Qəlbim dünyaya bağlanmışdı... Və elə hey ona səslənir, onu çağırırdı...
Hər gün qəlbim üçün bir müştəri gəlir, digəri isə gedirdi...
Beləcə, hey gəldilər və getdilər...
Amma bununla belə, heç kəs qəlbimin otağına diqqətlə baxmırdı...
O sanki kilidlənmişdi və heç kəs bu qıfılı açma bilmirdi...
Qəlbimin otağına müvəqqəti qonaq olan müştərilərinsə, hər biri bu otağa
bir irad tuturdular;
Biri dedi: Niyə bu otaq bu qədər ah-naləlidir?
Başqası dedi: Bu otağın divarları niyə bu qədər qaradır?
Bir başqası: Buranın işığı niyə bu qədər zəifdir?
Digəri isə: Sanki, hər daşında qəm-qüssə, matəm yatıbdır.
Onlar getdilər mənsə otağımda yalnız qaldım... Və bu zaman səsləndim:
"Allahım Sən mənim qəlbimi alarsanmı?"
Və həmin günün səhəri Allah qəlbimdə məskunlaşdı, arxasınca da bütün qapıları
bağladı.
Mənsə qapımın üstünə yazdım
"Bağışlayın, artıq sizin üçün yer yoxdur, bundan sonra Ondan başqa kimsəm
yoxdur!"