Son dövrlər İslama qarşı alçaq təhqirlər istər ölkəmizdə, istərsə də, dünyada artmaqdadır. Bu təhqirlər adətən vahid cəbhədən idarə olunurlar. Heç kəsə sirr deyil ki, İslam əleyhdarları adətən bir yerə toplaşır və yeni-yeni təxribatlara əl atırlar. Bu İslam əleyhdarlarının başında isə ABŞ durur. ABŞ tarix boyu dəfələrlə qanlı cinayətlərə əl atıb. Yaponiyaya atom bombasının atılması, İraq və Əfqanıstandakı son durum, dediklərimizə yetərli sübutdur. Lakin bununla belə bəzən bu dövlət özünü demokratiya öndəri göstərmək istəyir. Bu da ABŞ-ın ikiüzlü siyasətindən irəli gəlir. ABŞ-ın ikiüzlü siyasəti Azərbaycana qarşı da açıq aşkardır. Azərbaycanla əməkdaşlıq etdiyi bir zamanda, Qarabağ separatçılarına maddi yardımın ayrılması və BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qərarların əleyhinə səs verməsi, bir daha ABŞ-ın ikiüzlü və çirkin siyasətini üzə çıxarır. Lakin ara-sıra ABŞ da, İsrail kimi ağılsız addım ataraq dünya ictimaiyyətinin nifrətini qazanır. Bir neçə gün əvvəl Quranın məhz polis mühafizəsi ilə yandırılması da bu cür ağılsız addımların ən böyüyüdür. Çox təəssüflər olsun ki, ABŞ qarşısında tutarlı mövqe sərgiləyən çox az müsəlman dövlətləri var. Lakin dünyada Quranın yandırılması hansı nəticəni verdi? Bəli, mən yuxarıda ABŞ-ın əksər addımları kimi bu addımlarını ağılsız adlandırmaqda yanılmamışam. Çünki Quranın yandırılması, ABŞ-ın ilk İslam əleyhinə addımı deyil. (2005-ci il may ayının 9-da "Newsweek" jurnalında Quantanamo hərbi bazasında ABŞ əsgərlərinin Qurana qarşı hörmətsizlikləri, İraq və Əfqanıstanda məscidlərdəki əxlaqsızlıqları və karikatura fitnəsinin arxasında durması və s.). Yuxarıda qeyd etdiyim sualın cavabına gəldikdə isə, həqiqətən bu fitnə qarşısında müsəlmanların birləşməsini, bir növ Böyük Şeytan rolunu icra edən ABŞ-a yaxşı zərbə saymaq olar. Sünni və şiə əgər bu gün birləşib Quranı müdafiə edirlərsə, bu o deməkdir ki, ABŞ və İsrail istədiyinə nail olmadı. İslam ümmətinin vəhdətini istəməyən bu cütlük, xristianlarla müsəlmanları üz-üzə qoymaq, qərb və şərq arasında böyük müharibələr yaratmaq, qarşılarına qoyduqları əsas məqsəd idi. Bakıdakı ABŞ səfirliyi də təmsil etdiyi ikiüzlü dövlətin ölkəmizdəki elçiliyidir. Bəzən bu diplomatik missiya ölkədə fəaliyyət göstərən təşkilatlarla əlaqə saxlayır, bəzən də Ramazan ayında iftar verir. Bu il iftar süfrələrindən birinə məni də dəvət etmişdilər. Əlbəttə ki, bu iftar məclisində iştirak etmədim, necə ki, əvvəllər də bu məclisdə iştirak etməyi yazılarımda səhv adlandırmışdım. Və yenə də, bu fikirimdən daşınmadığımı əməli olaraq sübut etdim. Bəziləri bu tədbirdə iştirak etməyimin ictimai baxımdan xeyri olduğunu mənə söylədi. Fikirlərinə hörmətim var. Ancaq mənə ABŞ, Böyük Şeytan olaraq qalmaqdadır. Və Böyük Şeytanın süfrəsinin başında və ya bir küncündə oturmaq mənim üçün rəzalət və bu Amerika dövlətinin etdiklərini qəbul etmək sayılır. Yəni bir səhv edib, iftarda iştirak etsəydim, onda 2 sentyabr 2010-cu ildə etdiyim iftarı, Quran yandıranların süfrəsində etmiş kimi ömrümün axırına kimi vicdan əzabı çəkərdim. Şükrlər olsun, Pak və Münəzzəh, həmçinin Çox Böyük Qüdrətli Allaha ki, bu məclisdə iştirak etməməyin əqidəsini mənə nəsib etdi.
Quran yandırmaq, İslami atributları, hətta hansısa dinin atributlarına hörmətsizlik nəinki, dindarlığa, hətta insanlığa yaraşmayan bir addımdır. Bu işi görənləri insan adlandırmaq olmaz. Bu işi görənlər insan deyillər. Onlar Quranın dediyi kimi, bu addımları atmaqla hətta heyvandan belə aşağı səviyyəyə endilər. Ar olsun Böyük Şeytan ABŞ-a. Nə qədər ki, ABŞ, Böyük Şeytan olaraq hökümət edəcək, vicdanlı və şərəfli insanlar bu dövlətin süfrəsi qarşısında oturmağı özünə ar və zəlalət biləcəklər. Bizlər İmam Huseyn (ə) yolunu getmək istəyənlərik. İmam Huseyn isə Zillət bizdən uzaqdır! şüarına görə şəhid oldu. Gəlin bu şüara biz də sadiq qalaq. Gəlin zülmü zülm, şeytanı şeytan kimi adlandıraq. (Allah şeytana lənət etsin). ABŞ haqqında hər dəfə yazı yazdıqda bu dövlətin cinayətinin qətliam cədvəlini də yazıram.
Bu ənənəmə sadiq qalaraq son olaraq ABŞ-ın dünya xalqlarına qarşı etdikləri cinayətin cədvəlini diqqətinizə çatdırıram:
1945-ci ilin avqustunda Yaponiyanın iki adasına atom bombası atıldı. Yüz minlərlə insan həyatını itirib. 1948-1953-cü illər. Filippində hərbi əməliyyatlar. Minlərlə filippinlinin qətli. 1951-1953-cü illər. 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalıların həlak olması. 1964-1973-cü illər. Vyetnama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. 1964-cü il. Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi. 1964-1973-cü illər. 50 min ABŞ-ın Laos respublikasına qarşı döyüşləri. Yenə minlərlə qurban. 1982-1983-cü illər. 800 ABŞ dəniz piyadasının Livana hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar. 1986-cı il. Liviyaya soxularaq Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar. 1989-cu il. Panamaya silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi. 1991-ci il. İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi. Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi. 1992-1993-cü illər. Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli. Bu son illərdə isə Əfqanıstanda, Pakistanda, Yəməndə, Fələstində və İraqda törədilən vəhşilikləri də onların cinayətlərinin üstünə hər gün əlavə edilir.
P.S. Son cümlədə Fələstin yazmaqda məqsədim o demək deyildir ki, Fələstində ABŞ ordusu var. Bu o deməkdir ki, İsrailin Fələstini işğal etməsinin arxasında ABŞ durur. Və hər gün İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətdə ABŞ-da şərikdir.
P.P.S. Çox böyük və Qüdrətli Allah deməkdə isə, məqsədim bu idi ki, həqiqətən də Allahdan başqa qüdrətli heç nə yoxdur. Və ABŞ-ı qüdrətli bilib, cinayətlərinə baxmayaraq onun nümayəndələrilə bir süfrədə oturmaq ən böyük günah sayılar. Axı biz Allahı ən Qüdrətli bilirik. Məgər Allahı Qüdrətli bildiyimiz halda, ABŞ-ı hardasa qüdrətli bilmək şirk deyil?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.