882-ci ildə yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan rus alimi o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və vəziyyəti "sirrli bir hadisə" kimi xarakterizə etdi. Bu hadisədən 121 il sonra 2003-cü ildə Baykal gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Rus alimləri kilometrlərcə yumru buz kütlələrinin necə meydana gəldiyini anlamaq üçün bir daha qollarını çirmələdilər. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı. Qış aylarında suyla qarışan qaz isti buxar meydana gətirir və bu da yumru dalğalara səbəb olur. Bu yumru dalğalar yuxarıya doğru çıxdığında yaxşıca soyuyaraq buz kütləsinə çevrilir.
Bununla da Quranın elmi bəhslərindən bir güşəsinə işarə olundu. Bir məsələni də qeyd etmək lazımdır ki, kiminsə riyaziyyat, yaxud kimya elmini zəif bilməsi və ondan baş açmaması o elmlərin boş və mənasızlığına dəlil ola bilməz. Bəzi ruhanilərin də dini elmlərdə zəif olmaları Quran və İslamın aliliyinə, ecazakarlığına və elmiliyinə heç bir xələl gətirə bilməz!
Sonda dinsizlərin və əqidəsizlərin nəzərinə belə bir məsələni çatdımaq istərdim və o da budur ki, Allah-təalanın bir kəlməsindən min mövzu açıqlananar, amma insan isə əksinə, min mövzunu araşdırdıqdan sonra bir məsələ barədə danışa bilər". Budur Yaradanın sözü ilə insan kəlamı arasındakı fərq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.