Son zamanlar inanclılar barədə yeni "təlimat"ların meydana gəldiyinə
görə yazımı buna həsr etmək istəyirəm. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Hidayət Orucov yaxın günlərdə Yeni Azərbaycan
Partiyasının (YAP) qərargahında mətbuat konfransında dediklərindən bəzi
hissələrə nəzər salaq. Hidayət müəllim deyib: "Sökülən məscidlər deyil,
icazəsiz tikililərdir".
Göründüyü kimi Hidayət müəllim məscidin olub-olmamasını hansısa bir
məmurun çıxardığı sənədə əsasən müəyyən edir. Lakin həqiqətdə sökülən
məscid idi. Bunu Hidayət müəllim istəsə də, istəməsə də. Kaş ölkədə bu
ciddi qanunlar rüşvət və pozğunçuluq üçün tətbiq ediləydi! Daha doğrusu,
qanun var, amma icra edən yoxdur. Komitə rəsmiləri deyə bilər ki, "biz
öz işimizi ciddi tuturuq", amma biz deyirik ki, bu ciddilik "dinə qarşı
təzyiq deyilmi?". Bu günlərdə Dini Qurumlar yeni təlimat paylayıb.
Bəzilərinə isə təlimatlar şifahi deyilib. Komitənin bu təlimatlarına
nəzər saldıqdan sonra yuxarıdakı sualıma qismən cavabı özünüz
tapacaqsınız.
Komitənin "Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət
qaydaları"nın 1.5. bəndində deyilir: "Islam təmayüllü dini icmalar
tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında
təhsil alan ali və ya orta təhsili olan Azərbaycan Respublikası
vətəndaşı tərəfindən (Qurani Kərimin öyrənilməsi kursları yalnız
Azərbaycan dilində) aparılır. Qeyri-islam təmayüllü dini icmalar
tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında və
ya xaricdə təhsil almış ali və ya orta dini təhsili olan Azərbaycan
Respublikası vətəndaşı tərəfindən aparılır".
Göründüyü kimi, xaricdə oxuyan istər şiə, istərsə də sünni ruhanilər bu "qaydalar"a əsasən nəinki fəaliyyət göstərə bilməz, hətta Qurani-Kərimin
oxunmasını belə tədris etməkdən məhrumdur. Lakin çox maraqlıdır ki,
xaricdə təhsil alan məsihi və yəhudilər çox asan surətdə fəaliyyət
göstərəcəklər.
1.7. Kurslarda yalnız müqəddəs kitablar (Qurani- Kərim, İncil, Tövrat və
s.) öyrənilir.1.8. və 1.9. bəndlərdə isə Qurani-Kərimin tədrisinə
məhduddiyyətlər qoyulur.
1.8. Kurslarda gün ərzində təlim müddəti 2 saatdan çox ola bilməz.
1.9. Kursların müddəti bir ildən çox olmamalıdır.
Seriallar, şou verilişlər üçün məhduddiyyətlər olmadığı bir halda,
Quranın tədrisinə gün ərzində 2 saatdan çox icazənin verilməməsi və bu
kursların 1 il məhdudiyyətində olması hansı qanuna əsasəndir? Əgər bir
kəs 3 saat Quran kursunda olmaq istəyirsə və 1 il kamil surətdə insanın
Quran elmlərinə yiyələnməsinə bəs etmirsə, onda bu həmən insan üçün
məhduddiyyət deyilmi? Cavab verilə bilər: "Qanun şahdır". Bəli, "qanun
şahdır"sa, onda məktəblərdə niyə pul yığılır? Yol polisinin və nəqliyyat
işçilərinin özbaşnalığına gələndə niyə "qanun şah" olmur? Həm də qanun
gərək insanların vicdan azadlığı və vətəndaşların bərabər hüquqluluğuna
əsaslansın. Bu qanunlar insanların hamısına eyni gözlə baxılmasını təmin
etməli deyilmi?
Digər məsələ isə, yaxın günlərdə məscidlərdə moizə edənlərin və
rozaxanların ancaq öz məscidlərinə aid olmasıyla bağlı təlimatın gündəmə
gətirilməsidir. Bu hələ ki, şifahi olaraq tapşırılsa da, Hidayət
müəllim bu sahənin ona deyil, QMİ-yə aid olduğunu mətbuat konfransında
suallara cavabında deyib. Lakin 2011-ci ildə moizə edənlərin "şablon"a
uyğun danışdırılacağı da gözlənilir. Amma bunu Komitə və ya QMİ təkzib
edərsə, şad olarıq. Əgər məsciddə ancaq məscidin moizə edəni və ya
rozaxanı fəaliyyət göstərməlidirsə, onda niyə İsrail, İngiltərə və ya
ABŞ-dan müğənnilər çağırılır. Bəyəm öz müğənnilərimiz azdır? "Məscid
müqəddəs yerdir! Sən nəyi nəylə müqayisə edirsən?" deyə bilərlər. Hə,
onu desələr, mən "səhv"imi boynuma alaraq, bu yolun yolçularının
napaklığını mənə bu sualı verənlərin də etiraf etməsinə görə Allahımıza
Şükr edərəm".
Hidayət müəllimin digər maraqlı açıqlaması yəhudilərlə bağlı
dedikləridir. "Azərbaycan və yəhudi xalqlarının taleyi bir-birinə
yaxındır" sözlərinə şərh vermədən yazımı tamamlaya bilməzdim. Hidayət
müəllim kimi düşünənlərə demək istərdim ki, Xolokost hələ təsdiqini
tapmayıb. Necə ki, ermənilərin iddiası. Lakin ermənilərin törətdikləri
Xocalı soyqırımı ilə İsrailin "Qəzzadakı əridilmiş qurğuşun əməliyyatı
daha çox bir-birinə oxşayır. Elə deyilmi, "Hidayət müəllim kimi
düşünənlər"?
P.S. Qeyd edək ki, Hidayət müəllimin yəhudilərlə bağlı fikiri , mənə
İsrail rejimin sabiq səfiri Artur Lenkin "bir çox məqamlarda hər iki
dövlətin, xalqın oxşar cəhətləri var" cümləsini xatırlatdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.