Dünən
bir, bu gün iki, sabah üç... və sair və ilaxır. Onların sayı bir-bir
atır. Və fəaliyyətləri
də uzun olmur. Bir müddət göstərdikləri fəaliyyətə görə, Amerikadan,
Avropadan,
Soros Fondundan qrant alırlar. Cani-dildən fəaliyyət göstərirlər. Amma
nədənsə
tez sönürlər. Nədənini yəqin ki, özləri də bilir. Onlar və onların
himayədarları
dəqiq bilirlər ki, bu xalqın imanını pulla satın almaq olmaz,
dəyişdirmək də
olmaz. Sadəcə bir-iki nəfərdə bəzi şübhələr yarada bilərlər ki, bu da
onların
dindən, İslamdan uzaqlaşmasına yox, yaranan şübhələrinə cavab üçün
alimlərə
müraciət etməyə yönəlir.
Nə
isə, keçək əsas mövzuya. Bir müddət əvvəl Peyğəmbəri təhqir etməyə cəhd
göstərmiş
"Sənət" qəzetinin davamı olaraq, "Unikal" adlı bir kağız parçası da bu
yolla
getməyə qərar verib. Qərar verməsi bir yana, hətta onu himayə edənlərin
kimliyi
bilinməsə də, onlara o qədər arxayındır ki, kimlərisə təhdid etməkdən
belə çəkinmir.
Artıq
bir neçə nömrədir, İslam düşməni Salman Rüşdünün "Şeytan ayələri"
kitabının dərcinə
başlayan qəzetin rəhbəri Eldəniz Elgünün məqsədi tamamilə aydın görünür.
(Daha
doğrusu yazının sifarişinin hansı səfirlikdən verildiyi aydın görünür)
Başı
kolda olmasına baxmayaraq, quyruğunun çöldə qalmasının fərqində deyil.
Fikir
verin, Eldəniz Elgün hay-küylə qəzet buraxır, amma qəzetinin bir nəfər
də
işçisi yoxdur. Qəzet tamamilə imzasız yazılardan ibarətdir. Bu isə onu
göstərir
ki, bu qəzet də digəriləri kimi sadəcə bir neçə məqalə dərc edib,
ölkədəki
sağlam mənəvi düşüncəni sarsıtmağa yönəlib. Ki, bu da başqaları kimi ona
da müyəssər
olmayacaq.
Yaxşı
yadımdadır. İlk əvvəl "Sənət" qəzetində sözügedən yazı dərc edildikdə,
bir neçə
nəfər mömin qəzetin rəhbəri Samir Sədaqətoğlu ilə stol arxasında oturub
söhbət
etmək qərarına gəldilər. Bu məqsədlə ona zəng vurdular və Yazıçılar
Birliyinin
binasının 3-cü mərtəbəsində çayxanada oturub söhbət etdilər.
Razılaşdılar ki,
yazının dərci dayandırılsın. Amma baxın sonra nə oldu. Samir Sədaqətoğlu
elə
növbəti saydaca yazdı ki, dindarlar məni ölümlə təhdid edirlər. İndi
Eldəniz
Elgün də həmin yolu gedir. "Redaksiyamıza sabah səhər 11-də basqın
edəcəklər"
deyə fəryad qoparır. Qalır bir dənə sabah qul bazarından 5-10 nəfər
tutub gətirib
redaksiyanın altını üstünə çevirtdirib "Bizə basqın etdilər" - deyə
mətbuat
konfransı keçirmək.
Eldəniz
bəy! Özünə hörmət edən kəs, belə ucuz şoularla, İslamı təhqirlə ailəsinə
çörəkpulu
qazanmaz. Ən azından ona görə ki, bu günə kimi heç kəs bu yolla
qazandığı pulu
axıra kimi yeyə bilməyib. Əgər inanmırsansa bu sahədə təcrübəsi olan
Rafiq
Tağıdan məsləhət ala bilərsən.
Hərçənd
elə mən inanıram ki, sənə bu sahədə Rafiq Tağı məsləhət verir. Deyir
Samirlə mən
edə bilmədim indi sən davam et.
Adətən
polislər cinayəti araşdırarkən ilk öncə "Vuran qaçar, vurduran gələr"
prinsipinə
üstünlük verirlər. Eldəniz Elgünün qəzetinə dəstək məsələsində də belə
oldu.
Daim Azərbaycanda dini qarşıdurmalar yaratmaqda maraqlı olan "Azadlıq"
radiosu dərhal
Eldəniz Elgünü və Rafiq Tağını studiyalarına dəvət etdilər. Onlar da
oradan
dolayısıyla "əcəb etmişik" mesajını verdilər. Bu sahədə birbaşa günahkar
olan
Dini Komitə isə yenə də susur. Cənab Hidayət Orucov, icazə verin
şübhələnək ki,
bu yazının sifarişi birbaşa sizin idarədən verilib. Yoxsa, adi bir
qəzetin ölkədə
böyük əksəriyyətin dini inancını təhqir etməsinə və onun da
rəhbərliyinin əl-qol
sallayaraq "Ağanəzərəm, belə gəzərəm" prinsipi ilə meydan sulamasına və
sizin də
buna seyrçi qalmağınıza başqa ad vermək olmaz.
Şəxsən
mənim üçün maraqlıdır ki, bütün dünyada ümumiyyətlə İslam vurulur, amma
Azərbaycanda
İslamın məhz şiə məzhəbi vurulur. Eldəniz kimilər heç vaxt Azərbaycan
gənclərinin
elmini istismar edən qondarma nurçuluqdan, vəhhabi terrorçularından
yazmırlar.
Onların Azərbaycan üçün hansı bəlalar gətirdiyinə diqqət etmirlər. Amma
yüz illərdir
formalaşmış dini inancımızı təhqir edirlər. O dini ki, onların
ata-babaları da
məhz həmin dində olublar. Belə çıxır ki, onda Şah İsmayıl Xətailər,
Cavad
xanlar, Nizamilər, Füzulilər, Nəsimilər, Vidadilər, Vaqiflər,
Şirvanilər,
Sabirlər, elə Eldənizlərin ata-babaları da səhv ediblər, Quran
oxuyublar, gərək
hillarilərin dediyi ilə otutub-duraydılar. Necə ki, indi nəvələri oturub
dururlar,
sarıqulaqların diktəsi və pulları ilə həm özlərinin, həm də xalqın
milli-mənəviyyatını
satırlar, məhv etmək istəyirlər
Bir
də ki, qəribə olan başqa məsələdir. Görəsən nəyə görə, Azərbaycanda
İslam təhqir
ediləndə daim şiə məzhəbi narahatçılığını bildirir? Heç əsl İslamı
yaydıqlarını
iddia edən nurçular, vəhhabilər etiraz etmirlər. Peyğəmbər təhqir olunur
susurlar, Quran təhqir olunur susurlar. Bəs harada qaldı onların İslam
təəssübkeşliyi?