Yaşadığımız dünya olduqca kiçilib. Başqa sözlə desək kütləvi
informasiya, internet, beynəlxalq şəbəkələr və bu kimi bir çox vasitələr
insanların daha geniş məlumata malik olmasına səbəb olub. Bu arada
televiziya və radio insanlara məlumat ötürməkdə özünəməxsus yerə
malikdir. Elə bu cəhətdən sözügedən vasitələr insanların fikir və
etiqadlarının formalaşmasında xüsusi rol oynayır. Dünyada gedən
proseslərlə, xüsusilə dünyadakı kütləvi informasiya vasitələri ilə
maraqlanıb, onlardan xəbərdar olanlar bu vasitələrin bilavasitə və ya
dolayısı ilə, bir çox hallarda güc mərkəzlərinin nüfuzundan bəhrələnərək
öz ideya və siyasətlərini təbliğ etdiyini bilirlər. Amma təəssüflər
olsun ki, Azərbaycanda bu haqda dolğun məlumatlar yoxdur. Və Azərbaycan
insanı, bu günkü media və kütləvi informasiya vasitlərinin haradan və
necə, həm maddi və həm "mənəvi" cəhətdən qidalandığından məlumatsızdır.
Bu gün Azərbaycan və bizim kimi bir çox zəif və asılı ölkələrin
mədəniyyət və xarici siyasətləri müxtəlif pərdəarxası güclər tərəfindən
müəyyənləşdirlir və bu siyasətlər həm hakimiyyətə, həm də müxalifətə
məxsus informasiya vasitələri tərəfindən təbliğ edilməkdədir. Daha aydın
desək, heç kəsin ruhu belə incimədən bu "maraqlar" təmin olunmaqdadır.
Əgər biz azacıq da olsa ölkədə olan veriliş, xəbər və qəzetlərdə gedən
yazılara diqqət yetirsək bu siyasətlərin tam məharətlə tətbiq olmasının
şahidi olarıq. Televizorlara nəzər salanda yalnız bir tərəfli,
mentalitetimizə yad olan qərb mədəniyyətinin necə təmtəraqla təbliğ
edildiyini görməyə bilmərik. Heç zaman öz mənəviyyatımıza uyğun olan
verlişlər verilmir. Veriləndə isə dinin mövhumatından ibarət olduğunu
aşılamaq üçün oraya falçılar, ekstrasenslər və bu kimi daha kimlər dəvət
olunur ki, insanların öz dinlərinə olan düşüncələri tam bir tərəfli
şəkildə inkişaf etsin. Siyasətə gələndə diqqət yetirsək görərik ki,
yalnız Amerika, qərb və İsrailin maraqalarına uyğun xəbərlər dərc olunur
və onlar insanlara nicat verici bir nəsnə kimi təbliğ olunur. Halbuki
beynəlxalq sionizmin vuran əli kimi tanınan bu ölkələrin qaranlıq tarixi
hamıya gün kimi aydındır. Bu ölkələrin tarixi işğalçılıq, istismarçılıq
və soyqrım əsasında qurulsa da ancaq heç bir kütləvi informasiya
vasitələri onların həqiqətlərini əks etdirən kimlikləri barədə məlumat
dərc etməyə cürət etmir. Əksinə onlara müxalif olan qüvvələr və
dövlətlərə qarşı qara piyar siyasəti çox rahatlıqla həyata keçirilir. Bu
gün kütləvi informasiya vasitələri, xüsusilə radio və televiziya demək
olar ki, bizim həyatımızın əsas hissəsinə çevrilib. Daha doğru desək
radio və televizor ailəmizin bir üzvünə çevrilib. Bu gün sionizm və
qərbin maraqları bir-bir bizim evlərdə özünü təbliğ etməkdədir. Onlar öz
yurdlarında əyləşib bizim hər birimizin evində bizim ailə üzvlərini öz "tərbiyəsinə" uyğun şəkildə təbliğ etməkdədir.
Ölkə hakimiyyətinin zəif
və asılı olması, vicdanlı insanlara bu acı həqiqətləri açıb söyləməyə
zəmin yaradılmaması, ölkəmizi həm siyasi, həm də mədəni cəhətdən köləyə
çevirməsinə gətirib çıxarıb. Kimlərsə öz şəxsi həyat tərzləri naminə bu
kimi mənfur və xalqın öz milli və mənəvi kimliyini itirməsinə səbəb olan
siyasətlərə yol açmaq məcburiyyətində qalırlar. Hazırda Azərbaycan
xalqı elə bir vəziyyətə gətirilib ki, onlar öz ölkələrini qorumaq gücünü
itirməkdədir. Bundan əlavə nə qədər ürəkağrıdıcı olsa ölkəni paklıq
əsasında qurulan milli birlik deyil, xaricə nökərçilik və dəyənək gücü
ayaq üstə saxlayır. Bu isə ölkəsinin daima istiqlaliyyətini sevən bir
vətən övladının qəlbini dağlamaya bilməz. Biz müstəqil olduq ki, özümüz
söz sahibi olaq, öz mədəniyyətimizə, öz mənəviyyatımıza qayıdaraq
müstəqil bir ölkə olaq. Amma təəssüflər olsun ki, bu belə olmadı. Ölkədə
mənəm-mənəm deyən şəxslər də bilavasitə və ya dolayısı ilə dünya
oyunbazlarının torunda çırpışmaq məcburiyyətində qaldı.
Sözümün sonunda İmam Əli (ə)dan olan gözəl bir kəlamı diqqətinizə
çatdırmaq istərdim. O Həzrət buyurur: "Birinci haqqı tanıyın, sonra haqq
əhlini tanıyın". Hər bir Azərbaycanlı oturub diqqətlə araşdırmalıdır
ki, biz nələri verib, nələri əldə edirik. Biz müstəqil bir dövlət və
xalq olmaq istəyiriksə, öz milli və mənəvi dəyərlərimizi meyar qərar
verməli və buna zidd olan addımları ölkəyə zərbə və xəyanət kimi qəbul
etməliyik. Belə olan halda biz siyasi, ictimai, mədəni və mənəvi
işğaldan yaxa qurtarıb öz kimliyizi tapa bilərik. Öz kimliyini tapan isə
öz mənəviyyatını üstün tutur. Daha onu tapdaq altına ataraq kimlərdənsə "Bizim mədəniyyətimiz, mənəviyatımız yoxdur gəlin bizə mədəniyyət
öyrədin" deməz.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.