Uzun
zamandır yazmırdım. Mövzusuzluqdan deyil, yorğunluqdan. Fiziki cəhətdən deyil,
mənəvi cəhətdən yorulmuşdum. Əgər soruşsaz ki, niyə yorulmuşam, bax bu çox vaxt
aparacaq bir söhbət mövzusudur. Ona görə deyirəm ki, sadəcə yorulmuşdum.
Yorulmuşdum,
amma bu gün yorğunluğum bitdi. Daha doğrusu yorğunluğumu unutdum. Ən doğrusu isə,
yorğunluğumun gündəmdə olan mənəviyyatsızlığa görə yersiz olduğunu gördüm.
Son
2 gün ərzində 2 mənəviyyatsız hərəkətin şahidi oldum. Və Azərbaycanda bu cür mənəviyyatsız
hərəkətlərin, onları yaşadanların olduğunu görüb, hələ yükü yerə qoymağın tez
olduğunu düşündüm və öz payıma düşən yükü yenidən götürüb, ağzı yoxuşa olmasına
baxmayaraq, aram addımlarla da olsa, getməyə qərar verdim.
Təsəvvür etməzsiniz, hər iki mənəviyyatsızlıq
hadisəsi daim Azərbaycanda vətənpərvərliyi, əxlaqı, mənəviyyatı təbliğ etdiyini
söyləyən, döyüşün alnımıza yazıldığını özünə lozunq seçən bir kanalla - ANS-lə
bağlıdır.
İlk
hal, həqiqətən də bu kanalın Azərbaycanda vətənpərvərliyə, əxlaqa, mənəviyyata
önəm verdiyini göstərirdi. Belə ki, kanalın anspress.com adlı saytında Azərbaycanın
xalq artisti adına layiq olmayan birinin (onun adını çəkməyin özü belə mənim
üçün aşağılıqdır - A.M), gündəlik çörəkpulunu qazanmaq üçün işıqforlarda
dayanıb maşınların şüşəsini silən bir uşağa "Qoduğun biri cındır..." deyərək təhqir
etməsi, daha doğrusu bu cür mənəviyyatsız bir hərəkətlə, əslində ona verilmiş
xalq artisti adının necə aşağılandığını bir daha göstərmiş oldu. Bundan əlavə, həmin
şəxsin bir müddət əvvəl dövlət tərəfindən ona verilmiş evdə paltarlarını
saxlayacağını, qarderob edəcəyini söyləməsi də, bir əxlaqsızlıq nümunəsi idi.
Halbuki, əxlaqının, mənəviyyatının, vətənpərvərliyinin bu cür insanlardan
qat-qat artıq olduğu mənim kimilər, ehtiyacımız olduğu halda, dövlətin belə
qayğısından məhrumuq.
Bu
xəbərin məhz ANS-in adı ilə bağlı olması, daha doğrusu heç nədən çəkinməyərək
yayımlanması, onlara qarşı olan fikirlərimdə müsbət çalarlar yaratdı.
Amma...
Amma bu səhər yayımlanan "Günəbaxan" verilişi, yaranmış o çalarları yenidən məhv
etdi. Sanki hansısa gözəgörünməz bir əl, özünü vətən, əxlaq, mənəviyyat
keşikçisi kimi göstərən bu kanalla Azərbaycanımıza əxlaqsızlıq, mənəviyyatsızlıq
aşılayır.
Əvvəllər,
günün-günorta çağı əxlaqsız seriallar və filmlər təqdim edərək, gənclərimizin
milli, mənəvi, vətənpərvər ruhuna bilərəkdən zərbə vuran bu kanal, daha sonra
bu sıraya daim Azərbaycan xalqına hörmətsizlik edən, dinini, inancını ələ salan
"Günəbaxan" verilişini əlavə etdi.
Bir
müddət əvvəl ziyarətgahları, pirləri, ocaqları təhqir edən, onlara getməyin
günah olduğunu söyləyən əxlaqsızın biri, daha sonra İmamların adına layiq
olmayan sözlərlə onları təhqir etməyə cəhd göstərmişdi. Bəli, məhz cəhd göstərmişdi.
Çünki onun kimi əxlaqsızlar, bu işi etməyə özlərində cürət tapmazlar.
Amma
görünür Turan kimilərinin Azərbaycan cəmiyyətində çoxluğu və onlara qarşı
etdikləri əməllərə görə, heç bir inzibati cəzanın tətbiq edilməməsi, onların
daha da əl-qol açmasına səbəb olur.
Buna
misal kimi, bu gün səhər əxlaqsız hərəkətləri ilə daha çox tanınan və "Günəbaxan"
verilişinin aparıcısı Turanın, əyninə "İf
you want more, just be my WHORE" ("Əgər çox istəyirsənsə, sadəcə fahişəm
ol") sözləri yazılmış köynək geyməklə, 9 milyonluq Azərbaycan
xalqını təhqir etməsini göstərmək olar. Təsəvvür edirsiz bu nə deməkdir. Bu o
deməkdir ki, döyüşü alnına yazmış şəxslər əslində ermənilərlə deyil, AZƏRBAYCAN
XALQI ilə döyüşmək istəyirlər. Bu o deməkdir ki, onlar həm də Azərbaycan
xalqının əsrlərdir dəyişməyən MƏNƏVİYYATI ilə razı deyillər. Bu o deməkdir ki,
onlar həm də Azərbaycan xalqının ƏXLAQI ilə mübarizə aparmaq niyyətindədirlər.
Bu o deməkdir ki, onlar həm də Azərbaycan xalqının qız-gəlinlərini fahişəliyə
daha çox layiq bilirlər. Bu o deməkdir ki, onlar ... HƏM DƏ...
Bax,
bu HƏM DƏ-lər bitməyəcək. O vaxta kimi ki, Azərbaycan cəmiyyətində turan kimiləri
televiziya ekranlarından xalqa əxlaq, mənəviyyat dərsi keçəcək, bəzilər isə mədəniyyətin
nə olduğunu bilmədiyi halda "Gəlin özümüzü mədəni aparaq" - deyəcək və yaxud da
digəriləri özünü mədəniyyət xadimi olduğunu göstərərək, icitimaiyyət içərisində
mədəniyyətdənkənar "qoduğun biri, cındır" kəlmələrini söyləyəcək.