ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Kim uduzdu, kim uddu?
22/05/2009 - 22:12

Mayis Güləliyev
Türkiyə Böyük Yaxın Şərqdə təbii enerji resursları ən az olan ölkələrdəndir. Odur ki, regionda baş verən `neft və qaz oyunlarının` təsirinə daha həssasdır. Dünyada son 100 ildə baş verən hadisələr və enerji ilə bağlı qlobal problemlər Türkiyənin davamlı enerji təminatının yaradılmasını xarici siyasətdə prioritet emişdir. 1987-ci ildən başlayaraq Türkiyə Rusiya ilə iqtisadi əlaqələr quraraq, qaza olan təlabatının bir hissəsini təmin etdi. 2010-cu ildə `Mavi Axın` layihəsinin reallaşması ilə Türkiyənin Rusiyadan alacağı qazın miqdarı artırıla və onun təlabatının təqribən 50% təşkil edə bilər. Türkiyənin qaz təlabatının xeyli hissəsi isə Azərbaycanla təmin edilir.
Türkiyə-Azərbaycan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin bu əlaqələrin mahiyyətində ucuz enerji daşıyıcılarının əldə edilməsi dayandığından çox hallarda qarşılıqlı faydalı və səmimi olmur. Həm Türkiyə, həm də Azərbaycan özünü müstəqil dövlət hesab edir və bunu reallaşdırmağa cəhd göstərirlər. Türkiyə-Ermənistan əlaqələrinin bərpasına da bu rakursdan baxmaq lazımdır. Türkiyə müstəqil dövlətdir və öz maraqları var. Odur ki, Azərbaycan da hər hansı bir dölətlə, o cümlədən Türkiyə ilə əlaqələrini quranda milli və ya etnik hisslərdn yox, öz maraqlarından çıxış etməlidir. Maraqlar isə bir nəfərin istəyi ilə yox, dünyada və regionda baş verən proseslərin elmi araşdırılması ilə, ictimai müzakirələr və siyasi opponentlik institutlarının formalaşması ilə müəyyən edilməlidir.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması xəbəri gündəmə gələndə Azərbaycan ictimaiyyəti, KİV və siyasilər bir sual ətrafında düşünməyə başladılar:`Türkiyə Ermənistanla sərhədləri açsa biz nə etməliyik?` Sərhəd nə üçün bağlı qalmalıdır? Bunun kimə hansı xeyri və ya ziyanı var? Sərhədlərin bağlı qalmasından Azərbaycan və ya Türkiyə hansı mənfəət əldə edə bilər? Sərhədlərin açılacağı təqdirdə Azərbaycan və ya Türkiyə üçün hansı ziyanlar ola bilər? Təəssüf ki, bu tip suallar sərhədlərin açılması aktuallaşanda gündəmə gəlir və gündəlik siyasi həyatda dərindən araşdırılaraq öz cavabını tapa bilmir. Odur ki, bu hadusəyə hazırlığı olmayan ictimaiyyət, KİV və siyasilər regional təhlükəsizlik məsələlərini və Azərbaycanın real marağını müəyən etmək əvəzinə Türkiyə iqtidarını `xəyanətdə` suçlamağa və hətta kütləvi aksiyalarla hədələməyə cəhd göstərdilər. Azərbaycan Dövlət Neft Şirkəti isə daha da irəli gedərək Türkiyəyə satılan qazın qiymətinə baxılacağını gündəmə gətirdi. Maraqlı olan isə başqa faktdır. Hansı hadisə daha əvvəl baş verdi: Azərbaycanın Türkiyəyə satılan qazın qiymətinə yünidən baxmaq istəyi, yoxsa Türkiyənin Ermənistanla sərhədləri acmaq planları?
Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarına görə, 2007-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşları Türkiyə, Rusiya, İtaliya, İran və Amerika Birləşmiş Ştatları olub. Əmtəə dövriyyəsinə görə İsrail onuncu, idxalda payına görə iyirimi birinci, ixracda payına görə isə 6-cı yerdə olub. Başqa sözlə desək, 2007-ci ildə İsraildən Azərbaycana təqribən 31 milyonluq mal gətirildiyi halda, Azərbaycandan İsrailə təqribən 370 milyon dollarlıq mal ixrac edilmişdir. Müqayisə üçün deyək ki, 2007-ci ildə Türkiyədən Azərbaycana təqribən 625 milyonluq mal idxal edilmiş, Azərbaycandan Türkiyəyə isə təqribən 1 milyard dollarlıq mal ixrac edilmişdir. Əgər idxal və ixrac mallarının nədən ibarət olmasına diqqət verilməsəydi, idxal və ixrac arasındakı bu rəqəm fərqləri Azərbaycan iqtisadiyyatı haqqında optimist düşünməyə əsas verə bilərdi. Belə ki, Statistika Komitəsinin məlumatlarına görə 2007-ci ildə ixrac mallarının 81,5% mineral mallar kimi eyd edilir. Başqa sözlə desək, ixrac mallarının əsas issəsi neft və qazdır. Güman etsək ki, 2007-ci ildə mal qrupları üzrə xarici ticarət dövriyyəsində müəyyən qədər yer alan digər qruplar üzrə, məsələn bitki mənşəli məhsullar və ya hazır yeyinti məsulları qrupları üzrə nə Türkiyəyə, nə də İsrailə mal ixrac edilməyib, onda bu ölkələrin Azərbaycanla ticari əlaqələri əsasən neft və qazla bağlı olduğu aydın olar. `Aəri üçbucağına` daxil olan hər iki ölkənin Azərbaycanla əlaqəsinin mahiyyətində enerji daşıyıcılarının dayanması Azərbaycanın maraqlarına yeni baxışla, yəni `neftsiz və qazsız` dövrlər üçün regional təhlükəsizlik baxımından yanaşmaq lazımdır.
Məhz elə buna görə də Azərbaycanın Türkiyə ilə münasibətlərində neft və qaz faktotundan həm `güzəşt`, əm də `təzyiq` kimi istifadə edilməsi getdikcə biruzə verilir. Son illərdə Azərbaycan qazının həm Türkiyəyə, həm də Gürcüstana dünya qiymətlərindən xeyli aşağı qiymətlərlə satılması nə ilə izah edilə bilər? 2008-ci ildə Azərbaycandan Türkiyəyə satılan qazın qiyməti (hər 1000 kub metr üçün 120 dollar) Rusiyadan Avropaya və Türkiyəyə satılan qazın qiymətdən (hər 1000 kub metr üçün 250-300 dollar) ən azı iki dəfə ucuz olub. 2008-ci ildə Azərbaycandan Türkiyyəyə ixrac edilən qazın miqdarının təqribən 5 milyard kub metr olduğunu nəzərə alsaq, `qardaş dövlətə` qiymətlərdə edilmiş `güzəştlər` hesabına Azərbaycan dövlətinin (başqa sözlə desək, Azərbaycan əhalisinin) itirdiyi məbləğin təqribən 750 milyon dollar olduğunu görərik. Əvvəlki illərdə də belə güzəştlərin olduğunu nəzərə alsaq, iqtisadi cəhətdən inkişaf etmiş `dost və qardaş` Türkiyənin təzəcə müstəqilliyə qədəm qoymuş və iqtisadiyyatı dayanıqlı olmayan Azərbaycana nə qədər ziyan vurduğunu hesablamaq çətin deyil.
Türkiyə KİV və siyasiləri Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlanması ilə Azərbaycana olan öz sayğı və hörmətlərini nümaiş etdirmək istəyirlər. Təəssüf ki, bunun belə olduğu Azərbaycan cəmiyyətində də geniş yer tapıb. Türkiyə baş naziri cənab T. Ərdoğan Bakıdakı son səfərində Türkiyə-Ermənistan sərhədlərinin Qarabağ problemi həll edilməyənə qədər açılmayacağını bildirəndə Azərbaycan cəmiyyəti elə bil dərindən rahat nəhəsi aldı. İctimai şüura belə fikirlər yeridildi ki, guya Türkiyə həm Avropadan və ya ABŞ-dan olan təpkilərə baxmayaraq sərhədləri açmadı.
Təəssüf ki, Azərbaycanın XXİ əsrdə regionda müstəqil dövlət kimi qalması və möhkəmlənməsi üçün zəruri olan strateji maraqların işlənməməsi son 20 ildə cəmiyyətin ictimai şüurunda belə fikirlərin formalaşmasına imkan yaradıb ki, guya bu sərhədlər açılmasa, Ermənistan iqtisadi blokadada qalaraq zəifləyəcək və nəhayət Qarabağla bağlı iddiasını yerə qoyacaq. Başqa sözlə desək, sərhədlər açılarsa, Prezident aparatının rəsmisi demişkən, `yeni iqtisadi nəfəs borusu` əldə edəcək və onun güclənməsi baş verəcəkdir. Odur ki, guya sərhədlərin bağlı saxlanması Azərbaycanın marağındadır və Türkiyə, `dost və qardaş` ölkə kmi, Azərbaycanın maraqlarına sayğı ilə yanaşaraq Ermənistanla sərhədlərin açılmasına və ona `yeni nəfəs borusunun` verilməsinə razılıq vermir. Lakin Azərbaycan cəmiyyətindən bir reallığın gizlədilməsi onun haqqında ciddi düşünməyə əsas verir. Türkiyə tərəfindən bu `nəfəs borusunun` bağlanması Azərbaycan iqtisadiyyatına neçəyə başa gəlir? Axı 2009-cu ilin qalan dövrü üçün Azərbaycandan Türkiyəyə ixrac edilən qazın qiyməti yenə də dünya qiymətlərindən xeyli aşağıdır. Nə üçün Azərbaycan həm Türkiyəyə, həm də Gürcüstana satılan qazın qiymətində bu qədər güzəştə getməlidir? Başqa sözlə desək, Azərbaycandan belə güzəştləri qoparmaq üçün Türkiyə və Gürcüstan Qarabağ probleminin həllini daim əngəlləməyəcəklər ki? Azərbaycan cəmiyyəti bilirmi ki, növbəti il üçün `nəfəs borusunun` bağlanmasının qiyməti 500 milyon dollar olacaqdır? Bəs Gürcüstana verilən güzəştlər nə ilə bağlıdır? Onlar hansı `nəfəs borusunu` bağlayırlar? Regionda əməkdaşlıq və inteqrasiya əvəzinə, kiminsə `nəfəs borusunu` bağlamağa yönələn xarici siyasət nə qədər davam edəcək? Axı Azərbaycanın qazı əbədi deyil! Odur ki, belə güzəştlər də əbədi olmayacaq!
Sübhəsiz ki, enerji ilə bağlı global problemlər və Türkiyənin enerjiyə olan təlabatının getdikcə artması Türkiyəni Azərbaycan üzərində öz təsir dairəsini genişləndirməyə sövq edir. Son dövrlərdə Türkiyə -Ermənistan sərhədlərinin açılması ilə bağlı siyasi diskussiyaların mahiyyətində də enerji məsələlərinin gizləndiyi şübhəsizdir. Başqa sözlə desək, böyük dövlətçilik ənənəsi olan və güclü siyasi institutları formalaşmış Türkiyə sərhədlərin açılmasından Azərbaycana təzyiq vasitəsi kimi ustalıqla istifadə edir. Təəssüf ki, Türkiyə tərəfindən Azərbaycana belə təzyiq vasitəsindən yaxın dövrlərdə də istifadə ediləcəkdir. Bəli, Türkiyənin Azərbaycana təzyiq vasitəsi var. Bu Türkiyə ilə Ermənistanın əlaqələrinin bərpa edilməsi və genişlənməsidir. Azərbaycanın da Türkiyəyə təzyiq vasitəsi var. Bu Türkiyəyə satılan qaz və neftdir. Deməli, `Azəri üçbucağının` iki tərəfi olan Türkiyə və Azərbaycan -`bir millət, iki dövlət`, əslində Ermənistan sərhədlərinin açılması məsələsində gizli qarşıdurmadadır. Bundan sonra da Azərbaycan tərəfi qazın dünya qiymətlərindən həfəsə düşüb Türkiyəyə satılan qazın qiymətini qaldırmaq istəyərsə, Türkiyənin `domokl qılıncı` işə başlayacaq və Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gələcək. Azərbaycan güzəştə gedərək, qazın qiymətlərini Türkiyə üçün `yumşaldaraq` Türkiyəni guya Ermənistanın `nəfəs borusunu` bağlı saxlamağa sövq edəcək.
Beləliklə, `sərhəd oyununda` Azərbaycan tərəfi uduzmuş, Türkiyə tərəfi isə udmuş olur. Ermənistan da bu `oyunda` udmuş tərəf hesab oluna bilər. Belə ki, Ermənistan onun Türkiyə tərəfindən, blokadaya alınmasını və ciddi çətinliklər qarşısında qaldığını beynəlxalq aləmdə daha uca səslə deməyə bağlayır. Necə deyərlər, Ermənistan dünyanı inandımağa çalışır ki, Azərbaycan və Türkiyə birləşərək onun `nəfəs borusunu` bağlayırlar.
    Sərhədlər açılarsa, ən yaxşı halda Türkiyə Azərbaycana ixrac edə bildiyi mallar qrupu ilə Ermənistanla `birbaşa` ticarət edə bilər. Belə ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr olmasa da və `quru sərhədlər` bağlı olsa da hava əlaqələri mövcuddur. Ermənistanda Türkiyə mallarına olan təlabat Gürcüstan vasitəsilə ödənilir. Lakin Gürcüstandan keçərək Ermənistana gedən malların qiymətləri bir qədər bahalaşır. Gürcüstan Statistika Komitəsinin məlumatına görə Türkiyədən Gürcüstana idxal edilən mallarının dövriyyəsi təqribən 800 milyon dollardır. Gürcüstandan Ermənistana ixrac edilən mallarının miqdarı isə təqribən 100 milyon dollardır. Göründüyü kimi bu o qədər də böyük rəqm deyil. Bu dövriyyədə Türkiyyə mallarının payı hətta 50-60% olsa belə bu çox kicik rəqəmdir. Yəni, Türkiyədən Ermənistana bu ölkə üçün starateji əhəmiyyəti olan malların gətirilməsi ehtimalı xeyli azdır. Lakin sərhədlərin açılması sərhədyanı ərazilərdə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan Türkiyə vətəndaşları üçün yeni `birbaşa` bazar yarada bilər. Bu isə Türkiyənin sərhədyanı ərazilərinin inkişafına şərait yarada bilər. Türkiyə-Ermənistan əlaqələrinin bərpa edilməsi Türkiyənin Ermənistan iqtisadiyyatına investisiya yatırmasına və Ermənistan iqtisadiyyatını təsir altına almasına şərait yarada bilər. İqtisadi təsirlərin genişlənməsi Ermənistan siyasi oriyentasiyasına da müəyyən təsir göstərə bilər.
Sərhədlər açılarsa, Ermənistandan Türkiyəyə `birbaşa` ixrac edilən malların da qiyməti azala bilər. Çünki həmin malların Gürcüstan vasitəsilə Türkiyəyə ixrac edilməsi qiymətlərə müəyyən əlavələrin edilməsini zəruri edir. Lakin Ermənistandan Gürcüstana ixrac edilən malların dövriyyəsinin çox cüzi olması (ildə təqribən 40-50 milyon dollarlıq) onu gözsərir ki, Ermənistan Türkiyəyə `birbaşa çıxış` əldə etdikdə belə Ermənistandan Türkiyəyə ixrac dövriyyəsi elə böyük olmyacaq. Çünki Ermənistan iqtisadiyyatında Türkiyə iqtisadiyyatı üçün elə sənaye malları yoxdur ki, Türkiyə Avropadan yox, onu Ermənistandan idxal etsin. Ermənistandan Türkiyəyə ixrac edilən mallarının qrupu isə əsasən ucuz xammal ola bilər. Lakin nəzərə almaq lazımdır ki, Ermənistandan Türkiyəyə ixracın əsas hissəsini `ucuz əmək` təşkil edəcəkdir.
Sərhədlərin açılmasının siyasi tərəfləri də maraqlıdır. Belə ki, sərhədlərin bağlı saxlanması beynəlxalq aləmdə Türkiyənın imicinə xeyli xələl gətirir. Özünü demokratik adlandıran və Avropa Birliyinə üzvlüyə can atan bir ölkə digər qonşu ölkəni blokadada saxlayır. Sərhədlərin bağlı saxlanması sərhədyanı zonada yaşayan insanların təmaslarına ciddi çətinlik törədir və bu hal insan hüquqlarına mənfi təsir göstərir. Sərhədlərin bağlı saxlanması iki cəmiyyəti bir-birindən daha çox təcrid edir və mədəni əlaqələr zəifləyir. Nəzərə almaq lazımdır ki, mədəni əlaqələrin olmaması cəmiyyətlərarası dialoqu çətinləşdirir və regional gərginliyi artırır. Əlbəttə, sərhədlərin açılması heç də o demək deyil ki, Ermənistan Türkiyəyə həm ərazi, həm də soyqırımla bağlı iddiasından əl çəkəcək. Bunu Türkiyədə də gözəl başa düşürlər. Lakin Türkiyə siyasiləri anlayırlar ki, sərhədlərin bağlı saxlanması nəinki bu iddiaların zəifləməsinə, əksinə güclənməsinə təkan verir. Sərhədlərin açılması və iki cəmiyyətin yaxınlaşması Ermənistanın iddialarını aradan qaldırmasa da zaman zaman onu zəiflədə bilər.
Sərhədlərin açılması Ermənistanı blokada ilə bağlı siyasi spekulyasiya etmək imkanından məhrum edə bilərdi. Nəzərə almaq lazımdır ki, sərhədlərin açılmaması və Ermənistanın blokadada saxlanması Ermənistan cəmiyyətini daha çox səfərbər edir. Türkiyə ilə bağlı `düşmən obrazı` və ya `real təhlükə` Ermənistanın həm insan, həm də iqtisadi resurslarının səfərbər edilməsinə şərait yaradır. Ernənistan cəmiyyətinin də Azərbaycan və digər kiçik ölkələr kimi `açıq` olması Türkiyənin bu cəmiyyətə öz mədəniyyəti ilə nüfuz etməsinə səbəb ola bilər. Son iki yüz ildə Ermənistan cəmiyyəti Rusiya üçün `açıq` , digər böyük qonşu cəmiyyətlər üçün, o cümlədən Türkiyə üçün `bağlı olmuşdur. Məhz bu dövrdə Ermənistanla Türkiyə arasında, həmçinin Ermənistanla Azərbaycan arasında `düşmən obrazı` formalaşdırılmış və Cənubi Qafqazda həssas münaqişə ocaqları yaradılmışdır.
Göründüyü kimi, Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyəyə daha çox iqtisadi və siyasi divident verə bilərdi, nəinki Ermənistana. Daha doğrusu, sərhədərin bağı saxlanması heç də Ermənistanın `nəfəs borusunun` bağlanması deyil və buna ümid etmək ən azı sadəlöhvlükdür. Deməli, sərhədləri bağlı saxlamaqla 1) Türkiyə hökuməti Ermənistanla bir neçə milyon dollarlıq `birbaşa` mal dövriyyəsini `qurban` vermiş olur, 2) Türkiyə Ermənistan iqtisadiyyatına və dolayısı ilə Ermənistan siyasətinə və cəmiyyətinə nüfuz etmək imkanını itirir, 3) Türkiyənin beynəlxalq aləmdə demokratik və sülhsüvər imicinə xələl gəlir, 4) Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları və soyqırımla bağlı iddiaları daha geniş ictimaiyyət tərəfindən `başadüşülən olur`.
Lakin sərhədləri qapalı saxlamaqla Türkiyə nə qazandı: 1) Azərbaycan cəmiyyətini və siyasi elitasını `sərhəd oyununa` cəlb edərək, ictimai şüurun bu məsələyə nə qədər həssas olduğuna əmin oldu, 2) `Sərhəd oyununu` idarə edərək bu `oyunun` Azərbaycan cəmiyyətinə, onun siyasi elitasına və hakimiyyətinə təzyiq vasitəsi olduğunu bir daha təsdiq etdi, 3) Türkiyə cəmiyyətində milli eqoizmə köklənmiş seçicilərin səsini qoruyub saxladı, və nəhayət 3)Azərbaycan hökumətini məcbur etdi ki, Türkiyəyə satılan qazın qiymətini dünya qiymətlərindən xeyli az ölçüdə saxlasın. Beləliklə, Türkiyəni yaxın illərdə ucuz qazla təminatı yerinə yetirildi. Göründüyü kimi, Türkiyənin `sərhəd oyununda` qazancı itirdiklərindən xeyli çox oldu. Budur Türkiyənin real siyasəti!
Bəs görəsən, Azərbaycan tərəfi Türkiyənin bu provakasiyasına getməsə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına reaksiya verməsə nə baş verər? Başqa sözlə desək, sərhədlərin açılması Azərbaycana hansı ziyanlar gətirə bilərdi?


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/12/2011 BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN

n

29/03/2011 QƏZZAFİ, AZƏRBAYCAN İQTİDARI VƏ MÜXALİFƏTİ

n

01/02/2011 MİSİR HADİSƏLƏRİ VƏ AZƏRBAYCAN

n

17/01/2011 DÜNYAVİLİK NƏDİR?

n

05/01/2011 HİCAB VƏ DÜNYAVİLİK

n

01/07/2010 AZƏRİ ÜÇBUCAĞI SINDIMI?

n

23/06/2010 "Ənənəvi müxalifət"lə iqtidarın böyük səhvi

n

17/05/2010 Müxalifət kimə arxalanmalıdır?

n

11/05/2010 Müxalifətin siyasi mübarizə motivləri

n

03/05/2010 Milli Məclisə seçkilər

n

08/04/2010 YENİ AZƏRİ DÖRDBUCAĞI

n

29/03/2010 İşğaldan 7 il sonra

n

09/03/2010 Türkiyə yol ayrıcında

n

03/12/2009 NATO və Azərbaycan

n

07/10/2009 Azərbaycan cəmiyyəti və qloballaşma

n

21/09/2009 Qarabağ problemi...

n

04/09/2009 Metyu Brayza kimdir?

n

20/08/2009 Qarabağ problemi və siyasi partiyalar

n

06/08/2009 İsrailin tarixçəsi

n

11/07/2009 Obama ABŞ-ın yox, İslamın dəyişməsinə eyham vurdu

n

22/05/2009 Kim uduzdu, kim uddu?

n

14/05/2009 "Gözün aydın" Amerika!
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.