Gənc
ər-arvad yeni evə köçmüşdülər. Səhəri gün səhər yeməyi vaxtı qadın pəncərədən qonşusunun
yuduğu paltarları ipə sərdiyini görür:
-
Paltarları təmiz yumayıb, elə bil ki, heç paltar yumağı da bacarmır. Məncə yaxşı
yuyucu toz almalıdır.
Bu
sözü eşidən əri dönüb pəncərəyə tərəf baxır, amma bir şey demir.
Qonşu
qadın hər dəfə paltarları yuyub-sərdikcə bizim gənc qadın da onun ünvanına eyni
sözləri təkrar edirdi.
Onların
təzə evə köçməsindən təxminən bir ay keçmişdi. Günlərin birində gənc qadın ipə sərilmiş
təmiz paltarları gördükdə çaşıb qaldı. O ərinə dedi:
-
Nəhayət paltar yumağı öyrəndi! Amma düşünə-düşünə qalmışam ki, ona paltar yumağı
kim öyrətdi!
Bu
zaman əri cavab verdi:
-
Əzizim, mən səhər tezdən durub, pəncərələrimizi silmişəm!!!
Həyat
da belədir...
Başqalarını
müşahidə etdikdə, gördüklərimiz baxdığımız pəncərənin şaffaflığının hansı dərəcədə
olmasına bağlıdır. İstənilən bir məsələdə başqalarına irad tutmadan əvvəl, daha
yaxşı olardı ki, həmin məsələ ilə bağlı birtərəfli hökm çıxarmayaq. Gəlin özümüzə
sual verək ki, insanlar barəsində mənfi düşünmək əvəzinə, onların müsbət keyfiyyətlərini
görməyə hazırıqmı?
ehsen size xuraman xanim.bu meqale heqiqeten menim ucun qisa ve eyni zamanda cox deyerli ders oldu.bu demek olar ki, bizim en boyuk problemlerdendir.allah komeyiniz olsun.
rovshen bagirov
10-12-2010, 13:26:13
sadece ehsen. bu menim kimi ozunu dilde momin sayanlara aiddir. cox gozel ve tesirli bir ehvalatdir. bu ehvalatin heyatla elaqelendirilmesi ise sadece mohteshem ALLAHDAN size qiyametde shefa arzu edirem meni teriye etdiyinize gore.....
Resul
27-02-2011, 20:41:27
Salam. Butun yazarlar isterdim ki, qisa eyni zamanda por ehtivali yazsin. Yazar bacimiza teshekkur. Nece deyerler az idi saz idi. Allah hamimizin aqibetini xeyir elesin.
Nicat Nehmetov
17-03-2011, 12:03:58
Cox gozel deyirsiz gerek insan evvelce oz emeline baxsinki ozu hansi emeli edir oz emeli pis emelise onu duzeltsin ve bawqalarinin daliyca onun pisdiyin demek yox hemin insanadfa doqru yolu gostersin
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.