Məlum olduğu kimi, ermənilərin ən böyük idealı "Böyük Ermənistan"
xəyallarını reallaşdırmaqdır. Ermənilər hər fürsətdə, Şərqi Anadolu
bölgəsi və Qafqazlar da daxil olmaqla bir çox torpağın öz tarixi ana
vətənləri olduğunu iddia etməkdə və bu istiqamətdə də işlər həyata
keçirərək, bəzən də bu işləri təhrif edərək sözügedən torpaqlar üzərində
haqları olduğunu söyləyirlər. "Böyük Ermənistan"ın qurulması
istiqamətində aparılan işlər isə belə yekunlaşdırıla bilər:
1) Dağlıq-Qarabağın tarixi erməni torpağı olduğu iddiası ortaya atılaraq oranın işğal edilməsi.
2) Gürcüstanın Cavaxeti bölgəsində yaşayan erməniləri bəhanə edərək,
bölgəyə muxtariyyət verilməsi istiqamətindəki tələbləri ki, bunda da son
hədəf gələcəkdə bölgənin Ermənistana daxil edilməsidir.
3) Son olaraq da Türkiyədən tələb ediləcək torpaqlara bəhanə üçün
Türkiyəyə soyqırım iddialarını qəbul etdirməyə istiqamətli sıx təbliğat
fəaliyyətlərinin icra edilməsi.
Əslinə baxanda tarixi erməni vətəni olaraq adlandırılan bu torpaqlarda
ermənilər həqiqətən yaşayıblar. Ancaq tarixin heç bir dövründə iddia
etdikləri kimi böyük bir erməni mədəniyyəti yarada bilməyiblər. Onların
iddia etdikləri bu torpaqlarda frigyalılar, lidyalılar, hititlər,
urartular və sair kimi, bir az da irəliyə gələsi olsaq bizanslılar,
səlcuqlar və osmanlılar kimi mədəniyyətlərin yaranıb məhv olduğunu
görürük, amma tarixin heç bir dövründə diqqət çəkəcək bir erməni
mədəniyyətindən danışmaq mümkün deyil. (ermənilər, həqiqi mənada ilk
dövlət təcrübələrini 1918-1920-ci illər arasında yaşayıblar, ancaq
qurulan bu dövlət də çox uzunömürlü olmayıb.) Ermənilər bu gün iddia
etdikləri torpaqlarda hər vaxt azlıq olublar və hər vaxt daha böyük bir
başqa dövlətin hökmranlığı altında qalıblar. Hətta işin maraqlı tərəfi
odur ki, bugünkü Ermənistan Respublikasının paytaxtı olan İrəvanda belə
ermənilər azlıq olaraq yaşayıblar və əhalinin yalnız 20 faizini təşkil
ediblər. Ancaq Rusiyanın çarlıq dövründən etibarən erməniləri istifadə
etməsi, bölgədəki bütün tarazlıqları dəyişdirdi. Rusiyanın başlatdığı
müddət bu gün də davam etməkdədir.
XVIII əsrin ilk rübündən etibarən Çar I Pyotr və varisləri Yaxın Şərq və
Qafqaza istiqamətli müstəmləkəçi siyasətlər hazırlamış və sözügedən
bölgələrdə öz hökmranlıqlarını qurmaq yolunda işlər görüblər. O vaxtlar
Gürcüstandan Aralıq dənizinə qədər uzanan bir coğrafiyada dağınıq olaraq
yaşayan ermənilər, Rusiyanın bölgədə ehtiyac duyduğu müttəfiqləri idi.
Ermənilər həm xristian idi, həm də ticarətlə məşğul olduqları üçün maddi
vəziyyətləri yerində olan bir birlik idi. Ermənilərə nəzərən baxdıqda
isə, ermənilərin xəyalını qurduğu "Böyük Ermənistan"ın qurula bilməsi
üçün ruslarla əməkdaşlıq etmək olduqca yaxşı bir fürsət kimi
qiymətləndirilirdi.
Ruslar ələ keçirdikləri torpaqlara erməniləri yerləşdirərək, sözügedən
bölgələrdə baş verə biləcək problemləri ən asan yolla sadələşdirməyi
hədəfləyirdi. 1723-cü ildə Çar Pyotr verdiyi fərmanla aralarında Bakının
da olduğu bir qisim torpağa ermənilərin köç etdirilərək yerləşdirilməsi
əmrini verdi. Çar Pyotrla başlayan ermənilərə dəstək müddəti I
Katerinanın 1726-cı ildə ermənilərə dəstək verilməsi istiqamətindəki
fərmanıyla davam etmiş, 1779-cu ildə II Katerina dövründə isə təxminən
2000 iranlı erməninin Rusiya vətəndaşlığına qəbul edilməsi ilə
artmışdır.
Rusiya XIX əsrə daxil olduqda əldə edilən hərbi zəfərlərdən sonra
torpaqlarını genişlətmiş və bugünkü Azərbaycanı və Naxçıvanı da ələ
keçirmişdi, nə var ki, ruslar ələ keçən bu torpaqlarda yaşayan müsəlman
əhaliyə güvənmir və daha çox ermənini bu strateji nöqtələrə
yerləşdirmənin yollarını düşünürdü. Daha çox erməni isə İran və Şərqi
Anadoluda var idi. Qısa bir müddət ərzində davam etdirilən siyasətə
uyğun olaraq ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi planı
reallaşdırıldı. Ermənilər, İrəvan, Qarabağ və Naxçıvana yerləşdirildi və
hələ də azlıq olmalarına baxmayaraq, bir "Erməni Vilayəti" yaradıldı.
Bir sonrakı mərhələ bölgədəki ermənilərin saylarının artırılması, ya da
heç olmasa bölgədə yaşayan müsəlman xalqların evlərindən çıxarılaraq
ermənilərin əhali nisbətlərinin artırılması idi.
Bu həqiqətlərin dəlillərini isə, erməni tarixçisi dr.Riçard Hovanisyanın
"Ermənistan Respublikası" adlı 4 cildlik kitabında da görmək mümkündür.
Hovanisyan kitabında, Rusiyadakı "Ermənistan yaylası" olaraq
adlandırdığı hazırkı Ermənistana "Türk Ermənistan"ı dediyi Şərqi Anadolu
bölgəsində ermənilərin heç bir dövrdə əksəriyyət olmadığını etiraf
edir: "1800-cü ildə ermənilər, indi Ermənistan, Gürcüstan, Azərbaycan və
Şərqi Türkiyə adlandırılan torpaqlarda dağınıq olaraq yaşayırdılar. Çox
kiçik bölgələr xaricində hər yerdə ermənilər azlıqda idilər və
ümumiyyətlə o torpaqlarda 700 il müsəlman hakimiyyəti altında
yaşayıblar. Sonra Rusiya imperatorluğu, Qafqaz dağlarının cənubunda
qalan müsəlmanların torpaqlarını imperatorluq üçün işğal etməyə başladı.
Əsas problemlərdən biri, bu torpaqlarda yaşayan xalqın köç etdirilməsi
idi. Ruslar, bütün müsəlman xalqları o torpaqlardan qəddarcasına
qovaraq, oralara öz xristian rəhbərliklərinə sadiq qalacağını
düşündükləri erməniləri yerləşdirdilər. Orta Şərqdəki digər millətlər
kimi ermənilərin sədaqəti yalnız dini xarakter daşıyırdı. Ermənilərin
böyük əksəriyyəti müsəlmanların rəhbərliyi altında yaşadıqları üçün
hirsli idilər. İndi onlara, müsəlmanlardan alınmış və xristian bir
ölkənin rəhbərliyində, qarşılıqsız torpaq təklif edilirdi. Mübadiləyə
başlandı. İrəvan əyalətində (indiki Ermənistan Respublikası) türk
əksəriyyətin yerinə ermənilər bura xüsusilə yerləşdirildi. Gürcüstanın
sahil qəsəbələrindən, Çərkəzistandan və Kırımdan digər xristianlar da
gətirilərək torpaqlarından qovulan müsəlmanların evlərinə yerləşdirildi.
Tez-tez müsəlman qırğınları törədilir və bəzi vəziyyətlərdə onların
1/3-i öldürülürdü.
1827-ci ildən 1878-ci ildə qədər ruslar, 1.3 milyon müsəlmanı ata-baba
yurdundan qovmuşdu. Bu qovma hadisələrinin ruslar tərəfindən sevilən bir
nəticəsi də, ermənilər və müsəlmanlar arasında get-gedə çoxalan nifrət
və etnik döyüşlər idi. Rus döyüşlərində, öz ailələrindən bir çox insanın
ölümünü görmüş müsəlmanlar, ermənilərə kin və nifrət bəsləyirdilər.
Müsəlman rəhbərliyindən nifrət edən ermənilər isə, ruslara
xilasediciləri gözü ilə baxırdılar.
1828, 1854 və 1877-ci Rus-Osmanlı döyüşlərində ermənilər Şərqi Anadoluda
ruslarla əməkdaşlıq etmişdilər. Ruslar geri çəkildikdən sonra
müsəlmanların intiqam alacağından qorxan ermənilər, Rusiyaya köç
etdilər. Nifrət hər iki tərəfdə də artdı.
"Böyük Ermənistan" idealı və bu idealı reallaşdırmaq istiqamətində icra
edilən işlər hələ də davam etməkdədir. Dağlıq Qarabağın işğalı,
Gürcüstanın Cavaxeti bölgəsinə istiqamətli siyasətlər və Türkiyəyə
istiqamətli soyqırım iddiaları bu idealın reallaşdırılması istiqamətində
bir vasitədir. Bu gün Dağlıq Qarabağda 1 milyondan çox azərbaycanlı
evindən didərgin düşmüş və bölgəyə erməni ailələri yerləşdirilmişdir.
Ermənistan, Qarabağın öz tarixi vətənləri olduğu istiqamətindəki
iddialarını dəstəkləyə bilmək üçün işğal etdikləri bölgələrdə güclü
arxeoloji işlər aparmaqdadır. Cavaxeti bölgəsində yaşayan ermənilər isə
Ermənistanın da qısqırtmasıyla muxtariyyət istəklərini dilə gətirməyə
başlayıblar. Türkiyənin torpaqlarına da göz dikmiş ermənilər, soyqırım
iddialarını davamlı gündəmdə saxlayaraq, Türkiyə üzərində təzyiq
qərargahı, basqının nəticəsi olaraq da Türkiyəyə bu iddialarını qəbul
etdirməyi, bunun nəticəsində isə "Böyük Ermənistan"ı əmələ gətirəcək
torpaqları tələb etməyi planlaşdırmaqdadırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.