Son günlər durmadan bu barədə düşünürəm. Sosial rifahımız yüksək olsa idi, hansı problemlər barədə düşünərdik. Məgər aztəminatlı ailələr, onların sosial planda müdafiəsi, uşaq hüquqlarının (təhsil, səhiyyə və s.) pozulması, sosial təminat sistemindəki axsaqlıq və s. bu qəbildən olan problemləri geridə qoymağın vaxtı çatmayıbmı?! 21-ci əsrin Azərbaycanında artıq yaşayış minimumunun 87 manat yox, daha yüksək olmaq vaxtı deyilmi?! İnsanların asudə vaxtlarının səmərəli təşkili, sosial faəliyyətlərinin artırılması, ailələrin gücləndirilməsi barədə fikrləşmək vaxtı nə zaman çatacaq?! Biz hələ də təhsildə, səhiyyədə, sosial təminat idarələrində olan problemlərdə qalmışıq. Biz hələ işsizlik probleminə bir həll tapa bilməmişik. Biz hələ ömrünün son günlərini yaşayan ahıl insanımızın maddiyyat problemini həll edə bilməmişik. Halbuki, biz artıq ahıl vətəndaşlarımızın psixoloji və mənəvi durumları barədə düşünməli idik. Biz hələ fiziki cəhətdən qüsuru olan əlil vətəndaşlarımızı cəmiyyətə inteqrasiya etdirə bilməmişik. Məgər inklüziv təhsil barədə daha ciddi düşünməyin vaxtı çatmayıb?! Parklar, xiyabanlar, nəqliyyat vasitələri və bir çox başqa idarələrdə (əlillərin işləri ilə birbaşa məşğul olan idaralələrdə belə) əlillərin sərbəst hərəkəti üçün şəraitin olmadığını görəndə düşünürəm ki, yəqin biz insan olaraq artıq bir-birimizə qarşı laqeydsizləşmişik. Bu şəraiti yaratmaq elə də çətin iş deyil. Azərbaycan vətəndaşı kim mən ötən il konstitusiya dəyişikliyinə aid referendumda "sosial yönümlü"lük məsələsinə səs verəndə məhz bu problemləri göz altına alıb səs vermişdim. Fikrləşirdim ki, sosial yönümlülük tezliklə sosial sferada istənilən problemin üzərinə işıq salacaq. Bütün bunları etmək o qədər də çətin deyil. Sosial işin texnologiyasını işə salmaq lazımdır. Yuxarıda sadalanan problemlərin həllinə küllü miqdarda pul da lazım deyil. Sadəcə probemlərə yanaşma tərzi dəyişməlidir. Biz öz vətəndaşlarımızın qayğısına qalmalı, onun sosial rifahını yüksəltməliyik.
salm aleykum bir cox meqalelerini oxumusam coxsu siyasetle baglidi problemi ortaya qoyub o haqda yazirsiz.umumiyyetle goturende 70%yaxsi yazirsan ama basqa movzularada uz tutsan sad olardim birin dovlet problemleri haqqinda yazan o birini basqa movzuda yazin deyisiklik olun.tesekkurler sagolun.cavab