Mübarək
Ramazan ayına qədəm qoyduq. Dünya sevinir. Hamı bir-birini təbrik edir: Allah qəbul
eləsin; Bayramın mübarək; Allah əvəzini versin.
Nə gözəl sözlərdir,
deyilmi? Amma gəlin görək bu gözəlliyi necə yaşayırıq, necə qarşılayırıq və ya
bizə bu nuraniyyəti necə yaşadırlar.
Adətim üzrə dünən
axşam Türkiyə telekanallarında xəbərləri izləyirdim. Doğrusu ürəyim açıldı. Hər
gün 1 saat olan xəbərlər Mübarək Ramazan ayı münasibətilə 1 saat 15 dəqiqə
davam etdi. Və bu xəbərlərin də tam 45 dəqiqəsi Ramazan ayına həsr edilmişdi.
Bütün Türkiyə ərazisindən birbaşa olaraq yayım verilirdi. Şəhərbəşəhər, kənbəkənd
insanlardan Ramazan ayı barədə fikirlər öyrənilir, təbriklər səsləndirilirdi. Yəni,
əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu bir ölkədə əslində Ramazan
coşqusu bu cür olmalıdır.
Ümumiyyətlə
isə xəbərlər proqramı ərzində bir dənə də olsun bayağı xəbər verilmədi.
Xəbərlər
proqramı isə bu sözlərlə bitdi: Artıq azan vaxtıdır, Allah oruc və
namazlarınızı qəbul etsin!
Və bu xəbərlər
o telekanallarda verilirdi ki, daxil olduqları Holdinqin azından 50 faiz səhm
payı yəhudilərə məxsusdur.
Bundan əlavə,
bu il qardaş Türkiyədə Bələdiyyələrdə "Alo İftar" xətti də açılıb ki, bu xidmətlə
imkansız ailələrə iftar üçün yemək verilir.
Amma gəlin
görək bizim ölkədə vəziyyət necədir.
Xalqımızın
böyük əksəriyyətinin müsəlman olduğu şəkk-şübhəsizdir. Buna baxmayaraq, elə şərait
yaradılıb ki, sanki biz Ermənistanda yaşayırıq və ölkənin də əhalisinin 99
faizi xristiandır. Ramazan ayı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq əxlaqsızlığın
yayılmasna təkan olaraq pivə festivalı keçirildi. Əvvəlki illər isə gözəllik
müsabiqəsi keçirilirdi. Ramazan ayında əvvəllər heç olmasa bir telekanalda gün ərzində
mənəvi-əxlaqi verilişlər verilirdisə, indi bu da yoxa çıxıb. Telekanallarımız obaşdan
zamanı ancaq lüt-üryanların kliplərini yayınlamaqda yarışa giriblər. İftar
vaxtındansa danışmağa dəyməz.
Hələ bu azmış
kimi, indi də Ramazan ayında dünyanın ən əxlaqsız televiziya kanallarından olan
MTVnin Azərbaycan nümayəndəliyi də açılacaq və kanalın rəsmi təqdimatı keçiriləcək.
Özü də ölkəmizdə dindar bir qəsəbə kimi ad çıxarmış Nardaranda. Əslində bu MTV
yox, Murdar TV-dir ki, cəmiyyətimizin son zamanlar əxlaqsızlaşmasında,
murdarlaşmasında fəaliyyət göstərən bəzi telekanallarımıza bir az da təkan verəcək,
dəstək göstərəcək.
Bəlkə kimdəsə
bunlar "Nə olsun?" deyə sual da doğuracaq. Amma olan odur ki, daim Türkiyənin
bayağı şou proqramlarını özlərinə ideal kimi qəbul etmiş televiziyalarımız görəsən
niyə indi Ramazan ayı ilə bağlı verilişlərin sayında qardaş ölkənin
televiziyaları ilə rəqabət aparmırlar? Niyə insanların necə oruc tutması, bu
ayın fəzilətləri barədə proqramlarında geniş yer ayırmırlar? Sadəcə bir xəbər
verdilər: Bu gün Ramazan ayıdır. Bu xəbərin müddəti isə bir neçə dəqiqədən o
yana keçmədi.
Bələdiyyələrimizin
Türkiyəli həmkarlarının yolu ilə getməsindən isə danışmağa dəyməz. Çünki bizim
bələdiyyələr heç onlara ayrılan dövlət vəsaitini belə düzgün xərcləmirlər, o ki
qaldı imkansızlara pulsuz yemək servisi edələr.
Bu sadalananlar
onu göstərir ki, Azərbaycan kimi bir müsəlman ölkəsində maraqları olan beynəlxalq
güclər, əvvəl ölkənin mənəviyyatını ayaqlar altına atıb tapdalamaq, daha sonra
isə mənəviyyatını itirmiş bir cəmiyyəti öz maraqları çərçivəsində istiqamətləndirməkdir.