Quranın
elmi möcüzə bəhsinin ardınca, xüsusi
mövzuda elmi möcüzələr bəhsinə başlamazdan əvvəl, Allah-taalanın
özünün Quranda buyurduğu əzəmətli əlamət və nişanələrini sübut edən ayələrdən
bir neçəsinə işarə etmək istərdik. Ağıl və
hikmət sahibləri bu əlamətlər haqqında təfəkkür etsələr,
daha tez nəticə ala bilərlər. Allah-taala
insanları düzgün yola tərəf dəvətdən ötrü belə əlamətləri Quranda qeyd etmişdir.
Bəlkə insanlar qəflət yuxusundan ayılıb kimin tərəfindən
yarandıqlarını və hansı aləmdə qarar tutduqlarını dərk etsinlər.
O ayələrdən aşağıdakıları qeyd etmək olar:
1.
Sizi (atanız
Adəmi) torpaqdan yaratması,
sonra da sizin (hərənizin)
bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət
əlamətlərindəndir. (Rum
surəsi-20)
2.
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə,
öz cinsinizdən zövcələr xəlq etməsi,
aranızda (dostluq)
sevgi və mərhəmət yaratması da Onun qüdrət
əlamətlərindəndir. Həqiqətən,
bunda (bu
yaradılışda) düşünən
bir qövm üçün ibrətlər vardır! (Rum
surəsi-21)
3.
Göylərin və yerin yaradılışı,
dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun
qüdrət əlamətlərindəndir. Şübhəsiz
ki, bunda bilənlər
(ağıl və elm sahibləri)
üçün (Allahın
vəhdaniyyətinə, Onun hər
şeyə qadir olmasına dəlalət edən) nişanələr
vardır! (Rum surəsi-22)
4.
Gecə və gündüz yatıb dincəlməyiniz
(gecə istirahət etməyiniz,
gündüz əlləşib çalışmağınız),
nemətindən ruzi (qismətinizi)
axtarmanız da Onun qüdrət əlamətlərindəndir.
Həqiqətən, (öyüd-nəsihət)
eşidənlər üçün bunda ibrətlər vardır!
(Rum surəsi-23)
5.
Sizə həm qorxu, həm
də ümid verən (sizi
vurmasından qorxduğunuz, dalınca
isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı
göstərməsi, göydən
yağmur endirib məhv etdikdən sonra (onunla)
torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir.
Şübhəsiz ki, bunda
ağılla düşünən bir qövm üçün ibrətlər vardır. (Rum
surəsi 24)
6.
Göyün və yerin Onun əmrində durması,
sonra sizi bircə dəfəçağıran kimi dərhal yerdən
(qəbirlərinizdən dirilib)
çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
(Rum surəsi-25)
7.
Göyləri, yeri
və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir.
Allah istədiyi vaxt (qiyamət
günü) onları bir yerə yığmağa
qadirdir! (Şura
surəsi-29)
8."Bizim ayələrimiz
(qüdrət nişanələrimiz)
barəsində mübahisə edənlər (qəbul
etməyənlər) bilsinlər
ki, onlar üçün
(əzabımızdan) qaçıb
can qurtarmağa heç bir yer yoxudur!"
(Şura surəsi-34)
Əlbəttə,
bəri başdan onu da qeyd etmək lazımdır ki, bəzi qəlbi korlara
yüzlərlə belə əzəmətli əlamətlərdən və möcüzələrdən dəlil gətirəsən,
yenə də müxtəlif bəhanələrlə Allah-taalanın
varlığına va Onun yolladıqlarına inanmayacaqlar. Ən
azı ona görə ki, belə insanların qəlbləri
günahın çoxluğundan möhrlənib, artıq
insaniyyət məhvərindən çıxıb tam heyvaniyyət aləmində və bəlkə də ondan da
aşağı səviyyəli həyat tərzi keçirməklə qəflətdədirlər. Quranda
bu haqda oxuyuruq: "Onların
qəlbləri vardır, lakin
onunla (Allahın birliyini sübut
edən dəlilləri, özlərinin
dini borc və vəzifələrini) anlamazlar.
Onların gözləri vardır,
lakin onunla (Allahın
möcüzələrini) görməzlər.
Onların qulaqları vardır,
lakin onunla (öyüd-nəsihət)
eşitməzlər. Onlar
heyvan kimidirlər, bəlkə də,
(ondan) daha
çox zəlalətdədirlər. Qafil
olanlar da məhz onlardır!" (Əraf
surəsi, 179)
Onu qeyd etmək yerinə düşər ki, bu
gün əllərinə qələm alıb, Allahın
onlara verdiyi nemətlərdən istifadə edən halda hətta, Allah-taalanın
mübarək adının kiçik hərflə yazmağa cürət edənlər bilsinlər ki,
Allah-taalanın dünyada onlara
bəxş etdiyi azadlıq və ixtiyarlı olmaq imkanından istifadələri müvəqqətidir.
Allah-taala onlara yalnız,
dünya həyatında möhlət verir. Amma,
gün gələcək o möhlət sona yetəcək! Necə
ki, Quranda oxuyuruq:
"Küfr edənlər onlara verdiyimiz möhləti heç də
özləri üçün xeyirli sanmasınlar! Bizim
onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür.
Onlar alçaldıcı bir əzab görəcəklər!"
(Ali İmran surəsi, 177)
Nəhayət, Allah-taalanın
digər bir ayədə bu haqda and içməsi mövzunun daha da ciddi olmasına dəlalət
edir. Quranda oxuyuruq:
"And olsun yağış sahibi olan göyə;
And olsun (növbənöv
bitkilər yetirmək üçün) yarılan
yerə ki; Bu
(Quran haqla nahaqqı) ayırd
edən kəlamdır! O,
oyun-oyuncaq
(əyləncə) deyildir!
Həqiqətən, (imansızlar
Quranın nurunu söndürmək üçün) hiylə
qurdular. Mən də
(hiylələrinə qarşı) onlara
cəza verirəm. Elə isə
(ya Peyğəmbər!) kafirlərə
möhlət ver! Onlara
azacıq möhlət ver!" ("Tariq"
surəsi 11-17)