ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
"ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR | TANER YILDIZ: TÜRKİYƏ İLƏ İRAN MÜNASİBƏTLƏRİ SON DƏRƏCƏ SƏMİMİDİR | İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ | İCTİMAİ PALATA 2012-ci İL PLANLARINI ƏKS ETDİRƏN SƏNƏD QƏBUL ETDİ | ABŞ-IN XƏZƏR MARAQLARI REALDIRMI? | DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video) | FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR | ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN" | MİSİRDƏ GİROV GÖTÜRÜLƏN AMERİKALILAR SƏRBƏST BURAXILIB | "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ" |

Bizimlə Əlaqə
Foto Xəbər
ENRİKE QOMEZ DE MOLİNANIN HEYRƏTAMİZ TAKSİDERMİYASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

MİLYONDA BİR RAST GƏLİNƏN XƏSTƏLİKLƏR: ONLAR ARASINDA 4 AYAQLI QADIN DA VAR

Gördükləriniz fotoşop deyil, həqiqətdir

EŞQİN TƏRİFİ

Bu yazını təkcə atam Nemət Pənahlıya deyil, zindandakı bütün haqq mücahidlərinə ithaf edirəm

"ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

Zərdüşt Əlizadə: "Ermənilər ürəklərini sakit saxlasınlar. Nə qədər ki, Azərbaycanı bu hakimiyyət idarə edir, Q

AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

İkram İsrafil: "Fransa parlamentinin məlum qərarının verilməsinə adekvat olaraq, Azərbaycan hakimiyyəti Xocalı soyqırımı ilə

SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

Asim Mollazadə: "Prokurorluqdan verilən məlumatda bildirilir ki, həmin şəxslərin cinayətləri sübut olunmayıb və hazırda araşdı

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ
n İRANDAN TÜRKİYƏNİ NARAHAT EDƏN QƏRAR
n MOSKVADA MİTİNQ İŞTİRAKÇILARININ SAYI 160 MİN OLUB
n BU GECƏ BAKIDA 5-8 DƏRƏCƏ ŞAXTA GÖZLƏNİLİR
n SUMQAYITDA MƏMUR İŞ OTAĞINDA ÖLDÜ
n FRANSA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK
n "ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR
n ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN"
n DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video)

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ
24/06/2010 - 12:53

Faiq Vəlioğlu
Son zamanlar müqəddəs İslam dininə olunan hücumlar içərisində belə bir mövzu qabardılır ki, guya İslam elmlə ziddiyyətdədir və müqəddəs Quranda elmi mövzular gözə dəymir.

İlk öncə onu qeyd etmək lazımdır ki, hər bir insanın həyatda müəyyən bilikləri ola bilər, amma bu biliklərin olması o demək deyil ki, həmin fərdin gözləri açıqdır. Başqa sözlə desək, elmi olan insanının hikməti də olmalıdır. İslama və Qurana qarşı belə bir iddianı edənlərin əvvəl gözləri kor daha sonra isə bilikləri çox naqisdir. "Quran və elm" mövzusunda bu gündən sonra silsilə məqalələrimizdə onların gözlərinin nə qədər kor və İslam və Quran haqqında adi məlumatlarının nə qədər az olduğunu isbat edəcəyik. İnşallah!

Beləliklə, elm insana hikmət gətirməlidir. Əgər belə olmasa, insan bilik sahibi olmasına baxmayaraq, yenə də kor kimi qalır. Nümunə üçün xəstə biri insana şərab içməməmyi tövsiyə edən bir həkimin özünün şərab və içki içməsi buna aydın misaldır. Ona görə ki, həkim o tibb elmini oxuyub, amma onun hikmətindən xəbəri yoxdur. Ağıl və hikmətdən azca bəhrəsi olan insan, orqanizmin əsas funksiyalarının dağılmasına səbəb olan içkini heç vaxt içməz. Digər səbəblər də var ki, bizim mövzumuzdan xaric olduğuna görə onlara işarə etmirik.

Deməli elm və hikmətin bir-biri ilə sıx əlaqəsi olduğunu və onların hər ikisinin insanda olması ilə insanın kamala çatmasını nəzərə alaraq, onların fərqlərini və ya elm və hikmətin bir-birinə olan nisbətlərinə qısa da olsa işarə edirik. Sonrakı yazılarımızda isə Quranda olan elmi möcüzələr və açıqlamaları sizlərə təqdim edəcəyik. İlk məqalə elm və hikmətdən bəhs edir.

"Hikmət" əslində, elm və əqlin vasitəsi ilə haqqa, həqiqətə çatmaqdır. (Müfrədat Rağib İsfahani, "hökm" sözü) Sözün əsli isə "hökm" kökündən olub, həbs etmək və qadağan mənasındadır. Bu sözün ilk mənası, "zülmün qarşısını almaqdan ötrü hökm verməyə" deyilir. Hikmətin xassələrindən biri insanda cəhl və nadanlığın qarşısını almaqdır. (Möcəmil-məqayisul-lüğət, "hökm" sözü) Amma, "elm" sözü isə "bilmək", "bilik", (Seyyid Əli Əkbər Qurşi Benabi, Qamus Quran, c.5; səh.32, "hökm" sözü) həqiqəti dərk etmək və "başa düşmək", "bir şeyin əsası"na deyilir.(Müfrədat Rağib İsfahani, "hökm" sözü) Həmçinin, əşyada olan o nişanələrə dəlalət edir ki, onun vasitəsilə ondan qeyrisini ayırmaq olur. (Əhməd ibn Faris, Möcəmi məqayisul-lüğət, "elm" sözü)

Quranda elm və hikmət; "Hikmət" sözü Quranda iyirmi dəfə təkrar olunmuşdur. Hikmət sözünün mənası haqqında Quranda təfsirçilər müxtəlif izahlar veriblər ki, onların xülasəsi bunlardan ibarətdir:

1. Hikmətdə məqsəd peyğəmbərlikdir. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran,c.2; səh.151)  Necə ki, Quranda oxuyuruq: "Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi." (Bəqərə surəsi, 251)

2. Hikmətdə məqsəd, şəriətdə halal və harama elm ələ gətirməkdir. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.298) Quran ayəsində oxuyuruq: "(Allah) ona (İsaya) yazmağı, hikməti (halal və haramı), Tövratı və İncili öyrədəcək." (Ali İmran surəsi, 48)

3. Təfsirçilərdən bəziləri hikmətdə məqsədin Quran elmləri, Quranın nəsx edən (ləğv edən) və nəsx olunan ayələrinə, möhkəm və mütəşabeh, müqəddəm və müəxxər və sair ...ayələrinə aid olan elmin olduğunu deyirlər. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.269)   Quranda oxuyuruq: "Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" (Bəqərə surəsi, 269)

4. Bəzi təfsirçilərin nəzərinə görə isə hikmət, əməl və söz meydanında Allah-təalanın kəlamının əslinə və həqiqəti dərk etməkdir. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.194)

5. Bəziləri hikməti dinin geniş mənada anlamı kimi təfsir edirlər

6. Digər təfsirçilər isə hikmətə dindən düzgün və səhih dərk kimi məna vermişlər.

7. Bir dəstə isə bu əqidədirlər ki, "hikmət" elə bir elmdir ki, başdan başa insanın islah olub kamala yetməsinə səbəb olur.

8. Nəhayət, Əllamə Təbatəbai bütün bu mənaları özündə cəmləşdirən bir nəzəriyyə vermişdir. O da bundan ibarətdir ki, hikmət, məsələnin elmi mahiyyətinin möhkəm və tam yəqinliklə ələ gəlməsinə deyilir.  (Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, c.2; səh.351)

Əslində, bütün qeyd olunan mənalar bu mənanın daxilində qərar tutmuşdur. Çünki, "hikmət", "möhkəm", "hökm" və sair kimi kəlmələrin mənasında bir növ möhkəmlik və aradan getməmək mənası yatmışdır. (Cavad Amuli, Əbdullah, Quranda Quran, c.1; səh. 297) Allah-təalanın Quranı "Kitabun-həkim" adlandırması ondan ötrüdür ki, Quran vaxtında söz deyir, yaxşı söz deyir, bəyan etdiyi şeyin yanında dəlil və sübutu var. Dəlil və sübutu olmayan söz möhkəm olmaz. İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə oxuyuruq: "Allah-təala ən qiymətli Quran nemətini mənə əta etmiş və onunun yanında lazımı qədər hikmət də vermişdir. Hikmətdən bəhrəsi olmayan ev viranədir. Beləliklə, elm və bilik öyrənin, elə olmasın ki, nadan və savadsız halda öləsiniz!" ( Cəlaləddin Siyuti, Əd-Durrul Mənsur, c.1; səh.335)   

Amma, "elm" kəlməsi, Qurani-kərimdə 105 dəfə təkrar olunmuşdur. Əlbəttə, elm kəlməsindən düzülən sözləri də nəzərə alsaq, belə kəlmələrin Quranda sayı çoxdur. Bu söz (elm), bəzən Quranda "bilik" mənasında işlənib. Məsələn ayədə var, "Hər qəbilə özünün su içəcəyi yeri bildi." (Əraf surəsi, 160) Bəzən izhar və aydınlaşdırmaq mənasında olur məsələn, "Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq." (Kəhf surəsi, 12) Əllamə Təbatəbai bu ayənin mənasında yazır; məqsəd, hazırda olan elmdir. O da, Allah-təala yanında bir şeyin hüzuru və xüsusi vücudu mənasındadır. Elm, bu mənada Quranda çox işlənmişdir. Bəzən Quranda elm, dəlil və höccət mənasında işlənib. (Kəhf surəsi, 4-5)

Beləliklə, elm haqqında qeyd olunmuş bütün mənalardan belə nəticə almaq olur ki, bütün varlıqların özünə məxsus elmləri vardır. Necə ki, Əllamə Təbatəbai  -  "Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." ( İsra surəsi, 44) - ayəsinin  təfsirində yazır ki, ayədəki  "lakin, siz onların təqdisini anlamazsınız." - cümləsi varlıqların təqdisinin elm üzündən olmasına ən yaxşı dəlildir. Çünki, əgər varlıqların təsdiqindən məqsəd yalnız, varlıqlarının Allaha nisbət verilməsi olsaydı, onda ayədə onların dillərini anlamamağın açıqlanmasının heç bir mənası olmazdı. (Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, c.17; səh.609) Quranda bu mənaya (varlıqların elminin olmasını) isbat edən ayələr çoxdur. Məsələn, Quranda bir ayədə oxuyuruq Allah-təala buyurur: "Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!" (Zilzal surəsi, 4-5) Bu qəbildən olan ayələr isbat edir ki, insanın əzalarının şəhadət verməsi və Allah-təala ilə dilə gəlib  söz danışmaları və Haqq-təalanın suallarına cavab vermələri hər bir varlığın özünəməxsus elmi əsasında olar. Əlbəttə, diqqət etmək lazımdır ki, elmin özünəməxsus dərəcələri vardır.

Hikmətlə elmin fərqi; Bu iki kəlmənin fərqlərini bəyan etməzdən əvvəl qeyd etmək lazımdır ki, Qurani-Kərimdə bəzən "hikmət" Allah-təalaya nisbət verilir. "Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!" (Bəqərə surəsi, 260) Qurani-Kərimdə "həkim" kəlməsi 92 dəfə, "əlim" (bilən) kəlməsi isə 156 dəfə Allah-təalaya nisbət verilmişdir. "Həkim" "bilən" vəsfləri Allah-təalanın zati sifətlərindəndir. Çünki, Allahın hikməti dedikdə o nəzərdə tutulur ki, yaratdıqlarını ən möhkəm şəkildə və qüdrətlə yaradıb, yaradılış hər bir mənasızlıqdan uzaq olub, Onun zatından sayılan sonsuz elminə əsaslanır. Hikmətin əməli sifətlərindən də olmasına baxmayaraq, bu cəhətdən də Allah-təalanın Öz işlərində möhkəm, qüdrətli və hər cür batil işdən pak olmasını isbat edir. Hər halda, Allahın zatı sifətləri Onun zatı ilə eyni olduğu üçün bu iki sifət (həkim və bilən) arasında elə bir fərq yoxdur. Ona görə ki, həkim və bilən sifətlərinin hər ikisi, Allah-təalanın bilik və elminə işarədir. Fərq bundadır ki, hikmət adətən, Allah-təalanın elmi cəhətlərinə, elm isə nəzəri cəhətlərinə işarə edir. Başqa sözlə desək elm, Allah-taalının sonsuz biliyindən xəbər verir, hikmət isə Onun yaratdığı aləmlərin və Qurani-Kərimdə  nazil etdiklərinin hədəfindən xəbər verir. (Məkarim Şirazi, Təfsir Nümunə, c.15; səh.399)

Bəzən bu iki sifət insana və digər ağıl sahibləri olan varlıqlara da nisbət verilir. İnsanda hikmətin olması, onun varlıqlara dərin elmi, bəyənilmiş və xeyir işlərin görülməsi mənasındadır. (Müfrədat Rağib, "hökm" kəlməsi) Başqa sözlə desək, "həkim insan" o kəsdir ki, mərifət meyarlarını özündə cəm etməklə, onun vasitəsilə haqqı tanıya bilsin, batili isə hansı libasda olmasına baxmayaraq haqdan ayıra bilsin. Bu həmin mövzudur ki, filosoflar onu öz dillərində "nəzəriyyə qüvvəsinin kamal həddi" adlandırırlar. (Məkarim Şirazi, Təfsir Nümunə, c.15; səh-399) Deməli, həkim o kəsdir ki, dərin dərk qüvvəsindən  bəhrələnib, mərifət əhli və sağlam düşüncəyə malik olmalıdır. İmam Kazım (ə) Hişam ibni Həkəmə buyurur: "Həkmətdən məqsəd əql və dərkdir." (Məkarim Şirazi, Təfsir Nümunə, c.17; səh.37)

Beləliklə, hikmət elə bir dərk və düşüncə tərzidir ki, elmə əsaslanır, onun da əsl həqiqəti Allah-təalaya məxsusdur. Bundan əlavə, İmam Sadiq (ə) buyurur: "Allah-təala özü elmdir və cəhlin Ona yolu yoxdur." (Amuli, Şeyx Hürr, Əl-Fusulul mühümmə fi üsulul əimmə, c.1; səh. 228)   Həmin həqiqət ki, Loğman Allah-təala tərəfindən almışdır. Quranda oxuyuruq: "Həqiqətən, Loğmana: "Allaha şükür et!"(deyə) hikmət verdik." (Loğman surəsi, 12)

Çox təəssüflər olsun ki, İslama irad tutan bəzi elmsiz və hikmətdən xəbərsizlər hələ də düşüncələrinə sığışdıra bilmirlər ki, onların istifadə etdikləri hətta, o qısa və dar düşüncəli əqlləri də bütün insanlara olduğu kimi onlara da Allah-təala tərəfindən feyz kimi verilmişdir. Yoxsa çoxları o azacıq ağıl üzündən psixiatriya mərkəzlərində qalmalı olardılar...

Ardı olacaq


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
ZƏRDÜŞT ƏLİZADƏ
"Hakimiyyətin nəyinə lazımdır ki, müharibə etsin. Qarabağla bağlı boğazdan yuxarı istənilən qədər vətənpərvər şüarlar səsləndirə bilərlər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net