Ölkə
Hərb
Tarix
Analiz
Media
Dünya
Hüquq
Hadisə
İdman
Siyasət
Müsahibə
Araşdırma
Top Secret
İqtisadiyyat
Vətən Oğulları
Elm,Təhsil,Texnologiya
Maraq dünyası
Fotoqalereya
Mədəniyyət
İnfoqrafika
Mənəviyyat
Uşaq aləmi
Karikatura
Sağlamlıq
Sual-Cavab
Audio
Video
Ailə
Gündəm
ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR
Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<
"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"
Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı
BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar
TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU
"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg
BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ
Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol
Sorğu
Nəticələr
Ən Çox Oxunanlar
Ən Çox Şərh Olunanlar
AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ
SİZCƏ, BU POLİS NƏ DEYİR?
FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR
AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ
İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT
Dünən gördüyüm yuxuydu, nə idi bilməm,
gördüm
heç vaxt görmədiyim
cənnət qoxulu bir yerdəyəm.
Buranın bir tərəfi
içi qanla dolu
qar üstündə donmuş körpələrin
izi qalan Xocalıya,
bir tərəfi şiş qayalı,
cıdırları bədöy atsız
Şuşaya bənzəyirdi.
Bənzəyirdi,
bəzəklərindən tanıdığım xınalı kəkliklər,
bənzəyirdi,
xəcalətdən boyu qısılan əlçatmaz yüksəkliklər.
Xonça bəzədilmişdi burda qar üstdə qızılı qandan,
hər şəhid bir pay tutmuşdu sanki
Allaha şirin candan.
Göylər elə aydın, yerlər elə gözəldi,
deyərdin bəs,
ölmüşlərin cənnət yeridir burası.
Cənnət dedim,
cənnət belə olurmuş?..
Allahım,
bu nə cənnət ki,
çəmənləri, çiçəkləri xəzan olub solurmuş?
Kərpicləri dəlik-dəlik minarədən
qaibanə azan səsi yüksəlirdi,
bədənləri kurşunlara hədəf olan insanların
ruhu burda haray çəkir, inləyirdi.
İnləyirdi burda can bədənə,
bədən cana həsrət qalan
ana ruhlar, bala ruhlar,
tikdirmiş sahibsiz qalan yurd içində ruhdan özünə
qala ruhlar.
Quşlar elə qəm nəğməsin oxuyurdu,
barmaqları xınalı gəlinlər
ilməsi göz yaşından, naxışları kədərdən
Qarabağ xalçasını elə könülsüz toxuyurdu...
Xəbər yoxdu burada məmləkətin
çalçağırlı siyasət havasından,
xəyanətə qol qoyanlar
əl çəkmək istəmir rəyasət davasından.
Bakısı hər gün toylu, büsatlı,
Şuşası yaslı şəhər,
biri altun, şərab aşiqi,
biri vaya durur hər açılan səhər.
Qurumuş yarpaqların
kəsilmiş əllər yerinə
dəli kimi sinə döydüyünü gördüm,
ağılar yetmirdi dərd ovutmağa.
can fədası şəhidlərin
ağsaçlı ana dilindən öyündüyünü gördüm.
Gördüm,
dillər yox, gözü yol çəkən gözlər danışır,
gördüm,
səssizlik içində sözlər özü dilə gəlib
qərib sözlər danışır.
"Qulaq səs çəkər"- söz misalıdır,
gəlmirdi buralardan qulaq çəkən
Xanın səsi,
ucalmırdı daha Qarabağın
ruha qida verən şikəstəsi.
Cinsi dəyişilmiş itlər hürər buralarda,
bizə nə!
yellər əsib, dərələrə uca dağlardan qarın kürər,
bizə nə.
Bizə nə fərqi varmış
qüzeylərində qarlarımızı qurd basdığının,
biz çoxdan unutmuşuq qarı düşmənin yağmalayıb
üstümüzdən yurd basdığını.
Nə saz ovudar qardaşım, nə söz bizi,
nə kimsə qəhrin çəkməz vətənsizin.
Hər şey vardı,
heç nə yoxdur buralarda könül açan,
bir də nə vaxt geri dönər
düzlərindən ceyran-cüyür, maral qaçan.
Hanı xoş üzlülər, hanı badamı gözlər,
gözlər,
gözü yol çəkən hər kəs burda öz adamını gözlər.
Çeşməsində sular gördüm qan qarışan,
hanı burda ulduzları göylərində
bir zamanlar şəfəq saçan, sayrışan.
Hanı buranın içi dolu adamı,
getdimi doğmalar,
qaldı bu torpaqlar yoxsa yadamı?
Yurddusa yurddaşları hara getmiş,
fərqi nəymiş,
yurdu yurdsuz qoyan millət
cəhənnəmə ya gora getmiş.
Cəhənnəm örtər ayıbını cənnət qədrin bilməyəni,
sevməz kimsə özgəsi öz vətənin sevməyəni!
Şərhlər
YAZARIN DİGƏR YAZILARI
n
ANA SƏHİFƏ | ÜNSİYYƏT | SAYTINA ƏLAVƏ ET
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.