ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
BİZ NƏLƏRİ BİLMİRİK?
27/10/2010 - 13:53

Əziz Sahiboğlu

Əfqanıstandakı müharibələr və insan haqqlarının pozulması ilə əlaqədar 77 min sənədin üzə çıxmasından sonra uzun zamandır gözlənilən İraqla əlaqədar sənədlərin bir qismi nəşr olunub. Təxminən iki ay bundan əvvəl, Əfqanıstanla əlaqədar sənədlər nəşr olunanda İraqa aid faylların hazırlandığı deyilmişdi. Wikileaks tərəfindən nəşr olunan ABŞ ordusuna aid 400 min qeyd, əlbəttə İraqdakı qorxunc hadisələrin yalnız bir qisimini göstərir.

Ancaq Əfqanıstan, İraq, ya da dünya daxilində terrorizmlə mübarizə adı altında həyata keçirilən müharibəylə əlaqədar heç bir sənədin tam əslinin ortaya çıxmadığı bildirilib. Hal-hazırda insan haqqlarının pozulması ilə əlaqədar baş verən hadisələrin həqiqətinin isə bir neçə ildən sonra rəsmi olaraq üzə çıxacağı deyilib. Nəşr olunan qeydlərdə isə, demək olar ki, çox şey göstərilməyib. Bu mövzuda göstərilən sənədləri bəziləri ilk dəfə gördüklərinin deyiblər. Ancaq yenə də, sənədlər nəşr olunmadan əvvəl, çox həssas məlumatların sənədlərdə əks etdirilmədiyi açıqlanıb. Bu məntiqə görə, həqiqətlərin açıqlananlardan daha dəhşətli olduğunu söyləyə bilərik.

Wikileaks 2005-ci ildə işgəncələrlə əlaqədar verdiyi xəbər bütün ictimaiyyəti lərzəyə salmışdı. Bu məlumatdan sonra bəzi qəzetlər, yazıçılar dərhal əks təbliğata başlamışdı. Həmin dövrdə Wikileaksa qarşı çox sərt yazılar yazılmışdı. Bütün Qərbyönümlü jurnalistika ABŞ-ın cinayətlərinin üzünü örtmək, insani duyğuları, hissləri təhqir etmək üçün səfərbər olunmuşdu.
Həmin ərəfədə bütün dünyadakı ABŞ səfirləri bəzi jurnalistlərə təlimatlar verir və təlimatlandırılmış jurnalistlər Wikileaksa qarşı planlaşdırılmış formada informasiya müharibəsinə başlamışdı. Hətta Wikileaks tərəfdarı olan qəzetlərdə belə, sərt yazılar yazılmışdı.

Wikileaks rəsmilərindən ictimaiyyətə açıqlamalar verilirdi. Heç kim inana bilmirdi ki, ABŞ-a, ABŞ ordusuna belə şeylər demək mümkündür. Hələ bir qədər irəli gedib Wikileaks rəhbərliyinin cəzalandırılmasını istəyənlər də oldu. Onlar sənədlərin ilk dəfə yayımlandığı "Əl-Cəzirə"nin məlumatlarının doğru olmadığını və "Əl-Cəzirə"nin xəbər qaynağı olmadığını bildirirdilər.

Bu fikirləri səsləndirənlərin fikrincə, doğru məlumat, yalnız ABŞ və Avropa mətbuatında olmalıydı. Bizim jurnalistlərimiz də bu fikirdə idilər. Bir müddət sonra eyni məlumatlar dünya mətbuatında şəkillərlə birlikdə nəşr olunmağa başladı. Həmin vaxtı inanmağa başladılar. Amma o zamana qədər etdikləri haqsızlığı unutdular. Həmin illərdə qəzetlərdən biri, ABŞ səfirinin bu haqqsızlıqların təkzibi ilə əlaqədar müsahibəsini ilk qəzet olaraq verdikləri ilə öyünürdülər. Bu çox acınacaqlı bir vəziyyət idi.

Bizim bu müharibələri izləməkdə, qeyd etməkdə və xəbər verməkdə tək bir məqsədimiz var idi: "Biz insanıq". Heç bir siyasi, iqtisadi maraqlarımız yox idi. Bu bizim özümüzə, insanlığımıza, tariximizə hörmətin göstəricisi idi. Səfirlərdən pul alıb onu mühafizə edənləri ifşa etmədik. Bir neçə il keçməsinə baxmayaraq, bu cür insani haqqsızlıqlara tab gətirə bilməzdik. Çünki Əfqanıstanın işğalından bu yana əldə etdiyimiz məlumatlar dəqiq idi. Bizdə ağrılarla dolu bir tarixin qeyri-rəsmi qeydləri var. Bu bizim üçün siyasi baxışlarla hesablanmayacaq bir vəziyyətdir. Bizim tutduğumuz istiqamət tam olaraq insani dəyərlərin bərpası üçündür.
Buna görə də, hər məlumatı açıq söyləyə bilərik. Bu gün ortaya atılan qeydlərin böyük əksəriyyətini xəbər şəklində dəfələrlə vermişik. Hətta bundan da çoxunu. İllərdir ən kiçik detalları belə qeyd etməyə çalışdıq.
Biz fəaliyyətimiznən yüzlərlə elm adamının necə öldürüldüyünü, işğal altındakı ölkələrdə və dünyanın bir çox bölgəsində neçə əsir düşərgələri qurulduğunu, əsir ticarətini, gizli təyyarə səfərlərini, Avropa Birliyi ölkələrinin bu məsələlərdə rolunu, məzhəb qarşıdurması yaratmaq üçün hər növ örtülü əməliyyatların keçirildiyini, yüzlərlə  insanların arasında düşmənçiliyin yaradıldığını, dini liderlərin necə və niyə öldürüldüyünü, işgəncə evlərini, bu işgəncələrin kimlər tərəfindən idarə olunduğunu və əmr verildiyini,  və.s. məsələləri işıqlandırmağa çalışırıq.
400 min sənəd içində bunlarla əlaqədar həssas məlumatlar yoxdur. Bəli əhəmiyyətli məlumatlar olduğunu qəbul edirik. Bu sənədlərdə 15 min adamın ölümünün  qeydə alınmadığı ortaya çıxıb. Ölümlər o qədər adiləşib ki, qeydə almaq belə əhəmiyyətsiz olub və bu ölüm hallarını gizlətməyə çalışıblar.
Yeni sənədlərdə 109 min 32 adamın ölüm məlumatı göstərilib. Bunların 66 min 81-i vətəndaş, 23 min 984-ü müqavimətçi, 15 min 196-ı İraq hökumət mənsubu, 3 min 771-i ABŞ əsgəridir. 170 min adam yaralanıb, 200 min adam nəzarətə götürülüb.

Bu məlumatlarda çatışmazlıqların olduğu açıqlanıb. Ölümlərin daha çox olduğu bildirilir. Bu sənədlərdə yalnız bir qisminin qeydi verilib.

Amma yenə də çox əhəmiyyətli bir məlumat  əldə olunub. Önümüzdəki illərdə daha çox həssas məlumatların ortaya çıxacağı bildirilib. Bu məlumatlar içində insan ovu edən gizli qrupların fəaliyyətləri, avtobus partladan Fransa əsgərləri, toy mərasiminə atəş açan Polşa əsgərləri, öldürülən qadın və uşaqların dünyadan necə gizlədildiyi, Neva səhrasında düyməni basıb pilotsuz qırıcılarla necə qırğınlar törədildiyi, bu gün hələ hansı ölkədə, bölgədə işgəncə evi, əsir düşərgəsinin mövcudluğu, bu hadisənin necə bir sektora çevrildiyi, milyard dollarların necə paylaşdırıldığı, ABŞ əleyhdarı kimi görünən ölkələrin CİA ilə necə bir ortaqlıq qurduğu və sairlərin bu kimi çirkli işlərdə nə qədər və necə iştirak etməsi informasiyaları olacaq.

Artıq heç nəyi gizləmək mümkün deyil. Unutmayın, Taylanddan Polşaya, İsrailin Negev səhrasından Afrikanın cənubuna qədər bütün dünyaya yayılan gizli həbsxanalar, əsir düşərgələri, heç biri bağlanmayıb. Və Atlantik sahillərindən sakit Okeana qədər uzanan ərazidə müharibələr ara vermədən davam etməkdədir.

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

31/10/2011 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

08/08/2011 ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ

n

03/05/2011 HƏQİQƏT ƏSLİNDƏ GÖRÜNDÜYÜ KİMİ DEYİL

n

13/12/2010 LENT.AZ-ı NARAHAT EDƏN NƏDİR?!

n

27/10/2010 BİZ NƏLƏRİ BİLMİRİK?

n

12/08/2010 MTV, YOXSA MURDAR TV?

n

17/05/2010 16 İLLİK ATƏŞKƏS

n

03/04/2010 ALINDA DÖYÜŞ, KÖYNƏKDƏ SÖYÜŞ...

n

06/03/2010 NƏHƏNG BEYNƏLXALQ TƏŞKİLAT

n

04/01/2010 BİLET FIRILDAĞI

n

12/09/2009 Yol əhvalatı

n

14/08/2009 Bir neçə sual

n

03/07/2009 İslam azadlıq və ədalət dinidir

n

08/06/2009 Malcolm X: "İsrail Fələstində nə qələt edir"
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.