Ailə zorakılığdan uzaq bir institut olmalıdır. Ailəyə vermiş olduğumuz hər hansısa bir tərifdən aslı olmayaraq bu məsələ daim diqqətdə qalmalıdır. O ailələrdə ki uşaqlara və ya uşaqların gözü qarşısında valideynlərdən hər hansısa birinə qarşı zoraklıq halı baş verirsə, belə ailələrdə ümumi sosial-psixoloji mühit acınacaqlı olur. Qloballaşmanın gətirdiyi təhlükələrdən biri də məhz son dövrlərdə ailə daxili münaqişələrin artması olmuşdur. Mütəxəssislər ailədaxili zorakılığın bir neçə formasını göstərmişlər ki, onların əsasları bunlardır: fiziki, emosional, iqtisadi və cinsi. Aparılan araşdırmalar zamanı bu da məlum olmuşdur ki, ailədaxili zorakılığa məruz qalanlar əsas etibari ilə uşaqlar və qadınlardı. Beləki, bəzən kişilərin hədə-qorxu, təcrid və məcburiyyəti ehtiva edə bilən təhqiredici və təhdidedici davranışları sonda münaqişəli vəziyyətlərə gətirib çıxardır ki, bu da özünü yuxarıda sadaladığım zorakılıq növlərinin birində göstərir. Ailə zorakılığının məqsədi digər bir kəsin idarə olunması və onu üzərində hökm sürmək üçün tətbiq edilir. Kişilər daha çox bundan ən yaxınlarına, yəni hal-hazırki və ya keçmiş həyat yoldaşlarına, istədikləri və hətta əlaqədə olduqları qadınlara qarşı istifadə edirlər. Bəzi kişilər görürsən ki bayırda xoş rəftar edir, evə qayıtdıqda ailə mühitini öz davranışı ilə zəhərləyirlər. Təəssüflər olsun ki, ailədə zorakılığa yol aça biləcək hər hansısa yalnış davranışın qarşısı nəinki alınır, əksinə əksər hallarda bu davranış davamlı xarakter alır. Qadınlara hörmət, onların əziz tutulması, onlarla sərt rəftardan çəkinmək əslində ailə səadətinə aparan başlıca yoldur. Çünki, tarixən olduğu kimi, müasir dövrümüzdə Azərbaycan ailələrində uşaqların tərbiyyəsi əsasən anaların öhdəliyində olur. Ananın ailədəki vəziyyəti isə birbaşa uşaqların psixoloji durumuna təsir edir. Bura uşağın sağlamlıq vəziyyətindən tutmuş, təhsil səviyyəsinədək bir çox məsələlər daxildir. Zorakılığa məruz qalmış qadın istəsə də yaxşı övlad tərbiyyəçisi ola bilməz. Adətən, belə analar psixoloji cəhətdən çox əziyyət çəkir və stress altında olurlar. Təbii ki, bundan ən böyük ziyanı hələ həyatda özünü tapmamış və dərk etməmiş uşaqlar görür. Emosianal zorakılıq fiziki zorakılıq ilə əvəzləndikdə isə vəziyyət öz kuliminasiya nöqtəsinə çatır. Valideyn himayəsində yaşayan uşaqlar bəzən bu himayədə ola-ola zorakılığın demək olar ki, bütün formaları ilə üzləşirlər. Odur ki, gərək himayədarlar son dərəcə diqqətli olsunlar. Uşaqlar ailədə zorakılıq görməməlidirlər. Onlar bu ailə ittifaqının ən qayğısız üzvləridir. Tipik Azərbaycan ailələrində adətən zorakılığa birbaşa məruz qalan tərəf qadınlar olur. Bəzən bilərəkdən, ya əksinə, bəzi dairələr tarixi adət və ənənələrimizin formalaşmasında birbaşa təsir qoymuş İslam dininin ailədə qadınlara qarşı zorakılığa "yaşıl" işıq yandırdığını iddia edirlər. Halbuki, məsələyə din kontekstindən yanaşsaq, təmamilə fərqli mənzərinin şahidi olarıq. Beləki, dini rəvayətlərdə buyrulur ki, qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir. Qurani Kərim isə kişilərə belə göstəriş verir: "Həyat yoldaşlarınızla yaxşı və xoş rəftar edin". Din müştərək həyatın davam etdirilməsini yanlız xoş rəftarda görür. İslamda ailə səadəti haqda geniş məlumat əldə etmək istəyənlər müəllifi Məhəmməd Əli Sadatın olduğu "Gənc ailələr üçün göstərişlər" kitabına müraciət edə bilərlər. Beləliklə, istər maddi, istərsə də mənəvi nöqteyi nəzərdən ailədaxili zorakılıqdan çəkinmək və ailədə övladlara qayğı və məhəbbət göstərmək ən bəyənilən bir işdir. Dini rəvayətlərin birində buyrulur ki, Həzrət Peyğəmbərin (s) ana bətnindən yarımçıq düşmüş uşaqlara diqqət yetirdiyi halda - hansı ki, onlara "Behiştə daxil olun"-deyə buyurulduqda, "Valideynlərimizdən öncə daxil olmarıq" deyərlər-nə üçün valideynlər öz övladlarının-bu ilahi nemətin qədrini bilməsinlər?! Onun ehtiyaclarını ödəməsinlər?! Halbuki, valideynlərin övlad sahibi olmaları, onların ehtiyaclarını ödəmələri dünya və axirətdə böyük xeyri olan bir ticarətdir.
Meqaleni oxudum, chox maraqli idi. Ancaq, bir mesele barede sorushmaq isteyerdim. Mehemmed Eli Sadatin o kitabini internetde elde etmek olar?! Mumkunse bir cavab yazin.
Cavid Imamoglu
25-03-2010, 11:34:26
Hormetli Aytekin xanim,
Her sheyden once deyerli vaxtinizi serf edib bu kosheni oxudugunuza gore size oz teshekkurumu bildirirem. Eyni zamanda Faktxeber saytinin butun emekdashlarina da biz genclere yer ayirdigi ve sosial ishe aid yazilari saytlarinda verdiklerinden dolayi oz minnetdarligimi bildirmek isteyerdim. O ki qadli, hemen kitabin internetden elde olunmasina, bu chox rahatdir. Kitab achiq shekilde internete yerleshdirilib ve siz muellifin ve kitabin adini google ve ya bashqa axtarma vasitelerinde search vermekle elde ede bilersiniz.
Hormetle,
Cavid Imamoglu
GULSEN
25-03-2010, 12:46:13
SALAM ALEYKUM.evvelceden cox sagol yazdigin butun meqalelerde bir mentiq durur gozel exlaq durur insanlarin gozunu acmaq ucun bele meqaleler cox deyerlidi.cox sagol ki bele meqale yazmisan ALLAH razi olsun.ela yaxsi ailenin temeli sevgiden hormetden aslidi basa dusmeyden aslidi.sagol hormetle GULSEN
Cavid
25-03-2010, 15:30:37
Salam Gulshen xanim,
Demek olar ki, ekser koshe yazilarima fikrinizi bildirirsiz. Diqqetinizden dolayi size oz semimi teshekkurlerimi bildirirem. Eslinde, bu sizin dogruluq daliyca oldugunuzdan xeber verir. Haqq ise hemishe dogrularladir!.
Hormetle,
C.Imamoglu
Kenan
25-03-2010, 16:40:11
HORMETLI FAKT XEBER. MEN SIZIN SAYTA BASHQA BIR SAYTIN LINKINI QOYSAM, SHERHIMI POZMAYACAQSIZ. SADECE MEHEMMED ELI SADATIN HEMEN KITABININ LINKINI TAPDIM, OXUMAYANLAR OXUSUN.
CAVID BEY yazib sizden xais edirem ki mene sadece GULSEN deyin xanim demeyin oldu.birde yaxsi meqaleye ela deyerler demeli o meqale yaxsidisa onu yazan yaxsi yazardi.siz dusunmeyin ki sizi taniyiram ondan yaxsi yaziram yox esla ele dusunmeyin.xos sozlerinize gere tesekkurler.qoy ALLAH hemse sizle olsun AMIN
Xeyal Hesenov
31-03-2010, 14:07:17
Salam eziz qardasim. Men bu aralar basim qarisdiqindan senin iki meqaleni buraxmisam ancaq arxivden elde edib oxudum. Umumiyyetle sen cox gozel yazirsan qardasim. Men bunu tanisliqimiz xatirine deyil senin yazilarina olan hormetimnen ireli gelerek deyirem. Allah qorusun seni eziz dostum bu yaxinlardada Meshedi oldun Allah senin bu ziyaretinide qebul elesin inshallah:)