ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ADP AZƏRBAYCANIN ADININ DƏYİŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR | KORRUPSİONERİ, RÜŞVƏTXORU BAĞIŞLAMAQ OLARMI? | AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR? | POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Cəmiyyətlərin əcəli
22/05/2009 - 16:58
aqilmehdi@gmail.com

Aqil Mehdi
Qurani-Kərimə görə, cəmiyyətlər də fərdlər kimi bir orqanizmdir. İnsan fərdlərinin müəyyən bir ömürü, müddəti olduğu kimi, cəmiyyətlərin də müəyyən bir ömürü, müddəti vardır. İnsan kimi cəmiyyət və dövlətlər də doğular, böyüyər və ölər. Heç bir kəs, özü üçün təyin olunan müddətdən az, ya da çox yaşaya bilməyəcəyi kimi ("Münafıqun" surəsi, ayə 11), heç bir cəmiyyət və xalq da müddətlərindən çox yaşayıb suveren ola bilməz. Cəmiyyətlərin əcəli, yəni çökmı zamanı gəlincə, bunun bir anlıq da olsa, önü alınmayacağı kimi, arxada qoyulmayacağı da bildirilir. Müddətlərini dolduran ümmətlər və xalqlar, tarix səhnəsindən silinər və suverenliklərini itirər, başqa xalq və rəhbərliklərin suverenliyi altına girərlər. "Hər bir millət və dəstə üçün (dünya həyatından müəyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər." ("Əraf", surəsi ayə 34)

Əvvəli http://faktxeber.com/yazar_25_205_B601351601ri%20nizamlar305n%20sonu%20art305q%20yax305nla351305b.html


Yüksəlmə və suverenlik müddətlərini dolduran xalqlar, əxlaqi degenerasiyaya uğrayınca, Allahın cəzasını qazanarlar, ya tamamilə həlak edilib tarix səhnəsindən silinər və ya suverenliklərini itirərlər .

"Əlbəttə, sizdən öncə ilahi ənənəyə əsasən (kütləvi məhv etmələr) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın təkzib edənlərin aqibətinin necə olmasına baxın." ("Ali İmran" surəsi, ayə 137)

 

Zalım və istismarçı dünya dövlətlərinin zəngləri çalınır

 

Hakimiyyət, rəhbərlik küfrlə davam edə bilsə də, zülmlə davam etməz. Tarix bu həqiqətin hər əsrdəki şahididir. 20 il əvvəl Əfqanıstan işğalı və oradakı zülmlərdən dərhal sonra Sovetlər Birliyi yıxılmışdı, indi İraq və Əfqanıstan işğalıyla Amerika intihar ipini öz boğazına keçirməkdədir.

Yalnız Amerika deyil çökmə müddətinə girən; onun rəhbərliyi altında olan zalım və istismarçı dünya dövlətlərinin də zəngləri çalınır. Bütün bəşəri nizamlar müflisləşir. Zülmlə çox uzun müddət payidar qalmış tək bir dövlət göstərilə bilməz. Mülkün təməli ədalətdir, binanın təməli yıxılınca bina da özbaşına çökəcək. Bu İlahi bir qanundur. Zülm və istismar bir rəhbərlikdə əsas olunca, böhranlar İlahi bir xəbərdarlıq olaraq yaxınlaşan faciəvi sonu xəbər verir.

ABŞ-da başlayıb onunla eyni yatağa girən, onunla əlaqə içindəki "ABŞ"ları (qulları) arasında sürətlə yayılan iqtisadi böhran adlı öldürücü virus, yalnız iqtisadiyyatı deyil, bütün xəstəlikli bəşəri ideologiya və nizamları ölümə məhkum etməkdədir. Sosioloji İlahi qanun qışqırmaqdadır ki, gücün haqlılığı deyil, haqlının güclülüyü ortaya çıxacaq. İnsanlara davamlı istehlak etməyi və tükənməyi təşviq edən, israf və faizə söykənən istismar nizamı olan Kapitalizm son çırpınışlarıyla S.O.S. siqnalları verməkdədir. Quantanamo və Əbu-Qureyblərdəki işgəncə mühitinin, İraq və Əfqanıstan işğalının və bütün dünya insanlarını filmləriylə yatırdıb, kokain kimi keyidərək kölələşdirən bir zehniyyətin suverenliyi əlbəttə uzun sürməz.

 

Yaxınlarda canavar, öz uşaqlarını yeyərək həyatını davam etdirməyə çalışacaq

 

Elə indidən, böhran yarasını sarımaq üçün xərclənən əməliyyat xərci 4 trilyon dollara çatıb. ABŞ-ın ayırdığı miqdar 1.3 trilyon dollara yüksəlib. Yalnız Avropanın ayırdığı miqdar 2,5 trilyon dollardır. Almaniyanın ayırdığı miqdar 680 milyard dollar. Bu rəqəmlər böyüyəcək. Allah üçün, insanlıq üçün, acların doyması, susuzların suya qovuşması üçün xərclənməyən pullar, haralara və kimlərə gedir? Bu pullar istehsala, qidaya, insanların həyat standartını qorumağa getmir. Haram pullar pul ataları tərəfindən xortumlanır. Kapitalizm öz nizamından bəslənərkən, bir tərəfdən də öz rejiminin sonunu gətirən "böyük şirkət" və "bank" adlı vampirləri bəsləməyi həll yolu sanır. Qurtarma paketləriylə qurtarılanlar da, çöküşün hazırlayıcılarıdır. Cəlladını qurtarmağı qurtuluş sanır, həlakını gözləyən Qərb. Xalqdan alacağı əlavə vergilərlə və dünya ölkələrindən götürəcəyi borclarla böhranın səbəbkarı böyük şirkətləri və bankları qurtarma dərdindədirlər. İnsanın çaşmağına bənzəyir; atəşə benzin daşıyıb tökərək, yanğını söndürəcəyini zənn edər. Yaxınlarda canavar, öz uşaqlarını yeyərək həyatını davam etdirməyə çalışacaq; qeyri-qanuni uşaqlarına eşitdirilir. Sual oluna bilər: "bunlar kimlərdir?". Atalarının Buş olduğunu söyləyən tağutları tanımaq, bu gün o qədər də çətin deyil. Azacıq diqqət kifayətdir. Bir problem onda ola bilər ki, artıq onların bəziləri "sənədlərini" dəyişdiriblər və yeni atalarının adı Obama olaraq təxmin edilir, kim bilir bəlkə də Mak Keyndir.


Amerika özüylə birlikdə Asiyanı, Avropanı, Latın Amerikasını çökdürür

 

Baxın super güc(!) Amerikanın halına; iqtisadiyyat batmış vəziyyətdə. Heç bir ölkə ABŞ iqtisadiyyatına xilas üçün qaynaq axtarmır. Yüz minlərlə insan işsizlik durumundadır.

Banklar batır, nəhəng şirkətlər çökür, ABŞ bütün dünyadan pul dilənir. Bir gündə birjalarda 1 trilyon dollar itirilir. Xarici borc 10 trilyonu aşıb.

1973-cü ildən bu yana sənaye iqtisadiyyatdan maliyyə iqtisadiyyatına keçən ABŞ-ın yenidən köhnə halına dönməsi çətindir. Çünki sərmayəsi buna icazə verməyəcək. 1973-cü ildən bu yana,lərin baş verdiyinə qısaca bir nəzər yetirək: təxminən 17 min ABŞ şirkəti xaricilərə satılmış, dəmir-polad, tekstil, avtomobil, elektronik sənaye sürətlə geriləmiş. Yalnız 2007-ci ildə Çindən 321 milyard dollarlıq mal alınmış, 62 milyard dollarlıq satılmış. 2000-2005-ci illər arası 3 milyon yüksək ödənişli işçi itkisi yaşanmış. Yalnız bu ilin fevral ayında 63 min adam işini itirmiş. İxracatının yüzdə 20-ni ABŞ daxilindəki xaricilər edir. 2004-cü ildə Çin və Hindistan 950 min mühəndis yetişdirərkən ABŞ yalnız 70 min yetişdirə bilmiş.

Sadalanan faktlar belə davam edir. Onu da unutmayaq, seçki dövründə Respublikaçı namizədi dəstəkləyən şirkətlərlə Obamanı dəstəkləyən şirkətlər az qala eyni idi.

21-ci əsri maddi rifah içində keçirəcəyini sanan ABŞ xalqının rifah səviyyəsi sürətlə gərilir. Dünya, "Amerika necə xilas olar"ı müzakirə edərkən o, özüylə birlikdə Asiyanı, Avropanı, Latın Amerikasını çökdürür. Çöküşünün maddi zərərini dünyaya faktura etməyə çalışır. Təhdid və şantajlara müraciət edir.

 

davamı var

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...

n

16/08/2011 TUĞRA NƏDİR?

n

02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

14/06/2011 AZADLIQ, BAKIDA SOYUNAN BİR QADIN HEYKƏLİDİR

n

01/06/2011 İBNİ FAZİL KİMDİR?

n

21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ

n

26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM

n

15/12/2010 VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ

n

11/12/2010 AZƏRBAYCAN PETRİOTLARI

n

06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"

n

25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ

n

13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ

n

04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net