Bildiymiz kimi bu gün saat 11-də Ali Məhkəmədə "Fatimeyi Zəhra" məscidinin sökülməsindən verilən apelyasiya məhkəməsi keçirilib. Uzun zamandır davam edən məscidin məhkəməsi yenə də təxirə salınıb. Allah evinin məhkəməyə çıxarılması yalnız çiçəklənən Azərbaycanda görmək olar. Başqa heç bir ölkə, hətta Mozambikdə də belə hala rast gəlinmir. Bu hal özü tükürpədici olsa da, ondan çox danışmayacam. Hakimiyyətin yeni taktikasından danışacam. Mən bunların milləyyəti barədə danışmaq istəmirəm. Amma qanlarında Azərbaycanlı qanı, müsəlman qanı axmadığına əminəm. Hakimiyyət artıq yeni üsula əl atıb. Belə ki, kim kütləvi halda toplaşarsa, onları mülki geyimli şəxslər kobudcasına tutub avtobuslara basırlar və ya yerlə sürüylər. Bəlkə də bununla polislərin eyblərini qismən də olsa örtmək istəyirlər. Bir neçə gün bundan qabaq Müsavatın mitinqini, daha sonra Azadlıq blokunun mitinqini mülki geyimli insan sifətli zombilər vəhşicəsinə dağıdıblar. Amma bu gün hər şey fərqli idi. Heç kəs mitinq keçirtmək istəmirdi. Allahını sevən insanlar Ali Məhkəməndə iştirak etmək üçün gəlirdilər. Niyə? Çünki daima çiçəklənən Azərbaycanda deyilməsi nə qədər çətin olsa da, Allah evinin məhkəməsi keçirilməli idi. Məhkəmə başlamazadan öncə Ali Məhkəmənin ətrafını mülki geyimli şəxslər və polis əhatəyə almışdı. Bununla kifayətlənməyən mülkilər Məhkəmə binası qarşısındakı dindarlara təzyiq göstərməkdə xüsusi canfəşanlıq göstərirdilər. Baş verənlərə maraq göstərən ətrafdakı camaata isə "bunlar vahabilərdi, ona görə tuturuq" deyərək yalan məlumatlar verməkdən də çəkinmirdilər. Amma yalanlar bununla yekunlaşmır. Ali Məhkəmə qarşısına gələnlərə guya yaxınlıqda çox əhəmiyyətli tədbirin getdiyi bildirilir və buna görə də ərazini tərk etmək tələb olunurdu. Qeyd edim ki, mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyən 100-dən çox dindarı avtobuslara doldurub hadisə yerindən uzaqlaşdırıblar. Bundan əlavə digər piket və mitinqlərdə olduğu kimi bu dəfə də media nümayəndələrinə kobud davranılıb və bir neçəsinin vəsiqəsini təqdim etməsinə baxmayaraq, bölməyə aparıblar. Vallah mən bilmirəm onlara nə ad verim, amma bunu yaxşı bilrəm ki, onlar güzgüyə diqqətlə baxanda özlərinə nə ad verəcəklərini daha yaxşı bilirlər. Etikaya xatir mən onu qeyd etməyib onların öz öhdələrinə buraxıram. Sonda oradakı polis və mülki geyimlilərə səslənirəm. Məhkəmə qərarını eşitməyə gələn məsum sifətli dindarların çoxluğundan qorxmayın! Onları hər zaman ədalətsizlik olan hər yerdə görəcəksiniz. Qorxmayın! onlar yalnız ədalətli qərar gözləyirlər. Siz isə bu kobud davranışlarınıza görə həqiqi məhkəmə Qiyamət məhkəməsi qarşısında nə cavab verəcəyənizi düşünün.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.