Yeni dövrdə artıq hüquq sözü dillərdə lağ-lağaya çevrilib. Hüququ tapdananlar mühakimə olunurlar. Amma hüququ əzib keçənlər ədalət carçılarına çevrilirlər. Beynəlxalq hüquq və məhkəmələr yalnız Qərb üçün Qərb tərəfindən yaradılıb. Beynəlxalq hüquqa kim qarşı çıxa bilər ki? Beynəlxalq Əfv Təşkilatı kimi təşkilatlar 1990-cı illərdə toxunulmazlığa son verəcəyini və harada yaşamasından asılı omayaraq, hamı üçün sülh və ədalət gətirəcəyini iddia edirdi.
Bu gün Beynəlxalq Haaqa məhkəməsi Sudan prezidenti Ömər Bəşiri insanlığa qarşı cinayət günahlarıyla ittiham edir. Amma İsrail liderlərin Qəzza bombardmanından sonra mühakimə olunmasını tələb etmirlər. Lakin beynəlxalq hüquq lehindəki sülh və ədalət mükəmməl olmaqdan uzaqdır. Çünki pərdəni bir az aralasanız bunu görəcəksiniz. Beynəlxalq hüquq dildə beynəlxalq ədalət, sülh gətirmək yerinə, ixtilafları uzadır və zəif dövlətlərin xalqlarını gücsüzləşdirir. Söz gəlişi bunu qeyd edim ki, Bəşir haqqında iddia açılması Darfur ixtilafının qızışmasına gətirib çıxardı. Bu da hökumət əleyhdarı güclərin müzakirə məsuliyyətini yox dərəcəsinə gətirib çıxardı. Nəhayət ölkədə sülh aradan getdi və qarşıdurmaların sayı gedərək artdı. Beynəlxalq mühakimənin müdaxiləsi Darfurdakı ixtilafın uzanmasına gətirib çıxardı və ölü sayını artırdı. Lakin beynəlxalq hüquqla əlaqədar başqa problemlər də var. Bu hüquq yalnız bir fantastikadır. Soyuq müharibə qurtardıqdan sonra yaradılan beynəlxalq hüquq təşkilatları Qərb tərəfindən, Qərb üçün yaradıldı. Yalnız onların hədəfləri üçün işlədi. Bir neçə il əvvəl Beynəlxalq Haaqa məhkəməsinin təməli qoyularkən, dövrün Britanya xarici işlər naziri Robin Kuk Britanya və Amerikanın məhkəmədə sorqulanmaması üçün zəmanət verirdi. Kuk qətiliklə düz deyirdi. Beynəlxalq Haaqa məhkəməsində yalnız Afrikanın ixtilafları və Afrikalı liderlər araşdırılır və mühakimə olunur. Bu təşkilatlar onların Orta Şərqdəki siyasətlərinə dəstək vermək üçün yardılırdı. Belə də olmalı idi.
Yaxşı beynəlxalq ədalətin carçıları ədalət, toxunulmazlıq dedikdə nəyi nəzərdə tuturlar? Bir ölkənin vətəndaşları, bəyənmədikləri qanunlar çıxaran bir hökumətə qarşı səs verərək bu hökuməti də torpaqlarında tətbiq olunan qanunları dəyişdirə bilərlər. Çində həm işçi sinifinin həm də orta sinifin artan etirazları göstərdi ki, hətta avtoritar dövlətlərdən də hesab soruşmaq olar. Lakin sözgəlişi Darfur xalqı Beynəlxalq Haaqa məhkəməsindən öz haqqlarını tələb edə bilmirlər. Əlbəttə dərdimiz tək Darfur xalqı deyil. Qarbağda qanlar tökən cinayətkarlar niyə mühakimə olunmurlar. İşğalçı Ermənistan prezidenti özü bu qırğınların bir nömrəli iştirakçısıdır. Amma indi zindanda olmaq əvəzinə və öldürülmək əvəzinə sülh danışıqlarında iştirak edir. Hələ alını xallı Qorbaçovu demirəm. Ona gözün üstündə qaşın var deyən yoxdur. İndi zindanlarda nə qədər jurnalistlərimiz var, nə qədər sağlam gənclərimiz var. Hanı beynəlxalq hüquq gəlsin onları xilas etsin. Yox, bu onların işi deyil axı onlar yalnız qərbin istəklərin təmin edirlər. Onları heç ölkə qanunları da xilas edə bilmir. Bundan əlavə İsrail kimi qan içən bir rejimin rəsmiləri niyə mühakimə olunmurlar. Onlar ki, dünyada qan tökmək üzrə rekord vurublar. İraqda Əfqanıstanda və digər ölkələrdə qanlar tökən, dinc insanları qətl edib, evsiz-eşiksiz qoyan ABŞ, İngiltərə, Almaniya, Fransa niyə mühakimə olunmur. Adlarını sadaldıqlarım heç vaxt mühakimə olunmayacaqlar. Çünki bu təşkilatlar yalnız onların cinayətlərin ört-basdır etmək üçün yaradılıb. Ədalətsizliklər haqqında nə hiss edirsiniz, hiss edin beynəlxalq hüququn sülh və ya ədalət gətirəcəyi sadəcə bir nağıldır. Bunlar sadəcə bir dil yanıltmaclarıdır.
Sonda onu qeyd edim ki, ədalət dediyimiz məfhum insanın susuz səhrada çatdığı sudan daha da şirindir. Bu şirinliyi hamımızın dadmağı ümidi ilə...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.