Son illər İslama qarşı Qərbin apardığı məqsədyönlü siyasətlər Qərb
dünyasının xüsusilə mədəniyyət və mənəviyyat sahəsində tənəzzülə doğru
hərəkət etdiyini açıq şəkildə göstərməkdədir. Bu mənəviyyatsızlıq və
tənəzzülə uğrayan mədəniyyətin əsl siması səmavi kitabın yandırılması və
təhqir olunması ilə özünü büruzə verdi.
Quranın təhqirini eşitdikdə, tarixi faktlar əsasında sübut olunmuş və
orta əsirlərdə yürüdülən kilsə siyasətini xatırladım. Orta əsirlərdə də
kitablar yandırılırdı. İndiyə kimi bu məsələ elə Qərbin və "demoratik"
dünyanın özü tərəfindən pislənirdi. Bəs nə oldu?! İndi özünü
demokratiyanın beşiyi adlandıran Amerikada, özü də Ağ Evin qarşısında
orta əsr düşüncəsi ən bariz şəkildə özünü nümayiş etdirir, milyardlarla
insanın müqəddəs kitabı təhqir edilir və onların mənəvi hüquqları
tapdanır, amma bu gün ona "azad söz" və bu kimi bəzəkli donlar
geyindirilir.
Heç təsadüfi deyil ki, bu gün Qərbdə çox sürətlə İslamlaşma gedir. Bu
isə beynəlxalq sionizmi narahat etməyə bilməz. Əgər biz bir neçə gün
öncə İslam Peyğəmbərini təhqir edən bir kimsəyə Almaniya kansleri Angela
Merkel tərəfindən mükafat verildiyinin şahidi oluruqsa, Amerikada
Quranın təhqir olunmasını da təsadüfi hesab etməməliyik. Belə
qeyri-tolerant addımların özlərini tolerant adlandıran ölkələrdə baş
verməsi və bu mənfi addımların yüksək dərəcədə müsbət
qiymətləndirilməsi, total şəkildə İslama qarşı aparılan siyasətin tərkib
hissəsi olduğunu üzə çıxarır və getdikcə Qərbin ziddiyyət dolu
mədəniyyətlərini aşkar edir. Bu gün Amerikada çox məharətlə İslama və bu
ilahi dinə mənsub olan insanlara qarşı nifrət hissini aşılayan bir
siyasət aparılır. Tam əminliklə deyə bilərəm ki, 11 sentyabrda
partladılmış binaların yerində ABŞ dövlətinin məscid tikmək haqda qərar
verməsi və bu barədə gəzən söz-söhbətlər də əslində İslama qarşı
aparılan çox hiyləgər addımlardandır. Ona görə ki, Amerikada bu
binaların partladılmasını müsəlmarın əməli kimi qələmə veriblər. Belə
olan halda, bu yerdə məscid tikmək qərarı istər-istəməz amerikalıları
qıcıqlandıracaq. Bu qıcıq hissindən sonra Quranın yandırılması isə
amerikalıların İslama qarşı nifrət ruhiyyəsini təbii olaraq
gücləndirəcək. Nəticə etibarilə müsəlmanlar təklənib və İslam dininə
tərəf meyl etmək istəyən insanlar isə qınağa və təhlükəyə düşməmək üçün
çəkinəcək.
Sonda onu deyim ki, Quranın təhqiri əslində təkcə İslamın yox,
xristianlığın da, yəhudiliyin də təhqiridir. Çünki Quranda dəfələrlə
müqəddəs Məryəmin, İsa Peyğəmbərin, "İncil"in, Musa Peyğəmbərin,
"Tövrat"ın və bir sıra peyğəmbərlərin də adı qeyd olunub. Onlar bu
adları da təhqir edib yandırdılar. Elə bu baxımdan belə rəzil işə əl
atanları nə xristian, nə yəhudi, nə də sair adlandırmaq olar. Bu əslində
bütövlükdə Yaradana düşmən olmaq istəyən sionizm təfəkkürü və
siyasətidir. Məqsəd isə irqçiliyi yayıb, qırğınlara yol açmaqla, öz
mənfur mənafelərinə yetişməkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.