Qurana təslim olub onun hökmünü tətbiq etməyən insanlar, özünün və nəsillərinin də məhvinə səbəb olacaq fəsaddan xilas ola bilmirlər. Ozon təbəqəsinin deşilməsi, kosmosun bir çox peyklərlə örtülməsi, "ulduz döyüşü" deyə ad verilən, içində toplu qırğınlara gətirib çıxaracaq silahların kosmosda belə "şıllaq atması", meşələrin məhv edilməsi, zərərli zənn edilərək saysız həşaratların torpaqlardan, ərazilərdən yox edilməsi, dənizlərin neft və bənzər tullantılarla çirklədilməsi, insanın məhvini hazırlayan və qismən indidən cəzasını çəkdiyi fəsadlardan sayıla bilər. Bu fəsad və fitnənin cəzası, yalnız onu etməkdən çəkinməyən xalqlara və dövlətlərə xas deyil. Dünyanı çirkləndirib fəsada salanlar, bunun cəzasını günahsız insanlara da çəkdirirlər. Qurani-Kərim, bizi xəbərdar etməkdədir: "Bəlasına sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be məruf yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qoxun və bilin ki, Allah ağır cəzalandırandır." ("Ənfal" surəsi, ayə 25)
"...Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən?
...Bizi bağışla və bizə mərhəmət et. Sən bağışlayanların ən
yaxşısısan." ("Əraf" surəsi, ayə 155)
Filmlərdə müxtəlif təhlükə səhnələri, artıq yerini məhvolma səhnələrinə
buraxır. İctimai həlak ssenariləri romanların və filmlərin təməl
mövzusu kimi oldu. "Armagedon", "Altıncı element", "Sabahdan sonra"
kimi filmlər, bir tərəfdən yaxınlaşan həlakın siqnallarını
verərməkdəykən, digər tərəfdən, bu yaşayışın çıxmaz dalanını, yolun
sonunun necə bir həlak olduğunun cəzasını da düşündürür, hətta virtual
aləmdə də olsa, psixoloji olaraq qismən yaşadır. İnsanın qlobal
istiləşmə, səhralaşma, buzlaşma kimi iqlim dəyişikliklərinə səbəb ola
biləcək qlobal fitnə və fəsadlarının nəticələrini, Allah bilir, amma bu
dövrün insanları da deyəsən dadacaq. Qərbin gedişi, texnologiyanın
götürdüyü ölçü, sivilizasiya deyə təqdim edilən İslam xarici dünya
görüşünün vəziyyəti, kütləvi qətllər paratoner kimi çəkilir. Qiyamət
ssenariləri çatmır. Əslində qiyaməti, ətraf fəlakətlərinin gətirib
çıxaracağı bir təbiət hadisəsi olaraq düşünmək, Qurani-Kərimdəki
qiyamət hadisəsini təhrif etmək deməkdir. Bütün bunlarla birlikdə,
Qiyaməti unudan, Qiyamət sonrasına hazırlaşmayan, hətta Qurandakı
Qiyamət hadisəsini inkar edən insan, bunun dəhşətini istəməsə belə,
indidən yaşayır. Siz necə düşünürsünüz, bu təhlükəli gediş tamamilə
məhvə doğru deyilmi? Cəmiyyətlər indidən məhvi yaşamağa başlamadılarmı?
Məhvolma gəlib çatmadımı?!
Fəlakət gəlib çatmamışdan əvvəl, açıq və ya bağlı bir şəkildə
gələcəyini mütləq xəbər verər. "Sizə yetişən müsibətlər özünüzün
qazandığınız gunahlara görədir və O, hələ onların çoxundan keçir."
("Şura" surəsi, ayə 30)
"...Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar" ("Şüara" surəsi, ayə 227).
Fəlakət çox vaxt gülə-gülə gəlir. "Qoy yesinlər, (dünyanın
ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın.
Tezliklə başa düşəcəklər." ("Hicr" surəsi ayə, 3).
Yaxında, çox yaxında!
Kafirləri vəkil edərək onlarla dost olmağın zərərini hələ dünyadaykən
çəkməyə başlayır "müsəlmanam" deyən, amma qeyri-müsəlman kimi yaşayıb,
başqalarının da elə yaşamasına səbəb olanlar. Amerika öskürəndə Orta
Şərq qrip olur, digərilərində də bir qəribə hallar baş verir. Böhranın
yalnız iqtisadi olduğunu düşünənlər, çox yaxında yanıldıqlarını
görəcəklər. Çökən yalnız iqtisadiyyat deyil, bütünlüklə bəşəri
nizamlardır. Komada ölümü gözləyən xəstəyə sarğı müalicəsi və ya
makiyajla sağlam imici vermək istəyirlər. 20-ci əsrin əvvəlində
müsəlmanlara verdikləri ünvanı bir əsr sonra Qərbə və xüsusi olaraq
ABŞ-a qaytarırıq: "Xəstə Adam!" Həm də süni tənəffüslə zorla
yaşadılmağa çalışılan, reanimasiyada olan ölümcül xəstə.
Gündəlik 4 milyard dollar xarici borc ödəmək məcburiyyətində olan bu
dövlət, kölələşdirdiyi məzlumların qanıyla bəslənir. Neft şeyxlərinin
və müsəlmanları ABŞ adına idarə edən zalım tağutların ABŞ banklarındakı
petrodolarları və şəxsi(!) hesabları bu xəstənin skeletinə qan yığmış,
ölüm müddətini gecikdirmiş olsa da, bu vəziyyət xəstənin canlanmasına
çatmayacaq; xəstəyə qan verənlər də xəstədən yoluxduğu mikrobla eyni
aqibətə uğrayacaq. Neft gəlirlərini xalqının rifahı üçün deyil, ABŞ
banklarına yatırdan neft milyarderlərinin vəziyyəti necədir görəsən?
Başda Səudiyyə Ərəbistanı olmaqla, Küveyt və körfəz ölkələri əmrləri,
şeyxləri nə qədər dollar itirdilər deyə bilərsinizmi? Məndən
soruşsanız, axirətdə itirəcəklərinin yanında, bu dünyadakı itkiləri heç
də əhəmiyyət veriləcək qədər deyil. Yaşasın zalımlar üçün dünyada
zillət və iztirab, axirətdə cəhənnəm!
"The End of History and the Last Man"
Çökmə başlayıb. Amma bu çöküşün ağrısı müdhiş olacaq. Daha bir-iki il
əvvəl Fransada avtomobil yandıraraq qıyam edən əzilmiş gəncliyi
xatırlayaq. Sanki kölələşdirilən zəncilərin qiyam qaldırdığı və
özlərinə edilən zülm və istismarın hesabını soruşduğu günləri görən
kimi oluram. Azğınların sonu, dünyada da çox pis olacaq, bu qətidir;
amma o azğınların iziylə addımlayanlar da, onların aqibətinə uğraya
bilərlər, bu da bir xəbərdarlıq...
Sovetlər Birliyi çökəndə ölkə kapitalistləşdi. ABŞ isə çökmə müddətinə
girdi, o da kommunistləşir. Kapitalizmin qanunlarına zidd olmasına
baxmayaraq, dövlət iqtisadiyyata müdaxilə edir, batmağa başlayan böyük
şirkətlərə kömək edir, dünya səhnəsindən çəkilmiş və ümidi olmayan
kommunizm fəlsəfəsindən mədəd umurlar. Qurtarma paketlərinin yanında
bankçılıq sistemi sürətlə milliləşdirilir. Buna görə də, yalnız bazar
üzərində deyil, cəmiyyətlər üzərində də hər sahədə dövlət nəzarəti
sərtləşdirilir.
Amerikalı politoloq və iqtisadçı alim Françis Fukuyamanın 1992-ci ildə
çapdan çıxan "The End of History and the Last Man" adlı kitabını,
"Tarixin Sonu"nu xatırlayaq. Digər xalqlara nisbətdə, tarixi belə
olmayan ABŞ-ın, xarab kompasıyla tarixin ideal sonunu göstərdiyini
iddia edirdi Fukuyama. Qürurun hiyləgər zövqüylə sərxoş Fukuyamanın
dediyini tərsindən oxuyub sözlərinin tam əksinəni doğru qəbul etdikdə,
günümüzə işıq tutduğunu görürük. Tarixin deyil, öz sonlarının
başlanğıcı artıq gizlin qlmayacaq hala gəlib. Nə deyirdi o kitab?
İnsanlığın çata biləcəyi mədəniyyət zirvəsinin, ABŞ-ın təmsil etdiyi
liberal demokratik sistem olduğunu söyləyirdi. Arxasında bu qədər
gözyaşı, qan və zülm buraxan kapitalizm və liberalizmin insanlığın əsri
səadəti olduğunu dilləndirməyə çalışırdı. Yalnız Soyuq Müharibənin
bitib "döyüş sonrası tarix"ə (post-war history) keçilmədiyini, artıq
insanlığın ideoloji təkamülünü də tamamladığını, beləcə "Qərbli Liberal
Demokratiya"nın qloballaşaraq bütün insanlığın son rəhbərlik şəklinə
çevrilməkdə olduğunu, bir başqa ifadəylə insanlığın ideoloji olaraq, bu
kapitalist və liberalist dünya görüşüylə sona çatacağını, daha başqa
bir mərhələnin olmayacağını azğın və müstəkbir havasıyla iddiadan da
kənar qışqırırdı. Qürur onsuz da aldanmaq deməkdir; hər qürur sahibi
əvvəl özünü aldadar. Öz batil nizamlarını, bu səbəbdən özlərini
tanrılaşdıran bu nəzəriyyə bütü, çox qısa zamanda öz-özünə devrildi.
Oğru Qərb və vəhşi Amerika, artıq istismar edəcək yeni afrikalar, qanı
əmiləcək zənci və qırmızıdərililər tapa bilmədiyi üçün, şirin yuxuları
kabusa döndü.
Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal edilmiş bir vəziyyətdədir
Başqasının qanıyla ancaq bu qədər yaşanar. Qərb çıxış yolu olmayan bir
labirint içində çaşqın vəziyyətdədir; strategiya hazırlamaq qəbizliyi
yaşayır. Dünyanı qucaqlayan səs-küy və murdar qoxunun səbəbi budur.
Onsuz da yuxular tez bitər və hər yuxu bir yuxunun göstəricisidir.
Amerikanın yuxusu da sona yaxınlaşır. Amma aydın olan odur ki,
Amerikanı və oradan da dünyanı idarə etməyə çalışanlar, yuxunun
bitməsindən xoşlanmır. Bir anlıq oyanmaqla sona çatan o şirin yuxunun
davamını görmə ümidiylə yenidən yatmağa və xalqları yatırtmağa davam
etməsi hiss edilir. Kralın çılpaq olduğunu fərq edənlər də, öz
çılpaqlıqları ortaya çıxmasın deyə, olanlara dillənmirlər.
Şirkin zülmü qloballaşır. Yeni imic, aldatma, vitrin, reklam, istehlak
və iflas zamanıdır. Dəlilik, azğınlıq və üsyan heç bir sərhəd tanımır.
Nə qədər insan İslamın mükəmməl yaşayış sistemi olduğunu bilmədiyindən,
onu alternativ olaraq görmür, hətta onu bu zəlalətdən çıxarmaq
istəyənlərə düşmən gözü ilə baxır. Müsəlmanların da böyük bir hissəsi
müsəlmanlığın nə olduğunu bilmir. Bilənlərin də etdikləri, gücləri
çərçivəsində çox azdır. Bu mühitdə, texniki imkanlarla bəzənən,
nəhəngləşən, qloballaşan fitnə, yalnız baiskarları deyil, bütün
insanlığı gəmirir. Ölkələr, küçələr, evlər, beyinlər, könüllər işğal
edilmiş bir vəziyyətdədir. Müsəlman olduğunu iddia edənlərin də böyük
hissəsi, şüursuzcasına şirkin qucağına atılır, nicat yolunu zalımların
sırasında, Amerikayla əməkdaşlıqda, Avropa axtarıb, bunu islah zənn
edir. Unutmayaq, müsəlmanlar üçün ölçü meyarları Vaşinqton, Danimarka,
London, Təl-Əviv və sair deyil.
Biz adımızdan əmin olduğumuz kimi, bilirik ki, bəşər məhsulu olan zalım
rəhbərliklərin ömürü uzun sürməz, heç bir ümmətin varlığı əbədi olmaz.
Çox qısa bir zaman içində Sovetlər Birliyinin sürətlə çöküşünə şahidlik
edənlər, liberal demokratiyanın da leşini tarixin zibilliyinə atacaq.
Bəs, sonra nə olacaq? Bu böhran, möminlərə böyük imkan və fürsət verib.
Dünya bir qurtuluş axtarır. Kapitalizm və kommunizmdən başqa rəhbərlik
tərzi bilməyən insanlığın son şansıdır İslam. Müsəlman kimi inanıb,
müsəlman kimi yaşayan müsəlman görmədiyi, güzgüdə boyunun ölçüsünü
götürüb özünə baxa bilmədiyi üçün, insanlıq öz səhvlərinin nəticəsini
görə və çıxış yolu tapa bilmir.
Hadisələr, inkişaflar yeni bir dünya nizamına hamilədir. Bəşəri
nizamların sonu artıq yaxınlaşıb. Qərbin insanlara verəcəyi, vəd
edəcəyi, ümidləndirəcəyi heç bir dəyəri qalmayıb. Dünya və axirət
qurtuluşunun harada olduğunu bilən insanlar olaraq bizə çox iş düşür.
Üçüncü bir nizama, alternativ qurtuluş nizamına bu gün çox ehtiyac var.
Sizcə belə deyilmi?