Nurlu gecə idi. Səmaya baxırdım. Dərin sükuta qərq olmuşdum. Sükutumu dostumun telefon zəngi pozdu. Görüşməyimiz zəruri olduğu üçün onun görüşünə tələsirdim. Taksiyə əyləşdim və gedəcəyim məkanı söylədim. Taksi sürücüsü elə hey cəhd edirdi mənmimlə söhbətləşsin. Biqərar idi. Gözlərindən narahatçılıq yağırdı. Nəhayət dözməyib, narahat halda əlini benzin göstəricisinə işarə edib dedi: "Əşi bu ölkədə hər şeyə qatırlar eee... İndicə 15 manatlıq benzin vurmuşam, qırmızı işıq yanır. Bilmirəm bu benzinə nə qatırlar. İnan ki, qardaş bezmişəm day." Gördüm sürücü çox dərlidir. Siqaret siqaretin dalıyca. Dedim ay dayı ixtisasın nədir, nə işləyirsən? Cavab verdi ki, mən dənizçiyəm. Rütbəmdə matrosdur. Bir anlıq dedim a kişi bəxtəvər başıva, day nə istəyirsən dənizçilərdən yaxşı pul alan var... Səndə ağla şikayət et məndə. Sözünün davamında 170 manat maaş olar deyəndə tez fikirimdən daşındım. Ay dayı neçə ildir dənizdə işləyirsiniz? - 21 il stajım var. 19-ildir ev növbəsinə durmuşam. Nə evdən xəbər var, nə dəki maaşımı qaldırılar. Bu ölkədə heç kimə dəyər vermirlər. Bir gün işdə oluram iki gün evdə. O iki günüdə şəxsi maşınmı taksi edirəm ki, övladlarımın yanında xəcalətli olmayım. Bilirsən oğlum, övladının yanında xəcalətli olmaq çox pis bir hissdir. Taksi işləməyədə qoymurlar. Harada dayanıram deyirlər bura bizim məkandır. Məcbur olub bütün günü şəhəri fırlanıram. Nəqliyyat Nazirliyinin qoçularıda başqa bir baş bəlası olub. Səyyar nəzir qutusu kimi hər tərəfdə dayanıblar. Axşama beş manat güclə çıxır. Belə yaşayış olar? Mən bu hakimiyyətdən heç nə istəmirəm. İstəyim budur ki, bizə dəyər versinlər, ancaq özlərin düşünməsinlər, axı bizdə insanıq. 170 manatla dolanmaq olar ay insafsızlar! Arabir məndə bir-iki kəlmə nəsə narazlıq edib, matros taksi sürcüsünün hüzn dolu şikayətlərini dinləyib ah çəkirdim. Dənizçinin söhbətinə təmkinlə qulaq asdıqdan sonra dərdlərinə şərik çıxmaq üçün icazə istədim. Məndə ölkədə davam edən ədalətsizlikdən, söz azadlığının pozulmasından, insanların günahsız yerə həbsdə yatmasından, Quran müəlliminin cibinə narkotik atılıb tutulmasından, Şəhidlər Xiyabanını ziyarətə gedənlərə 4 il yarım verilməsindən, alimin yaşadığı doğma şəhərlərindən sürgün edilməsindən, jurnalist və bloqqerlərin hələdə həbsdə olmasından danışdım. Dənizçi taksi sürcüsü bir anlıq özünü unutdu elə bilki, onu nə iləsə vurmuşdular. Eh dayı bu ölkədə nələr baş verir bir bilsən. Oğlu ayı əti yeyən, arvadı başqasına qoşulub qaçan nazirlərimizdə var, narahat olma. Bir ölkədə Faiqin bıçaqlanma xəbərin Şəhid xəbərindən çox oxuyub, müzakirə edirlərsə deməli bu ölkədə nəsə anormallıq baş verir. Artıq dənizçi taksi sürücüsü ilə söhbətimizi tamalamaq məcburiyyətində idim. Çünki, görüşəcəyim məkana çatmışdım. Dənizçi matrosla bu cür ayrıldıq. O, dərdli mən dərdli. Dərdimizi dərman edən o həkimi tapmaq ümidi ilə...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.