ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
"Qüds günü" - zülmə etiraz günü!
01/09/2010 - 09:47

Ramin Bayramov


İslam ümmətinə su kimi lazım olan şeylərdən biri də vəhdətdir. Dünyada insani dəyərlərin ölməsini istəyən imperialistlərin əsas hədəfi məhz vəhdətdir. İslami vəhdət elə bir həddə çata bilər ki, bu güc dünya imperialistlərini tam iflic edər və xalqların sülh şəraitində yaşamalarına zəmin yaradar. Buna görə də imerialistlərin neokolonizm siyasəti bütün dünya, xüsusən də müsəlman aləmini bu gücdən məhrum etmək üçün müxtəlif yollar arayır.

Lakin İslam dünyası mübarək Ramazan ayında bir növ canlanmağa və ruhən paklanmağa başlayır. Belə bir ayın son Cüməsində isə müsəlmanlara daha böyük Vəhdətə gəlmək fürsəti verilir. Bu günə "Beynəlxalq Qüds günü" deyilir. Bəs niyə Qüds? İstanbul günü yox, Tehran günü yox? Niyə Fələstinin ürəyi sayılan Qüds? Əlbəttə ki, bu haqda çox məlumat yazmaq olar. Lakin imkanlarımızı nəzərə alaraq, bu günün məhz niyə Qüds günü adlandırılmasının səbəbini diqqətinizə çatdıracağıq.

İsrail rejimi haqqında məlumatlara tez-tez rast gəlirik. Bu adın sonunda qan və qətliamın gəlməsi adi hal almışdır. Qətlə yetirilənlər İsrailin terrorçu adlandırdığı qadınlar, uşaqlar, qocalar və adi mülkü vətəndaşlardır. Sual verilə bilər: İsrail durduğu yerdə bunları niyə qətlə yetirir? Cavab isə belədir: "Adətən cinayətkar törətdiyi cinayətin şahidini aradan aparmaq istəyər. Buna nail olmadığı halda, dəfələrlə şahidlərin yox edilməsi üçün addımlar atar. İsrail fələstinlilərin ərazilərini qəsb etdiyinə görə, bu qəsbkarlığa, işğala və cinayətə şahid olan bütöv bir xalqı beləcə yox eləmək niyyətindədir. Bu hərəkətlərin isə bir və konkret adı var - soyqırım".
Fələstinin Qaçqın və Əsirlərlə iş üzrə nazirliyindən verilən statistikaya görə, 1948-ci ildən başlayaraq, 850 mindən çox fələstinli İsrailin xüsusi zindanlarında saxlanılmış və saxlanılmaqdadır. Onlardan heç 10 faizi belə azadlığa çıxmamış, çoxları məhbəslərdə dünyalarını dəyişmişlər. Öz vətənləri uğrunda müqavimətə qalxanlara sionistlər "terrorçu" damğası vurublar. Bu yalanı İsrail və havadarı olan ABŞ bütün dünyaya qəbul etdirmək istəyirlər. Halbuki, bütöv bir xalqa qarşı terror həyata küçirilir.

İsrailin terror gücünə hökümətini mühafizə etmək cəhdi elə tarixindən qaynaqlanır.
19 sentyabr 1982-ci ildə həmən dövrdə İsrailin müdafiə naziri olmuş Ariel Şaronun göstərişilə İsrail ordusu Səbra və Şətilla qaçqın düşərgələrinə soxularaq, çox sayda fələstinlini qətlə yetirdi. İsrail əsgərlərinin bu vəhşiliklərini görən fələstinli qaçqınlar ağ bayraqlar qaldırmışdılar: ümid edirdilər ki, heç olmasa bu yolla qocalar, qadınlar və uşaqları xilas etsinlər. Amma sionist barbarları soyuqqanlıqla uşağa-qocaya baxmadan hər tərəfə ölüm saçmışdılar. Bu qətliamda 3000-dən çox uşaq, qadın, qoca və cavan həyatını itirmişdi.
Buna bənzər hadisələr çox olub. Məsələn, 2006-cı ildə Livanla müharibə zamanı İsrail qırıcılarının bombalarının hədəfinə çevrilən azyaşlı uşaqların görüntüləri bütün dünyaya yayılmış, hər kəsin qəlbinə dağ çəkmişdi. 1200 nəfər İsrail tərəfindən qətlə yetirilmiş, 400 nəfər isə ağır yaralanmışdı. Sonuncu Qəzza hücumunda da İsrail 1300 fələstinlini qanına qəltan etmişdir. Qəzza isə hələ də blokada şəraitindədir.

İsrail məqsədlərinə nail olmaq və çirkin ideologiyasını mühafizə etmək naminə hətta ən yaxın müttəfiqlərinə təcavüzdən belə çəkinmir. Buna bir misal kimi, İsrail-Türkiyə münasibətlərinin kəskin surətdə pisləşməsini göstərmək olar. Blokada şəraitində olan Qəzza əhalisinə Türkiyənin təşkilatçılığı ilə humanitar yardım aparan beynəlxalq gəmi karvanı 2010-cu il mayın 31-nə keçən gecə sionistlərin quldur təcavüzünə məruz qaldı. Nəticədə 9 türk qətlə yetirildi, onlarla insan isə yaralandı.

İslam alimləri daim fələstinlilərin müdafiəsini vacib məsələlərdən saymış və bunun əhəmiyyətini bu gün də vurğulamaqdadırlar.
İslam aləminin böyük alimlərindən olan Ayətullah İmam Xomeyni də məhz "Qüds günü" anlayışını İslam ümmətinə təqdim etmiş, bu günü "Zülmə etiraz günü" anlamı kimi qəbul etməsini istəmişdi. Ramazanın sonuncu Cüməsi bütün dünyada elmi konfranslar, tədbirlər, mitinqlər təşkil edilir, bu haqda kitablar, məqalələr yazılır, Qüdsün işğalına etirazlar daha geniş vüsət alır.
İmam Xomeyninin bu addımının nəticələrindən söz açmaq istəsək, aşağıdakıları qeyd etməliyik:

1. İslam ümmətində vəhdətə nail olundu
2. İsrailə ciddi psixoloji diskomfort yaradıldı
3. Fələstin məsələsi milli çərçivələri aşaraq, beynəlxalq problemə yüksəldi
4. İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri müəyyən mənada məhdudlaşdırdı
5. Bəzi müsəlman dövlət başçıları sionistlərlə etdikləri bu utancverici əməkdaşlıqlarını pərdələmək məcburiyyətində qaldılar.
6. Zülmə qarşı müqavimət hərəkatları formalaşdırdı
7. İslam ümmətində təvəlla və təbərranın daha da mükəmməlləşməsinə təkan verildi
8. Bir çox qeyri-müsəlman dövlətlərinin birmənalı şəkildə terrorçu kimi qəbul etdiyi müqavimət hərəkatının üzvləri artıq azadlıq və müstəqillik uğrunda mübarizə aparan mücahidlər kimi dəyərləndirildilər.
9. Müsəlman ölkələri İsraillə münasibətlərinə yenidən baxmalı oldular
10. Bütün dünyada İsrail cinayətlərinə qarşı kütləvi etiraz aksiyaları genişləndi
11. Bütün dünya KİV-ləri ən azından ildə bir dəfə Fələstin xalqının faciəsinə və Qüdsün işğalı məsələsinə diqqət yetirmək məcburiyyətində qaldılar
12. İsrailin yalnız fələstinlilərin deyil, bütün müsəlmanların düşməni olması bəyan edildi.

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/01/2011 "İnsanların geninə köləlik salan əsas səbəb"

n

09/01/2011 Salam olsun Yusiflərə...

n

03/01/2011 Köhnə məmurlar yeni problemlər yaradacaqlarmı?

n

25/11/2010 Hicab qeyrət məsələsidir

n

11/10/2010 Yeni təlimat, yoxsa Qurana məhdudiyyət?

n

17/09/2010 Quran yandıranların iftar süfrəsi

n

01/09/2010 "Qüds günü" - zülmə etiraz günü!

n

19/07/2010 Mübariz şəhidimiz-seyyid Mübariz

n

21/04/2010 "Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə"

n

15/02/2010 Məmurla söhbət və ya İslama "qırmızı kart"

n

26/01/2010 "Müsafir"

n

26/11/2009 "Tarixdə ləkə olaraq xatırlanacaqsınız!"

n

17/11/2009 Düşmənlərdən ibrət alaq

n

01/11/2009 Vəkil artist,vəkil şair,vəkil xanəndə və sair

n

12/08/2009 Azərbaycanda "Anti-İslam"-çılar kimlərdir?

n

18/07/2009 Başı bəlalı İraq müstəqilliyə doğru

n

30/05/2009 İsrailin ölkəmizdəki siyasətçilərinə cavab

n

15/04/2009 Masonlar haqqında araşdırma
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.