ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!
04/05/2010 - 17:18

Faiq Vəlioğlu
"Əbabil" quşlarini gözləməyək!

"Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!" (Bəqərə surəsi-114)

Son günlər xalqımızın qara tarix səhifəsinə bir səhifə də əlavə olundu. İslam mədəniyyət mərkəzi adı almış Bakı şəhərində daha bir məscidin sökülməsinə haqsız hökm verildi. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər bir müsəlmana vacibdir ki, Allah evinin uçurdulması və məscidə olunan bu böyük ehtiramsızlığın qarşısını alsın! Ümumiyyətlə, məscid haqqında bir neçə məsələni diqqətə çatdırmaq yerinə düşər:

1.Tarixdə məscid sökmək və cəzası:  İslam tarixinə nəzər saldıqda Peyğəmbərimizin (s) Fil ilində doğulduğu qeyd olunur. Fil ilinin tarixdə İlahi möcüzə ilə əlaqəsi var və Qurani-Kərimdə bu haqda "Fil surəsi də nazil olmuşdur.  Hadisə belə nəql olunur ki, "o ildə Yəmənin xristian padşahı, Əbrəhə ibni Səbah Əşrəm, Kəbə evini dağıtmağı qərara alır və qoşunlarını fillərlə təchiz edir. Bu xəbər hər tərəfə yayılır. Məkkə əhli müqavimət göstərməkdən aciz qalır və hamı şəhəri tərk edir. Şəhərdə təkcə, Peyğəmbərimizin (s) babası Əbdul-Müttəlib qalır. O da, vəziyyəti belə gördükdə, Kəbə divarına söykənib belə dua oxuyur: "İlahi! Hər kəs öz varını müdafiə edir. Sən də, cəlal məzhərin olan bu Kəbə evini müdafiə elə!  İmkan vermə ki, bu qoşun öz xaçları və .. ilə Sənin müqəddəs evinə toxunsunlar və onun ehtiramını aradan aparsınlar! İlahi! Bu mənim nəzərimdir amma, Sən nə istəsən, o da olacaq!" Xülasə, Məkkə şəhərini və xüsusilə, Kəbə evini cahil və nadan hökmdardan hifz etməkdən ötrü Allah-taala, Əbabil quşlarını, dimdiklərində və caynaqlarında xırda və kəsici daşla Əbrəhənin qoşununa hücum etməsini əmr edir. Tarixdə var ki, o qoşundan bir nəfər də sağ qalmır." Qurani-Kərimdə Allah-taala Fil surəsində hadisəni belə bəyan edir: "(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn Əbrəhə ordusuna) nələr etdiyini görmədinmi?!  Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!" (Fil surəsi)

Ölkəmizdə Əbrəhə qoşunu yoxdur, biz də bir müsəlman xalqı olaraq o qədər də zəif deyilik ki, gözümüzün önündə Allah evini dağıtsınlar və biz də tamaşa edək. Deməli, Əbabil quşlarının ölkəmizə gəlməsindən ötrü şəhərdən çıxmağa da dəyməz. Bəs, hamılıqla məscidi, ibadətgah yerimizi, hamımızın səcdəgah yerimizi və ən başlıcası, xalqımızın bir müsəlman kimi ən müqəddəs bildiyi bir məkanı dağıtmaq və ehtiramsızlıq etmək istəyənlərin qarşısını almaq hamının borcudur.

2. Allah-taala məscid sökəni daha zalım kimi tanıtdırır:  İbn Əbbasdan əvvəldə qeyd etdiyimiz ayənin nazil olması haqqında nəql olunur ki, Məkkə müşrikləri müsəlmanların Məscidul-Həramda ibadət etmələrinə mane olur və onlara əziyyət verirdilər. (Zəkavəti, Əsbabun-nuzul, 1-ci cild, səh-25). İmam Sadiq (ə)-dan hədis var ki, bu ayə təkcə nazil olduğu zaman və məkana aid deyil, Qiyamətə qədər bütün zaman və məkanlara aiddir. Hər kəs Allah-taalanın yer üzündə məscidini haqsız dağıtsa daha zalımdır. Məscidin müqəddəs bir məkan olub özünəməxsus əhkamı olması, bu mövzuda daha məsuliyyətli olmamızı tələb edir. O cümlədən, şəriətə görə məscidi nəcis etmək haramdır və əgər məscid nəcis olarsa tez təmizlənməlidir. Qüsullu halda məsciddə dayanmaq olmaz, adət halında olan qadınlar məscidə girə bilməzlər, məscidə ehtiramsızlıq və kafirlərin ora daxil olması haramdır. Məsciddə mənasız söz danışmaq və yatmaq xoşagəlməzdir, məsciddə dünya sözü danışmaq və qeybət olmaz həmçinin, məsciddə ucadan danışmaq, qışqırmaq və nağıl danışmaq olmaz və sair....

Məsciddə ibadət olunur. Məscid hər bir müsəlmanın qəlbi kimi paklıq simvoludur. Məscidi sökmək, müsəlmanın qəlbinə zərbə vurmaqdır. O səbəbdən məscidi xarab etmək istəyənlər daha zalım kimi adlanır. Əlbəttə, məscid sökən imansız zalımlar bu mənaları dərk etmək qüdrətində deyillər.  Ona görə də belə bir hökmü müsəlman xalqının mənəviyyatını nəzərə almadan veriblər. Yoxsa, heç bir müsəlman ölkəsində belə haqsız hökmü verməzlər. Məscidi sökmək bir növ insanları dinsizliyə tərəf dəvət etməkdir. Ona görə də bu çirikn əməlin həm dünyada, həm də Axirətdə ağır cəzaları var. Məscid o qədər müqəddəs sayılır ki, orda oturmaq özü savab sayılır. Məsciddə qılınan namaz evdə tək qılınan namazlardan dəfələrlə üstündür. Məsciddə olunan duanı Allah-taala daha tez qəbul edir və sair kimi bəyənilmiş əməllər çoxdur.

3. Məscid, müsəlman xalqımızın mənəvi hüququdur;  Bu cəhətdən dövlətin ən başlıca vəzifəsi xalqın istər mənəvi, istərsə də maddi hüquqlarını təmin etməkdir. Əgər xalqın mənəvi hüquqları pozulursa onda dövlət öz vəzifəsini və andını yeninə yetirmir. Qanunda oxuyuruq: "Maddə 12. Dövlətin ali məqsədi; 1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir." ( Azərbaycan Konstitusiyası). Çox təssüflər olsun ki, biz bu gün Azərbaycan müsəlman xalqının başına açılan bu müsibətlərin əksəriyyətində dövlətin başda olmasını görürük.

4. Məscidin fəzilətləri: Amma məscidin fəziləti haqqında onu qeyd etmək lazımdır ki, məscid Allah evi adlanır. Doğrudur ki, hər yer və bütün varlıq aləmi Allah-taalanındır. Amma, xüsusi məkanların Allaha nisbət verilməsi o məkanın məxsus müqəddəsliyinə və paklığına işarədir. Qurani-Kərimdə məscid kəlməsi 28 dəfə gəlmiş, onlardan 22 dəfəsi tək, iki dəfəsi isə cəm formasında işlənmişdir. Ən çox Məscidül-Həram (Kəbə) nəzərdə tutulan kəlmələr daha çoxdur. İslam Peyğəmbərinin (s)  meracı da məsciddən başlanmışdır. Bir sözlə, Quranda məscid insanın öz Allahı ilə razi-niyaz etdiyi bir müqəddəs məkan kimi qələmə verilir. Belə bir məkanın dağıdılması ən böyük günahlardan biri sayılır. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, "İslam Peyğəmbəri (s) Cəbraildən soruşdu: Allah yanında ən məhbub məkan haradır? Cavab verdi: "Məscid." Və Allah-taalanın yanında ən sevimli bəndə məscidə əvvəl girib, axırda çıxandır. (Mirzə Cavad Mələki Təbrizi, Əl-Müraqibat). Məscidin o qədər müqəddəsliyi var ki, İslam Peyğəmbərindən  (s)  nəql olunur ki, Həzrət buyurur: "Hər kəs məsciddə bir işıq yandırsa, ərşi ilahini həml edən mələklər nə qədər ki, o işıq yanır, o şəxsdən ötrü dua və bağışlanmaq istəyərlər."

Digər bir mənbədə o Həzrətdən nəql olunur ki, buyrur: " Məscid hər bir təqva əhlinin evidir".

Məscidin məqamı o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (s)  hədislərdən birində buyurur: "Səhər və axşam məscidə getmək, Allah yolunda cihad kimi sayılır."

Sonda bütün deyilənlərdən nəticə alırıq ki, hər bir müsəlmanın ürəyini qana çevirən məscid haqqındakı bu haqsız hökm, tezliklə aradan götürülməli və bu işi təşkil edənlər əvvəl, Allah-taalanın dərgahında tövbə etməli, daha sonra isə Azərbaycanın müsəlman xalqının adına daxildə və xaricdə ağır zərbə vurduqlarına görə üzr istəməlidirlər.


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net