ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
KİV VƏ AİLƏ
17/04/2010 - 12:46

Leyla Tağıyeva
Bütün ideoloji tendensiyaların başlıca və birbaşa daşıyıcısı Kütləvi İnformasiya Vasitələridir. İnsanların şüuruna təsir edən mexanizmlərdən ən mühümləri mətbuatın, radionun, televiziyanın və son illərin favoritinə çevrilən internetin əlində cəmlənib. Onu da vurğulamaq lazımdır ki, belə təsirlərin nəticəsi olaraq insanların, əsasən də uşaqların bir qismi sosial və mədəni mənsubiyyətlərinə rəğmən özlərini yabançı cəmiyyətin üzvü kimi aparır, təxəyyül və şüurlarında tamamilə yad dünyaya xas təsəvvür və davranış sisteminə düşürlər. Bu durum onları zərərli proqram və ideyaların gerçəkləşməsində iştiraka vadar edir ki, bunun da həm fərd, həm cəmiyyət üçün ziyanlı bəhrələri ola bilər.
 Mən bu məqalədə televiziyanın və internetin gələcəyimiz olan uşaqlarımıza, yeniyetmələrimizə hansı zərərlər vurduğunu və problemdən çıxış yolunu imkan həddində açıqlamaq istəyirəm.
 
TELEVİZİYA VƏ UŞAQLAR
 
 Televiziya bu gün bir informasiya vasitəsi kimi evlərə geniş şəkildə nüfuz edərək ailələrin gündəlik vaxtının böyük hissəsini özünə həsr edib. Belə ki, bir çox evlərdə televizordan istifadə vaxtı hətta 8-10 saatı keçərək, xüsusən uşaq və yeniyetmələrin əyləncə vasitəsinə çevrilib.
 Televiziyanın həm faydalı, həm də zərərli cəhətləri vardır.
 Televizordan istifadə vaxtlarının düzgün müəyyən edilməməsi bir çox mənfi təsirlərə səbəb olduğundan, bu məsələ daima valideynlərin diqqət mərkəzində durmalıdır. Uşaqlar tez bir zamanda təsir altına düşdüyündən və televiziya vasitəsilə yayımlanan proqramları düzgün təhlil edə bilmədiklərindən yaşlarına uyğun olmayan bir çox psixoloji gərginliklə qarşılaşmalı olurlar.
 Bəzi mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər, uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların boş keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.
 Los-Anceles universitetinin müəllimi, professor Vaksmen deyir: "Televizor ekranlarından yayılan elektromaqnit dalğalarının insan orqanizminə ciddi surətdə mənfi təsir göstərməsinə heç bir şübhə yoxdur. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəsilə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur".
 Təcrübə göstərib ki, əgər bir şəxs 40 yaşından etibarən gün ərzində bir saat yarım televizor proqramlarına tamaşa edərsə, 60 yaşında kitab oxumaq bacarığını əldən verə bilər. Həmçinin, oxuduğu mövzular yadında yaxşı qalmaz, məlumatları təhlil və tətbiq edə bilməz. Əgər bir uşaq 18 aylığından televizor tamaşaçısı olub 3 yaşınadək buna adət edərsə, bunun ona hansı mənfi təsirlər göstərəcəyini də siz duşunun.
 Televiziya vasitəsilə yayımlanan bəzi filmlər (qətl, ölüm, oğurluq, başqalarına işgəncə və s. kimi) uşaqların əxlaq və davranışlarında tez bir zamanda öz mənfi təsirlərini əks etdirir. İlk olaraq qeyd etmək lazımdır ki, belə filmlər uşaqların həssas, zərif ruhlarına güclü şəkildə təsir edir və onlarda ruhi və cismi iztirablar yaradır. Son zamanlar intihar yaşının aşağı düşməsi də buna əyani sübutdur.
 Bundan əlavə filmə baxarkən qəflətən qorxu və həyacan keçirmə bəzən uşaqların başağrı, başgicəllənmə, huşdangetmə kimi xəstəliklərə tutulmalarına gətirib çıxarır.
 Digər tərəfdən belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz. Çünki belə filmlərə tamaşa edən uşaqlar filmin "qəhrəman"larını təqlid etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş qaldırır. Polis də öz növbəsində bu sayaq filmləri seyr edən cavanların müxtəlif cinayətlərə əl atmalarının çoxaldığını vurğulayır. Bir neçə ay bundan əvvəl qəribə bir olay dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Belə ki, 5 yaşında uşaq atasının silahını əlinə alaraq "Mən Polad Elemdar, əllərini qaldırmasan vuracam" ("Qurdlar vadisi" filmindən)deyərək atəş açıb. Nəticədə atası vəfat edib.
 Artıq son zamanlarda dəb şəkilini almış, hətta bəziləri üçün adiləşmiş iffətə zidd olan film və seriallar, eləcə də digər proqramlar təəssüf ki, az bir qrupdan savayı heç kəsi narahat etmir.
 Çox zaman valideyn ailədə uşaqların yanında danışmaq istədikdə, söhbətinə hədd qoyur və sözlərinin uşaqlara mənfi təsir bağışlamasından ehtiyatlanır. Bundan başqa biz gündəlik həyatımızda böyüklə kiçik arasında fərq qoyuruq. Bu səbəbdən "böyüklük çağı" uşaqlar üçün sirli, müəmmalı bir aləm sayılır. Təəssüflər olsun ki, müasir dövrdə bunlara riayət edilmir. Həya pərdələri aradan götürüldüyündən, böyüklərin tamaşa etdiyi film və seriallara uşaqlar da çox asanlıqla tamaşa edirlər. Halbuki, Həzrət Peyğəmbər həyanı imanın bir qolu adlandırmışdır. (Kənzul-Ummal, hədis 52). Bundan əlavə Həzrət Rəsul (s) Allahın həyalı, təmkinli, namuslu və iradəli insanı sevdiyini də dəfələrlə hədisindədə bildirmişdir (əl-Kafi, c.2, səh.112, hədis 8). Biz bunları övladlarımıza anlatmalıyıq.
 Əgər valideynlər övladlarının onlara hörmət etmələrini, tərbiyəli böyümələrini istəyirlərsə, ilk növbədə onları başa düşəcəkləri tərzdə və mehribanlıqla belə proqramlara baxmaqdan çəkindirməlidirlər.
 Bəs çıxış yolu nədədir? Buna görə bir balaca araşdırma apardım və fikrimcə aşağıda sadalanan metodlardan istifadə etməklə uşaqlarımızı qeyd etdiyimiz təhlükələrdən qoruya bilərik:
 - Uşaqlarımızı baxdığı filmlərə nəzarətdə saxlamalı, verilişlərin bəzilərinə isə onlarla birlikdə tamaşa etməliyik. Belə etsək, onlarda yaranan suallara cavab vermiş və göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək etmiş olacağıq. Axı, biz də bir zamanlar öz valideynlərinizdən bilmədiklərinizi öyrənmişik! Balalarımızın bilmədikləri sualların cavabını özgələrdən deyil, məhz bizim özümüzdən öyrənilməsi daha yaxşı olmazdımı?!
 - Qətiyyətlə televizoru uşaqların yataq otağında yerləşdirməməli.
 - Televiziya proqramlarının vaxtını məhdudlaşdırmalı
 - Uşaqlarımıza xatırlatmalıyıq ki, filmdə aktyor yaralanmır və ölmür, amma real həyatda belə hallar ağır hadisə və bəzən ölümlə nəticələnə bilər.
 - Televizorda ruhi gərginlik yaradan səhnələr göstərildikdə ya kanalı əvəz etməli, yaxud da ümumiyyətlə televizoru söndürməli. Bu növ səhnələrin yarada biləcəyi problemləri də uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salmalı.
 - Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən geniş söhbət açmamalı və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis vasitə olduğunu vurğulamalı.
 - Uşaqlarımızı televiziyanın elmi, dini və idman verilişlərinə baxmağa təşviq etməli. Beləliklə, onları televiziyadan düzgün şəkildə istifadə etməyi öyrədərik.
 - Bir çox proqramların seçimində uşaqlarınıza kömək etməli.
 - Birlikdə maraqlı bir filmə baxdıqdan sonra birgə əyləşib o filmin zəif və güclü cəhətlərini təhlil etməli. Bu onların təfəkkür qüvvəsinin güclənməsinə səbəb olacaq.
 - Uşaqlar televiziyaya tamaşa etdikləri zaman, başqa bir işlə məşğul olmamalıdırlar. Həmçinin, mütaliə üçün də elə bir yer seçilməlidir ki, onların diqqətini heç bir şey yayındırmasın. Yemək zamanı, ailənin bir-birinin kənarında oturduğu saatdır. Belə vaxtlarda televizorun söndürülməsi daha yaxşı olardı.
 
İNTERNET VƏ UŞAQLAR
 
 Son 10-15 ildə dilimizə yeni terminlərin - kompüter, internet, çat, forum və s. gəlməsiylə həyatımız tamamilə dəyişib. Belə ki, insanlar davranışlarını, düşüclərini, ümumiyyətlə yaşayışlarının da kompüterə görə dəyişirlər: Televiziya proqramlarına kompüterdən baxır, evdəki əşyaları kompüterə görə yerləşdirir, internetdən məlumatlar toplayır, çatdan dostlar tapır və s. və i. Kompüter o qədər "biz" olub ki, ailə, məktəb və dost həyatımızı belə əvəzləyib. Bu səbəbdən "internet lokallarının", qısaca desək "çatın" həyatımıza gətirdiyi dəyişiklər haqqında araşdırma apardım və... təəssüfləndim. Deyəcəksiniz ki, niyə? Söhbət uzundur. Ona görə bu barədə şəxsi fikirlərimi nəzərinizə çatdırıb, son qərarı öhdənizə qoyuram.
 İnternet - insanların çox qısa müddət ərzində maneəsiz olaraq uzaq mənbələrdən informasiya əldə etməsinə kömək eləyir. Dünya praktikasında elektron yazışmalardan alimlər, sənətkarlar, biznesmenlər, müxtəlif peşə sahibləri bilik, informasiya mübadiləsi, uzaqda yaşayan və başqa təhsil səviyyəsinə malik həmkarları ilə əlaqə qurmaq üçün geniş istifadə edirlər ki, bu da alqışlanan bir haldır. Bununla belə, hər şeydə olduğu kimi burda da mənfi istiqamətlər var. Belə ki, mütəmadiyən çatdan, forumdan istifadə etmək insanda get-gedə asılılıq əmələ gətirr, onu real həyatdan uzaqlaşdıraraq virtual çərçivəyə salır. Hansı ki, bu aləmdə real olan insanlar, münasibətlər, hadisələr yoxdur və hər şey elektron yollarla həyata keçirilir. Beləliklə, insan özünə qapanır, dünyadan uzaqlaşır. Bu da ən çox yeniyetmələrin və gənclərin həyatında özünü göstərir. Onlar interneti sadəcə vaxt keçirmək üçün bir vasitə olaraq görürlər. Halbuki İslama görə mömin şəxsin malik olduğu ən qiymətli dəyər vaxtdır və insan onun dəyərini ancaq itirəndən sonra anlayır. Vaxt elə bir dəyərdir ki, onu yenidən əldə etmək, bərpa etmək mümkün deyil. İnsanın ən qiymətli vaxtlarını bihudə yerə itirməsi Allah qarşısında cavabdeh olan hallardan biridir. Çatda əyləncə xatirinə tanımadıqları, şəxsiyyətinə bələd olmadıqları, üzünü belə görmədikləri insanlarla virtual əlaqə qurub tanış olaraq vaxtlarını bihudə itirən gənclərə çox təəssüflənirəm. Həmin çatda yazışmalara nəzər salanda görürük ki, bayağı ifadələrlə, mənasız, əxlaqsız şəkillərlə dolu olan yazışmaların heç bir mənası da yoxdur. Tariximizə nəzər salsaq görərik ki, 14-15-16 yaşlarında insanlar diplomatik funksiyaları yerinə yetiriblər, imperiya, dövlət qurub, hökmdarlıq ediblər. Amma bizim həmin yaşlı uşaqlarımız nə edirlər? Mütaliə etmək, nəyi isə araşdırmaq, öyrənmək əvəzinə internet klublarda boş yerə, mənasızcasına insanı zorakılığa, qan tökməyə, ölüm, qan, hay-küy və bu ruhda tərbiyə edən oyunlarla məşğuldurlar. Budur internetin qorxulu, insanı məhv eləyən cəhətləri. Sabah cəmiyyətin idarəsi bu yeniyetmələrdən asılı olanda nə dərəcədə bayağı dünyagörüşə sahib olduqlarını görəcəyik.
 Çıxış yolu kimi gəncləri əyləncə, qapanma dövründən xilas olub, yaxşı mənada cəmiyyətə hazırlamalı və istedadlarını nümayiş etdirməyə şərait yaratmalıyıq. Bundan əlavə onları nəzarətə götürməliyik. Əlbəttə, bu zor gücünə, döyülmə, tam qadağa ilə həyata keçirilməməlidir, keçid dövrü nəzərə alınmalıdır. Yeni proqramlar çıxıb, hansı ki, internetə, müəyyən saytlara girişi nəzarət altında saxlayır. Yaxud da müəyyən saatdan sonra gün ərzində hansı saytlara girildiyini, nələrə baxıldığını göstərir. Bununla paralel olaraq uşaqlarda profilaktik tədbirlər aparılmalıdır, onları elmə, biliyə, yaradıcılığa doğru yönləndirmək lazımdır. Və ən əsası, internetdən istifadə etmək mədəniyyətini formalaşdırmaq lazımdır.
 

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

02/10/2010 İNTERNETDƏ OLAN BÜTÜN XANIMLARA

n

17/04/2010 KİV VƏ AİLƏ

n

02/10/2009 TAĞI ƏHMƏDOV BUNDAN DANIŞSIN

n

12/09/2009 Bu nə vaxta kimi davam edəcək?!!

n

04/09/2009 Yandım, elə yandım...

n

24/06/2009 Öldürüb "inqilab şəhidi" deyirlər!..

n

15/04/2009 Allahın əmrinə qarşı çıxmaq böyük günahdır
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.