Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olur. Peyğəmbər (s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".(Xisal,səh.316)
Bismilləhir-rəhmanir-rəhim.
Cümə
günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli
olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olar. Peyğəmbər
(s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".(Xisal,səh.316)
Əmirəl-Möminin
(ə) buyurur: "Cümə günün gecəsi çox parlaq, gündüzü isə nuranidir. Hər kim cümə
axşamı dünyadan köçsə, qəbr əzabından amandadır və hər kim cümə günü dünyadan
köçsə, cəhənnəm atəşindən azad olar". (Usul-Kafi, c3-səh, 415) Əlbəttdə burda şərt
budur ki,insan vaciblərə əməl edə, haramlardan çəkinə və başqalarının
hüquqlarına əməl edə. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər kim cümə gününü dərk
edərsə, o günü ibadətdən başqa heç bir şeylə məşğul olmaz və Allahın rəhmət yağışı
onun üzərinə yağar. O, həzrət daha sonra buyurur: Cümə günüdə əməllərin savabı
iki qat olar".(Vəsailuş-Şiə c5-səh, 65)
Müstəhəbdir
ki, insan cümə axşamı günüdən özünü cümə günü üçün hazırlasın. Paltarların təmizləsin,
özünü ətirləsin və o maneələr ki, onu cümə gününün ibadətlərindən saxlayacaq
onları aradan apara. Əsr vaxtı isə tövbə və istiğfar etmək, münacatla məşğul olmaq
təkid olunmuşdur.
Cümə gününün ədəbləri
1.Cümə
qüslu
Cümə
qüslu müstəhəb bir əməldir və bəzi fəqihlər onu vacib hesab edirlər. Cümə
qüslun insan edə bilər sübh çağından günortaya qədər yerinə yetirə. Amma hər nə
qədər günortaya yaxın olsa, bir o qədər
yaxşıdır. Əgər kimsə cümə qüslun cümə gününə qədər ala bilməsə, əsr vaxtı ala
bilər. Əgər cümə günü gün ərzində qüslu yerinə yetirə bilməsə şənbə günü yerinə
yetirə bilər. Ehtimal versə ki, cümə günü qüsl ala bilməyəcək cümə axşamı edə
bilər cümə qüslun yerinə yetirsin. İmam Sadiq (ə) buyurur: "Cümə qüslu insan
paklığı və həftəlik günahlarının kəffarəsidir".(Vəsailuş-Şiə c2-səh,945,
Biharul-Ənvar c78-səh,128)
İmam Əli
(ə) tənbəl və işsiz insanları məzəmmət edərək buyurur: "Sən həftə boyu bir qüsulla, paklıqla yaşaya
bilən və cümə qüslunu tərk edəndən belə acizsənmi?"(Usuli-Kafi c3-səh,42)
2. Təmizlik
(bəzənmək)
Müstəhəbdir
insan cümə günüdə özünü təmizləyə,təmiz paltarlarını geyinə, gözəl iyli ətirlərdən
istifadə edə. İmam Sadiq (ə) buyurur: "Sizlər cümə günündə zinətlənin, qüsl
edin, ətirlənin, saqqalınızı düzəldin və özünüzü cümə namazı üçün hazır edin".(Usul-Kafi
c3-səh,417, Vəsailuş-Şiə c5-səh,78)
O, həzrət
daha sonra buyurur: "Cümə günüdə hər müsəlmana lazımdır ki, öz saqqalın səliqəyə
sala, dırnaqların tuta və özünü ətirləyə".(Usuli-Kafi c6-səh, 511)
Cümə
günüdə öz maddi imkanı həddində ailəsinin ehtiyacların ödəyə. Necə ki, Peyğəmbər Əkrəm
(s) buyururlar: "Cümə günü ailənizə bir miqdar ət və meyvə alıb hədiyyə aparın
ki, o günü xoş keçirəsiniz".(Mən la yəhzur..c1-səh,423, Kafi c6-səh,229)
3. Cümə
namazı
Müsəlmanların
həftəlik ictimai toplantılarından biri cümə namazıdır. Müsəlmalarcümə günü zöhr namazının yerinə cümə namazı
qıla bilərlər. Cümə namazının qılınması zöhr namazının qılınmasından daha fəzilətlidir.
Cümə sürəsi möminləri cümə namazında iştirak etməyə dəvət edir. Cümə namazı iki rəkətdir
və eyni ilə sübh namazı kimi qılınır. Amma onun iki xütbəsi vardır ki, imam cümənin
vasitəsi ilə oxunur.
İkinci Şəhid
yazır: "Cümə namazı ona görədir ki, agah olasan və unutmaysan ki, cümə günü əzəmətli
gündür və cümə bayramı şərəfli bayramdır. Allah-təala o, günü bu ümmmətə məxsus
edib və bu şərəfli vaxtı öz bəndələri üçün qərar verib ki, bəndələri onun
civarına daha da yaxın olsunlar. Cümə namazı hicran dərdinə dərman və cəhənnəm
qorxusundan amandır. Ona görə də öz bəndələrin şövqləndirir ki, bu gündə yaxşı
və saleh əməllər yerinə yetirələr və həftə ərzində hər nə səhlankarlıq və
süstlük ediblər, əvəzin çıxalar. Allah cümə namazını ən mühüm itaət və özünə
yaxınlaşmaq üçün vasitə qərar vermişdir. C ümə namazı yeganə namazdır ki,
Qurani-Kərimdə zikr olunmuşdur. Allah-təala "Cümə surəsi"ndə buyurur: "Ey iman
gətirələr, cümə günü namaza çağrılan zaman, Allahı zikr etməyə (cümə namazına)
tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir".(cümə
sürəsi ayə,9)
Bu ayədə
çox sirlər yatmışdır. Ayədə namazı "zikr" adlandırmışdır ki, insanlar başa düşələr
namazdan hədəf Allahı qəlblə yad etmək və onun əzəmətini düşünməkdir. Bundan əlavə
namaz insanları pis və çirkin işlərdən çəkindirir".(Əsrarus-Səlatsəh,221)
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.