İşdən çıxıb evə tələsirəm. Birdən səslənən mobil telefonumun zəngi iti addımlarımın sürətini azaldır, sanki. Telefonun ekranında gələn nömrəni görüb işin nə yerdə olduğunu anladım. "No" düyməsini sıxıb, təzədən özüm həmin nömrəni yığdım... Nəhayət, aptekə girib, satıcıya 5 ədəd 4 nömrə, 5 ədəd də 2 nömrə "pampers" sifariş etdim. Bu zaman yarıyaş bir qadın təngənəfəs içəri daxil oldu. Onu bir gənc oğlan da müşahidə edirdi. Qadın heç kimə məhəl qoymadan soruşdu: sizdə idmançılar üçün nəsə var? Satıcı dəqiqləşdirmək üçün, ay xala nə istəyirsiniz, adını deyin, deyə səsləndi. Xala ətrafına göz gəzdirərək; kiçik oğlum polisə işə düzəlir, ondan 8 dəfə çəkinməyi tələb edirlər. Heç olmasa 6 dəfə çəkinməlidir. Bu isə cəmi 4 dəfə çəkinə bilir. İndi istəyirəm ki, elə bir şey verəsiniz ki, o özündə güc tapıb heç olmasa 6 dəfə çəkinsin. Satıcı: Bizdə belə şey olmur, siz idmançılara müraciət edin. Yaxşı olar ki, idmana getsin, orada hər şeyi öyrənər. Çəkinmək üçün onun texnikasını bilmək lazımdır. Xala başını bulayıb deyir: Ay bala düz üç aydır ki, idman müəllimi tutmuşuq. İmtahana iki gün qalır, bu müddətdə cəmi 4 dəfə çəkinməyi öyrənib. Nəhayət xala heç bir şey tapmayıb məyus halda apteki tərk etdi.
Səhəri gün; Yenə işə tələsirəm. Heydər Əliyev prospekti tamam bağlanıb. Hamı əsəbi görünür, kimi marşrutda istidən, kimisi işə tələsdiyi üçün. Yavaş-yavaş qadınlar deyinməyə başlayır. Kişilər isə nədənsə qorxurlarmiş kimi ancaq özləri ilə danışırlar. Artıq 30 dəqiqə arxada qalıb. Dəqiqələr saatın tamamına tərəf irəliləyir, amma yolun açılmasından xəbər yoxdur. Nəhayət marşrutdan düşüb piyada getmək qərarına gəldim. Uzun yolu qət etdikdən sonra, məlum oldu ki, yeni tikilməkdə olan əyləncə mərkəzinə kimsə gəlib...
İşə çatıb gecişdiyim üçün üzr istəyib səbəbini izah etməyə çalışdım. Amma iş yoldaşlarım hadisədən məlumatlıdırlar. Çünki, onlar da eyni olayın şahidi olublar.
Kompüteri işə salıb, xəbər portallarını vərəqlədim. Bütün internet qəzetləri ABŞ dövlət katibi Hilları Klintonun region səfərini manşetə çıxarıb. "Xanım Klinton Bakıda gənclərlə görüşdü" adlı məlumat diqqətimi çəkdi. Tez kompüterin "siçanı"nı həmin xəbərin üstündə sıxıb, oxumağa başladım. Azərbaycanda rəsmi şəxslərdən sonra Klinton "Dalğa" təşkilatının sədri Ramil Hacılı ilə görüşüb.
Qeyd: "Dalğa" təşkilatı Bakıda, digər şəhər və rayonlarda gənclərin pozulmasına misilsiz xidmətlər göstərir. Millət vəkili Asim Mollazadə bir dəstə şüursuz uşaqları başına yığıb ölkədə masonluq ideyalarını yayır.
...müxalifət düşərgəsində, vaxtı ilə Buşun şəkilini sinələrinə sıxıb küçələrə tökülən insanlara bu mənada yazığım gəldi. Xanım Klintonun əlini sıxmağı özlərinə dünyanın ən böyük şərəfi hesab edənlər buna nail ola bilmədilər. Ramil Hacılı səviyyəsində keçirilən görüş, Amerikanın Azərbaycana göstərdiyi önəmi nümayiş etdirir. Belə halları sadalamqla qurtarmır. Heç təəccüblənmək də lazım deyil, ona görə ki, bura Bakı, baş verənlər isə Azərbaycan reallıqlarıdır.
|