Turan İbrahimovun ləkəsini "xaç suyu" da təmizləyə bilməz
Mənəvi-əxlaqi
dəyərlər hər bir xalqın, millətin həyatında mühüm rol oynayır. Həm də o dərəcədə
ki, millətin mövcudluğu, dövlətin etibarlı müdafiəsi, vətəndaş cəmiyyətinin
formalaşması, demokratiyanın səviyyəsi bu dəyərlərdən daha çox asılıdır.
Ümumiyyətlə bütövlükdə dövlətin inkişafı istehsal və qeyri-istehsal sahələrinin
fəaliyyəti ilə birbaşa bağlıdır. Əgər bu sahələrdən birincisi iqtisadiyyatı
formalaşdırırsa, ikincisi də cəmiyyət qurur.
Xatırladaq
ki, təhsil, səhiyyə, televiziya, mətbuat və digər sahələr məhz ikinciyə aiddir.
Onlar içərisində geniş tamaşaçı auditoriyasına malik televiziyanın imkanları isə
daha genişdir. Ona görə də proqramlar hazırlayarkən çox diqqətli olmalı, hər
bir verilişin cəmiyyətdə hansı reaksiya doğuracağını, onun mənəvi-əxlaqi dəyərlər
sisteminə və deməli bir millət kimi mövcudluğumuza necə təsir edəcəyini
hesabla-maq lazımdır. Ancaq əfsuslar olsun ki, mənəviyyat məsələləri ilə bağlı
yad ideologiya bizim yerli telekanallarımıza o dərəcədə nüfuz edib ki, az qala
bir millət kimi "əriyib" yox oluruq. Biz bu yazıda onlardan yalnız
birinə - ANS telekanalında nümayiş etdirilən və Novruz bayramından bir neçə gün
sonra efirdən əxlaqsızıq təbliğ edən "Günəbaxan" verilişinin
aparıcısı Turan İbrahimovun məlum davranışına toxun-maq fikrindəyik.
Əlbəttə,
ola bilsin ki, martın 26-da efirə gedən verilişdən sonra bu yazı bir qədər
gecikmiş hesab olunsun. Amma nəzərə alsaq ki, milli, mənəvi-əxlaqi dəyərlər və
onun qorunması həmişə aktualdır, onda heç bir gecikmədən söhbət getməməlidir.
Ancaq biz birbaşa mətləbə keçməyib, əvvəlcə diqqəti idealist cərəyanın nümayəndəsi
olan ingilis pedaqoqu Con Lokkun fikirlərinə yönəltmək istərdik. Bu adam vaxtilə
deyib ki, uşağın beyni ağ lövhəyə bənzəyir, ora nə yazsan, onu da götürəcək.
Doğrudur, bu fikir Allahı inkar edən materialistlər tərəfindən rədd edilirdi.
Ancaq nəzərə almaq lızımdır ki, insan təkcə bioloji varlıq olmayıb, həm də
ictimai inkişafın məhsuludur. Yəni ətraf aləmdə baş verən hadisələr bir fərd
olaraq insan şüurunun, xarakterinin, dünyagörüşünün formalaşmasına təsir edir.
Bu baxımdan şübhəsiz ki, teleproqramların da səviyyəsi gələcək nəslin
formalaşmasında iz buraxır. Və onun bu və ya digər xarakterli şəxsiyyətə
çevrilməsində müəyyən rol oynayır.
Əgər
T.İbrahimov üzərinə ingiliscə "If you want more, yust be my WNORE"
(Azərbaycan dilinə tərcümədə "əgər çox istəyirsənsə, sadəcə fahişəm
ol" anlamına gəlir) sözləri yazılan üzdəniraq köynək geyinib 9 milyonluq
xalqın qarşısına çıxırsa, onda gələcək nəsillərin hansı tip şəxsiyyətə çevriləcəyini
şərh etməyə ehtiyac qalmır. Adam bunu fikirləşdikcə Qarabağın indiyə kimi nəyə
görə əsarətdə qaldığının səbəblərini dərk etməyə başlayır. Yəni mənəviyyatda, əxlaqda
yaranmış, daha doğrusu, süni surətdə yaradılmış çat xalq, millət, torpaq, Vətən
təəssübkeşliyi kimi müqəddəs hisslərdə də ölçüləri sürətlə böyüyən çatlar
yaradır.
Doğrudur,
Turan köynəyini dəyişməsə də, əxlaqsızlığın supertəbliğinə etiraz əlaməti kimi
telekanala zəng edən çoxsaylı Azərbaycan tamaşaçılarının qınağından guya çəkinərək,
həmin mürdar köynəyin üstündən başqa birisini geyinməyə məcbur oldu. Bu isə əslində
maska taxmaqla əsl simasını gizlətmək-dən başqa bir şey deyildi. Ancaq çox gec
idi. Bundan sonra istənilən geyim Turanı "If you want more, yust be my
WNORE" söyüşlü köynək şəklində göstərəcək. Hətta xaç suyu da bu ləkəni təmizləyə
bilməz.
Başqa
bir maraqlı məqam isə "Günəbaxan"da, saçı qarğıdalı saçağına bənzəyən
kişi xeylağının sentizatorda yüksək tonla ifa etdiyi mənşəyi bilinməyən bic
"mahnı" ilə bağlıdır. Belə ki, verilişdə iştirak edən yaşlı bir kişi
etiraz əlaməti kimi həmin "mahnı"nın zəhlətökən təsirindən başını
tutur. Və Turan qayıdıb "məgər səni bura zorla gətirmişik?", deyə ona
acıqlanır. Buyurun, bu da "dəqiq, qərəsiz, vicdanlı" münasibət. Və...
böyüyə, ağsaqqala hörmətin, əxlaqın, mənviyyatın ingilis nümunəsinin üfunətli təfəkkürlərə
ixracı...
Əlbəttə,
burda söhbət sadəcə Turandan getməməlidir. Çünki o da bir fərd kimi bioloji
varlıq olmaqla ya-naşı, həm də ictimai varlıqdır. Yəni onun işlədiyi mühitin də
məlum köynəyi geyinməsinə barbaşa təsiri və dəxli var. Amma mühiti yaradan
sıravilər yox, həmişə rəhbərlik olur. Nahaq yerə deməyiblər ki, balıq başdan
iylənər. Xatırladaq ki, alnımıza döyüş yazan, bizlərə əxlaq, mənəviyyat dərsi
keçən ANS-in rəhbərlərindən biri, konkret olaraq Mirşahin Ağayev bir vaxtlar Azərbaycan
jurnalistikasının tarixinə, onu yaradanlara eqoistcəsinə münasibət bildirmişdi.
Və Mirzə Cəlildən, Mirzə Fətəli Axundovdan, Həsən bəy Zərdabidən üzü bu yana
bütün tanınmışların jurnalistika fəaliyyətinə işarə ilə "Azərbaycan
jurnalistikasından pəyə (oxu: tövlə - S.) iyi gəlir" demişdi. Amma
unutmuşdu ki, tövlə qoxusunu istənilən vaxt aradan qaldırmaq mümkün olsa da,
tövlə təfəkkürünün mənəviyyata vurduğu zərbənin ağır fəsadların-dan yaxa
qurtarmaq asan deyil. Və deyəsən indi də unudur ki, söyüşü, təhqiri, tərbiyəsizliyi
köynək üzərində ekrana çıxarmaqla alına döyüş yazmaq mümkün deyil. Nə fərqi var
ki, söyüş ingiliscə, yoxsa Azərbaycan dilində yazılır. Onsuz da ingilisin dili
və barmağı o qədər uzundur ki, okeanın o tayından bu tayına qədər hər yerə
çatır. Hətta Turanın arxasına və köynəyinə də...