|
Bu günlərdə Qarabağ ermənilərinin seçki kampaniyası bizlərə daha bir ağır dərd kimi gəldi. Artıq neçənci dəfədir ki, bu kampaniya keçirilir işğal olunmuş torpaqlarımızda düşmənlərimiz tərəfindən keçirilir amma, dünya ölkələri çox böyük laqeyidliklə bu məsələnin yanından ötürlər. Amma, Vətən bizimdir. Biz hamıdan çox ağrımalıyıq.
-Hanı bizim Vətən oğulları?!
-Hanı bizim Vətən həsrətimiz?!
-Hanı bizim şəhadət arzumuz?!
-Hanı bizim torpaq uğrunda müqəddəs şəhidlik məqamını təbliğ edən milli tele kanallarımız?!
-Hanı bizim torpaqları işğal atlında olan ölkənin düşmənə arxadan zərbə vuraraq, onlara bir gündə rahatlıq və şirin yuxu verməyən, xüsusi partizan dəstələrimiz?!
-Hanı bizim cəbhə bölgələrində düşmənlə üzbəüz dayanan əsgərlərə, İslamın şəhadətlik və qəhrəmanlıq məktəbini təlim edən ruhani və dini alimlərimiz?!
-Hanı bizim döyüş bölgəsində şəhid olan yüksək səviyyəli müdaifə nazirlərimiz?
-Hanı bizim Vətəni azad etməkdən ötrü "könüllü şəhidlik məqamı istəyənlərimiz"?!
-Hanı bizim "könüllü müqavimət" qoşunlarımız?!
-Hanı bizim Allaha xatir, Vətən uğrunda hər an ölümə hazır olan mömin və xalis "İmam Zaman (əc) qoşunumuz"?!
Və nəhayət, hanı bizim Kərbəlanın şəhadət məktəbini müsəlman millətimizə başa salan xüsusi dini maarifimiz?!
Hanı bizim Əbəl-Fəzl (ə) qeyrətimiz?!
Düşmən, torpağımızda kef çəkən halda, telekanallarda sübhdən axşama kimi arvadlarla çalıb oynayan və özlərini arvad şəklinə salanlara kim icazə verib?!
Düşmən, torpağımızda kef çəkən halda, bizim vəzifəlilərimizin Yerəvanda ermənilərlə çay içməyə getməsinə kim icazə verib?!
Düşmən bizim torpaqda kef çəkən halda, "Alma"çılar kimi dinsiz və əqidəsiz insanların İslami müqəddəslərə ağızına gələni yazmalarına kim icazə verib?!
Düşmən bizim torpağımızıda kef çəkən halda, sübhdən axşama kimi cavanları fitnə-fəsada sürükləyən və qeyrətsizləşdirməyə xidmət edən, ağsaqqal və ağbirçək ehtiramını aradan aparan tele şoolara kim icazə verib?!
Vətənin bu ağır və tarixi qara günlərində, qeyrət və namusun əldən gedən vaxtında, Bakıda, müsəlman ölkəsinin mərkəzinda əxlaqsız qadınları soyundurub "gözəllik müsabiqəsi" təşkil etməyə kim icazə verir?! Bu millətin qeyrəti ilə oynamağı və müsəlmanların İslami müqəddəslərinə ehtiramsızlıq etməyi, məscidlərin dağıdılması, qadın iffətini qoruyan örpəyin qadağasını və sair..... xalqımızın mənəviyyatının xarab olmasına xidmət proqramlarını, bizim müsalman xalqın başına gətirməyi kim öhdəsinə alıb?!
Bütün bu və onlarla belə suallar bizim hamımızı bir müsəlman kimi düşündürməli və cavabların axtarmalıyıq.
Vətən məhəbbətinin insanın fitrətində kökləri var. İnsan ruhi və zahiri cəhətdən doğulduğu yerə bağlı olur. Vətən, Ana kəlməsindən sonra insana ən şirin gələn sözlərdəndir. Biz gözlərimizi Vətəndə açırıq, Vətəndə boya-başa çatırıq və Vətən çörəyin yeməklə böyüyürük. Vətən, İslam aləmində məxsus bir anlama malikdir. İnsan fitrətinin səsinə görə Vətənə bağlı olur. Amma, Vətən insana doğma olduğu kimi əmin-aman da olmalıdır. Vətəndə kimsə haqsız yerə incidilməməlidir. Vətənin əmniyyətini bizim hər birimiz üçün mühüm olmalıdır. Vətəni satmaq və xəyanət ən böyük günahdır. Vətənin bütün milli sərvətləri onun vətəndaşlarının rifahına xidmət etməlidir. Vətəndə rüşvətxorluq olmamalıdır. Vətən, bir dəstə haramxorun və başqalarını sakit və əmin-amanlıqla işləməyə mane olanların məkanı olmamalıdır. Vətənin torpağı müqəddəsdir. Vətəndə haram və napak şeylər satılmamalıdır. Vətəndə hamı bir-birinin ehtiramını saxlamalı və ən başlıcası, Vətəni mənəvi cəhətdən ən yüksək səviyyədə qorumaq hamıya vacibdir. Əgər Vətənin mənəviyyatını qoruya bilsək, şübhəsiz ki sərhədlərinin də göz-bəbəyimiz kimi qoruyacayıq.
"BİRDƏFƏLİK YADIMIZDA QALMALIDIR Kİ, VƏTƏNİMİZİ, MƏNƏVİYYATIMIZI, QEYRƏTİMİZİ VƏ NAMUSUMUZU KİMSƏ KƏNARDAN GƏLİB QORUMAYACAQ. ÖZ VƏTƏNİMİZİ, MƏNƏVİYYATIMIZI, QEYRƏTİMİZİ VƏ NAMUSUMUZU ÖZÜMÜZ QORUMALIYIQ! İZZƏT VƏ BAŞ UCALIĞI YERİNƏ RƏZALƏT VƏ ALÇAQLIĞA BAŞ ƏYMƏYƏK!"
Vətən, Allah-taalanın insana verdiyi ən böyük nemətlərdən biridir. Vətəni qorumaqdan ötrü kiminsə nəzərini öyrənməli deyilik. Vətən torpağı son qarışına qədər azad olmayınca ölkədə bütün kef məclisləri və şoo telekanalları bağlanıb əvəzində cavanlarda Allaha məhəbbət və şəhadət məktəbi maarifi təbliğ olunmalıdır! Vətən torpağını satanlar xalqın gözü qabağında cəzalanmalıdırlar. Vətəni Allaha xatir sevməli, Allaha xatir qorumalı və Allaha xatir uğrunda şəhid olmalıyıq! Vətən, onda müqəddəslik və müstəqillik tapır ki, onda nankorların və yadellilərin ona qarşı cürət etməsinə şərait olmasın. Əgər insan öz Vətənində əzab-əziyyətə və ədalətsizliyə düçar olarsa, onda təbbi ki, o yer Vətən olsa, vətəndaş ordan uzaqlaşacaq. Necə ki, bu gün bizim Vətənimizin yüksək səthdə təbəqəsi Vətəndən baş götürüb gediblər. Əlbəttə, onların çoxunu Vətəndə olan iqtisadi və siyasi çətinliklər bu günə salıb yoxsa, heç kim öz Vətənindən çıxmaz. Necə ki şair deyir: "Vətən mənə oğul desə, mamır olub qayasında bitərdim"
Müqəddəs İslamda, cəmiyyəti müsəlman olan, azadlıq və İslamın müqəddəslərinə ehtiram bəsləyən Vətən xüsusi vurğulanır və hədisdə var; "Vətəni sevmək imandandır" (Şeyx Hürr Amuli, Əməlul-Amal). Tarixdə var ki, İslam Peyğəmbəri (səlləllahi ələyhi və alihi və səlləm) doğulduğu Məkkədən çıxdıqda şəhərin kənarında bir az dayanır və Məkkə şəhərinə xitab edərək buyurur: " Ey Məkkə! And olsun ki, mən səni tərk etməzdim, amma məcburam" - deyə bu məzmunda öz fitri Vətən sevgisini Məkkə şəhərinə bildirir. Başqa bir rəvayətdə var ki, Peyğəmbərin (səlləllahi ələyhi və alihi və səlləm) səhabəlrindən Əban ibn Səid adlı birisi Məkkədən Mədinəyə daxil olur. Həzrət Peyğəmbər (səlləllahi ələyhi və alihi və səlləm) ondan soruşur: "Ey Əban! Məkkəni və Məkkə əhalisini necə gördün?" Ərz edti: "Çox yaxşı, yağış yağmışdı, əxzər bitkiləri göyərmiş (ətirli bitki adı) və ağaclar hamısı yarpaqlamışdır." Həzrət Peyğəmbər (səlləllahi ələyhi və alihi və səlləm) Əbanın sözlərini eşitdikdən sonra vətəni yadına düşür və mübarək gözləri şövq yaşları ilə dolur. (Rəbiul-Əbrar, 2-ci cild, səh-472)
Möminlərin əmiri, şahi-vilayət, imam Əli (əleyhissalam) beş ildən az hakimiyyətdə olduğu müddətdə islam düşmənləri, cahillər və nadanlarla üç böyük döyüşlə üzləşmiş və hər üçündə Allah-taalaya iman nuru, şücaət və qəhrəmanlıq sayəsində qalib çıxmışdır. Həzrətin döyüşlər haqqında Nəhcül-bəlağədə gələn Xütbələrini oxuduqca 20 ilə yaxın Vətənimizin düşmən torpağı altında inildəməsi və bir milyona qədər qaçqın və köçkünlərimiz yada düşür. Xütbəni oxuduqdan sonra hər kəs öz qəlbində bu sual haqqında fikirləşsin və Vətənimizin nə qədər ağır vəziyyətdə olduğunu düşünsün. Əlbəttə, bizə döyüşə çıxmaq üçün Əmirəl-mömin Əli (əleyhissalam) bənzər və Onun yolunu gedən rəhbər və müdafiə naziri lazımdır. Bunu da nəzər almaq lazımdır ki, belə yüksək səviyyəli bəlağətli kəlmələri elə bir İslam ölkə başçısı deyir ki, süfrəsində heç vaxt iki növ yemək olmazdı. Çox vaxt duz-çörək və ya qatıq-çörək olar yaxud, oruc olardı. Paltarı ölkəsinin ən kasıbının geydiyi paltardan, evi ən kasıb müsəlman evindən və böyük bir dövlət başçısı olmasına baxmayaraq, heç vaxt yanında onu qoruyan fərd (yaxud, qoşun) olmazdı. İslam dini, Peyğəmbərin (sələllahu ələyhi və alihi və səlləm) gətirdiyi Quran və o Həzrətin Əhli-Beytinin (əleyhimussalam) belə qəhrəmanlığı sayəsində qorunub bizlərə yetişmişdir. Bizim də yolumuz, Peyğəmbər (sələllahu ələyhi və alihi və səlləm), Quran və Əhli-Beyt (ə) yoludur.
Bu gün torpaqlarımızı işğal etdikdən sonra orda utanmaz-utanmaz seçki kampaniyası aparan erməni dığaları görəsən hansı cürətlə bu işləri görürlər?! Məncə cavab hamıya aydındır. Onlar bizim torpaqlarda özlərini "bəy" kimi hiss edirlər. Ən azı ona görə ki, əgər ehtimal versələr ki, beş-on nəfər partizan hərəkətinə keçsə və bizlərə qəflətən ağır zərbə vursalar, bunu qarşısını hamıdan əvvəl azərbaycan hökuməti özü alacaq. Ona görə də rahat-rahat öz xəbis plan və niyyətlərini həyata keçirirlər.
Artıq bu bədxahlara işğal etdikləri yerləri cəhənnəmə çevirmək vaxtı çatıb. Gec də olsa, bütün qüvvələri səfərbər edib "Əllahu-Əkbər" şüarı altında doğma torpaqlarımızı, məscidlərimizi, tarixi islami abidələrimizi, ocaqlarımızı, ziyarətgahlarımızı, pirlərimizi, ata-babaların və alimlərimizin qəbrlərini düşmən tapdağı altından azad etməyin vaxtı çatıb. Bir şey də yadda qalmalıdır ki, müqəddəs İslam dini bu yolda, bizə Quran və Əhli-Beytin (əleyhimussalam) məktəbini meyar qərar verib. Tarix ən aydın şahid kimi bizə nişan verir ki, bu məktəbi özünə müqəddəs yol tutan hər bir müsəlman və ya xalq, həmişə öz qəhrəmanlıqları və rəşadətləri ilə İslama və müsəlmanlara baş ucalığı gətiriblər. 20 ilə yaxındır ki, Vətən torpaqları bu işğalçıların ayaqları altında inildəyir. 20 ilə yaxındır ki, gözümüzü tikmişik Amerika, İsrail, Rusiya, Avropa şurası, Minsk qurupu, NATO və sair kimi Vətənimizə həmişə xain gözlə baxan ölkələr bizə torpaq alıb verəcək. İş o yerə çatıb ki, bu ölkələrin 19 ildən sonra ermənilərə milyonlarla dollar kömək etdikdən sonra mənafelərinin xətərə düşməsini gördükdə zahirdə azca ermənilərə qabarmalarını uşaq kimi sevinclə qarşılayırıq! Birdəfəlik birməliyik ki, biz öz torpaqlarımızı Allaha təvəkkül etməklə özümüz qorumalıyıq. Amma çox-çox səhv etmişik və nə qədər ki gec deyil bir müsəlman və qəhrəman xalq kimi özümüz ayağa qalxaq və Vətəni, Allaha, Qurana və Peyğəmbərə (s) və Onun pak Əhli-Beytinə (ə) möhkəm inam gətirməklə düşmənlərdən xilas edək! Bunu bizə Quran əmr edir.
|