Ötən gün (07.09.2010) Lənkəran şəhərində 100-dən artıq dindar, həbsə salınmış digər yoldaşlarını qarşılamağa getsə də, amma nədənsə bu məsələ dövlət nümayəndələrini qıcıqlandırıb. Elə bu baxımdan işə xüsusi təyinatlı dəstəni salıblar. Bu dəstə dindarları heç bir xüsusi siyası baxışları olmasa da tam qəddarlıqla döyüb və onlara ciddi xəsarətlərlər yetirib. Həbsdən çıxan Qismət İsayevə yenidən 221.2.2 maddəsi ilə cinayət işi açılıb. Məsələnin qaranlıq tərəfi bundan ibarətdir ki, necə ola bilər eyni şikayətə görə məhkəmə tərəfindən 5 gün həbs cəzası alan insana yenidən onun haqqında, özü də dünən ki, xüsusi təyinatlıların əməliyyatından sonra cinayət işi açılır? Bax bu məsələ Azərbaycanda dindarlara qarşı olan təzyiqlərin digər bir nümunəsidir. Bunu təkcə dindaralara qarşı deyil, ümumilikdə İslama qarşı addımlar adlandırsaq daha yaxşı olar. Bir müddət öncə azana qarşı çağırışlar, məscidlərin sökülməsi barəsində olan qərarlar, yas məclislərinin məhdudlaşdırılıması və bu kimi bir çox İslama qarşı atılan və yaxud atılması nəzərdə tutulan addımların hamısı onu deməyə əsas verir ki, müsəlman ölkəsi olan Azərbaycanda kimlərsə İslamdan hürkür. Bu məsələnin ən pik nöqtəsi isə bu il 13 fevral tarixində şəhidlər xiyabanını gül çələngi ilə ziyarətə gedən dindarlara qarşı polisin aqressiv rəftarı və nə qədər təəccüblü görünsədə onların 5 nəfəri haqda ümümulikdə 21 il həbs cəzasının verilməsi idi.
Ötən həftə Azərbaycan da fəaliyyət göstərən iki səfirlik qarşısında eyni gündə aksiya keçirilmişdir. Biri İsrail səfirliyi qarşısında, digəri isə bu aksiyadan sonra İran səfirliyi qarşısında baş tutmuşdur. Amma nədənsə burada da yalnız İsrail səfirliyi qarşısında tutulanlara, özü də onların içərisində partiya sədri olmasına baxmayaraq həbs cəzası təyin edildi. İran səfirliyi qarşısında tutulanlara isə "gözün üstə qaşın var" belə deyən olmadı. Bütün bunlar İslama və müsəlmanlara qarşı olan təzyiqlərin bariz nümunəsi kimi xarakterizə olunmalıdır.
Onu da qeyd edim ki, bu gün səhər Lənkəran şəhərindəki qəbristanlıqların birində keçirilən əməliyyat nəticəsində 3 nəfər narkotik alverçisi həbs edilib. Bəzi KİV-lər bu məsələni həbs edilən dindarlarla əlaqələndirmək istəyirlər.
Hər halda ümid edirik ki, Azərbaycan höküməti öz vətəndaşlarına qarşı atılan bu addımları düzgün qiymətləndirib və insan haqlarının qorunması zəminində ciddi addımlar atacaq.