ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
SİZCƏ ELGİZ ƏKBƏR NİYƏ SUBAYDIR?
02/10/2010 - 16:45

Orxan Ələmdar


 

Sən demə real həyatda öz yarını tapa bilməyənlərin veriliş vasitəsi ilə ailə quracaqlarına ümidləri var, sən demə cehiz aparmasın deyə (verilişdə ailə quranlara ev əşyaları, mebel hədiyyə verilir) milyonların qarşısına çıxıb özünə yar axtaranlar var, sən demə "qızın, yaşının fərqi yoxdur evi olsun" deyib ailə quraraq evə sahib olmaq  istəyən kişilər var,  sən demə qızların çoxu üçün yaş fərqi önəmli deyil, əsas olan pul-paradır, sən demə... sən demə...

Bu "sən demə"ləri yazmağıma səbəb ANS TV-nin yeni layihələrindən biri olan "TOY OLSUN" verilişidir. Artıq neçə müddətdir efirə gedən bu veriliş, demək olar ki, Azərbaycan xalqının olan-qalan ətinin tökülməsinə səbəb olub. Özlərini sanki bir anlıq Türkiyə və Avropa ölkəsində hiss edən verilişin yaradıcı heyəti və aparıcıları, bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük zərbələr endirməklə məşğuldur.

Veriliş barədə çox eşitsəm də, "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" deyib televizorun qarşısında keçdim. İnanın ki, yumor xarakteri daşıyan bir çox serial və verilişlərə baxarkən gülə bilməsəm də, məhz ANS-in yeni layihəsi - "TOY OLSUN" verilişinə baxıb xeyli gülə bilmişəm. Qızları özünə aşiq etsin deyə öz dili ilə desək "İSTİLİNİ" dəyişən kim, öz yarına "Sənə qatıq gətirəcəyəm" deyən kim, yenicə tanış olduğu qızdan "Biz harada qalacağıq" soruşan kim... Mən hələ 70 yaşı olan yaşlı babaların özlərinə 30-35 yaş arası xanım axtarmaqlarından danışmıram. Bir sözlə əsl biabırçılıq!

"TOY OLSUN" verilişi Türkiyədə gedən verilişin oxşarı olsa da, bizim üçün bunu bu şəkildə təqdim etmək qətiyyən alınmır. Bu, bizim milli ruhumuza heç uyğun gəlmir. Necə deyirlər, özgə papışı geyib, öz yerişimizi itiririk. İtirməkdən danışırıqsa, onda mütləq bizim itirdiyimiz əxlaq, izzət, namusu da bura qeyd etmək lazımdır. Çünki bu tip verilişlər adətən insanların özləri üçün müqəddəs saydığı hissləri öldürməyi hədəfə alır. Azadlıq, demokratiya deyə-deyə insanları zombiləşmiş əxlaqsızlara çevirirlər. Azadlıq adından istifadə edərək qadınları soyundurur, kişiləri maviləşdirir, cəmiyyəti zorla Avropaya inteqrasiya edirlər.

Təsəvvür edin ki, gör iş hansı həddə çatıb. Efirə bağlanan 19 yaşlı oğlan "subayçılıqdan bezdiyini" deyib evlənmək istədiyini söyləyir. Və studiyada olan 35 yaşlı 2 uşaq anasına eşq elan edir. Bunun necə iyrənc bir addım olduğunu yəqin ki, yazmağa ehtiyac yoxdur. Əgər bir oğlan artıq 19 yaşında subayçılıqdan bezib 35 yaşlı 2 uşaq anasını almaq istəyirsə, yəqin ki o, evlilikdən də 22-23 yaşlarında bezəcək.

9 yaşlı qızı olan başqa bir "ana" isə, 3 aydır boşandığını deyib, ərə getmək istəyini səsləndirir. İmkanlı kişi axtarır. Yəqin ki, onun boşanma səbəbi də elə var-dövlət hərisliyindən doğub. Çünki 3 aydır boşanan birisi, heç nədən ayıb etməyərək efirə çıxıb evlənmək istəyirsə, elə bu istək onun necə bir insan olduğunu ortaya qoyur.

Evlənmək istəyən bir başqa oğlan ancaq evi olan xanımların zəng etməsini tələb edir, zəng edənə isə ilk olaraq "evin var" - deyə sual verir. "Yox" cavabını aldıqda isə, "ondan niyə zəng etmisən" - deyə bildirir.

Bir başqa balacaboy oğlan isə, ucaboy varlı xanım axtarır ki, həm ona baxsın, həm də anasına.

Başqa bir xanım isə, canlı efirdən ərə getmək üçün öldüyünü səsləndirir.

Məsələnin ən qəribəsi isə odur ki, neçə vaxtdır "namazqılan" adıyla efirə çıxarılan oğlanın timsalında əslində namazqılanların bu cür tip olduğuna cəhd göstərilir. Amma bir şey unudulur ki, heç bir namazqılan, əxlaqı yerində olan kişi televiziya vasitəsiylə evlənmək istəyini səsləndirməz. Çünki azından İslam əxlaqı buna yol vermir. Dediyim kimi, bunda məqsəd əslində məhz İslamın gözdən salınmasıdır, namaz qılanların əxlaqının olmamasını göstərməyə cəhddir. Hələ qorxmaq lazımdır ki, sabah efirə ancaq "dindar" adı verilən insanları çıxarıb, əsl dindarların gözdən salınmasına çalışsınlar. Çünki belə bir iyrənc, milli-mənəvi dəyərlərimizə zidd verilişi açanlar, əxlaqsızı efirə çıxarıb ona mənəvi don geydirib xalqa sırımağı da bacaracaq.

Sonda onu da qeyd edim ki, verilişin aparıcısı olan Elgiz Əkbərin 40-a yaxın yaşı olmasına baxmayaraq, hələ də subaydır. Sizcə də maraqlı deyilmi.


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Ceyhun Huseynzade 02-10-2010, 15:11:20
Hele kishi olmagina var ona gore))))
 
Samir 02-10-2010, 15:24:33
Çox hayıf ki, hicablı cildində birini də çıxartdılar.
 
muzahir 12-10-2010, 15:24:00
Dogurdan da ..Elgiz Ekber niye subaydi?
inaniram ki jurnalist arashdirmalari tezlikle oz behresini verecek ve biz , Elgizintezlikle efir vasitesile evlenmeyinin shahidi olacayiq.
Yazinin muellifine oz derin tsk-mi bildirirem.
 
Samir 25-10-2010, 13:24:30
Ela meqaledir! ANS teessuf ki vetenperverlik adi altinda veten exlaqini korlayir
 
ulviyyə orucova 05-11-2010, 21:25:38


Evlənmək, ərə getmək nə vaxtdan milli mənəvi dəyərlərə və milli mentalitetə zidd olub? Hər gün onlarla dul qadın Türkiyəyə və Dubaya çirkin yollarla pul qazanmağa gedir. Türkiyədə və ərəb ölkələrində adımızı batırırlar, millətimizi biabır edirlər. Pis yola düşmək milli mənəvi dəyərlərimizə zidd deyilmi? O qadınlarla qarşılaşan o əxlaqsız qadınların bir dəfə üzünə baxan türk yaxud ərəb heç vaxt Azərbaycan xanımları haqqında yaxşı fikirdə olmaz. Bəlkə də onların başlarının üstündə həyat yoldaşları, sahibləri olsaydı bu cür çirkin yollara düşməzdilər. Nə üçün belə şeylərə reaksiya vermirsiniz,vecnizə almırsınız.Bu hallar milli mənəvi dəyərlərimizə milli mentalitetimizə zidd deyil? Niyə bunlara hirslənib
internetdə yazı yazmırsınızöz etirazınızı bildirmirsiniz? Ancaq belə xeyirxah verilişi o dəqiqə tənqid atəşinə tutursunuz.Ay aman qoymayın milli mentalitet əldən getdi. Milli mentalitet var diyə hamı bədbaxt olmalıdır? Azərbaycan kimi milli mentalitetin hökm sürdüyü bir ölkədə xanımalr vaxtında ailə qurdusa qurdu, işdir əgər müəyyən səbəblərə görə yubandısa,
istədiyi kimi qismət çıxmadısa ,əgər 27-28 i keçibsə onlar üçün ailə qurmaq çox böyük bir problemə,ən müşkül məsləyə çevrilir.Milli mentalitetlə yaşayan xalqımız onlara artıq dəyərsiz, keyfiyyətsiz mal kimi baxırlar. Halbuki insanın yetkin yaşda ağlı, biliyi, dünya görüşü, həyata baxışı, ev işərinin öhdəsindən gəlmək bacarığı, yemək hazırlamaq bacarığı, uşağı yaxşı tərbiyə etmək bacarığı 16-17 yaşdakı qıza nizbətən qat-qat çoxdur. Belələrini bəyənmirlər, uğursuz sayırlar, qaynayıb qarışmırlar,yanında oturmurlar. Həmçinin müəyyən səbəbdən ayrılmış insanlara qarşı da başqa xalqlarla müqayisədə daha qəddardırlar.
Türkiyənin evlilik proqramlarını izləmişəm, orada kişilər də qadınlarda belə proqramlara pozitiv baxırlar. Orada hətta evli olub ayrılmış gənc xanımlarla heç evlənməmiş subay oğlanlar talib olub evlənirlər. Bəli həyatda elə insanlar var ki tənhadırlar. Milli
mentalitetə görə hamı həmişəlik bədbaxt olmalıdır? Məgər həyatda tənha olanlara ailəsi olmayanlarla heç qarşılaşmamısınız? Heçmi daxilinizdə, qəlbinizdə onlara acımamısınız, yazığınız gəlməyib?, Axı əsil müsəlmanın ümumiyyətlə,dinindən asılı olmayaraq
insanın ürəyində rəhm və mərhəmət olmalıdır.Öz yarlarını tapa bilməyən o qədər insanlar var ki televiziya vasitəsilə ailə qurmağa çox ümidləri var. Proqram vasitəsilə öz yarlarını tapmağa çalışırlar və Allaha şükür ki bəziləri buna nail ola bilirlər. Bunun nəyi pisdir ki? Çöldə bayırda məğər evlənmək niyyəti olan belə çoxdur? O qədər yalançılar, fırıldaqçılar, ciddi niyyəti olmayanlar ümid verib aldadanlar var ki. Bir qızla bir müddət görüşür sonra məlum olur ki heç almaq fikri yoxdur, sonra keçir başqası ilə görüşür. Proqrama isə həqiqətən evlənmək niyyəti olan, ciddi insanlar çıxır, 8 milyonun qarşısında həqiqi nikah kəsilir, toy təşkil olunur. Bundan böyük xeyirxahlıq və savab iş ola bilər? İkincisi də Televiziya ilə ailə qururlar, yoxsa radio ilə ailə qururlar bunun kimə bir zərəri var?televiziya vasitəsilə evlənməyin şəxsən sizə bir zərəri var? Harda ailə qurmaları heç vacib məsələ deyil,vacib olanı odur ki ailələr qurulur, bundan gözəl nə ola bilər. İnsanlar təklikdən, sıxıntılardan qurtulurlar,ailə sahibi olurlar, sevib sevilirlər, övladların xoşbəxtliyinə baxıb valideynlər də xoşbəxt olur. "Toy olsun"un yaradıcı heyətinin burda çox böyük əməyi var çox savab işlərə imza atırlar. Allah onlardan razı olsun! Allah onların köməyi olsun! Elgizlə Ulviranı ürəkdən alqışlayıram. Azərbaycan kimi milli mentalitetin hökm sürdüyü, dar düşüncəli insanların olduğu bir ölkədə belə bir çevriliş inqilab ediblər. Allah köməkləri olsun, Allah onları xöşbəxt və bəxtəvər eləsin! İşləri avand olsun! Allah heç kimsəni yalnız, çarəsiz və gözü yaşlı etməsin. Nə bir müsəlmanı, nə də qeyri müsəlmanı. Hamımız insanıq, hamımızı Allah yaradıb. Böyüklərimdən eşitdiyimə görə bir ailənin qurulmasına köməklik edən insan o biri dünyada cənnəti qazanır. 40 il namaz qılmaqdan ibadət etməkdən daha üstündür.Televizyada çalışan heyət böyük savab qazanırlar, istər Türkiyə olsun, istər Azərbaycan kanalları olsun! Vaxt var idi ki, böyüklərdən eşitdiyimizə görə,təxminən 50 il bundan qabaq Azərbaycanda xüsusən Bakıda şalvar geyinmiş qadını əxlaqsız qadın sayırdılar. İndi daha keçmiş əmilər,dayılar, qədeş oğlanlar həyatda yoxdurlar düşüncələr biraz dəyişilib. Dünyanın başqa ölkələrində camaat internetlə bir birni tapır, ünsiyyət qurur, bir birini bəyənib ailə qururlar. İnternet də telefon kimi rabitə vasitəsidir. Bizdə isə belə şeylərə çox pis baxırlar, Belə demək biraz pis səslənsə də, amma bu bir həqiqətdir ki Azərbaycanlılara hər şey biraz gec çatır. Hardasa 50 ildən sonra sizin kimi düşünənlər olmayacaq. Adi və normal baxacaqlar.İnsanlar televiziya vasitəsilə, lazım gəlsə radio vasitəsilə də evlənəcəklər. Deyirsiniz ki, Evlənmək istəyən bir başqa oğlan ancaq evi olan xanımların zəng etməsini tələb edir, zəng edənə isə ilk olaraq "evin var" - deyə sual verir. " Əslinə qalsa oğlanların xanımdan ev istəməsi xoşagələn hal deyil, məncədə normal deyil. Kişi özü qazanıb almalıdır. Azərbaycanda hər bir ailə quran insanın ev ala bilməsi mümkün olsaydı, evi olan xanımla evlənmək istəyən olmazdı. Həyatın çətinliyindən irəli gəlir,təəssüf ki bizdə insanların çoxunun buna imkanı yoxdur, bu bir reallıqdır. Hər bir insanın arzulamaq və istəmək haqqı var. Allah insanlara arzu etməyi və istəməyi yasaq etməyib. Allah qadağa qoymayıbsa bəndə kimdir ki irad tutsun, icazə verməsin. Niyyətin hara mənzilin ora. Kim nə niyyət edirsə, Allah istədiyini verir. Real həyatda oqədər var dövlətə görə evlənənlər, evinə görə ata-ananın bir qızıyla evlənənlər var ki sayı hesabı yoxdur. Yazmısnınız ki: sən demə cehiz aparmasın deyə (verilişdə ailə quranlara ev əşyaları, mebel hədiyyə verilir)milyonların qarşısına çıxıb özünə yar axtaranlar var. Həyatını yaxşı istiqamətə dəyişmək üçün milyonların qarşısına çıxmağa dəyər. Xalqımızın arasında o qədər maddi pöroblemi sıxıntısı olan gənclər var ki. Maddiyyat üzündən evlənə bilmirlər. Bilirsiniz ki əksər işlərədə maaşlar çox azdır, və yaxud oqədər az təminatlı az gəliri olan ailələr var ki, maddi imkanlar istədiklərini etməyə imkan vermir, mümkünatları yoxdur. Və ya atasını anasını vaxtından əvvəl itirmiş o qədər gənclər var, köməyə çox ehtiyacları var. Bu proqram cehiz əşyaları verir, toylarını pulsuz edir. Bundan böyük xeyriyyəçilik ola bilərmi? Bundan böyük xeyirxahlıq və yaxşılıq olar? Deyirsiniz ki: "Mən hələ 70 yaşı olan yaşlı babaların özlərinə 30-35 yaş arası xanım axtarmaqlarından danışmıram. Bir sözlə əsl biabırçılıq!"Bu proqramı təşkil edənlərin, yaradıcı heyətin günahı deyil. Kişilərin xarakteridir, ta bineyi qədimdən dədə babadan bu yana Azərbaycan kişiləri özlərindən kiçiklərə aşiq olurlar, əlbəttə bu normal deyil, ancaq məncə dünyanın hər yerində belədir.Burada namus əxlaqi qeyrətimizi itiririk deyirsiniz, hər hansı bir əxlaqsız hərəkəti misal kimi göstərə bilərsinizmi? Deyilən fikirlərə qətiyyən qatıla bilmərəm, bunlar əsası olmayan cəfəngiyatdır.Yazmısınız ki: "Elgiz Əkbərin 40-a yaxın yaşı olmasına baxmayaraq, hələ də subaydır. Sizcə də maraqlı deyilmi". Xeyr maraqlı deyil, heç kimin başqasının şəxsi işinə qarışmağa ixtiyarı yoxdur, özü bilər, nə vaxt evlənər. Kişi üçün çox gec deyil. O siz düşündüyünüz kimi yaşlı deyil. İnsan var ki efirdən biraz böyük görünür. Nə vaxt yarını tapar, onda da evlənər. Sizin bəyənmədiyiniz Avropada kişilər əvvəl özişini, karyerasını qurur, 30 yaşdan sonra, əli çörəyə çatandan sonra,ailəsini maddi təmin etdikdən sonra evlənir. Bizimkilərin ailəsini oğlanın valideynləri saxlayır. Bu nə qədər düzgündür?. Ata-ana yazıq deyil? Siz Elgizin yaşına deyil ürəyinin təmizliyinə,mərhəmətliliyinə baxın. Elgizli axşamlara da baxıram və onun necə bir insan olduğunu görürəm. Elgiz özü orada iştirakçı qismində olsaydı onun kimi insan üçün mən də verlilişə qatılardım. Bar verən ağaca daş atan çox olar. Çax-çax başını ağrıdır, ancaq dəyirman öz işində olar. Bu mentalitet meselesi daha bezdirdi, mehv eledi bizi. Mentalitetle yaşamaq istəyənlərin yeri İran İslamölkəsidir, orda qadağalar çoxdur. Camaatın o qədər ürəyi sıxılır ki başqa ölkələrə getməyə can atırlar, hər yolla ölkəni tərk etməyə çalışırlar. Başlarını götürüb qaçırlar. Ancaq İranda belə bir proqram açılsa heç kəs etiraz etməz,onlar bizimkilərdən daha müasirdirlər. Mənə belə gəlir ki milli mentalitet məsləsində heç bir müsəlman ölkəsi Azərbaycanlılara çata bilməz.

 
Adamov insan 13-11-2010, 02:21:36
Artiq nisanlandi
 
AYNUR 30-11-2010, 03:21:43
ANS KANALI TAMASACIYA NE VERIR? HEC NE. SADECE ELE SALIR.BU VERILISE TOYLAR KRALI, TOY OLSUN... COX MENASIZ VERLISDI. HEC KES, OZ ADIMDAN DANISIM, MEN, NE GEC AILE QURMAGA, NE DE KI BOSANIB YENIDEN AILE QURMAGA PIS BAXMIRAM.1 OMUR TEK YASANMAZ. AMMA NECE OLUR KI, INSANLAR CEMIYYET ICERISINDE OZ EVLENECEYI ADAMI TAPA BILMIR, AMMA KANALDA TAPIR? EKRANDA 1 DEFE GORDUYUN ADAMI NECE SEVMEK OLAR? ILK BAXISDAN MEHEBBET DEYIRSINIZSE BU AZ HALLARDA OLUR. 1I EKRANDAN GORUR GELIR, ARA ACILIR, QIZ OGLANI GORUR, SONRA CAY,SOHBET....EVLENMEK. ALLAH XATIRINE BELE EVLILIK OLAR? BU SADECE OLSA OLSA MENTIQ EVLILIYI OLAR KI, BU DA XOSBEXTLIK VERMEZ. VERLISIN UZU ONUNAPARICISIR. BURADA DAHA BIR UGURSUZ ADDIM. ELGIZ VE ULVIRA! MENASIZLIQ CEHETDEN INANILMAZ IKILI! SADECE DEHSETDIR! ELGIZE TEK OLANDA DOZMEK OLMUR YANINDA ULVIRA DA BONUS OLANDA ANS KANALIN KILIDE QOYMAGIN GELIR. ELGIZE SILLE VURMAQ KAMPANIYASI VAR A MEN ELGIZI XOSLAMASAM DA ONA SILLE VURMARAM. CUNKI EN AZINDAN BUNUN UCUN DE OLSA BELE ELIMI ONA VURALI OLACAM. HEC KES DEMESIN KI NIYE BELE DEYIRSEN O DA INSANDI VE YA BUNUN KIMI SOZLER... O MENIM ZOVQUMU VE ESEBLERIMI KORLAYIRSA MENDE OZUMDE BU HAQQI TAPIRAM.
 
Sedef 17-12-2010, 14:53:51
VERİLİŞ ÇOX XOŞUMA GƏLİR.KİMƏ XOŞ GƏLMİRSE PULT VAR.QALDIKİ,ELGİZLE ULVİRAYA ONLAR SAVAB İŞ TUTURLAR ALLAH ÜREKLERİNE GÖRE VERSİN ELGİZİN EVLENMEMESİ ŞEXSİ İŞİDİ
 
aydan qurbanzade 04-01-2011, 11:35:31
mence elgize qiz getmir ona gorede o evlenmir...
 
Roya Dadawova 24-02-2011, 16:36:28
inwallah evlenecek
 
ROYA 24-02-2011, 16:38:51
INWALLAH EVLENECEK
 
ilkay abbasova 10-04-2011, 10:40:01
men ona ve onun hereketlerine baxdiqca gulmekden olurem.yeqinki ureyine gore birini tapmayib hele
 
Abasova 29-03-2012, 00:08:08
Men orxanin dedikleri ile hec razi deyilem.iwi gucu qutarib?getsin oz iwlerine baw qowsun.elgiz kimi aparicini beyenmeyen 1 insan seviyesiz 1 insandir.
 
IRKA 10-04-2012, 23:18:03
Seni sevirem Elgiz!
 
 

YAZARIN DİGƏR YAZILARI

n

21/05/2011 BİRDƏN ERMƏNİLƏR QALİB GƏLSƏ?

n

09/05/2011 HİCAB, AKSİYA VƏ HƏBSXANA

n

03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...

n

13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ

n

06/11/2010 SABAH KİMƏ SƏS VERİM?

n

30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM

n

02/10/2010 SİZCƏ ELGİZ ƏKBƏR NİYƏ SUBAYDIR?

n

04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)

n

24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası

n

28/04/2010 Unutqan yəhudilər BİLSİN!

n

18/03/2010 ERGENEKONÇUYA CAVAB

n

26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...

n

09/01/2010 10 milyon dollarlıq cinayət

n

26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"

n

14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?

n

05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR

n

26/09/2009 Azərbaycan təhsili bu gün

n

25/08/2009 Efirsiz Ramazan

n

22/07/2009 Sionistlərin Azərbaycanda yeni planı
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.