Tanrım,
Əvvəlin
hökmü səndə,
Sonun qərarı
Öz
ixtiyarındadır.
Ədalət ölçüsü
hər yerə yetən ən böyük sultanlıq
Sənin diyarındadır.
Sənsən varlıqların bağlı qapısını üzümüzə
açdıran.
Zülmət qaranlıqlardan aləmlərə daim nur saçdıran.
Hikməti səndədir yerin, göyün də,
Ədalət səninlə bərqərar olacaq nizami pozulmuş yer
üzündə.
Tanrım,
Ən böyük mükafatın bu dünyada şərəflə yaşamaq
haqqımız,
Cəzan olacaq bizə, cəhənnəm dolu əzabımız.
Orada,
O ilahi aləmlərdə ağlar, qaralar olmayacaq,
Nə sultanlıq, nə şahlıq kimsənin başına öz
çətirini salmayacaq.
Götürüləcək aradan mənsəb, şöhrət fərqləri,
Dagıdacaq hökmun sənin şeytan nəfsi ilə qurğusu
qurulan
bəndləri, sərhədləri.
Orada sərhədlənən yaxşı ilə yamanın yeri olacaq,
Ora, zamandan qopub zamansızlaşan
İnsan ruhunun əbədi məskən yeri olacaq.
Tanrım,
Göy adamı olmağın yerdən gələr xoş niyyətli
sorağı.
Yanar, insanın, yerdə közün qurduğu, göydən bəxtinə
işıq salan çırağı.
Tanrım,
Xoş əməllərdən üzü dönüb insanın,
Ürəklərə işıq salan közü sönüb insanın.
Bərələr qurulub ovçusu naşı,
Bitmir insanın insanla nifrin, savaşı.
Uşaq bilmir, qoca bilmir, kəsir, doğrayır, əlində
Habil baltası,
Bu, nə biçim insan,
Gəzdirir sinəsində qatil damğası?
Ya qurdur həşri-qiyamətini,
Ya bir də anlat insana bəşəri əlamətini.
Tanrım,
Ruhunun təmiz sular üzündə gəzib dolaşdığı,
Dərgahına yetməkçün bizə kamillik yolu açdığın,
dünyanın gül üzünü pozdular,
Məhəbbətə yazdırdığın ünvanı,
xeyrin tərs üzünə yozdular.
Tanrım, son hesabdan əvvəl gəlməzsənmi?
Enməzsənmi,
Ruhların dara çəkildiyi,
Bəxt aynasına insanın qara üzlərdən qara
çəkildiyi,
şeytan üzlü bizim yerlərə?
Qılıncını çəkməzsənmi, ədalət qatilləri zalımlar
başına?
Baxmazsanmı, məzlumların axıdılan göz yaşına?
Yetmədimi Tanrım, zülmün ərşə dirənən
Nuh tufanının zamanı?
Hər şeyin sonu sənə bəlli, bəs nə zaman qurulacaq
sondan əvvvəlki
ədalətin divanı?
Tanrım,
Bu dunyada nahaq haqqa o qədər qarışdı,
Məzlum zalımın zülmü ilə o qədər barışdı,
Hec bilmədik yaxşı nədir yaman nə,
Yaxşı belə olurmuşsa,
Pisliklərdən hər gün dərimizə təpilən saman
nə?
Nə imiş yer üzündə haqqı deyən sözə
güllə?
Atırlar burada haqqa baxan gözə güllə.
Biri qiyamətdən can qurtaran tövbəsinə,
Biri cənnət qapısndakı növbəsinə arxayın.
De, kim saldı içi günah dolu yer adamını
o dünyasından arxayın?
Tanrım,
Xəmirini acı yoğurduğun,
İnsanını hər varlıqdan uca doğurduğun
bu dünyanın binasını
təzədən qurmaq gərək.
Musanın əsası ilə yolunu açdırdığın,
Qismətini `seçilmiş`lərə yazdırdığın,
Zamanında `siondur` deyə saya sayılmayan,
Öz qövmünün başına gətirilən müsibətlərdən
hələ də ayılmayan,
Milyonlarla insanının cəllad sobalarında
diri-diri yandırılmasına
millətlərin
göz yaşı axıtdığı,
Fəqət bu gün qan gölündə boğdurulan körpələrin
fəryadına
özlərinin biganə qaldığı
İsrail oğullarını
Yer üzünü qana sürükləyən sərsəm əməllərindən
durdurmaq gərək.
Bu qədər şərlə yetməz kimsə dərgahına,
Tanrım,
İnsanı şərdən xilas etmək,
İnsanı insan zülmündən
qurtarmaq gərək,
qurtarmaq
gərək.