Ermənilər. Bu bizim əzəli və əbədi problemimizdir. Onlar bizim tarixi
düşmənimizdir və bu düşmənlik heç zaman bitməyəcək. Bu məntiqi qəbul
etməyən məncə kimsə yoxdur. Hamı bu problemi əlində bayraq tutub Azərbaycandan o ki var istifadə edir. İstər dostlar, istərsə də
düşmənlər.
Bu düşmənçilik haradan başlanır
Sondan başlasaq 20 ildir Azərbaycan olaraq terrorun, müharibənin
içindəyik. Gözümüzü "atəşkəs pozulub" xəbərsiz açdığımız gün olmur.
Ölkədə yalnız müharibə vəziyyəti deyil, daimi bir böhran halı da var.
Qəzetlərə, televiziyalara baxdıqda, hər gün başqa bir hadisə görürük.
Artıq cəmiyyətimizin bu hadisələri həzm edəcək gücdə deyil. Səbir kasası
daşıb artıq. Yalnız müharibə şəraiti deyil, cəmiyyətdə elə bir
gərginlik var ki, küçələrdə yaranan tıxaclarda belə insanlar az qala
bir-birlərini öldürürlər. Adi xırda bir problem belə ABŞ-İraq
müharibəsinə bənzəyir. Az qala qonşular bir-birinə qənim kəsiliblər.
Ölkə daxilində bir regionlaşma ab-havası var. İnsanlar tanış olanda
bir-birilərindən ilk olaraq "haralısan" deyə soruşurlar. Talışsan,
ləzgisən, türksən, kürdsən, sünnüsən, şiəsən... İllərdir bizi
aldatdılar. Şovinist şəkildə hazırladılar bizi bu günlərə. Müxtəlif
siyasətlər tətbiq olundu, müxalif səslər susduruldu, rəsmi ideologiya
xaricində heç kimə göz açdırılmadı. Nəhayət, elə fanatik, elə cahil,
məlumatsız bir cəmiyyət ortaya çıxdı ki, son dərəcə pessimist bir
cəmiyyət olduq. Bu cəmiyyət, hüquqsuzluq üzərinə tikilmiş bir sistem
üzərində irəliləyir. Məhkəmələrin vəziyyətini görürsünüz. İnsanların son
sığınacaq yeri olan hüquq. Ora da artıq güvənli deyil. Siyasətçilərə
belə zərrə qədər güvən qalmamış bir cəmiyyətə sahibik. Bəsdir, artıq
insanlar buna dözə bilməz dedikdə, hamı sənə ikrah hissi ilə baxır.
"Bunun da başı xarab olub" deyirlər. Xeyr, başım xarab olmayıb. Bunu hər
kəs söyləyə bilər, bu bir az vicdan işidir.
Hirs cəmiyyəti bölürmü?
Əvvəllər ermənilərə qarşı insanların içərisində bir hirs var idi, artıq o
hirsi insanlarımız bir-birinə yönəldib, bu çox qorxuludur. Mübariz
insanlar artıq hər şeydən çəkilib, evlərini satıb xaricə köçürlər. Və
siyasətçilərin buna diqqət yönəltməməsini başa düşə bilmirəm. Belə bir
Azərbaycanmı istəyirik biz? Bununlamı biz özümüzü regiondan lider dövlət
olaraq görürük? Qonşularla "sıfır problem" gözəldir, amma öz daxili
problemini təmizləmədiyin müddətdə, hər zaman təcavüzə, istifadə
edilməyə açıq bir ölkə olacaq, hər vaxt vurulmağa açıq bir ölkə olacaq.
Biz bunu unutmamalıyıq. Ermənilərlə problemimiz bilmərrə həll edilməmiş,
regional güc olmaq boş söhbətdir. Çünki bu problem bizim zəif
nöqtəmizdir. Kim istəsə bu problemdən istifadə edib, bizi istədiyi
şəkildə idarə edəcək.
Siyasətçilər niyə razılaşa bilmir?
Çox gülüncdür. Heç kəs Qarabağ barədə barədə düşünmür. Nə iqtidarı, nə
müxalifəti. Hamı "kreslo" davası edir. Müxalifət fikirləşir ki, görəsən
necə edə bilərəm parlamentdə filan qədər yer əldə edim. İqtidar isə
fikirləşir ki, necə edim seçkiləri bu ildə saxtalaşdırım, xarici
təşkilatlara da bu saxta nəticələri sırıyım. Amma Qarabağ... Yenə qeyd
edirəm, bu barədə düşünən yoxdur. Nə iqtidarlı, nə müxalifətli başlar
bir dəfə baş-başa gəlib ölkəni ayağa qaldırıb düşmənləri lərzəyə
gətirmək istəmirlər. Niyə bəylər? Niyə göz bəbəyimiz olan Qarabağımızı
qartal yuvasını sevən qədər sevmirsiz? Yaxşı, tutaq ki, iqtidar bu
məsələdə passivdir. Bəs müxalifət? Bu təkcə AXCP, Müsavat, ADP, AMİP, KXCP, QAT, Ümid vəs. məsələsi deyil. Bu hər şeydən üstündür.
Bundan reytinq qazanmaq üçün istifadə etməyin özü ədəbsizlikdir, bu
ölkəni intihara sürüməkdir. Siyasətçilərimiz seçkini bir kənara atıb,
təcili olaraq toplanıb bütün ölkə üzrə Qarabağı müdafiə aksiyaları
keçirməlidirlər. Oturub romantik analizlər verməkdən imtina etmək
lazımdır. Demirsiz iqtidar filan prinsiplərlə torpaqları satır, siz
qoymayın də satsın. Bəs siz niyə susursuz, guya sizin bəyanatlarınızı
saya salan var. Amma böyük xalq kütləsinin səsini hələ indiyə kimi saya
salmayan olmayıb. Bizim bir Vətənimiz var. Onun bir parçası isə
Qarabağdır. O Qarabağ ki, onun adı üçün dünən 3 topa görə bütün
Azərbaycan sevinc göz yaşları axıdırdı.
Bu nəylə bitəcək?
Sizə çox acı bir həqiqəti söyləyim. Əgər bir gün məscidin birindən bir
cənazə qalxsa, bir məmurun, bir generalın oğlu müharibədə ölsə, bax o
zaman bu müharibə barədə bəlkə düşünən oldu. Həmişə ön cəbhəyə kasıbın
füqəranın, kəndlinin uşağı gedir. Mən artıq buna dözə bilmirəm. Bir
qadın olaraq dözə bilmirəm. Bu analar şəhid cənazəsinə sarılıb
ağlayarkən qəhərə boğuluram. Bu gün 3 il əvvəl ölən uşaqlarımızın adını
ailəsindən başqa xatırlayan varmı? Bu hadisəni artıq ölüm ədəbiyyatından
çıxarıb şüurlu bir şəkildə düşünməyimiz lazımdır. Bu ölənlərin hamısı
bizim övladımızdır. Bəsdirin küçələri pivə, araq, lüt qız reklamları ilə
doldurdunuz. Bəsdiri televiziyalarda iyrən verilişlərlə gənlərimizin
əxlaqını korladınlz. Bəsdirin bu xalqın vətənpərvərlik hisslərini
öldürdünüz. Bayaq dediyim kimi, bir generalın, bir məmurun oğlu ölsə,
küçələri doldurarsız şəkillərlə, televiziyaların gündəmindən düşməz,
hələ bəlkə matəm də elan edərsiz. Amma o cür qəhrəman igidimiz şəhid
olub, hamısının gözü bağlanıb, qulaqları kar, dilləri lal olub. Bir
məmur danışmır Mübariz İbrahimovdan. Niyə danışmırsan Səfər Əbiyev,
məgər Mübariz İbrahimov sənin əsgərin deyil, niyə əsgərinin meyidini
yağı düşməndən almırsan? Cəsarətin çatmır? Ya qorxursan ki, atəşkəs
dövründə Azərbaycan əsgəri onlarla erməni öldürdüyü üçün və sən də onun
bu qəhrəmanlığından danışdığın üçün beynəlxalq təşkilatların qınağına
tuş gələsən? Allahın lənəti olsun bütün beynəlxalq təşkilatlara və
onların himayədarlarına. Məgər onlar gətirməyiblər bu oyunu bizim
başımıza? Lap əcəb edib öldürüb ermənini, nə vaxtdan düşmən öldürmək
cinayət hesab edilib. Mən də oğlumu o ruhda böyüdəcəm. Böyüdəcəm ki,
əsgər olanda səngərdə, postda yatmasın, gedib düşmən içinə girib
Mübarizin qəhrəmanlığını təkrarlasın, onun ruhunu şad etsin. Siz isə,
məmurlar, susun. Susun ki, hakimiyyətiniz davamlı olsun, kabinetiniz
əlinizdə qalsın. Şəhid qardaşımızın ruhu isə şad olsun, şad olsun ki, bu
xalq QƏHRƏMAN ÖVLADLARINI heç vaxt unutmur. Unudanlar və unutduranlar
isə bir gün unudulacaq, buna əmin olun!
|