ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
İNTERNETDƏ OLAN BÜTÜN XANIMLARA
02/10/2010 - 11:34

Leyla Tağıyeva
Bir ailənin dağılmasına səbəb olan yaşanmış acı bir həyat hekayəsi
Bu hadisə sizlərə sahibinin dilindən yazılır. Uzun olmasına baxmayaraq diqqətlə oxunması lazım olan bir ailənin səbəbsiz yerə kədərli bir şəkildə viran olmasından gedən hüzünlü bir hadisədir.
Hadisəni yaşayan qız deyir ki: "Salam olsun sizlərə əziz bacı və qardaşlarım. Sizlərə həqiqəti, kədərli həyatımı yox edən, gələcəyimi parçalayan, ailə həyatımı öldürən, həyat yoldaşımla yollarımızı ayıran ekyəmi danışıram. Mən mühafizəkar bir ailənin əxlaq və tərbiyəsi ilə böyümüş bir qızam. Heç vaxt düşüncəsiz ya da əyləncə axtaran biri olmamışam. Allahın qəzəbinə səbəb olacaq bir iş etməməyə çalışmışam. Məni sevən mənimdə onu sevdiyim bir şəxslə evləndim. Onun ərköyün həyat yoldaşıydım. Hətta ailəm və qohumlarımdan bir çoxu mənə həyat yoldaşımın mənə çox hörmət etdiyini deyirdilər.

Mənim həyat yoldaşımdan bir şey istədiyimi və onu rədd etdiyini xatırlamıram. Nə istəsəm onu da edirdi. Bir gün ona kompyuter almasını xaiş etdim. İnternetdən istifadə etmək istədiyimi söylədim. Əvvəlcə bunun yaxşı olmadığını, mənim üçün uyğun olmadığını söylədi. Hiyləgərliklərlə ona interneti aldırdım və pis istiqamətdə istifadə etməyəcəyimə dair söz verdim və o da qəbul etdi. (kaş ki, qəbul etməyəydi.)

Məni internetdə əyləndirən nə varsa xoşbəxtlik və sevinclə qarşılayırdım. Vəziyyət o yerə çatdı ki, həyat yoldaşım hər gün işə gedir, məndə internetə girirdim. Hətta o evdə olduğu vaxtlarda da məndən nə etdiyimi soruşmurdu. Çünki mənə etibar edirdi. Günlər keçdi, internetdən istifadə edən bir dostum mənə çatdan danışdı.  Dedi ki, çat çox əyləncəlidir, insanlar bu proqramda bir-birləriylə danışır, vaxtlarını keçirilər. Beləcə məndə çatdan istifadə etmək qərarına gəldim.
Əvvəlcə yalnız müvəqqəti söhbətlər edirdim. Daha sonra bir nəfər ilə tanış oldum. Hər gün onunla görüşür və danışırdıq. Yüksək əxlaqıyla digərlərindən fərqlənirdi. Əvvəl danışdığım şəxslərdən onun kimi olanını görməmişdim. Həyat yoldaşımı sevməyimə baxmayaraq, saatlarla çatda oturur və onunla danışırdım. Həyat yoldaşım gəlir, məni izləyir və kompyüterin qarşısında keçirdiyim saatlara əsəbləşirdi. Bir nəfəri çatda bəyənmişdim və onunla yalnız dost olaraq danışırdım. Zaman keçdikcə vəziyyət tərsinə döndü və dostluq sevgiyə çevrildi. Ona həyat yoldaşımdan daha çox bağlandım. Həyat yoldaşımın qəzəbindən qaçıb internetdə onunla danışmağa başladım. Bir dəfə özümü itirdim və həyat yoldaşımla dalaşdım. Həyat yoldaşım internet müqaviləsini ləğv etdi və kompüteri evdən apardı. Yoldaşıma çox əsəbləşdim. Çünki ilk dəfə mənə bu şəkildə davranırdı.  Acığa düşüb çatda söhbət etdiyim adamla danışmağa qərar verdim. Mənə onunla danışmağım üçün yalvarmasına baxmayaraq rədd edirdim. Bir gecə ona zəng etdim. Telefonda onunla danışırdım, o andan etibarən həyat yoldaşıma olan xəyanətim başladı...

Yoldaşım hər evdən çıxanda ona zəng edib danışırdım. Danışdığım oğlan boşansam mənimlə evlənəcəyini vəd edirdi və davamlı onunla görüşməyim üçün yalvarırdı. Onun istəklərini qəbul edib, onunla görüşdüm. Görüşlərimiz bir qadının həyat yoldaşına xəyanət edəcəyindən, ən böyük günaha düşənə qədər davam etdi. Aramızda əlaqə oldu. Çatda tanış olduğum adamı sevdim və həyat yoldaşımdan ayrılmağa qərar verdim. Həyat yoldaşımdan məni boşamasını istədim. Sual verdi, niyə?
Aramızda problemlər çoxalmışdı və dözə bilmirdim. Həyat yoldaşımı görmək istəmirdim. Yoldaşım məndən şübhələndi və hadisənin kökünü araşdırdı. Bir dəfə telefonda danışdığımı gördü. Ona həqiqəti söylədim. Onun mənə qarşı yaxşı olmasına qarşı onu istəmədiyimi bildirdim. Artıq onunla yaşamaqdan bezdiyimi söylədim. Həyat yoldaşım bu vəziyyəti ailəmə bildirmədi. Mən səni sevirəm, amma səninlə daha yaşaya bilmərəm dedi. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı söyləyərsən. Bütün bunlar həyat yoldaşımın əvvəldə mənə məsləhət görmədiyi internetin vurduğu zərərlər idi.

İnternetdə tanış olduğum gəncin sözləri isti ocağımın dağılmasına səbəb oldu. Mənə: "Səndən başqa heç kimi sevmirəm. Həyatımda səndən daha şirin biriylə qarşılaşmamışam. Sən həyatımda gördüyüm ən yaxşı qadınsan." deyirdi. Amma işin sonunda bu xainin həqiqi sözləri mənə bir ildırım kimi çarpdı. Dedi ki, "Əgər evlənsəm tanımadığım ya da çatda tanış olduğum biri ilə evlənmərəm. Xüsusilə də sənin kimi yaşlı və ərinə xəyanət etmiş birisi ilə. Əgər mən birini istəsəm çatda tanış olduğum və evlənməyi düşündüyüm biri olsa belə kiçik yaşlı bir qızla tanış olaram, onu istədiyim kimi istiqamətləndirərəm, sənin kimi evli və ərinə xəyanət etmiş biriylə deyil!!!."

Sizə and içərəm ki, bu söylədiyim sözlər tamamilə onun dediyi kimidir. Yalan danışmıram nə bir söz artırdım, nə də bir söz əskiltdim. İndi çaş-baş qalmışam. İntihar etmək düşüncəsindəyəm. Mənə zülm edən və bu hadisə ilə həyatımı sarsıdan şəxs və onun kimilərə deyirəm ki, "Bir gün gələcək sizdə öz nəfslərinizdə təhrikedici şeylərin insanı necə aldatdığını görəcəksiniz. Bütün duam Allahın mənə zülm edən şəxsin eyni hala (özü və ya ailəsinidə) düşməsini görməkdir. Allaha əmanət olun."

Qeyd: "Əziz dostlar bu yaşanmış acı bir həyat hekayəsi idi. Əgər günahsız bir qızla və yaxşı niyyət bir tərəfdə, pis bir şəxs və hiyləsi bir tərəfdə olsa, həqiqət qaranlıq və qorxunc olur.
Sonda bütün xanımlara müraciət edirəm. Əziz xanımlar öz həyat yoldaşınızın qədrini bilin. Ailə böyük anlam daşıyır. Siz əgər bir evə xanım gəlmisinizsə, deməli o evi abad etməlisiniz. Siz həyat yoldaşınınızın namususunuz. Və onu qorumaqda canla başla çalışmalısınız. Övladlarınız tərbiyəsi ilə məşğul olun. Cəmiyyətə gözəl, tərbiyəli, savadlı, gənclər təqdim edin. Nəfsiniz əmrinə uyub papaq kimi başdan-başa qoyulmayın! Allaha əmanət olun."

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Bende 02-10-2010, 15:01:46
cox sagolun melumata gore! men ilk nobede qinamaq istemediyim bu xanimi cox qinayiram! bu demek olarki, heyatimda ilk qinadigim insandir!Cunki evli birisinin bele hereketi adamda ikrah hissi oyadir! bununda ozluyunde bir cox esaslari var,bu xanimin dilli ile desek, heyat yoldashi onu her seyde razi salarsa demek bu xanimin bele etmesinde hech bir esasda qalmir!.. meqsedimiz catin insanlara verdiyi belalari gostermekdirse eger, onuda demeliyem ki,netden istifade etmek olar, ama gozel meqsedlerle! istifadede eger esrine cevrileceksense bir an once iradenle bunu ozunden uzaqlashdirmalisan! Allah hidayet elesin hamimizi!!amin




 
Oktasha 03-10-2010, 18:33:58
Чем больше любим женшин,чем меньше им нравимся.А.С.Пушкин
 
telebe 18-10-2010, 01:34:06
Mene qeribe gelen oduki bu qadin sadece aldadildiginA GORE QARGIS EDIR! yeniki erinden bosandigina yena pesman deyil sadece aldadilib ona gore pesmandi, erinin bexti variymiski canini senden qurtara bilib, birdeki qadin bir defe xeyanet etdise onu saxlamaq mumkun deyil , hemise tezesini axtarir!
 
Filsof 26-12-2010, 07:21:25
Mənə elə gəlir ki(amma səhv də edə bilərəm)bu qadının həyat yoldaşına məhəbbəti olmayıb.Zənnımcə o özü də bundan xəbərsiz olub.Axı məhəbbət elə bir gözəl əxlaqı anlamdır ki,aqil insan sevdiyi şəxsş dəyər verir və ən önəmlisi onu itirməkdən çox qorxur.İnsanlar bəzən məhəbbət və sevgini həvəs ilə qarışdırırlar.Əgər həqiqətəndə bu xanım öz həyat yoldaşını sevirdisə,deməli o kişidə olan hansısa xüsusiyətlər bu sevgiyə səbəb olmuşdur.Əgər "mənim yanımda bütün ehtiyaclarımı ödəyən birisi varsa" başqasına nə gərək?!Bu xanım yalnız indi başa düşüb ki,həyat yoldaşı onu cox sevir və qiymətləndirimiş.Zehində bu proseslər,"qədir bilməklik" kimi yalnız neməti əldən verdikdən sonra baş verir.Ey kaş,vaxtında bir az bu barədə düşünərdi.Bu növ prolemlərin ən yaxşı həllərindən biri təfəkkürdür.Əgər insan vaxtaşırı özünün və başqalarının əməllərini təhlil edib özü üçün nəticə çıxarsa,yəqin ki,bu növ problemlərdən uzaq olar
 
Aqşinhüseyn 30-12-2010, 11:49:02
Xanım çox böyük səhvə yol verdiyi hamıya məlumdur amma intihar çıxış yolu deyildir. Özü bildirdiyi kimi nəfsində təhrikedici şeylərə aldanıb. Həqiqi tövbə etsə Allah (c.c.) onu düzgün istiqamətə yönəldəcək. Allah (c.c.) bizi nəfsimizlə öz başına buraxmasın.
 
Safail 16-01-2011, 20:09:08
Salam əziz oxucular.Məndə istəyirəm fikirlərimi bildirim.Güclü bir savadim olmasada həyat təcrübəm coxdur.Heç olmasa yaxşıyla-pisi bir birindən ayıra bilirəm.Bu işdə mən evin kişisini cox qınayıram.Əvvəla qadina çoxda sərbəstlik vermək olmaz.Necəki indiki zəmanədə uşağı ki,14-16 yaşa kimi doğru düzgün(hər sahədə)böyütdün ondan sonra hara istəyirsən uşağı sərbəst burax.Zəhmət hədər getməz.Allahda zəhmətinin qarşılığını verəcəkdir mütlıəq.Kişi yaxşi kişi olmalıdır.
Belə bir deyim var malını bərk saxla.....Axı azdan coxdan bizim millətin özünə məxsus qanunlarımız var
Sərbəstliyi hansı birinə versən o mütləq bir xəta etməlidir.Kişi əmin olmamış necə olar ki,qadınına güvənməlidir?Çoxlari bəzən ər evində nəsiyyət alır,insani keyfiyyətləri əldə edir.Mən nəyə gorə əminəm? Demək olar ki 20 ildir toylarda çəkiliş aparıram təxminən 2000 nə yaxin toy çəkilişlərini aparmışam.Bununda 80 faiz gəlinlər münasib olduğundan sorğu sual etmişəm və mənə məlum olub ki,əgər bu qızlar gəlin köçərsə eyni zamanda əgər yaşları az olarsa əlbətdə onlaının hər hansı bir səhvin etməsində biz kişilər günahkarıq.Mən yetərincə aydınlıq gətirə bilərəm.Burada uzatma istəmirəm.Amma onu nəzərinizə çatdırmaqla demək istəyirəm ki, bu bir deyil iki deyil, qızlarımızın əksərində hansısa bir zəyiflik var hər kəs o zəyifliyi bir cür izah edirsə demək bununla bizdə razilaşmalıyıq və qızlarımıza qadinlarımıza vaxtında köməkliyimizi göstərməliyik.Lap nə olursa olsun əgər onlar həyatda sürüşürsə onun ağırlığı hardasa yenə kisilərə düşür.Biri mənimlə üz üzə oturub danışsın mən ona subut edərəm ki,o qadına lazım olan bir zamanda kişi ona kömək etmək əvəzinə bir azda piz vəziyyətə salıb. .Mən bir zaman iradəsi güclu hesab edilən bir neçəsini sınaqdan cıxartmalı oldum.Hayat yoldaşim dedi bacarmazsan.Cün ki,bütün məclislərdə oluram bilən bilir indiki vəziyyəti.Mən hayat yoldaşıma ləkə gətirən bir hal yaşatmadım.Buna görə yoldaşım inanmadı ki mən belə bir şeyi bacararam.Mən başladim internetlə o dediyim özünü iradəsi güclü hesab edən ərli qadınlarnan tanış olmaya və yoldaşimda şahid oldu ki,qadınları yoldan çixartmaq mümkündür.Cün ki,hansı qadınla görüş təyin etdimsə onunla görüşəndən sonra başa salıb yollamısam evlərinə.Əgər 10 nəfəri yoldan çıxarda bilirəmsə demək belə cıxır kı bu yolnan qadıları helə verək güllənin qabağına?Mən belə hesab edirəm ki əgər subay qız evində sərbəst ikən internetlə məşğul olubsa ər evinə köcməyi bacaranacan ona güzəşt getmək olar. Hər kişi evində gözəl abu hava özü yaratmalıdır.Əmanəti qorumalıdır,internet sərbəstliyi verməməlidir.Bir kisi 5 yaşinda uşağını ickiyə alışdırdı usaq böyüdü alkaqol oldu bacısına xəyanət elədi.Bir sözlə,belə halların günahkarı kişidir.Bu mənim fikrimdir.
 
Mesume 18-01-2011, 21:16:38
Bu qadin cox cox pis hereket edib. Vallah qadin aile qurandan sonram interneti neynirsen otur evinin isleri ile mesgul ol, heyat yoldasina isden gelende gozel yemekler hazirla yoldasina ve FATIMEYI ZEHRAYa(e) layiq olmaqa calis. Bu qadinin zinetidir. Internet nedir? Aile qurmamisamdan once de her seyin hedini bilmek lazimdir. Oz namusun internetden daha vacibdir en esasi qurur menbeyindir namus. Cox sag olun ALLAH razi olsun. O xanimada komek olsun ALLAH AMIN
 
Safaildan Mesuma xanima 20-01-2011, 23:53:46
Men eslinde Mensuma xanimin dediyila tam raziyam.Amma bir seyda var ki,her kesi ozunla eyni tutma.San Azarbaycanda olanlari gorursan yaqin.Yad elkalardan xastaliklar menaviyatimizi korlayib.Axi bu qizda siz qeyd eladiyiniz insani keyfiyatlar yoxdursa onda neylasin ya o qizi evina gatiran bilmir ki evina kimi gatirir.Gozlari hara baxirdi oqlanin, zahmat cakaydi almayaydi kamputeri evezinda xanimini adam eliyaydi ki ta her yera sarbast buraxanacan.O kisi naya amin olmusdu ustalik allariyla ona kamputer alir.Men sadece umumi goturanda bu daqiqa biri derdini bura yazibsa digari intihar edir daha obirisi ne bilim ne.Bunlarn sayi artib.Deyiram bunlara sahib cixmaq lazimdir ki bela seylar umumiyatla olmasin.Deyiram kas ki,o xanimda sizin kimi dusunan birisi olaydi basqa yaramazlara internetdan ibretli meslehetlerini veraydi.Allah haminizdan razi olsun,Allah o xanimada komak olsun,umumiyatla Allah Azarbaycanimiza komak olsun,Amin!!!
 
Heyder 24-01-2011, 22:30:25
Rehman ve Rehim olan Allahin adi ile. iblis Insanlara ve Cinlere zeif nogtelerini tapirken mudaxile edir.Allah bizi gorusun]
 
Muzeffer Ceferov 29-01-2011, 08:57:24
Əziz oxucular!Bu xanlmln başlna gəlgnlər biz kişilərində başlna gəlg bilər və gəlirdə....Şəxsən məndə ayrllmaqdan guclə qurtardlm..Ona görə ki,gunum çatda keçirdi.....lap başlml itirmişdim...Çalişln uzaq olun bu :sehirli qutudan : Ailənizə və yaxlnlarlnlza dəyər verin !!!
 
wap.ALI-MOVLA.az 31-01-2011, 02:49:11
salam aleykum. o qizin evlenen gunnen zerre qederde olsa aile mesuliyyeti olmayib o qiz ailenin ne oldugunu anlamadigi ucun bu vezyete duwub axi her pisliyi weytanin ustune atmaq olmaz esl weytan icimizde oz nefsimizdir nefsi ozune duwmen kesilen kesin bawqasini gunahlandirmaqa ixtiyari yoxdur. hele bu qizin o oglani gunahlandirmaqa hec ixtiyari yoxdur cunku eslinde qiz hem ozune hemde oglana boyuk gunah qazandirib
 
Vugar Er-Can 02-02-2011, 13:55:14
Bu qızı qınayanlar bilsinlər ki, ailəsinin dağılmasında yalnız bu qız günahkar deyil. Əsasən onun ata-anası günahkardır. Qızın mühafizəkar ailədən olduğuna cinanmıram.
Bu günahın əsası həm qızın həm də oğlanın ailəsində qoyulub. Onlara xəyanətin, zinakarlığın ən böyük günahlardan olduğu öyrədilməyib. Əvvəlcə qızın açıq geyinməyinə, sonra rəfiqələrinə, sonra maraqlarına fikir verilməyib. Oğlan da bu megamlara digget yetirmeyib. Onlar ailələrindəki üzdəniraq demokratiyanın qurbanı olub.

Hadisələrin bu cür "demokratik" gedişatı nəinki bir ailəni, bütün dünyanı məhv edə bilər.
Əli(ə) - Günahın içinə girib qorunmaqdansa, ona ümumiyyətlə yaxın getməyin.

 
 

YAZARIN DİGƏR YAZILARI

n

02/10/2010 İNTERNETDƏ OLAN BÜTÜN XANIMLARA

n

17/04/2010 KİV VƏ AİLƏ

n

02/10/2009 TAĞI ƏHMƏDOV BUNDAN DANIŞSIN

n

12/09/2009 Bu nə vaxta kimi davam edəcək?!!

n

04/09/2009 Yandım, elə yandım...

n

24/06/2009 Öldürüb "inqilab şəhidi" deyirlər!..

n

15/04/2009 Allahın əmrinə qarşı çıxmaq böyük günahdır
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.